Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə35/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   31   32   33   34   35   36   37   38   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
45 
saat  19
20
-dən  sabah  saat  10
55
-dək  davam  edəcəkdir. 
Təəccüblənirəm. 15 saat uzunluğunda fasiləsiz uçuş. Mənə 
dedilər  ki,  sabah  günorta  vaxtı  Tokioda  olacaqsınız. 
Təyyarə  biletindəsə  çatacağımız  vaxt  10
55
  göstərilmişdir. 
1985-ci  ilin  noyabr-dekabr  aylarında  bir  neçə  gün 
Yaponiyada  olmuş  Bəkir  müəllimin  məqaləsinə  göz 
gəzdirirəm. Akademik yazır: «İlk möcüzə elə yolda özünü 
göstərdi. Biz Moskvanın Şeremetyevo təyyarə meydanında 
Tokioya  uçan  hava  gəmisinə  daxil  olanda  axşam 
düşmüşdü.  Qarşıda  təqribən  10  saat  davam  edən  fasiləsiz 
uçuş  dururdu.  Güman  etmək  olardı  ki,  biz  mənzil  başına 
çatanda  səhər  açılacaqdı.  Lakin  bu  dəfə  Aeroflotun 
sərnişinləri  üçün  səhər...  gecə  yarısı  açıldı.  Məsələ 
burasındadır  ki,  müxtəlif  coğrafi  en  dairələri  üzərində 
yerləşən  Moskva  və  Tokio  şəhərləri  arasında  günəşin 
doğması  və  batması  baxımından  altı  saatlıq  zaman  fərqi 
var.  Buna  görə  də  cəmi  10  saat  yolda  olduğumuza 
baxmayaraq,  qarşımıza  çıxmış  ev  sahibləri  kiçik  bir 
rahatlıqdan  sonra  bizi  səhər  çayı  içməyə  yox,  nahar  üçün 
restorana  də’vət  etdilər...»  (Bax:  «Çətin  yollarda»  kitabı, 
Bakı, 2000, səh.683). 
Bəli,  Bəkir  müəllim  üçün  gecə  yarısı  açılan  səhər 
mənim üçün günorta vaxtı açıldı. 
Mərhum 
yazıçımız 
Həsən 
Seyidbəyli 
də 
Yaponiyada  olub  və  orada  15  gün  qalıb.  Bəkir  müəllim, 
Yasif  Nəsirli  və  mən  gedəcəyimiz  bu  ölkəyə  Bakı-
Moskva-Tokio  marşrutu  ilə  uçduğumuz  halda,  məşhur 
yazıçımızın  səfər  marşrutu  bir  neçə  ölkənin  ərazisindən 
keçməklə  onu  Tokioya  aparıb  çatdırıb:  Özbəkistan-
Əfqanıstan-Pakistan-Hindistan-Tayland-Yaponiya.  (Bax: 
Şahin Fazil 
 
 
46 
Həsən  Seyidbəyli.  On  beş  gün  Yaponiyada,  Bakı,  1966, 
s.7-26). 
Mən  isə  hələlik  Moskvadayam,  tranzit  zalda.  Zal 
dolur,  boşalır.  Ağ  dərililər,  qara  dərililər,  sarı  dərililər, 
qıyıqgözlər  qarışıblar  bir-birlərinə.  Hamı  tələsir  və 
gözləyir.  Vaxtını  buradakı  kafe-barlarda  keçirənlər  kim, 
bardaş  qurub  oturanlar  kim,  skamyada  uzanıb  yatanlar 
kim.  Mənsə,  bu  geniş  tranzit  zalda,  dəmirdən  düzəldilmiş 
skamyaların  üstündə  gah  uzanır,  gah  da  zalın  müxtəlif 
salonlarında  gəzirəm.  Ümumiyyətlə,  gəzməyi,  ayaq  üstdə 
olmağı 
çox 
sevirəm. 
Bakıdakı 
«İzmir 
bağı»nda, 
Akademiyamızın qarşısındakı iri hovuz ətrafında, «Hüseyn 
Cavid  bağı»nda  o  qədər  addımlamışam  ki.  Ayaqlarımla  o 
qədər  yer  ölçmüşəm  ki  (geodezistlərin  yerölçən  cihazları 
kimidir ayaqlarım sanki). 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin