AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
HUMANİTAR FƏNLƏR KAFEDRASI
Həbib Mirzəyev, Aynur Fərəcova, Lalə Piriyeva, Pərvin Abdullabəyova
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK
KOMMUNİKASİYA
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
2
Mövzu:1
1.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin
mövzusu, məqsəd və vəzifələri.
2.
Kommunikasiya haqqında anlayış.
3.
Kommunikativlik nitqin mühüm funksiyalarından biri kimi.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin
mövzusu, məqsəd və vəzifələri.
Dünyada gedən qloballaşma, mədəniyyət və
təhsildə inteqrasiya prosesləri, gənc mütəxəssislərin qazandıqları bacarıqlara yeni
tələblər diktə edir. İnsan fəaliyyətinin bütün sahələrində işgüzar rabitə daha çox
marağa səbəb olur, mütəxəssislərin və peşəkarların əlaqə qurmasında bir zərurətə
çevrilir. Müasir dövrün mütəxəssisləri, peşəkarları ünsiyyət tərəfdaşlarını başa
düşmək, onlarla əlaqə qurmaq, işgüzar söhbətlər, danışıqlar aparmaq və dil
mədəniyyətinin əsaslarını mənimsəmək üçün işgüzar əlaqələr sahəsində biliklərə
ehtiyac duyur.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsədi
bakalavrlara işgüzar ünsiyyətin nəzəriyyəsi və təcrübəsi sahəsində biliklər vermə,
onların gələcəkdə peşəkar fəaliyyətlərini bu istiqamətdə formalaşdırmaq, inkişaf
etdirməkdir. Ona görə də
Dostları ilə paylaş: |