Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə280/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   275   276   277   278   279   280   281   282   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
146
4.  Liderliyin  situasiya  nəzəriyyəsi.  Bu  yanaşmaya  görə  liderlik  qrup  hadisələrinin 
məhsuludur,  qrupda  yaranmış  vəziyyətdən,  şəraitdən  və  baş  verən  sosial-psixoloji 
hadisələrdən, qarşılıqı münasibətlərdən asılıdır. 
Əlamətlər nəzəriyyəsinin müddəaları situasiya nəzəriyyələrində tamamilə inkar olunmur, 
ancaq  liderliyin  situasiyanın  məhsulu  və  funksiyası  əsas  götürülür.  Qrup  həyatının  və 
fəaliyyətinin müxtəlif situasiyalarında qrupun üzvlərindən biri hər hansı bir keyfiyyətinə görə 
digərlərini  üstələyir.  Yaranmış  şəraitdə  məhz  bu  keyfiyyətin  həlledici  olması  fərdin  lider 
olmasını şərtləndirir. Situativ nəzəriyyəyə görə liderin olması üçün hələ müvafiq keyfiyyətlərin 
olması  kifayət  deyildir,  daha  vacibi  bu  keyfiyyətlərdən  konkret  şəraitdə  necə  istifadə  edə 
bilmək bacarığının və çevikliyin olmasıdır. 
Situasiya  nəzəriyyəsinin  müəlliflərindən  olan  F.Fidler  qeyd  etmişdir  ki,  liderliyin 
səmərəliliyi, liderin şəxsiyyəti və ya onun motivasiyası ilə, əlverişli və ya əlverişsiz qarşılıqlı 
təsiri  ilə  müəyyən  olunur.  Əlverişli  şərait  o  vaxt yaranır  ki,  lider  işçilər  tərəfindın  müdafiə 
olunur, dəstəklənir və o yaranmış vəziyyəti düzgün qiymətləndirir və yaranmış vəziyyətdən 
maksimum faydalana bilər. Qeyd etmək lazımdır ki, situativ yanaşma populyarlıq qazansa da 
liderlik  hadisəsinin  mahiyyətini  tam  əks  etdirmədi.  Görkəmli  psixoloq  J.Piaje  situativ 
yanaşmada  şəxsiyyətin  yaradıcı,  fəal  iştirakının  nəzərə  alınmadığını  qeyd  etmişdir  və 
şəxsiyyətin ancaq situasiyanın diktəsinə, tələblərinə tabe olduğunu qeyd etmişdir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin