27
məzmun, bədiilik-estetika məsələlərində mövcud dünyagö-
rüşün təzələnməsi fikrini irəli sürür. Hiss olunur ki, tənqidçinin
Vaqif Səmədoğlu yaradıcılığından seçib təhlilə çəkdiyi bu şer:
Qumru xan söyüdə qonub oxudu,
Gecənin saçını yonub oxudu.
Nəfəsimə düşüb, donub oxudu…
Bu gecənin üz-gözü
Quş səsinə bulanıb.
Bu elin torpaqları
Quş səsiylə sulanıb.
O xan söyüd gecədən də qaradı
Qumru səsi qan sızmayan yaradı.
Allah, olduğum bu yer haradı?
- bədii mətnə yeni kontekstdən yanaşmaq, sənətlə bağlı nəzəri
düşüncələrini yeni biçimdə ifadə etmək üçün akvarel fon
səciyyəsi daşıyır. R.Bart, Y.O’Nil, Jirmunski və s. kimi dünya
ədəbiyyatının tənqidçi və yazarlarına, eləcə də xalqın öz
folkloruna, dil potensialına və söz yaradıcılığına istinad edən
müəllif şerə dünəndən fərqli yanaşma izhar edə bilir. Burada
sovet dövrünün ənənəvi təhlil üsulu nəzərə çarpmır. N.Mustafa
hər misranın məna qatını, gözlə görünməyən laylarını qaldırıb
onu bütün spektrləri ilə görükdürməyə nail olur. Əlbəttə,
məqalədə əksini tapan manifest xarakterli bəzi fikirlər: "Bədii
ədəbiyyata ideoloji ofisiantlar kimi baxmaq olmaz. Yetmiş ildir
ki, ədəbiyyatın başına noxta salıb müəmmalı istəklərimizin
ardınca sürüyürük" [yenə orada, səh.175], yaxud "Ədəbiyyatı
yalnız insanın mənəvi ömrü cəlb etməlidir" [yenə orada...],
"Sizin nəzərinizcə, bədii əsərin məzmunu orada öz əksini tapan
həyat həqiqəti ilə ölçülür… Mən isə Rolan Bart kimi belə
hesab eləyirəm ki, bədii mətndən alınan həzz onun həqiqətini
təmin eləyən əsas meyardır” [yenə orada...], hələ 1960-cı
illərdən səsləndirilmişdir. Lakin 1990-cı illər üçün onun yeni-
dən səslənməsini diktə edən hakim olan yeni zamanın vurğusu
idi. Bu dəfə artıq qorxusuz-hürküsüz, daha inamlı və qətiyyətli
şəkildə, həm də sovet dövrünün qanunlarına qarşı öz konsep-
28
siyalarını qoyaraq onun labüdlüyünü israrlayacaq formada.
Belə israrlı mövqe tənqidçi Cavanşir Yusiflinin yaradıcılığında
daha aydın sezilir. Tənqidçinin bu dövrdə çap olunmuş "Bədii
mətnin sirləri", "Bir söz söylə, bu dünyadan olmasın", "Ədə-
biyyatda yaşamağın formulu" kimi kitabları yeni poetik
təfəkkürün formalaşması yönündə aparılan islahatlara ən yaxşı
nümunədir. Bu kitablara toplanmış məqalələr – istər tarixi-
ədəbi prosesin müxtəlif dövrlərinə və şəxsiyyətlərinə həsr
olunmuş olsun, istərsə də çağdaş ədəbi prosesin bir çox məsələ-
lərini aktuallandırsın – bəlli edir ki, C.Yusifli bədii mətnə
özünəxas yanaşmadan çıxış edir. Bu yazılarda ənənəvi təhlil
forması nəzərə çarpmır. Tənqidçi təhlil zamanı şeirin məzmu-
nunu nəql etməyi deyil, sözlərin məna qatına enməyi, onu
sonsuzluğa qədər aparıb polifonik qatlarını açmağı münasib
hesab edir. C.Yusifliyə görə yaradılan hər hansı əsər söz,
işarələr sistemi kimi doğulur. Buna görə də mövzü, yaxud
ideya ardınca qaçmaqdansa tənqidçi ilk növbədə "məna”"ya
enməli, alt qatda olan əsl mahiyyəti oxucuya aşkar etməyə
çalışmalıdır. Yəni "oxucuya əsərdə yer alan informasiyanı çat-
dırmağa lüzum yoxdur, tənqidçi məhz elə bir formal strukturu
yaratmalıdır ki, bu, əsərin bətnində "hələ heç kəsə məlum
olmayan sirləri” bəlləyə bilsin" (Yusifli Cavanşir. Ədəbiyyatda
yaşamağın formulu. Bakı, “Nurlan”, 2003, 302 s., səh.196)
Müəllifin çağdaş dövrün poeziyasına həsr olunmuş "Zamanı
ötən şerlər sorağında”", "XXI əsrə məktub”", "Azərbaycan
avanqardı”" və s. kimi çeşidli yazılarını onun qarşısına qoydu-
ğu və sənətdən umduğu məqsədin realizəsi hesab etmək olar.
İlk növbədə belə bir önəmli cəhətə görə: C.Yusiflinin hər bir
nasir, yaxud şairdən tələb etdiyi xüsusi əhəmiyyət kəsb edən
məsələlər var ki, o, bir tənqidçi kimi özünü də bu missiyanın
daşıyıcısı olmaqdan çıxdaş eləmir. Məsələn, "Əsəri həyat kimi
görmək istəmək mərəzi əsərin özünün həyatını, ədəbiyyatda
ehtiva edilən reallığı öldürür…" [yenə orada, səh.197], "Nasir
gerçəklikdən aldığı, götürdüyü strukturları bütün gücü, enerjisi
ilə öldürüb məhv etməli, dağıtmalıdır ki, varlığın, dünyanın
min illər boyu gözə görünməyən (ipək tül tək –!) bir gizlin
|