39
önəmli cəhəti ondadır ki, mütərcimlər tərcümələri birbaşa oriji-
naldan edirlər. Bildiyimiz kimi, bu amil əsərin əsl mahiyyətini,
ruhunu, forma və məzmun
keyfiyyətini qorumağa, ondakı bədiilik
məziyyətlərinin orijinala uyğun səviyyədə alınmasına təsir
göstərir. Geridə qoyduğumuz ildə
Vilayət Hacıyevin tərcümə-
sində
Stefan Svayqın “Bəşəriyyətin bəxt ulduzları” əsərinin
birbaşa alman,
V.Quliyevın tərcüməsində isə
Corc Oruellin
antiutopiya janrında yazdığı, totalitarizm təfəkkürünə üsyan
xarakteri daşıyan
“1984” əsərinin ingilis dilindən
çevrilib təqdim
olunması hər iki mədəniyyət arsenalının zənginləşməsi baxımın-
dan önəmli addımdır. Təbii ki, tərcümə olunan mətn orijinalı tam
mənada əvəzləyə bilməz. Nədən ki, yaradılan əsər, mətn hər şey-
dən əvvəl
dil hadisəsidir, müəllifinin mənsub olduğu ölkənin milli
kimlik, milli varlıq göstəricisidir, onun ruhsal dünyasını
sərgiləyən faktordur.
“Tanınmış rus tərcümə nəzəriyyəçisi İ.V.Kaşkin
orijinalın
dilini tərcüməçinin qarşısında duran «sipər» adlandırır. Onun
fikrincə tərcüməçi bu sipərdən adlayarkən gerçəkliyin müəllif
inikasının təravətini itirməməlidir.
Kaşkindon fərqli olaraq
Fyodorov
orijinalın dilini geniş açılmış qapı ilə müqayisə edir.
Onun fikrincə hər iki dili gözəl bilən tərcüməçi başını dik tutub
bu qapıdan içəri keçə bilər. Paradoks yaranır - orijinalın dili
«sipər»dir, yoxsa «açıq qapı»? Bu suala birmənalı cavab
vermək çox çətindir. Hər halda orijinalın dili «açıq qapı»dırsa
da, о qapıya aparan yolda xeyli «sipər» mövcuddur.”(Rövşən
Əliyev. Müasir dövrdə Azərbaycan dilinə tərcümənin nəzəri və
praktik prinsipləri. Avtoreferat, Bakı-2007)
Qeyd edək ki, çağdaş ədəbiyyatımızda
tərcümə siyasətinin
yeridilməsində
“Qanun” nəşriyyatının müstəsna xidməti var.
Ötən il “Ən yeni tərcümə” seriyasından
Herta Müllerin “Nə-
Dostları ilə paylaş: