Microsoft Word who-aims final report azerb 04 2008. doc



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix30.12.2021
ölçüsü0,82 Mb.
#21202
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
KADR

 

RESURSLARI

 

 

 

Psixi sağlamlıq xidmətlərində mövcud kadr resurslarının sayı  

 

Dövlət psixiatriya müəssisələrində çalışan və özəl praktika ilə məşğul olan bütün kadr 

resurslarının ümumi sayı  hər 100 000 nəfər  əhali üçün 22,2-yə  bərabərdir. Onların 

peşəyə uyğun bölgüsü aşağıdakı kimidir: 5,2 psixiatr, 0,8 digər ixtisaslardan olan 

həkimlər (psixiatriya üzrə ixtisaslaşmamış), 8,4 tibb bacısı, 0,2 psixoloq, 0,3 sosial 

işçi, 7,4 digər səhiyyə  və ya psixi sağlamlıq sistemi işçiləri, o cümlədən yardımçı 

personal və tibbi köməkçilər. Peşə  həkimləri, həkim və ya tibb bacısı olmayan İSX 

işçiləri, səhiyyə köməkçiləri, peşəkar və ya yarımpeşəkar psixososial məsləhətçilər 

kimi psixi sağlamlıqla əlaqəli digər ixtisasların sahibləri ölkədə mövcud deyildir. 

 

Psixiatrların 92%-i yalnız dövlət psixiatriya müəssisələrində  işləyir, yalnız QHT-



lərdə, özəl psixiatriya müəssisələrində çalışan və ya xüsusi praktika ilə  məşğul olan 


 

 

24



psixiatrlar yoxdur, lakin onların 8%-i eyni zamanda hər iki sektorda çalışır.  Tibb     

bacılarının 99%-i yalnız dövlət psixiatriya müəssisələrində  işləyir, 1%-i isə yalnız 

QHT-lərdə, özəl psixiatriya müəssisələrində  və ya xüsusi praktika ilə  məşğul olan 

psixiatrların yanında çalışır. Psixoloqlar və sosial işçilər (Sİ) səhiyyə  sistemi       

strukturunda işləmirlər. Sİ-lər (50%) Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

sistemində çalışırlar, klinik psixoloqların böyük əksəriyyəti isə (94%) QHT-lərdə   

çalışır. 

 

İş yerinə görə, psixiatrların 158-i ambulator psixiatriya müəssisələrində, 11-i ümumi 



təyinatlı xəstəxanaların psixiatriya şöbələrində, 133-ü isə psixiatriya xəstəxanalarında 

çalışır. Psixiatriya üzrə ixtisaslaşmamış, digər sahələrin həkimlərindən 18-i ambulator 

müəssisələrdə, 47-i isə psixiatriya xəstəxanalarında çalışır. Tibb bacılarına gəldikdə 

isə, onların 313-ü ambulator psixiatriya müəssisələrində, 17-i ümumi təyinatlı 

xəstəxanaların psixiatriya şöbələrində, 393-ü isə psixiatriya xəstəxanalarında çalışır. 

Ambulator psixiatriya müəssisələrində, yaxud ümumi təyinatlı  xəstəxanaların 

psixiatriya şöbələrində çalışan heç bir psixososial işçi (klinik psixoloq, sosial işçi və 

peşə  həkimləri) yoxdur, yalnız Respublika Psixiatriya Xəstəxanasında bir psixoloq 

çalışır. Digər səhiyyə  və ya psixi sağlamlıq sistemi işçilərindən 273-ü ambulator 

psixiatriya müəssisələrində, 16-ı ümumi təyinatlı  xəstəxanaların psixiatriya 

şöbələrində, 334-ü isə psixiatriya xəstəxanalarında çalışır. 

 

Psixiatriya müəssisələrinin kadrlarla təminatı baxımından, ümumi təyinatlı 



xəstəxanaların psixiatriya şöbələrində  hər çarpayıya 0,18 psixiatr, müqayisə üçün 

psixiatriya xəstəxanalarında isə  hər çarpayıya 0,03 psixiatr düşür. Tibb bacılarına 

gəldikdə isə, ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrində hər çarpayıya 0,3 

tibb bacısı, müqayisə üçün psixiatriya xəstəxanalarında isə  hər çarpayıya  0,1  tibb    

bacısı düşür. 

 

Kadr resurslarının  şəhər və  kənd bölgələri arasında paylanması qeyri-mütənasibdir. 



Ən böyük şəhər və ya onun ətrafında psixiatrların sıxlığı, bütün ölkə üzrə olduğundan 

1,6 dəfə artıqdır. Tibb bacılarının sıxlığı isə,  ən böyük şəhərdə bütün ölkə üzrə 

olduğundan 2 dəfə çoxdur. Ölkədə klinik psixoloqların və klinik sosial işçilərin sayı 

məhduddur və onlar kənd əhalisinə xidmət göstərmirlər. 

 

  



 

 

25




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin