Microsoft Word s?may?kitab?sas doc


partiya və təşkilatların nüfuzu sürətlə artdı. 1947-ci il yanvarın



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə51/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiya və təşkilatların nüfuzu sürətlə artdı. 1947-ci il yanvarın 
4-də xalq kütlələrinin təzyiqi altında kral hökuməti yenidən 
təşkil etdi. Hökumətin başçısı general P.Redesku təyin edildi. 
Lakin bu hökumət kütlələrə qarşı hücuma keçdi. 1945-ci il 
fevral ayının 24-də 500 min əhali nümayişə çıxaraq hökumətin 
istefasını tələb etdi. Nümayişçilərə atəş açıldı. Lakin hökumət 
də istefaya getməyə məcbur oldu. 1945-ci il mart ayının 6-da 
Rumıniyada Əkinçilər cəbhəsinin lideri Petra Qrozanın 
başçılığı altında Milli-demokratik cəbhə hökuməti təşkil edildi. 
Ölkədə sosial-iqtisadi və sosial dəyişikliklərin keçirilməsi 
prosesi gücləndi . Ən mühüm addım aqrar islahatın keçirilməsi 
idi. 918 min aztorpaqlı və torpaqsız kəndli torpaqla təmin 
edildi. Mülkədarlar sinfi ləğv edildi. 8 saatlıq iş günü tətbiq 
edildi, sosial sığorta sistemi yaradıldı, bərabər əməyə görə 
bərabər əmək haqqı verilməyə başladı. Müəssisələrdə fəhlə 
nəzarəti qoyuldu. SSRİ Rumıniyaya dəmir yollarını bərpa 
etməkdə kömək göstərdi. 1945-ci il avqustun 6-da SSRİ ilə 
Rumıniya arasında diplomatik münasibətlər yaradıldı. 1945-ci 
ilin dekabrında İngiltərə və ABŞ da Rumıniya ilə diplomatik 
münasibətlər yaratdı. 
1945-ci ilin oktyabrında Kommunist Partiyasının baş 
katibi G.Georgiy-Dej seçildi. 
1946-cı il iyulun 11-də Rumıniyada seçki qanunu qəbul 
edildi. Qadınlara və hərbi qulluqçulara seçki hüququ verildi. 


297
Faşistlər və satqınlar seçki hüququndan məhrum edildilər. 
1946-cı il noyabr ayının 19-da keçirilən parlament seçkilərində 
demokratik partiyaların bloku 414 yerdən 348-ni tutdu. 1946-cı 
il dekabın 20-də parlament Milli Bankın milliləşməsi haqqında 
qanun qəbul etdi. Pul islahatı keçirildi. 1947-ci ilin iyulunda
Milli-saranist partiyasının fəaliyyəti qadağan edildi. Milli 
liberal partiyası isə özü-özünü buraxdı. Caranistlər parlament-
dən və hökumətin tərkibindən çıxarıldılar. Yeni təşkil edilmiş 
hökumətin tərkibinə kommunistlər, sosial-demokratlar və 
əkinçilər cəbhəsinin nümayəndələri daxil oldular. Demokratik 
hərəkatın yüksəlişi şəraitində kral Mixay taxtdan əl çəkməyə 
məcbur oldu. 
1947-ci ildə Rumıniya Xalq Respublikası elan edildi və 
onun ilk rəhbəri Georgiy Dej oldu. SSRİ-nin fəal köməyi 
nəticəsində Rumıniyada kommunistlər hakimiyyətə gəldilər və 
ölkədə 1948-ci ildən 1989-cu ilədək birpartiyalı sistem hökm 
sürdü.
50-ci illərdə ölkədə sosial-iqtisadi islahatlar keçirildi. 
Sənaye, nəqliyyat və banklar milliləşdirildi. Aqrar islahat 
keçirildi. Rumıniya 1949-cu ildə Qarşılıqlı İqtisadi Yardım 
Şurasına, 1955-ci ildə isə Varşava müqaviləsi təşkilatına və 
BMT-yə üzv oldu. Müharibədən qabaq Macarıstana verilmiş 
Transilvaniya yenidən Rumıniyaya qaytarıldı. 1965-ci ildən 
1989-cu ilə qədər Rumıniyada Nikolaye Çauşeskunun 
diktaturası hökm sürdü. Bəzi rümın tarixçiləri bu dövrü «qızıl 
dövr» kimi xarakterizə edirlər. 70-80-ci illərdə Avropadakı 
sosialist ölkələri içərisində Rumıniya yeganə ölkə idi ki, 20 
milyard dollara qədər xarici borclarını ödəmişdi. Rumıniyada 
sənayenin ən çox inkişaf etdiyi sahə neft sənayesi idi.
1985-ci ildə SSRİ-də baş verən dəyişikliklər 
Rumıniyadan da yan keçmədi. Belə ki, Çauşeskunun diktatura-
sına qarşı xalq hərəkatı gücləndi. 1989-cu il dekabrın 5-də 
Transilvaniyadakı Timişoar şəhərində güclü nümayişlər baş 
verdi. Bu nümayişlər bütün ölkəni bürüdü və 1989-cu il de-


298
kabrın 21-də N.Çauşesku və onun arvadı Yelena Çauşeskunun 
güllələnməsi ilə nəticələndi. 1965-ci ildən mövcud olan 
Rumıniya Sosialist Respublikasına və 1974-cü ildə təsis 
edilmiş prezidentlik vəzifəsinə son qoyuldu.
1990-cı ildə Milli Qurtuluş Cəbhəsinin lideri İ.İliyesku 
prezident seçildi. Ölkədə Milli Qurtuluş Cəbhəsinin rəhbərliyi 
altında yeni cəmiyyətin yaradılması başlandı. Bazar 
iqtisadiyyatına keçildi. Köhnə dövlət qurumları ləğv edildi. 
Kommunist Partiyası buraxıldı. Dövlətin adı dəyişdirildi, 
Rumıniya Respublikası adlandırıldı. Siyasi plüralizmə keçildi. 
Xalq təsərrüfatının yenidən qurulması başlandı 1990-cı ildə 
Müvəqqəti Milli Birlik Şurası yaradıldı. Bununla belə, ölkədə 
iqtisadi və siyasi böhran artdı, sosial gərginlik yarandı. Rumın-
macar millətlərarası ixtilaflar gücləndi. Siyasi qüvvələrin 
yenidən qruplaşması və siyasi partiyaların formalaşması 
prosesi başladı.
1992-ci ildə keçirilən yeni prezident seçkilərində Milli 
Qurtuluş Cəbhəsinin rəhbərlərindən olan İ.İliyesku yenidən 
Rumıniyanın prezidenti seçildi. 1992-ci il prezident 
seçkilərindən sonra ölkədə iqtisadi böhranı və siyasi çətinlikləri 
aradan qaldırmaq üçün ciddi-cəhdlər göstərildi və bu 
problemləri qismən də olsa, həll etmək mümkün oldu. 1995-ci 
ildə ölkənin yeni Konstitusiyası qəbul edildi. 1996-cı ildə 
keiçrilən prezident seçkilərində Demokratik Konvensiya 
hərəkatının lideri Emil Konstantinesku qələbə çaldı. 2000-ci 
ildə yenidən İ.İlyesku prezident seçildi. Rumıniyada bazar 
iqtisadiyyatına keçilməsi üçün islahatlar aparıldı. Dövlət 
müəssisələri səhmdar şirkətlərinə çevrildi.
Rumıniya xarici siyasətində daha çox Qərbə meyl edir. 
Avropa Şurasının, Avropa İttifaqının, ATƏT-in üzvüdür. 
Rumıniya Qara Dəniz ölkəsi kimi Qara Dəniz İqtisadi 
Əməkdaşlıq Təşkilatının da fəal üzvlərindəndir. Rumıniya 
Moldaviya ilə iqtisadi inteqrasiya və «ümumi mədəni və 
mənəvi məkan»ın yaradılmasına xüsusi diqqət yetirir. 


299
BOLQARISTAN: İkinci Dünya müharibəsi başlanana 
qədər Bolqarıstanın dövlət quruluşu monarxiya idi. Ölkənin 
çarı Boris idi. Bolqarıstan, Almaniyanın satilleti olsa da, SSRİ-
yə qarşı müharibədə iştirak etmədi. SSRİ isə 1944-cü il 
sentyabrın 5-də Bolqarıstana müharibə elan etdi. Sentyabrın 9-
da Bolqarıstanın paytaxtı Sofiyada Kommunist İnterna-
sionalının rəhbərlərindən biri olan, Reyxstaqın yandırılmassı-
nda günahlandırılan Georgi Dmitrovun başçılığı altında üsyan 
baş verdi. Bolqarıstan Avropadakı sosialist ölkələri arasında bi-
rinci sosializm quruculuğuna başlayan ölkə oldu. Ölkədə 1944-
cü ildən 1989-cu ilədək kommunistlərin təkbaşına hakimiyyəti 
hökm sürdü. 1945-ci ilin martında kənddə kooperativlər təşkil 
etmək haqqında qanun verildi. Bu kooperasiyalar kəndli təsər-
rüfatlarını birləşdirirdi. 
1945-ci ilin mart ayında Vətən cəbhəsinin I konqresində
kənd təsərrüfatının bərpası məsələsi ön plana çəkildi. ABŞ və 
İngiltərənin köməyi ilə mühafizəkar dairələr Vətən Cəbhəsini 
parçaladılar. 1945-ci il iyunun 6-da verilmiş qanuna görə 19 
yaşına çatmış bütün qadınlara, hərbi qulluqçulara seçki hüququ 
verildi. İyunun 26-da hökumət özəl sənaye və ticarət üzərində 
nəzarət haqqında qanun qəbul etdi. 1945-ci il avqustun 17-də 
müxalifət əhvali-ruhiyyəli nazirlər istefaya çıxdılar. ABŞ və 
İngiltərə isə Bolqarıstanla sülh sazişi bağlamaqdan imtina
etdiklərini elan etdilər.
1945-ci il noyabrın 18-də keçirilən seçkilərdə xalqın 
88%-i Vətən cəbhəsinə səs verdi. Xalq məclisinin sədri 
V.Kolarov seçildi. Xalq məclisi antikapitalist xarakter daşıyan 
qanunlar qəbul etdi.
1947-ci il ərzində 126 min kəndli torpaq aldı. Bolqa-
rıstanın dövlət quruluşunun necə olması haqqında 1946-cı il 
sentyabrın 8-də referendum keçirildi. Əhalinin 92,7%-i respub-
likaya səs verdi. 1946-cı il senytyabrın 15-də Bolqarıstan Xalq 
Respublikası elan edildi. 1946-cı il oktyabrın 27-də Böyük 
Xalq Məclisinə keçirilən seçkilərdə kommunistlər 60 % səs 


300
aldılar. Yeni hökumətə Dmitrov başçılıq etdi. Kolarov xarici 
işlər naziri oldu. ABŞ və İngiltərə Bolqarıstanı tanıdılar. 
1947-ci ilin fevralında ölkədə pul islahatı keçirildi. 1947-
ci il aprelin 1-də Böyük Xalq Məclisi 1947-1949-cu illəri əhatə 
edən üçillik plan qəbul etdi. Böyük Xalq Məclisi 1947-ci il 
avqustun 26-da Petkovun başçılıq etdiyi Əkinçilər İttifaqını 
qadağan, onun deputat yerlərini isə ləğv etdi. 1947-ci il 
dekabrın 4-də Bolqarıstanın yeni Konstitusiyası qəbul edildi.
1948-ci ilin fevralında Vətən cəbhəsinin II konqresi oldu. 
1948-ci ilin iyununda Vətən cəbhəsinin bir milyona yaxın üzvü 
var idi. Vətən cəbhəsi Demokratik partiya ilə birləşib, 1948-ci 
il avqustun 11-də Bolqarıstan Kommunist Partiyası (BKP) 
adlandı. 1949-cu ilin əvvəlində «Zveno» və Radikal partiya da 
özünü buraxdı.
1948-ci ildə Bolqarıstanda xalq təsərrüfatının bərpasına 
başlanıldı. Böyük Xalq Məclisi 1949-1953-cü illər üçün 
beşillik plan qəbul etdi.
1949-cu il iyulun 2-də G.Dmitrov öldü. Hökumətin 
başçısı V.Kolarov oldu. 1950-ci ilin əvvəllərində Kolarov da 
öldü. Hökumətin başçısı Çervenko oldu. O, həmçinin BKP-nin 
baş katibi oldu. 1953-cü ilə qədər o, bu vəzifədə qaldı. 1954-cü 
ildə Teodor Jivkov BKP-MK-nın baş katibi seçildi. 1962-ci 
ildən isə o, ölkənin baş naziri də təyin edildi. 
50-ci illərdə Dmitrovqradda Kolarov adına elektromaşn 
qayırma zavodu tikildi. 1952-ci il mayın 12-də pul islahatı 
keçirildi. Ölkədə savadsızlıq ləğv edildi. 1953-1957-ci illəri 
əhatə edən yeni beşillik plan qəbul edildi.
50-ci illərdə Bolqarıstanın beynəlxalq əlaqələri 
genişləndi. 1960-cı ildə SSRİ Bolqarıstana 650 mlrd. rubl 
kredit verdi. Yuqoslaviya, Yunanıstan və Türkiyə ilə əlaqələr 
genişləndi. ABŞ 1950-ci ildə Bolqarıstanla əlaqələri kəsdi. 
Ancaq 1959-cu ildə yenidən bərpa etdi. 1959-cu ildə ölkədə 
inzibati təsərrüfat bölgüsü aparıldı. 


301
1961-1965-ci illərdə Bolqarıstanda 4-cü beşillik plan 
qəbul edildi. Kreminov metallurgiya, Buynas neft-kimya 
kombinatı, Rusda mis-elektrik mərkəzi, «Vostok» komür-
energetik kombinatı bu dövrdə inşa edildi. Beşillik dövründə 
sənaye 74%, kənd təsərrüfatı isə iki dəfə artdı. 1966-1970-ci 
illəri əhatə edən beşinci beşillik plan qəbul edildi. 1970-ci ildə 
ölkədə 170 aqrar-sənaye kompleksi fəaliyyət göstərirdi. 
Bolqarıstan ən çox aqrar sahənin inkişaf etdiyi ölkə idi. Burada 
turizm də inkişaf etmişdi.
Bolqarıstan əvvəlki kimi Balkanlarda sabitliyin artmasına 
xüsusi fikir verir, Rumıniya, Yuqoslaviya, Yunanıstanla 
əlaqələri inkişaf etdirirdi. 1984-cü ildə Bolqarıstan xarici 
ölkələrə 84 növ sənaye məhsulu göndərir, 43 mlrd.kv. saat 
elektrik enerjisi, 39 mln. ton kömür, 2,8 mln. ton polad, 3,2 
mln.ton prokat istehsal edirdi. 
1962-cı ildən 1989-ci ilə qədər Bolqarıstanda 
hakimiyyətdə Teodor Jivkov oldu. 80-ci illərin xüsusilə ikinci 
yarısında ölkənin iqtisadi vəziyyəti pisləşdi, siyasi gərginlik 
artdı. 1989-cu ilin dekabrında rejimə qarşı müxalifət koalisiyası 
– «Demokrat Qüvələr İttifaqı» yarandı. İqtisadi və siyasi 
sistemin əsaslı surətdə yenidən qurulması başladı. Siyasi 
islahatlara 1989-cu ilin noyabrında T. Jivkovun vəzifəsindən 
götürülməsi, P.Mladenovun prezident seçilməsi ilə başlanıldı.
1990-cı ildə Bolqarıstanda çoxpartiyalılığa və bazar 
iqtisadiyyatına keçid baş verdi. 1990-cı ildə ölkənin yeni 
Konstitusiyası qəbul edildi. Bolqarıstanın 1990-cı ildə 
prezidenti Jelyu Jelev oldu. 1991-ci ildə keçirilən parlament 
seçkiləri nəticəsində hakimiyyət dinc yolla sosialistlərdən 
Demokratik Qüvvələr İttifaqına keçdi. Köhnə sistemin dağı-
dılmasına başlanıldı. Demokratik prinsiplər möhkəmləndirildi. 
Qərbi Avropa və Şimali Atlantika bloku ölkələri ilə əməkdaşlıq 
genişləndi. Bolqarıstan Avropa sosialist ölkələri içərisində 
birinci Avropa Şurasına üzv oldu. 


302
1994-cü il parlament seçkilərində sosialistlər qələbə 
çaldılar. Lakin onların sosial yönümlü bazar iqtisadiyyatını 
tətbiq etmə cəhdləri uğur qazanmadı. 1997-ci ilin sonunda baş 
verən siyasi böhran növbədənkənar parlament seçkiləri 
keçirilməsinə səbəb oldu. Seçkilərdə Birləşmiş Demokratik 
Qüvvələr ittifaqı qələbə çaldılar və İ.Kostovun başçılığı altında 
hökumət təşkil edildi. İqtisadi böhrandan çıxmaq üçün proqram 
tərtib olundu və onun həyata keçirilməsi prosesində ilk dövrdə 
bir sıra nailiyyətlər əldə edildi. 1996-ci ildə Bolqarıstanda 
keçirilən prezident seçkilərində Pyotr Stoyanov qalib gəldi. 
2001-ci ilin iyununda keçirilmiş parlament seçkilərində vaxtı 
ilə hakimiyyətdən devrilmiş çar Borisin tərəfdarları qələbə 
çaldılar. Boris Bolqarıstan hökumətinin başçısı oldu. 
Bolqarıstan ATƏT, Aİ-nin BMT-nin və bir çox beynəlxalq
təşkilatların, o cümlədən, Qara Dəniz dövləti olduğu üçün Qara 
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. 2004-
cü ildən isə o NATO-nun üzvüdür 
YUQOSLAVİYA: 
Bəzən ədəbiyyatda Balkan 
imperiyası adlanan Yuqoslaviya Serbiya (onun tərkibinə 
muxtar ölkə olan Voyevodina və muxtar vilayət olan Mexetiya-
Kosova daxildir), Çernoqoriya, Bosniya və Hersoqovina, 
Sloveniya, Xorvatiya, Makedoniyanın federativ əsasda 
birləşməsi nəticəsində yaranmışdır. Yuqoslaviyanın ən inkişaf 
etmiş respublikaları Sloveniya və Xorvatiya hesab edilir.
İosif Broz Titonun başçılıq etdiyi Yuqoslaviya Xalq 
Ordusu tərəfindən sovet qoşunlarının köməyi ilə 1944-cü ilin 
oktyabrında ölkə azad edildi. Müvəqqəti Xalq Skupşinası təşkil 
edildi və ölkədə sosial-iqtisadi və siyasi tədbirlər həyata 
keçirildi.
1945-ci ildə SSRİ ilə Yuqoslaviya arasında dostluq 
müqaviləsi bağlandı. Lakin az keçməmiş Yuqoslaviya ilə SSRİ 
arasında münasibətlər xeyli kəskinləşdi. Bunun səbəbi 
Balkanlarda İosif Broz Titonun şəxsi nüfuzunun son dərəcə 
güclənməsi idi. Tito istəyirdi ki, Bolqarıstan və Albaniyanın da 


303
daxil olduğu böyük bir Balkan ittifaqı yaratsın. Hətta o bu 
məqsədlə Albaniyaya Yunanıstanın guya təcavüzünü dəf etmək 
üçün qoşun da yeritdi. Bolqarıstanla isə birgə ittifaq haqqında 
müqavilə layihəsini hazırladı. Bu Stalini bərk narahat etdi və 
Titodan tələb etdi ki, belə hərəkətindən əl çəksin. Hətta 1947-ci 
ildə yaradılmış sosialist ölkələrinin Məlumat bürosu 
Yuqoslaviyada təftişçiliyi pislədi. Onun «sovet modelini» 
qəbul etməməsini kəskin tənqid edərək Yuqoslaviya 
rəhbərliyini «casuslar və qatillər bandası» adlandırdı. Buna 
cavab olaraq Yuqoslaviya Məlumat bürosundan çıxdı. 1949-cu 
ildə o, Qarşılıqlı Iqtisadi Yardım Şurasına da daxil olmadı.
1945-ci il avqustun 23-də ölkədə aqrar islahat keçirildi. 
MTS-lər təşkil edildi. 1960 min ha torpaq müsadirə edildi. 
1946-cı il iyunun 18-də kooperativlər haqqında qanun qəbul 
edildi. Müharibədən sonra ölkənin vəziyyəti ağır idi. 1946-cı 
ildə İttifaq Plan Komissiyası yaradıldı. 1946-cı il dekabrın 5-də 
bütün xüsusi müəssisələr milliləşdirildi.
1945-ci ilin payızında Yuqoslaviyada yerli özünüidarə 
orqanlarına, Müəssislər məclisinə, İttifaq və milliyyətlər 
palatasına seçkilər keçirildi. Əhalinin 88%-i bu seçkilərdə 
iştirak etdi. 7,4 milyon əhalidən 6,5 milyonu Xalq Cəbhəsinə 
səs verdi. 1945-ci il noyabrın 29-da Yuqoslaviya Federativ 
Xalq Respublikası elan edildi. 1946-cı il yanvarın 31-də 
Skupşina Yuqoslaviyanın Konstitusiyasını qəbul etdi. Xalq 
Skupşinası dörd ildən bir seçilirdi. 1946-cı ilin yazında və 
yayında müxalifətçi qüvvələr fəallaşmaq istədilərsə də, 
məğlubiyyətə uğradılar. Ancaq bundan sonra demokrat, 
Serbiya xalq kəndli partiyası və digər müxalifətçi qruplar cəbhə 
daxilndə öz fəaliyyətlərini dayandırdılar. 1946-cı ildə 
əksinqilabi gizli təşkilatlar ləğv edildi. 1948-ci ilin 21-27 
iyulunda keçirilən YKP-nin V qurultayı partiyanın yeni 
proqramını və nizamnaməsini qəbul etdi.
1947-ci ildə Yuqoslaviyanın iqtisadiyyatı müharibədən 
əvvəlki səviyyəyə çatdı. Aqrar siyasətin həyata keçirilməsində 


304
dəyişiklik edildi. Könüllülük prinsipi tətbiq olunmağa başladı. 
Torpaqların azad satışı başlandı.
1952-ci ilin noyabrında YKP-nin VI qurultayı çağrıldı. 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin