PSİXİ
SAĞLAMLIQ
SİSTEMİNİN
GÜCLƏNDİRİLMƏSİNDƏ
NÖVBƏTİ
ADDIMLAR
Azərbaycan Respublikasında psixi sağlamlıq sisteminin gücləndirilməsində növbəti
addımlar aşağıdakı məqsədlərə yönəlməlidir:
Siyasət və qanunvericilik strukturu: Psixi sağlamlıq siyasəti və milli strateji planın
işlənib hazırlanması. Bu siyasət və plana aşağıdakılar daxil edilməlidir:
Gələcək psixi sağlamlıq sisteminin konsepsiyasının, prinsip və
məqsədlərinin təsviri
Strategiyaların, müddətlərin, fəaliyyət növlərinin, büdcənin, hədəf və
məsuliyyətlərin müəyyən edilməsi
İntihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, iş şəraitində
stressin idarə olunması, zorakılığın azaldılması və s. üzrə xüsusi
proqramların tərtib edilməsi
Standartların və keyfiyyəti təmin edən proseduraların işlənib hazırlanması
Psixi sağlamlıq xidmətlərinin təşkilati strukturunun və idarə olunmasının
təkmilləşdirilməsi
Psixi sağlamlıq sistemində maliyyə resurslarının bölgüsünün
təkmilləşdirilməsi
Dostları ilə paylaş: |