Microsoft Word titul docx



Yüklə 56 Kb.

səhifə1/7
tarix10.06.2017
ölçüsü56 Kb.
  1   2   3   4   5   6   7
Microsoft Word - TITUL.docx

14 
 
I FƏSİL 
 
AZƏRBAYCAN SSR DÖVLƏT PLAN KOMİTƏSİ YANINDA ELMİ TƏDQİQAT 
İQTİSADİYYAT İNSTİTUTUNUN 1964-1991-Cİ İLLƏRDƏ FƏALİYYƏTİ 
 
XX əsrin 60-cı illərinin əvvəllərində İkinci Dünya müharibəsi nəticəsində yaran-
mış dağıntılar aradan qaldırıldıqdan sonra SSRİ müttəfiq respublikalarının inkişaf sə-
viyyələrində qeyri-bərabərlik müşahidə olunurdu. Həmin illərdə Azərbaycan SSR-də 
iqtisadi artım sürəti İttifaq səviyyəsindən və bir sıra müttəfiq respublikalardan geri qa-
lırdı. Belə ki, 1955-1965-ci illərdə Azərbaycan SSR-də ümumi sənaye məhsulu isteh-
salı ittifaq səviyyəsinin artım sürətindən 1,44 dəfə, Belarusiya SSR-dən 1,34 dəfə, 
Qazaxıstan SSR-dən 1,30 dəfə, Moldaviya SSR-dən 1,36 dəfə geri qalmışdı ki, bu da 
respublikada məcmu ictimai məhsul və milli gəlirin də artım sürətinin müqayisədə 
aşağı olmasına səbəb olmuşdu. 
Azərbaycan SSR sənaye məhsulu istehsalında artım tempinin belə geri qalma-
sının bir sıra obyektiv və subyektiv səbəbləri var idi. Belə geriləmənin  əsas səbəbi 
həmin dövrdə Azərbaycan SSR-də neft hasilatının durğunluğu və hətta azalması ilə 
əlaqədar olmuşdur. Buna səbəb istismar edilən neft yataqlarında neft hasilatının 
azalması və yeni neft yataqlarının kəşfi və istismara verilməsi prosesində durğunluq 
yaranması  olmuşdur. Belə bir neqativ proses öz təsirini sənayenin strukturunda ya-
nacaq sənayesinin xüsusi çəkisinin azalmasına gətirib çıxarmışdı. Bununla yanaşı, 
bu dövrdə  sənayenin strukturunda qara metallurgiyanın, elektroenergetikanın və bir 
sıra başqa sahələrin də həm artım sürəti, həm də xüsusi çəkisi azalmışdı. 
Azərbaycan SSR-də əlvan metallurgiya, meşə və ağac emalı, tikinti materialları, 
şüşə və farfor-fayans və s. sənaye sahələrinin artım sürəti yüksək olsa da, sənayenin 
ümumi strukturunda onların xüsusi çəkisinin azlıq təşkil etməsi ümumi sənaye məh-
sulunun artım sürətinin yüksəlməsinə  təsir edə bilməmişdi. Azərbaycan SSR-də 
1961-1965-ci illərdə ümumi sənaye məhsulu istehsalı cəmi 41,0% artmışdı. 
Əvvəllər SSRİ-nin mənafeyi naminə Azərbaycan SSR bir neçə onilliklər ərzində 
maddi və maliyyə resurslarını sistematik olaraq neft hasilatının və neft məhsullarının 
buraxılışına yönəltdiyindən ölkənin digər sənaye sahələri zəif inkişaf etmişdi. Neft ha-
silatı və emalı sahəsinə isə ölkə iqtisadiyyatına yönəldilən bütün kapital qoyuluşunun 
2/3 hissəsindən çoxu sərf edilirdi. Azərbaycan SSR-də  sənaye sahələrinin birtərəfli 
inkişafı bütövlükdə ölkənin xalq təsərrüfatının inkişaf sürətinə mənfi təsir göstərirdi.  
Həmin illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında azsaylı ştatı olan 
“Məhsuldar Qüvvələrin Öyrənilməsi üzrə  Şura” (MQÖŞ) və 25 may 1963-cü ildə  
Dövlət Plan Komitəsi tərkibində yaradılmış Planlaşdırma və Normativlər Elmi-Tədqi-
qat İnstitutu fəaliyyət göstərirdi ki, onların da elmi potensialı ölkənin xalq təsərüfatının 
planlaşdırılması  və  məhsuldar qüvvələrin inkişafı  və yerləşdirilməsinin elmi əsasla-
rının hazırlanması üçün kifayət deyildi. 
Yaranmış vəziyyətə istinad edərək respublika rəhbərliyi SSRİ-nin “Vahid xalq tə-
sərrüfatı kompleksi”nin tərkibində xüsusi iqtisadi rayon kimi Azərbaycan SSR iqtisa-
diyyatının kompleks planlaşdırılmasının elmi əsaslarının gücləndirilməsi məqsədi ilə 

 
15 
 
Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat  İqtisadiyyat  İnstitutu-
nun təşkil edilməsi barədə İttifaq nazirlik və komitələrinə müraciət ünvanladı. Bu həm 
də onunla əsaslandırıldı ki, Moskva şəhərində SSR Dövlət Plan Komitəsi yanında 
İqtisadiyyat Elmi Tədqiqat  İnstitutu, RSFSR və digər müttəfiq respublikaların Dövlət 
Plan Komitələri yanında Elmi Tədqiqat  İqtisadiyyat  İnstitutları  fəaliyyət göstərirdi. 
Nəticədə, qeyd olunanlar nəzərə alınaraq, SSRİ Dövlət Plan Komitəsi ilə razılaş-
dırılmaqla Elmi-tədqiqat işlərinin koordinasiyası üzrə SSRİ Dövlət Komitəsinin 1964-
cü il 14 iyul tarixli 54 saylı qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1964-
cü il 2 oktyabr tarixli 685 saylı  qərarı ilə Azərbaycan SSR Dövlət Plan Komitəsi 
yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutu (ETİİ) yaradıldı.        
Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq Qərarında aşağıdakı tapşırıqların 
da yerinə yetirilməsi nəzərdə tutulmuşdu: 
- İnstitut Azərbaycan SSR Dövlət Plan Komitəsinin yanında Məhsuldar Qüvvə-
lərin Öyrənilməsi üzrə Şuranın bazasında yaradılsın; 

 
16 
 
- Dövlət Plan Komitəsinə, Azərbaycan 
SSR Nazirlər Sovetinin Elmi-tədqiqat iş-
lərinin koordinasiyası üzrə Dövlət Komitə-
sinə  və Azərbaycan SSR Maliyyə Nazir-
liyinə tapşırılsın ki, sonradan SSRİ Nazirlər 
Sovetində müzakirəyə  çıxarmaq üçün, 5 
gün müddətində Azərbaycan SSR-in koor-
dinasiya edilən elmi-tədqiqat müəssisələri 
üzrə  işçi sayı  və  əmək haqqı fondunun 
1964-cü il üçün SSRİ Xalq Təsərrüfatının 
inkişafının dövlət planı ilə Azərbaycan SSR 
üzrə müəyyən edilmiş ümumi işçi sayı  və 
əmək haqqı fondu hesabına artırılması ba-
rədə  əsaslandırılmış  təklifləri Azərbaycan 
SSR Nazirlər Sovetinə təqdim etsinlər; 
- Azərbaycan SSR üzrə elmin inkişafı 
ilə əlaqədar işçi sayı və əmək haqqı fondu-
nun artırılması barədə SSRİ Nazirlər Sove-
tinin qərarından sonra bir ay müddətində 
göstərilən institutun strukturu, ştat cədvəli, 
maliyyə  mənbələri müəyyən edilməklə  xərclər smetası Azərbaycan SSR Nazirlər 
Sovetinə təsdiq edilmək üçün təqdim edilsin; 
- Dövlət Plan Komitəsinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan SSR Döv-
lət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun əsasnaməsini tərtib 
etsin və Azərbaycan SSR Nazirlər Sovetinin elmi-tədqiqat işlərinin koordinasiyası 
üzrə Dövlət Komitəsi, Azərbaycan SSR Maliyyə Nazirliyi və Azərbaycan SSR Nazirlər 
Soveti yanında hüquq komissiyası ilə razılaşdırılmaqla təsdiq etsin; 
- Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan SSR Dövlət Plan Komitəsi yanın-
da ETİİ-nin inzibati-idarəetmə heyətinin işçilərinin vəzifə maaşlarını SSRİ Maliyyə Na-
zirliyi ilə razılaşdırsın; 
- Azərbaycan SSR Dövlət Plan Komitəsinə tapşırılsın ki, təcili surətdə SSRİ 
Dövlət Plan Komitəsi və SSRİ elmi-tədqiqat işlərinin koordinasiyası üzrə Dövlət Komi-
təsi tərəfindən müəyyən edilmiş metodiki göstəriş və formalara müvafiq olaraq 1965-
ci il üçün ETİİ-nin mövzuları üzrə elmi-tədqiqat işləri planının dəqiqləşdirilməsi, işçi 
sayının hesablanması və institutun saxlanması üçün xərclər smetası ilə əlaqədar tək-
liflərini Azərbaycan SSR Nazirlər Sovetinin elmi-tədqiqat işlərinin koordinasiyası üzrə 
Dövlət Komitəsinə təqdim etsin; 
-  Azərbaycan SSR Dövlət Plan Komitəsinə icazə verilsin ki, göstərilən institutun 
əməkdaşlarının əmək haqlarını SSRİ Maliyyə Nazirliyi ilə razılaşdırılana  qədər, Azər-
baycan SSR Dövlət Plan Komitəsinin Məhsuldar Qüvvələrin Öyrənilməsi üzrə  Şu-
rasından  və Azərbaycan Neftçıxarma üzrə Elmi Tədqiqat İnstitutunun İstehsalat nor-
mativləri şöbəsindən köçürülən işçilərin əmək haqlarının ödənilməsinin mövcud şər-
tlərini saxlasın; 

 
17 
 
- Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində  tərkibinə ictimai əsaslarla 
respublikanın alimləri və yüksəkixtisaslı mütəxəssislərini cəlb etməklə məşvərətçi or-
qan hüququnda Məhsuldar Qüvvələrin Öyrənilməsi üzrə Şura yaradılsın; Azərbaycan 
SSR DPK Şuranın tərkibini təsdiq etsin. 
- Azərbaycan SSR Dövlət Plan Komitəsinə və Azərbaycan SSR Elmlər Akade-
miyasına tapşırılsın ki, Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-nin ya-
ranması ilə əlaqədar olaraq, respublikada iqtisadi tədqiqatların daha  səmərəli və nə-
ticəli təşkilinin təmin edilməsi və onların bir elmi-tədqiqat müəssisəsində təmərküzləş-
məsinin məqsədəuyğunluğu məsələsini həll etməyin zəruriliyini nəzərə alaraq  Azər-
baycan SSR Elmlər Akademiyasının  İqtisadiyyat  İnstitutunun mövzularını  nəzərdən 
keçirsinlər; 
- Bu məsələ üzrə təkliflər Azərbaycan SSR Nazirlər Sovetinin elmi-tədqiqat işlə-
rinin koordinasiyası  üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla 1965-ci il 01 aprel tari-
xinə kimi Azərbaycan SSR Nazirlər Sovetinə təqdim edilsin; 
- “Respublika  Dövlət Plan Komitəsi tərkibində planlaşdırılma və normativlər 
elmi-tədqiqat institutunun təşkil edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Soveti-
nin 1963-cü il 25 iyun tarixli 452 nömrəli qərarı qüvvədən düşmüş hesab olunsun.  
Bakı şəhəri, Çkalov küçəsində (indiki Niyazi küçəsi) yerləşən birmərtəbəli keç-
miş məktəb binası ETİİ-nin balansına verilmişdir. 
Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnsti-
tutunun ilk direktoru vəzifəsinə 1954-cü ildə Tbilisi Dövlət Universitetində namizədlik 
dissertasiyasını müdafiə etmiş, 1958-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbin-
də “İqtisadiyyat” kafedrasının dosenti olmuş, 1961-ci ildən 1965-ci ilin noyabr ayına-
dək “İqtisadiyyat” fakültəsində dekan müavini kimi fəaliyyət göstərən iqtisad elmləri 
namizədi, dosent Saleh İsmayıl oğlu Səmədov təyin edilmişdir. 
Azərbaycan SSR Dövlət Plan Komitəsinin 1965-ci il 31 iyul tarixli 39 saylı Kollegi-
yasının qərarı ilə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisa-
diyyat  İnstitutunun  Əsasnaməsi, Elmi Şuranın tərkibi və elmi-tədqiqat işlərinin planı 
təsdiq olunmuşdur.1965-ci ildə institutun strukturu ümumilikdə 6 şöbədən ibarət ol-
muşdur. İnstitutda çalışan əməkdaşların sayı 103 nəfər idi. Əməkdaşlardan 86 nəfəri 
elmi işçi kimi fəaliyyət göstərmiş, 17-si isə inzibati-təsərrüfat işləri ilə məşğul olmuşlar. 
Elmi işçilərin ümumi sayının 43 nəfəri Neftçıxarma üzrə AzETİ-dən  Elmi-Tədqi-
qat İqtisadiyyat İnstitutuna keçirilmiş istehsalat normativləri şöbəsində,digər elmi işçi-
lər isə yeni təşkil edilmiş aşağıdakı 5 şöbədə fəaliyyət göstərmişlər: 
- Planlaşdırmanın balans metodları şöbəsi; 
- Məhsuldar qüvvələrin yerləşdirilməsi şöbəsi;  
- Sənayenin iqtisadi problemləri şöbəsi; 
- Əməyin iqtisadiyyatı və həyat səviyyəsi şöbəsi; 
- Planlaşdırmada riyazi metodların və hesablama texnikasının tətbiqi şöbəsi. 
Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-nin yaradıldığı dövrdə yu-
xarıda qeyd edilən şöbələrə Əli İslam oğlu Əhmədov (Planlaşdırmanın balans metod-
ları şöbəsi), Raqib Vəli oğlu Məmmədov (Məhsuldar qüvvələrin yerləşdirilməsi şöbə-
si), Vahid Kazım oğlu  Şahmuradov (Sənayenin iqtisadi problemləri  şöbəsi), Veysəl 

 
18 
 
Rəsul oğlu Əfəndiyev (Əməyin iqtisadiyyatı və həyat səviyyəsi şöbəsi), Şamil Əliab-
bas oğlu Səmədzadə (Planlaşdırmada riyazi metodların və hesablama texnikasının 
tətbiqi  şöbəsi),  İslam Muxtar oğlu Qəhrəmanov (İstehsalat normativləri  şöbəsi) rəh-
bərlik etmişlər. 
1965-ci ildə institutun struktur bölmələri təsdiq edilmiş və institutun şöbələri aşa-
ğıdakı elmi-tədqiqat işlərini yerinə yetirmişlər. 
1. Planlaşdırmanın balans metodları  şöbəsi 1964-cü ildə Azərbaycan SSR-in 
xalq təsərrüfatı məhsullarının istehsalı və bölgüsü üzrə sahələrarası balansının işlən-
məsi mövzusunda işi yerinə yetirmişdir. Bu mövzu ayrı-ayrı sahələrin və bütövlükdə 
respublikanın xalq təsərrüfatının inkişafının dəqiq səviyyəsinin müəyyən edilməsi, icti-
mai istehsalın daha səmərəli strukturu və sahələrarası əlaqələrin rasional sisteminin 
qurulması məqsədilə işlənilmişdir. Burada istehsalatın sahələrarası hesabat balansı, 
həmçinin Azərbaycan SSR xalq təsərrüfatında qara metallurgiya və tikinti materialları 
sənayesi üzrə məhsulların natural formada bölüşdürülməsi əhatə olunmuşdur.  
2. Məhsuldar qüvvələrin yerləşdirilməsi şöbəsi Azərbaycan SSR-in kompleks in-
kişafının və məhsuldar qüvvələrinin yerləşdirilməsinin Baş sxeminin 1980-ci ilə qədər 
olan dövrü, daha dəqiq  əsaslandırılma ilə 1975-ci ilə  qədərki dövrünün işlənilməsi 
üçün ilkin materialların hazırlanması ilə məşğul olmuşdur. Struktur bölmələri üzrə qar-
şıda duran mühüm vəzifələrdən biri qara metallurgiyanın inkişafı  və yerləşdirilməsi 
olmuşdur.  Əlvan metallurgiya sahəsində qarşıda duran vacib məsələ isə Kirovabad 
(indiki Gəncə) alüminium zavodunda texniki proseslərin tezliklə  mənimsənilməsi və 
ikinci növbənin gücünün işə salınması idi. Qara metallurgiya sahəsinin problemləri 
üzrə aparılan elmi işlərin nəticəsində, bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin 
genişləndirilməsinin iqtisadi cəhətdən səmərəli olduğu müəyyənləşdirilmişdir. 
3. Sənayenin  iqtisadi problemləri  şöbəsinin 1965-ci ilin fəaliyyət proqramında 
Azərbaycan SSR-in aparıcı sənaye sahələrində ixtisaslaşmanın iqtisadi səmərəliliyi-
nin müəyyən edilməsi üzrə materialların yığılması və ümumiləşdirilməsi mövzusu nə-
zərdə tutulmuşdur. Mövzu işlənilərkən əsas diqqət respublikanın aparıcı sənaye sa-
hələrinin bir sıra istehsalat müəssisələrinin sonrakı ixtisaslaşması üzrə elmi tövsiyələr 
verilmiş, sənayedə yeni ixtisaslaşdırılmış istehsalat müəssisələrinin və sahələrinin ya-
radılmasına tövsiyə edilən nəticələrin istifadə edilməsi məqsədə müvafiq hesab edil-
mişdir. 
4. Əməyin iqtisadiyyatı və həyat səviyyəsi şöbəsi  tərəfindən Azərbaycan SSR 
əhalisinin alıcılıq fondlarınınvə mal dövriyyəsinin  strukturu mövzusunda elmi iş başa 
çatdırılmışdır. 1964-cü ildə Bakı  şəhərində  əhalinin pul gəlirləri və  xərcləri hesabat 
balansının tərtib edilməsi və əhalinin bir nəfərinə düşən qeyri-ərzaq malları üzrə tələ-
batın dəyər ifadəsində faktiki normasının təyin edilməsi işləri yerinə yetirilmişdir. 
5. Planlaşdırmada riyazi metodların və hesablama texnikasının tətbiqi şöbəsi tə-
rəfindən P. Montin adına zavodun timsalında maşınqayırma müəssisələrində istehsal 
gücündən səmərəli istifadənin hesablanması  işi yerinə yetirilmişdir. Yerinə yetirilən 
işlərin nəticələri avadanlıqla artıq yükləmə yerlərini və zavod avadanlığının gücündən 
istifadənin optimal variantını müəyyənləşdirməyə imkan verdi. Son nəticə və təkliflər 
zavod rəhbərliyinə təqdim edildi. 

 
19 
 
6. İstehsalat normativləri şöbəsi Azərbaycan SSR Xalq Təsərrüfatının ayrı-ayrı 
sahələri üzrə 1966-cı il üçün xammalın, materialların, yanacağın və elektrik enerjisi-
nin ümumi normalarının işlənib hazırlanması mövzusu ilə məşğul olmuşdur. Bu möv-
zunun yerinə yetirilməsində qarşıya qoyulan əsas məqsəd  maddi və yanacaq-enerji 
ehtiyatlarının elmi cəhətdən əsaslandırılmış proqressiv normalarının işlənib hazırlan-
ması və xalq təsərrüfatında tətbiqi idi. Bu da öz növbəsində maddi və yanacaq-enerji 
ehtiyatlarından səmərəli istifadə olunması zərurətindən irəli gəlirdi.  
1965-ci ildə təsdiq edilmiş struktura 1966-cı ildə üç yeni şöbənin əlavə edilməsi 
ilə ETİİ-nin strukturu genişlənmişdir. Belə ki, 1966-cı ildə ETİİ-də “Əməyin elmi təşki-
li”, “Tikintinin iqtisadiyyatı” və “Mineral ehtiyatların iqtisadiyyatı” adlanan yeni struktur 
bölmələri (şöbələri) yaradılmışdır. Yüksək ixtisaslı elmi kadrların hazırlanması  məq-
sədi ilə 1967-ci ildən başlayaraq hər il ETİİ-nin həm özündə əyani və qiyabi aspiran-
turaya qəbul, həm də Azərbaycan  SSR  Elmlər Akademiyası sistemi tərəfindən insti-
tuta ayrılan yerlərə müvafiq olaraq Moskva şəhərinin mərkəzi institutlarına məqsədli 
aspiranturaya göndəriş həyata keçirilməyə başlanıldı. 
1968-ci ilin aprel ayında Azərbaycan SSR Dövlət Plan Komitəsinin Kollegiyası 
ETİİ-nin fəaliyyətinin yaxşılaşdırılması  məsələsini xüsusi müzakirə etmiş, institutun 
strukturunun dəyişdirilməsinin vacibliyi barədə qərar qəbul etmişdir. Kollegiyanın qə-
rarına uyğun olaraq yeni “Elmi-texniki tərəqqinin iqtisadi problemləri” və “Torpaq-su 
ehtiyatlarından, kənd təsərrüfatı xammalından istifadə” şöbələri yaradıldı.  
1968-ci ilin əvvəlində ETİİ-nin  əməkdaşlarının sayı, onların elmi dərəcələrinə 
görə vəzifə bölgüsü və aylıq maaşları təsdiq edilmişdir. 
 
    
 

 
20 
 
 
 
 

 
21 
 
  
 
  
 
 
 

 
22 
 
1968-ci ilin avqust ayında ETİİ-yə iqtisad 
elmləri doktoru, professor Mədət Mustafa oğlu 
Allahverdiyev direktor vəzifəsinə təyin edildi. 
1968-ci ildə institutda ilk dəfə olaraq 96 
səhifə  həcmi olan 14 elmi məqalədən ibarət 
birinci elmi əsərlər toplusu çap olundu. 
ETİİ-nin Əsasnaməsinə uyğun olaraq in-
stitutun fəaliyyətinin  əsas istiqaməti, məhsul-
dar qüvvələrin inkişafı və yerləşdirilməsi, plan-
laşdırmanın, proqnozun elmi səviyyəsinin yük-
səldilməsi, xalq təsərrüfatı sahələrində idarəet-
mə  və elmi-texniki tərəqqi kimi vacib iqtisadi 
problemlər üzrə  təkliflərin işlənib hazırlanması 
və müvafiq direktiv orqanlara təqdim edilməsi 
olmuşdur. 
1969-1970-ci illərdə  institutun elmi-təd-
qiqat planına uyğun  olaraq, Azərbaycan SSR 
iqtisadiyyatının, eləcə də məhsuldar qüvvələrin 
inkişafı  və yerləşdirilməsinin uzunmüddətli in-
kişaf proqnozları işlənib hazırlandı.  
SSRİ Nazirlər Soveti yanında Elm və 
Texnika üzrə Dövlət Komitəsinin 1969-cu il 26 noyabr tarixli 16-16/189 saylı sərənca-
mına və Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarına uyğun olaraq ETİİ-yə 
“Respublika  ərazisində  məhsuldar qüvvələrin inkişafı  və yerləşdirilməsi sxemi”nin 
işlənib hazırlanması üzrə aparıcı  təşkilat statusu verilmişdir. Yuxarıda göstərilənləri 
və Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1969-cu il 28 may tarixli 389 saylı qərarını 
nəzərə alaraq, institut ilk dəfə olaraq “1975-ci ilə  qədər olan dövr daha dəqiq əsas-
landırılmaqla, Azərbaycan SSR-də 1971-1980-ci illərdə məhsuldar qüvvələrin inkişafı 
və yerləşdirilməsi Sxemi”nin işlənib hazırlanmasını 1970-ci ildə sona çatdırmışdır. 
Göstərilən sxem əvvəlcə Azərbaycan SSR Nazirlər Soveti, sonra isə SSRİ Dövlət 
Plan Komitəsi tərəfindən bəyənilmişdir. Sxemdə Xalq təsərrüfatı sahələrinin inkişaf və 
yerləşdirilməsinin müasir vəziyyəti, perspektivdə elmi-texniki proseslərin, maddi 
istehsalda daha səmərəli istifadə istiqamətləri, respublika iqtisadiyyatının inkişaf 
sürətində  nəzərə çarpan və müşahidə edilən dəyişikliklərin, bölgələrdə ictimai 
istehsalın yerləşdirilməsi strukturunun öyrənilməsi geniş  təhlil edilmişdir. Bu təhlildə 
istehsalatın inkişafı və yerləşdirilməsinin müasir vəziyyəti, respublikanın xalq təsərrüfatı 
sahələrinin inkişaf istiqamətləri, sənaye, tikinti sənayesi, kənd təsərrüfatı, nəqliyyat və 
rabitə, ticarət və ictimai iaşə, maddi-texniki təchizat və  tədarük, təhsil, səhiyyə, elm, 
kurort və turizm, mənzil-kommunal təsərrüfatı və onların ixtisaslı kadrlarla təminatının 
işlənib hazırlanmasına xüsusi diqqət yetirilmişdir. İnstitut tərəfindən işlənib hazırlanmış 
“Sxem”də Azərbaycan SSR Xalq Təsərrüfatının müasir vəziyyəti barədə hərtərəfli təhlil 
verilmiş, sənayenin birtərəfli inkişafının səbəbləri göstərilmiş, Xalq Təsərrüfatının ayrı-
ayrı sahələrinin və respublikanın məhsuldar qüvvələrinin yerləşdirilməsi üzrə əsaslan-

 
23 
 
dırılmış  təkliflər müəyyənləşdirilmişdir. “Sxem”in əsas müddəaları 1971-1975-ci illər 
üzrə xalq təsərrüfatının 5 illik planında öz əksini tapmışdır.  
Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ-nin 1970-ci il 4 yanvar ta-
rixli əmri ilə institutun struktur bölmələrində vəzifə tutan əməkdaşların siyahısı təsdiq 
edilmişdir. 
 
 

 
24 
 
 
 

 
25 
 
 
 

 
26 
 
 
1969-cu il 14 iyul tarixində Azərbaycan 
KP MK-nın birinci katibi seçilən Heydər Əli-
yevin ölkə  rəhbərliyinə  gəlişi Azərbaycan 
SSR xalq təsərrüfatının sürətli inkişafının 
əsasını qoydu. Heydər  Əlirza oğlu  Əliyevin 
bilavasitə təşəbbüsü ilə Sov. İKP MK-nın və 
SSRİ Nazirlər Sovetinin 1970-ci ildə “Azər-
baycan SSR-in xalq təsərrüfatını daha da 
inkişaf etdirmək tədbirləri haqqında” və 
“Azərbaycan SSR-in kənd təsərrüfatını inki-
şaf etdirmək tədbirləri haqqında”, 1975-ci 
ildə “Azərbaycan SSR-də  kənd təsərrüfatı 
istehsalını daha da intensivləşdirmək tədbir-
ləri haqqında”, 1976-cı ildə “1976-1980-ci 
illərdə respublikada sənayenin ayrı-ayrı sa-
hələrinin inkişaf etdirilməsinə dair Azərbay-
can KP Mərkəzi Komitəsi təkliflərinin nəzər-
dən keçirilməsi nəticələri barəsində”, 1979-
cu ildə “Azərbaycan SSR-də  kənd təsərrü-
fatı istehsalını daha da ixtisaslaşdırmaq, 
üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” olan tarixi qərarlarının 
misilsiz rolu olmuşdur. Bu tədbirlərin görülməsi nəticəsində iqtisadiyyatın inkişafı 
Azərbaycan elminə də öz bəhrəsini vermişdir. Heydər Əliyevin elmin inkişafına gös-
tərdiyi qayğı və diqqət nəticəsində ETİİ-nin də fəaliyyətində güclü canlanma yarandı. 
Həmin dövrdən başlayaraq, ETİİ üçün yeni inzibati binanın inşasına başlanması  və 
1977-ci ilin oktyabrında tam istifadəyə verilməsi, onun maddi-texniki bazasının və 
kadr potensialının möhkəmləndirilməsi istiqamətində irimiqyaslı işlərin həyata keçiril-
məsi qeyd olunanların bariz sübutudur. Bunun nəticəsində, ETİİ  nəinki Azərbaycan 
SSR-də, həmçinin keçmiş İttifaqda aparıcı iqtisadi elmi-tədqiqat institutlarından birinə 
çevrilmişdir. 
1970-ci il 1 dekabr tarixində ETİİ-də çalışanların ümumi sayı 219 nəfərə çatmış-
dı. Onlar ümumilikdə 10 şöbədə fəaliyyət göstərirdilər. İnstitutda bir nəfər elmlər dok-
toru, 24 nəfər elmlər namizədi iqtisadiyyatın bu və ya digər sahələri üzrə elmi-tədqi-
qat işləri aparırdılar. 1968-1971-ci illərdə ETİİ-də Respublika iqtisadiyyatının inkişafı 
ilə bağlı olan kompleks məsələləri nəzərdə tutan 34 mövzu üzrə elmi-tədqiqat işləri 
yerinə yetirilmişdir.  
Həmin il ETİİ-də yaradılan “İnformasiya və nəşriyyat şöbəsi”nin tərkibinə nəşriy-
yat işləri və informasiya (kitabxana) qrupları daxil edilmişdir. Yaradılan yeni şöbənin 
ilk müdiri iqtisad elmləri namizədi Vahid Kazım oğlu Şahmuradov təyin edildi. Həmçi-
nin, şöbənin tabeliyində maşınbüro fəaliyyət göstərirdi və tezislər və elmi konfransla-
rın məruzələri, eyni zamanda institut əməkdaşlarının elmi materialları da bu şöbədə 
çap edilirdi. 1970-1971-ci illər ərzində bu şöbədə 76 çap vərəqi həcmində institutun 

 
27 
 
əməkdaşlarının elmi əsərləri, Dövlət Plan Komitəsinin 50 illiyinə və SSRİ plan təşki-
latlarına aid materiallar, “Azərbaycan SSR-in kurort-turizm təsərrüfatının kompleks in-
kişaf problemləri” mövzusu üzrə məruzə, “Azərbaycan SSR-in sahələrarası və regio-
nal əlaqələri” mövzusunda materiallar və s. nəşr edilmişdir. İnformasiya qrupu mün-
təzəm olaraq, respublikada və xarici ölkələrdə iqtisadiyyat üzrə, elm və texnikanın 
nailiyyətləri barədə əməkdaşları məlumatlar ilə təmin edir, referativ jurnallara və məc-
muələrə abunə yazılırdı. 
ETİİ-nin elmi-tədqiqat işləri planına 1971-ci ildə  aşağıdakı mövzular daxil edil-
mişdir: 
- Azərbaycan SSR-də uzunmüddətli (2000-ci  ilə qədər) iqtisadi proqnozların və 
1976-1990-cı illər üzrə daha dəqiq  əsaslandırılma ilə, 1980-ci ilə  qədər dövr üçün 
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxeminin işlənib hazırlanması; 
- Azərbaycan SSR-də 1990-cı ilə qədər, daha dəqiq əsaslandırma ilə isə 1985-
ci ilə qədər olan dövr üçün  kiçik və orta şəhərlərin kompleks inkişafının səmərəliliyi-
nin artırılması üzrə elmi-tədqiqat tövsiyələrinin işlənib hazırlanması; 
-  Sahələrarası balansların işlənib hazırlanması; 
- Azərbaycan SSR Dövlət Plan Komitəsində plan hesablamalarının avtomatlaş-
dırılmış sistemlərinin (PHAS) işlənib hazırlanması; 
- Azərbaycan SSR xalq təsərrüfatında planlaşdırma, maddi, yanacaq-enerji ehti-
yatlarından istifadə edilməsi və bölüşdürülməsi üçün normativlər sisteminin işlənilməsi; 
- Azərbaycan SSR-də elmi-tədqiqatların səmərəliliyinin artırılması üzrə tədbirlər 
sisteminin işlənib hazırlanması. 
1971-ci ildə institutda fəaliyyət göstərən 15 şöbədə  (İnformasiya Hesablama 
Mərkəzi ilə birlikdə) 200 nəfər əməkdaş işləyirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
28 
 



  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə