37
aid tərcümə nümunələri sayca çoxluğu ilə yanaşı, mövzu və
forma rəngarənglıyi, janr müxtəlifliyi ilə də seçilir.” (“Azər-
baycan” jurnalı, N-9, 2010, səh.164)
Məhəmməd Füzulinin
“Hədisi-Ərbəin”
tərcüməsi, Həzini adlı şair-tərcüməçinin qələ-
mindən çıxmış “Hədisi-Ərbəin” tərcüməsi, Məhəmməd
Nişatinin “Şühədanamə” və “Şeyx Səfi təzkirəsi” adlı irihəcmlı
nəsr tərcümələri, Əbdülhadi Bəvazicinin “Kəvamilüt-təbir”
tərcüməsi, Mahmud Şirvaninin “Xəridətül-əcaib və fəridətül-
qəraib” tərcüməsi, naməlum mütərcimin qələmindən çıxmış
“Mənaqibi-Şeyx Səfi” tərcüməsi bu yüzilliyə aid olan tərcümə
mətnləri kimi ətraflı şərh olunmuşdur. Bu məqalənin əhəmiy-
yəti ondadır ki, burada tərcümə tariximizin bizə qaranlıq qalan,
o qədər də geniş işıqlandırılmayan tarixi dövrlərinə nəzər
salınmaqla yanaşı, həm də milli tərcüməçilik
təcrübəmizi orta-
ya qoyur. Biz bu ənənələrə, eləcə də sivil dəyərlərə əsaslanıb
müasir tərcüməşünaslıq elminin konseptual, bitkin, sistemli
nəzəriyyəsini yaratmalıyıq. Bu kontekstdə bir sıra
digər ölkə
xalqlarının da tərcüməçilik təcrübələrindən, ənənələrindən
faydalanmağa ehtiyac var. Bizim həm də ona ehtiyacımız var
ki, öz milli kimliyimizi tanıdaq, milli dəyərlərimizi, adət və
ənənələrimizi, ədəbiyyat və mədəniyyətimizi
dünyaya geniş
şəkildə təqdim edək. Ən azı ona görə ki, bizi özümüzdən yaxşı
heç kim tanımır. Qeyd edək ki, yola saldığımız ötən ildə bu
istiqamətdə müəyyən addımlar atılıb. Folklor nümunələrinin
tərcüməsi
kontekstində Səhər Orucoğlunun “Azərbaycan
Dostları ilə paylaş: