Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə218/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   214   215   216   217   218   219   220   221   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
111
2.  Beyni  normal  fəaliyyət  göstərən  hər  bir  insan  zəruri  reallıq  təcrübəsinə 
malikdir. 
3.  Hər bir yaşlılaşmış fərdin ya valideynləri olmuşdur, ya da onların valideynlərini 
kimsə əvəz etmişdir. 
E.Bern bu praqmatik prinsiplər kökündə aşağıdakı fərziyyələri irəli sürmüşdür: 
1.  Uşaqlığın  izləri  Mən-in  inteqral  vəziyyəti  şəklində  yenidən  doğulur 
(arxeopsixi izlər). 
2.  Reallıq təcrübəsi Mən-in təcrid olunmuş qabiliyyəti deyil, fasiləli vəziyyətinin 
funksiyasıdır (neopsixi fəaliyyət). 
3.  İnteqral Mən-in icraedici hakimiyyətini kənar şəxsiyyətlər yerinə yetirə bilərlər 
(eksteropsixi fəaliyyət). 
Transakt analiz nəzəriyyəsinə görə, şəxsiyyətin strukturunun üç orqanı (ekstero-
psixika,  neo-psixika  və  arxeo-psixika)  var.  Fenomenoloji  baxımdan  onlar  Mən-in 
aşağıdakı vəziyyətləri şəklində təzahür edirlər: Valideyn, Yaşlı və Uşaq. (Şəkil 18) 
Beləliklə,  E.Bern  insanın  dünyada  mövcudluğunun  üç  müxtəlif  vasitəsini  kəşf 
etmişdir. Bu vasitələrdən hər biri fikir, hiss və davranışın özünəməxsus xəlitəsindən 
ibarətdir. 
Əgər insan özünün valideynləri kimi fikirləşir və valideyn hissləri ilə yaşayırsa, 
onlardan hər hansı biri və ya onları əvəz edən hər hansı bir yaşlı kimi özünü aparırsa, 
o,  Valideyn  eqo-vəziyyətində  olur.  Əgər  o,  “indi  və  burda”  prinsipi  ilə  fikirləşir  və 
hərəkət edirsə, ətrafda baş verən hadisələrə özünün yaşlı potensialı kökündə reaksiya 
göstərirsə, o, özünün Yaşlı eqo - vəziyyətini biruzə verir. Əgər onun fikri, hissləri və 
davranışı  uşaqlıq  ölçüləri  ilə  söykənirsə,  o,  özünü  Uşaq  eqo-vəziyyətində  göstərir 
(V.N.Qoryanina, 89). 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin