15
yerləşmiş Kiprin Yunanıstana birləşdirilməsi Türkiyə dövlətinin
təhlükəsizliyi baxımından yol verilməzdir.
Əgər iki dünya müharibəsi arasındakı dövrdə kiprli türk
liderləri enozis şüarına cavab olaraq adada ingilis hakimiyyətinin
saxlanılması və ya onun Türkiyəyə qaytarılmasını tələb edirdilərsə,
İkinci Dünya müharibəsindən sonra onlar adanın bölüşdürülərək
(taksim) Türkiyə və Yunanıstana birləşdirilməsini irəli sürürlər. Bu
ideya Türkiyə hökuməti tərəfindən də müdafiə olunurdu. Yunanıstan
hökuməti və kiprli yunanlar taksim planını rədd etdilər. Ona görə də
türklər ingilislər tərəfindən onların (türklərin) marağının qorunması
şərtilə adaya müstəqillik verilməsi ideyasını xoş qarşılayırlar.
1959-cu
ildə Böyük Britaniya, Türkiyə və Yunanıstan
arasındakı Kiprin gələcək statusu haqda saziş imzalanır. Sürix-
London müqaviləsinə əsasən adada vahid müstəqil Kipr dövlətinin
yaradılması qərara alınır. Böyük Britaniya, Türkiyə və Yunanıstan
Kiprin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə zəmanət
verir. Yunanıstan və Türkiyə adada ordu saxlamaq, Böyük Britaniya
isə Dekeliya və Akrotiri hərbi bazalarının yerləşdiyi 150 kv. km
ərazini suverenliyi altında saxlamaq hüququ qazanır.
Əfsuslar
olsun ki, 1959-cu ildə imzalanmış müqavilə adanın
vahidliyini təmin edə bilmir və onu etnik münaqişə ocağına çevirir.
1974-cü il iyunun 15-də Kiprin mürtəce qüvvələri Afina hərbi
xuntasına arxalanaraq adanın Yunanıstana birləşdirilməsi cəhdilə
dövlət çevrilişi həyata keçirir. Çevrilişdən sonra adada vəziyyət
gərginləşir. Kiprdə yaşayan türklərin hüquqlarını qorumaq və onları
müdafiə etmək məqsədilə Türkiyə dövləti adaya ordu çıxarır və onun
37 faizini zəbt edir.
Yunanıstan və Türkiyə arasında ziddiyyət yaranır. NATO
çərçivəsi daxilində Yunanıstan – Türkiyə arasında Cenevrə
danışıqları baş tutmur. Türkiyə adada hərbi fəaliyyətini genişləndirir.
1974-cü il avqustun 16-da türk ordusu özünümüdafiə qüvvələri ilə
birgə ötən əsrin 60-cı illərində nəzərdə tutulan bölgü xəttinə çatır.
Münaqişə zamanı adanın şimalından cənubuna 200 yunan,
cənubundan şimala 40 min türk köçməyə məcbur olur.
1975-ci ilin fevralında kiprli türklər nəzarətləri altında olan
ərazidə birtərəfli qaydada Kipr Federativ Türk Respublikasının
(KFTR) yaradılmasını elan edir. Qanunverici
məclis və hökumətin
yaradılması elan olunur, konstitusiya qəbul edilir. Şimalda yaşayan
16
yunanlar xarici vətəndaş sayılır. Mülkləri müsadirə edilir. Yunan
mənşəli adlar (şəhər, küçə, kənd) dəyişdirilir, o cümlədən,
Nikosiyanın türklərə məxsus yaşayış məhəllələri Levkoşa
adlandırılır.
Beynəlxalq cəbhədə mövqeyini möhkəmləndirmək və
iqtisadiyyatın inkişafı məqsədilə KFTR-nın türk liderləri «İslam
həmrəyliyindən» istifadə edir. KFTR İslam Konfransı Təşkilatında
müşahidəçi statusu alır. Ötən əsrin 80-ci illərinin əvəllərində
Səudiyyə Ərəbistanının məliki Məhəmməd əl-Feysəl əs Səudun
təşəbbüsü ilə KFTR-da İslam Bankı və iqtisadiyyatı Beynəlxalq
İnstitutu, Feysəl adına Kipr İslam Bankı açılır.
KFTR ilə Pakistan,
İran, Ürdün və digər ölkələr arasında münasibətlər yaranır.
1983-cü ilin iyununda KFTR qanunverici orqanı muxtariyyət
hüquqları barədə qərar qəbul edir. 1983-cü il noyabrın 15-də Şimali
Kıbrıs Türk Cümhuriyyəti dövlətinin (Şimali Kipr Türk
Respublikası) elan olunur. NATO dövlətləri tərəfindən dəstəklənmək
məqsədilə Şimalda ABŞ hərbi bazasının yerləşdirilməsinə imkan
yaradılır. 1986-cı ildə Lefkoşada 500 mln. dollar vəsait sərf
edilməklə ABŞ tərəfi təyyarə limanını inşa etdirir. İqtisadiyyatına
Türkiyə, ABŞ, Böyük Britaniya, AFR, Danimarka,
Səudiyyə
Ərəbistanı və digər ölkələr sərmayə qoyur. Bu sərmayə mənzil
tikintisi, yollar çəkilməsinə (Levkoş-Girna), liman inşası (Girnada),
məscidlərin bərpasına və d. sahələrə sərf edilir
*
.
Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti
R.Denkdaşın müxtəlif ölkələrlə iqtisadi və hərbi əməkdaşlığı Kipr
probleminin həllini mürəkkəbləşdirir.1986-cı ildə Türkiyə ilə ŞKTC
arasında iqtisadi əməkdaşlıq, 1990-cı ildə pasport nəzarətinin ləğv
edilməsi və gömrük əlaqələrinin genişləndirilməsi, siyasi və iqtisadi
sahədə əməkdaşlıq barədə deklarasiya imzalanmışdır. 1997-ci ilin
iyununda Türkiyə və ŞKTC arasında iqtisadi, maliyyə, müdafiə,
xarici siyasət və təhlükəsizlik sahələrində inteqrasiya tədbirləri
haqda
müqavilənin imzalanması isə Kipr probleminin həllini daha da
*
Türkiyə dövlətinin maliyyə yatırımına baxmayaraq, türk icması
çətinliklərlə rastlaşır, sənaye istehsalı və kapital qoyuluşunun həcmi azalır,
büdcədə kəsr mövcuddur. Ümumdaxili məhsulun 70 faizi xidmət sahəsi, 7,5
faizi kənd təsərrüfatı, 13,5 faizi sənaye, 5 faizi turizmin payına düşür. Əmək
qabiliyyətli əhalinin 10 – 12 faizi işsizdir.
17
dərinləşdirir.
Azərbaycan Respublikası və ŞKTC arasında münasibətlər
yaradılmışdır. Bakıdan Levkoşaya təyyarə
xətti açılmış,
respublikamızın iş adamları Kiprin türklərin məskunlaşdığı
ərazilərdə, kiprli türklər isə Azərbaycanda öz sərmayələri ilə biznes
qurmağa başlamışlar. Azərbaycanda
turizmin və subtropik
meyvəçiliyin inkişafına kiprli türklərin yardımı böyükdür. 2007-ci
ilin noyabr ayında Bakıda keçirilmiş Türk dövlətləri və
cəmiyyətlərinin növbəti qurultayında kiprli türklərin rəhbəri çıxış
edərək rəsmi Bakının onlara göstərdiyi yardımı müsbət
qiymətləndirmişdir.
Beynəlxalq ictimaiyyət Kipr probleminin həllinə cəhd gös-
tərmişdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində adanın
bölüşdürülməsinə imkan verməmək, xarici dövlətlərin adada hərbi
iştirakına yol verməmək, respublikanın daxili işlərinə qarışmamaq
göstərilir.
BMT Baş Katibliyinin vasitəçiliyi ilə türk və yunan icmaları
arasında danışıqlar aparılır. Kipr probleminin nizama salınmasının
əsas məramını siyasi cəhətdən bərabərhüquqlu iki icmanın daxil
olduğu vahid suveren dövlətin yaradılması təşkil edir.
Dostları ilə paylaş: