AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
29
Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu
dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini,
mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da öz töhfəsini verir. 2012-ci
ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti
bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini vermişdir.
Bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir.
Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat
Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda
yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi
inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin,
sinaqoqların təmirinə öz töhfəsini verir.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə
iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına
maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin
bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik
kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib.
Bütün bunlar sülh, dözümlülük,
humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin
möhkəmlənməsinə xidmət edir.
Əfsuslar olsun ki, ölkəmiz və xalqımız müasir tarixdə etnik təmizləmə və
soyqırımı ilə üzləşib. Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz
qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və
məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc
vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal
olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar
ki, onların hamısı tamamilə məhv edilib.
Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini
tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası
münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin. Azərbaycan
gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin qorunmasına öz
töhfəsini verməyə hazırdır.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
30
Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün
müzakirələr ölkələrimiz, xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Dostları ilə paylaş: