21
“YENİ ŞEİR” HAQQINDA ESTETİK-NƏZƏRİ
FİKRİN MÜƏYYƏNLƏŞMƏSİ
Biz özümüzü üçüncü minilliyin proloqunda hiss etsək də,
əslində bir mərhələ kimi 1990-cı illərdən tam ayrılmamışıq.
Hələ 1990-cı illərdə qaldırılan bir çox məsələlərin rakursunun
tapılmasına yeni minillikdə də cəhdlər edilməsi və bu zaman
müəlliflərin geridə qoyduqları dövrün öz ritminə əsaslanmaları
90-cı illərə ötüb getmiş gedişat, yaxud "boşluq mərhələsi" kimi
yanaşmaq cəhdlərini heçə endirib onun məhz yeni dövrlə
bütöv, mükəmməl və mütəşəkkil görünən panoramını yarat-
mağı zəruri edir. Təsadüfi deyil ki, tənqidçi Ş.Salmanov da
yeni minilliyin təqvimini səciyyələndirərkən bu kontekstdən
çıxış edərək, "XXI əsr indi yox, hardasa 90-cı illərin əvvəllə-
rindən başlayır" ("XX əsr normal yaradıcılıq əsri idi” (tənqidçi-
ədəbiyyatşünas Ş.Salmanovla müsahibə). "Palitra" qəz., Bakı,
2003, 16 sentyabr) - deyə obyektiv mülahizə irəli sürmüşdür.
Bu dövr elə bir mərhələdir ki, XX əsr daxilində öz əlahiddəliyi
ilə xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü kimi xarakterizə
olunan bu mərhələnin bir-biri ilə ziddiyyət təşkil edən ikili
səciyyəsi – onun həm qopub ayrıldığı sovet dövrünün rudi-
mentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə
apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi
əlamətlər onilliyin əsas göstəricisini təşkil edir.
XX əsrin son onilliyi tariximizə müharibə və şəhidlik,
qaçqınlıq və köçkünlük illəri kimi daxil olub. Digər tərəfdən,
illərdən bəri gözlədiyimiz, şüurumuzda və ruhumuzda yaşatdı-
ğımız müstəqillik kimi tarixi nailiyyətimiz də bu illərin
töhfəsidir. Bəli, 1980-cı illərin axırlarında alovlanan xalq mü-
cadiləsi ilə yetmiş il hökmfərma olmuş sovetlər imperiyası öz
fəci sonluğuna vardı və Azərbaycan ötən əsrin əvvəllərində
qazanmış olduğu müstəqilliyin tarixi varisliyini yenidən elan
etdi. Bununla da cəmiyyətin bütün sferalarını əhatə edən sahə-
lərin, o cümlədən, poetik düşüncə sisteminin qarşısında yeni
22
üfüqlər açıldı. Milli müstəqilliyimizin bərpası ilə yetmiş illik
bir dövrün xarakter və çalarları, ziddiyyət və təzadları, tenden-
siya və meylləri tarixə qovuşdu. Bütöv bir epoxanın süqutu
cəmiyyətin bütün sferalarında kəskin dönüş, ciddi təbəddülatlar
yaratdı. Miqyaslı yeniləşmə prosesinin əsası qoyuldu ki, milli
ruhda və statusda özünüifa imkanları açan mərhələnin tələb və
vəzifələri lazımi səviyyədə öz təsdiq və təsbitini tapa bilsin. 90-
cı ədəbiyyatın, çağdaş ədəbi prosesin tərkibində köklü dəyişik-
liklər etməklə bərabər, həm də onun qarşısına yeni tələb və
vəzifələr qoydu.
Ədəbiyyat həmişə zamanın güzgüsü olub. Hər hansı dövrdə
gedən proseslər, baş verən olaylar yazıçı, şair qələmində öz
əksinin tapıb nəsillərə ötürülüb. Bu mənada, istənilən hadisənin
təfərrüatına varılmasında o bir tarixçi qədər əhəmiyyətli rol
oynayır. Yəni, ədəbiyyat və tarix yeganə sənət sahələridir ki,
onların büllurlaşan guşə daşında zamanın obrazı görünə bilir.
Ədəbiyyatda bu missiyanın layiqli daşıyıcısı olmaq prioritetini
digər sahələrə nisbətən poeziya daha çox nümayiş etdirir.
Operativliyinə və baş verən proseslərə ilkin reaksiya göstərdi-
yinə görə. Bu mənada, hər hansı dövrdəki yenilik axtarışlarını
bilmək ilk növbədə, həmin dövrün poeziyasını tədqiqdən başla-
yır. Səbəb bu ki, zaman necə dəyişir və mən necə dəyişirəm
sualına ilkin cavabı poeziya verir.
Hər şair özünün poetik dünyasına yetişdiyi dövrün, mühitin
çevrəsindən baxır. Şairin yetişdiyi, poetik təfəkkürünün
formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləş-
məsində xüsusi rolu olur. Əslində mübadilə qarşılıqlıdır: “ Hər
dövr və nəsil öz şairini elə ona görə böyük poeziyaya gətirir ki,
əvəzində şair də öz nəslini, dövrünü böyük poeziyaya gətirsin.
Əks təqdirdə isə, bu böyük bədii estetik qanunauyğunluğun
pozulduğu yerdə isə poetik nəsillər və fərdiyyətlər arasında
təbii münasibətlərin də qanunauyğunluğu pozulur və tarixə,
əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar Qarayev.
Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35) Keçid dövrü kimi
|