Dəvəçi-Xaçmaz kadastr rayonu
Dəvəçi-Xaçmaz kadastr rayonuna bütövlükdə Xaçmaz inzibati rayonu, Xızı,
Siyəzən, Hacıqabul rayonlarının aran hissəsi daxil edilmişdir. Ümumi sahəsı 397,9
min ha,.ərazisinin 4,61%-i olan kadastr rayonunda əkin sahələri 91,2 min ha-dır,
bundan çoxillik əkmələr- 30 min ha, otlaqlar 79,5 min ha, şumluqlar - 10,8 min ha
təşkil edir. 217,2 min ha kənd təsərrüfatı ehtiyacları üçün yararlıdır ki, bu da bütün
Azər-baycan ərazisinin 2,52%-ni təşkil edir. Ərazi üçün xarakterik olan əlverişli
təbii-coğrafi və sosial-iqtisadi xüsusiyyətlərdən: Sumqayıt, Bakı kimi sənaye və
nəqliyyat baxımından inkişaf etmiş şəhərlərin yaxınlığını, kənd təsərrüfatının inkişafı
üçün hər cür şərait yaradan Bakı-Dərbənd, Bakı-Rostov dəmiryol xətlərinin buradan
keçməsini göstərmək olar.
Dəvəçi-Xaçmaz kadastr rayonu şimal küləkləri üçün açıq olduğundan, başqa
rayonlardan daha soyuq iqlimi ilə seçilir və Abşeron-Qobustan rayonuna nisbətən
istilik təminatına görə daha aşağı göstoricilərə malikdir. Fəal temperaturlar cəmi
3000-3800°C arasında tərəddüd edir; illik yağıntıların miqdarı 400-900 mm-dir. İl
ə
rzində yağıntıların qeyri-bərabər paylan-ması səbəbindən vegetasiya dövründə kənd
təsərrüfatı bitkilərinin vegetasiya suvanlması zərurəti qeyd olunur. Bu dövr 200-219
gün arasında dəyişir. Daha çox yayılmış əsas landşaft tipi aranın çəmən-meşə
landşaftıdır.
İ
qlim, relyef və başqa landşaft amillərinin təsiri altnda Dəvəçi-Xaçmaz kadastr
rayonunda yuyulmuş çəmən-meşə, subasar çəmən-meşə, çəmən-qəhvəyi torpaqlar
yayılmışdır. Bu ərazinin qeyd olunan təbii xüsusiyyətləri taxıl, tərəvəz, meyvə
bitkilərinin becərilməsi üçün əlverişli şərait yaradır.
Tədqiqatlar göstərir ki, Dəvəçi-Xaçmaz kadastr rayonu torpaqlarının düzgün
istifadəsi zamanı burada müxtəlif mədəni bitkilərdən çox yüksək məhsul almaq olar.