mlokosiewiczi), qırmızıdimdik (Pyrrho-corax pyrrhocorax), sarıdimdik dolaşa
(Purrhacorax graculus), dağ qabanaldadanı (Anthus spinoletta), qırmızıqarın
işıldaquyruq (Phoenicurus erythrogaster), saqqallı quzuqapan kərkəz (Gypaetus
barbatus), qara kərkəz (Aegypius monachus), sürünənlərdən qaya kərtənkələsi
(Lacerta saxicola) yayılmışdır. Suda-quaıda yaşayanlara nadir hallarda təsadüf
olunur.
V. Xəzər
də
nizi və
Kür çayı. Xəzər dənizində məməlilərin yalnız bir növünə -
Xəzər suitisinə (Phoca caspica) rast gəlinir. O, Abşeron yanmadasının adalarında
mart-aprel, həmçinin oktyabr-noyabr aylarında görünür. Quşlardan qağayı, qızılqaz
(Phoenicopterus roseus), çəhrayı və qıvrımlələk qutan (Pelecanus onacrotalus,
P.crispus), qu
quş
u və s. müşahidə edilir. Xəzərdə sürünənlərdən su koramalı və
Xəzər tısbağası daha çox rast gəlinir.
Xəzər dənizi müxtəlif bahq növləri ilə zəngindir. Qiymətli bahq növlərindən
bölgə (Huso huso), nərə (Acepenser guldenstadti), uzunburun (Acipenser stellatus),
qızıl balıq (Sal-ma caspius), Xəzər siyənəyi (Caspialasa), kütüm, xəşəm
(As-piusaspius) və həmçinin Xəzər ilanbalığı (Caspiomyron wag-neri), iynə balığı
(Syngnathus) və s. geniş yayılmışdır. Kür çayının bir qrup balıq növləri Xəzər
dənizinin balıq növləri ilə eynilik təşkil etsə də Kür çayında təqribən 30 balıq növü
var ki, bu da çay üçün spesifıkdir.
Dostları ilə paylaş: