Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə44/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   40   41   42   43   44   45   46   47   ...   125
109 
İlk baxışda yağışı təsvir və tərənnüm təəssüratı yaradan bu 
şerin mahiyyətində  təbiətə baxışımıza yeni rənglər, çalarlar 
əlavə edən, onları yeni biçim və ahəngdə  sərgiləyən motivlər 
var. Bu yenilik mahiyyətin tam ayrı biçimdə dərk edilməsi və 
bədii mətnin hər bir canlı toxumasının içində dəyişiklik yarat-
masıdır. Şerdəki vəzn, musiqilik sözün sirayət gücünü birbaşa 
hisslərimizə yeridir, ondakı mövcud assosiasiya təfəkkür tərzi-
mizi hərəkətə gətirir, daha sonra beynimizə, düşüncəmizə yeni 
məna, məzmun aşılanır, o qədər ki, oxucunu yağışın möcüzə 
yaradacağına, onu ağrılardan qoparacağına inandıra bilir. 
Qismətin  şeirlərində sosial-ictimai narazılığın ünvanı  hələ 
şəhər obrazında üzə çıxırsa, R.Rövşəndə bu kontekst vüsətlənib 
vətən miqyasını alır. Son illər Ramiz Rövşənin yaradıcılığında 
müşahidə elədiyimiz qəzəb, sərt mövqe onun demək olar ki, bü-
tün ictimai məzmunlu  şeirlərinin  əsasını  təşkil edir. Şairin 
“Təpədən dırnağa hirs içindəyəm”, “Azad qadın heykəli”, “Nə 
gündəsən, Vətən” kimi şeirlərində şairin qəzəbinin, narazılığının 
ünvanlandığı hədəflər məlumdur. Cəmiyyətin sosal ziddiyyətləri 
və neqativləri. O qədər ki, şairin hətta dilənçi bir qadını belə 
şeirinin predmetinə çevirərkən bu ziddiyyətlərin fonu, peri-
feriyanı deyil, əsas dominanat müstəvini zəbt etdiyini görürük. 
 
Mənim daş olmağa yoxdur həvəsim. 
Daş olub lap ulu Füzulinin də 
Yanında durmağa yoxdur həvəsim.  
Mən sənin yanında dururam, sənin. 
Küçənin tinində dilənən qarı. 
Başından var-dövlət yağan ölkənin 
Bəxtəvər günündə dilənən qarı. 
 
Deyirlər,  əsl  şair ruhu zamanla müxalif davranır. Ramiz 
Rövşənin şeirlərində zaman və ona müxalif davranan şair obra-
zı  şəxsiyyət və  cəmiyyət antiqonizmi şəklində üzə  çıxır. Hər-
çənd  şeir qəzəbi, aqressiyanı sevmir. R.Rövşən poeziyasının 
məzmun, mündəricə, fəlsəfə qatı həmişə bu məqamlara- cəmiy-
yət həyatına, milli insanın taleyinə, tənhalığına həssas olmuş, 
həqiqətin “Söz”ünə varmağı təqib qılmışdır:  


 
110 
Nə uzun çəkdi, vətən, 
dönüb sənə qayıtmaq. 
İçimin qürbətindən 
bu vətənə qayıtmaq. 
 
Hansı yolla qayıdım? 
Yolların çəpərlənib. 
Meşələrin, çöllərin, 
göllərin çəpərlənib. 
Bircə kol da qalmayıb – 
kölgəsində yatmağa. 
Bircə göl də qalmayıb – 
sularında batmağa. 
 
Ramiz Rövşənin bu şeirində vətən anlamı insan içinin çökü-
şü, dərin böhranı ilə harmonik verilir, milli-mənəvi-əxlaqi ide-
alların tənəzzülə  uğradığı yer(lər)dən, natur-fəlsəfi qatlardan 
nəşət tapır. 
 
Vətən, səni sevə-sevə 
axı necə itirdim? 
İldən-ilə səni ev-ev, 
küçə-küçə itirdim. 
 
Rəngdən-rəngə düşə-düşə 
günbəgün dəyişirsən. 
Dəyişirsən küçə-küçə, 
tinbətin dəyişirsən. 
 
Saxlamağa gücüm çatmır, 
əldən çıxıb gedirsən. 
Təzə-təzə körpülərin 
altdan axıb gedirsən. 
 
Qürbətdə yaşayan şair M.İsmayıl da vətənlə bağlı şeirlərində 
sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtarır, amma pes-


111 
simizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün 
yaşamında, gücündə, sehrində tapır. Onun üçün vətən elə sənə-
tin var olduğu məkandadır,  şairin içinin “sənətin qürbətindən 
sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqe-
yindədir. Vətənlə bağlı  işıqlı  və kövrək hisslər onun misra-
larında yaşanan ən qüvvətli və səmimi duyğulardandır.  
 
Gedərsən, məchula yol gedər gedən,  
Qürbət, bir açılmaz sirdən başlıyar. 
Burnunun ucunu göynədən vətən 
Yadına düşdüyü yerdən başlıyar. 
 
Gedərsən, vətənin qalar vətəndə, 
Içinin içində köz vətən olar. 
Dərdinə, sərinə vətənsən sən də, 
Qürbətdə sənə də söz vətən olar. 
 
* * * 
Çağdaş Azərbaycan  şeirimizin mənzərələri içrə  gəzişmələ-
rim bu qədər. Uğurlu hesab etdiyim şeir nümunələrini bacardı-
ğım qədər analiz etməyə çalışdım. Amma unutmayaq ki, dün-
yaya da, təbiətə də, sözun poetik gücü və estetik siqləti ilə bağlı 
düşüncələrə də ən dəqiq analizi elə poeziyanın özü edir. “Söz 
imiş hər nə var aləmdə” nəticəsini hasil etməklə...
*
 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin