28
PS sahəsində nəşr olunan materiallara və aparılan məlumatlandırma kampaniyalarına
nəzarət edən heç bir əlaqələndirici qurum mövcud deyil. Son beş il ərzində QHT-lər,
peşə assosiasiyaları və beynəlxalq təşkilatlar əhalinin maarifləndirilməsi və
məlumatlandırma kampaniyaları həyata keçirmişlər. Bu tədbirlər qeyri-müntəzəm və
kiçikmiqyaslı xarakter daşımışdır. Kampaniyaların hədəf olaraq yönəldiyi qruplar
bunlar olmuşdur: uşaqlar, yeniyetmələr, qadınlar, travmadan sonra sağ qalanlar və
yardıma ehtiyacı olan digər qruplar (qaçqın və məcburi köçkünlər). Bundan başqa,
peşə qruplarına, o cümlədən səhiyyə işçilərinə, müəllimlərə və səhiyyə sektoru ilə
əlaqəli olan digər professional qruplara yönəlmiş maarifləndirmə və məlumatlandırma
kampaniyaları aparılmışdır.
Dostları ilə paylaş: