Təşkilatçılıq funksiyası - onda ifadə olunur ki, lider qrupun məqsədini müəyyən edir,
qərar qəbulunu və perspektiv məqsədlərin yerinə yetirilməsi yollarının, üsul və vasitələrinin
planlaşdırılmasını təşkil edir, rol və vəzifə bölgüsü aparır, qrup üzvlərini konkret işlərə təhrik
edir, onların birgə fəaliyyət səylərini əlaqələndirir və s.
Informasiya funksiyası - qrup fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən zəruri
informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər tərəfdən, onların qrup üzvlərinə
vaxtında çatdırılması informasiya funksiyasının əsas cəhətini təşkil edir.