Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə240/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   236   237   238   239   240   241   242   243   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

1. Andlar - Qəsəmlər  
İnsan münasibətlərində andın tutumlu yeri vardır. Müəyyən edilmişdir ki, “Gedər-
gəlməzə  üz  tutan  igidlərimiz,  saçının  birini  ağ,  birini  qara  hörüb  yol  gözləyən,  başı 
üstündə  hörümçək  sallananda,  göyərçin  pırlayanda  sevinən  gəlinlərimiz, 
nişanlılarımız üz-üzə, göz-gözə dayanaraq and içirlər. “And yeyilməz, and deyilməz ! 
Dumduru,  təmiz  su  təki,  ana  südü  təki  içilərmiş,  qana  hopar,  sümüyə  çilərmiş.  Ər 
igidlər  söz  verər,  and  içər,  ağsaqqallar,  ağbirçəklər  el-oba  adından  söz  verər,  and 
içərlər”. 
Ata-babalarımız  anda  inanırdılar,  özlərinin  gündəlik  təcrübələrində  bir-birlərinə 
etibar  edirdilər.  El-obanın  gözündə  andı  pozmaq,  əmanətə  xəyanət  etmək,  yalan 
danışmaq sadəcə olaraq mənfi keyfiyyət sayılmırdı. Onların yozumu vardı. Düzlüyü 
və doğruçuluğu bənzərsiz mənəvi keyfiyyətlər kimi yüksək qiymətləndirirdilər. 
Andı  pozan,  əmanətə  xəyanət  edən,  yalançı  adamlara  bel  bağlamırdılar, 
onlardan  çox  vaxt  üz  döndərir,  onlarla  çörək  kəsmir,  səfərə  çıxmırdılar.  Güzəran 
psixologiyasında andın iki formasına təsadüf olunur: and içmə və and vermə 
 Andın kökləri inanclarla bağlıdır. İnanclar tədricən insan münasibətlərinə nüfuz 
edərək  onların  and  yerinə  çevrilirdi.  İnsanlar  inandıqları,  etiqad  bəslədikləri  mənəvi 
sərvətləri təkcə öz aləmlərinə qapılıb göz bəbəyi kimi qorumurdular, özlərinin başqa 
adamlarla qarşılıqlı münasibətlərində bilavasitə onlara istinad edir, ən çətin məqamda 
bu inanclara and içirdilər. 
Müşahidələr göstərir ki, başa and içirlər, çörəyə, buğdaya, ana südünə, vuran 
qılınca and içirlər. At kəlləsinə də and içərlərmiş. İndi də kənddə-kəsəkdə at başı yerə 
atılmaz, barı başına asılar. 
Andların təsir gücü böyük idi. Axı, and içənin and yeri içilən üçün də müqəddəs 
mənəvi  sərvətdir.  İnsanların  güzəran  təcrübəsində  and  içmə  tədricən  bu  zəmində 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin