əhatəli mənbəşünaslıq bazasına söykənir. Tədqiqat işində dövrü mənbələrdən
geniş şəkildə istifadə edilmişdir. Bunların sırasında Azərbaycan Respublikası
s.; Verdiyeva H.Y. XIX əsrdə Naxçıvanda baş verən demoqrafik dəyişikliklər // NDU-nun
Сафаров Р. Ф. Изменение этнического состава населения Иреванской губернии в
Abdullayev B., Cəfərov H. Azərbaycana qarşı erməni terrorizminin qısa xronologiyası.
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. Bakı,
(XIX əsrin axırı – XX əsr). Bakı, Elm, 1998.
Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq.
Eloğlu S. Zəngəzur hadisələri. Bakı, Azərnəşr, 1992.
Nəcəfov B. İ. Düşmənin iç üzü. XlX-əsrin sonu - XX-əsrin əvvəllərində Türkiyə və
Nəcəfov B. İ. Düşmənin iç üzü. XIX-əsrin sonu XX əsrin əvvəllərində Türkiyə və Cənubi
Qafqazda erməni terrorizminin tarixi. II hissə. Bakı: Çaşıoğlu, 2006.
Cezmi Yurdsever. Zeytunluqun 311 mirası... Ankara, 1999.
Erdal Liter. Ermeni kilsesi ve terror. Ankara, 1999.
Kırzıoqlu F. Kars ili çerçivesinde ermeni mezalimi (1918-1920). Ankara, 1999; Kirziğlu
Tahir Sünbül. Azerbaycan dosyası I. Ankara, 1990.
10
(ARDA)
40
toplanan sənəd və materiallar xüsusi yer tutur.
Rusiya imperiyası dövründə nəşr olunan sənəd və materiallar
külliyyatından bəhs edərkən Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarını
41
fərqləndirmək lazımdır. On iki cilddə çap olunan bu məcmuədə İrəvanın XIX
əsr tarixinə dair mühüm sənədlər vardır. Bu sənədlər İrəvan xanlığının Rusiya
tərəfindən ilhaqına, onun idarəsinin təşkilinə, iqtisadi vəziyyətinə və s. digər
məsələlərə aydınlıq gətirir.
Bu dövrdə çap olunan materiallardan İ.Şopenin (1798-1870) kameral
təsvirini və nəşr edilmiş icmalını qeyd etmək olar
42
. İ.Şopen Qafqazdakı rus
qoşunlarının baş komandanı (1827-1831) İ.F.Paskeviçin göstərişi ilə 1829-
1832-ci illərdə «Erməni vilayəti»nin tədqiqatı ilə məşğul olmuşdu. İ.Şopen
«Erməni vilayəti» haqqında kitab yazmış, həmin kitabı 1840-cı ildə Elmlər
Akademiyasının Demidov mükafatına təqdim etmişdi. Qeyd etmək lazımdır ki,
kitab həmin şəklində mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və
mükafat almışdı. Kitab özü yalnız 1852-ci ildə, həm də yeni adla çap edilmişdi.
İ.Şopenin kitabı o zamankı mütəxəssislər kimi müasir tədqiqatçılar
tərəfindən də yüksək qiymətləndirilmişdi. M.Kosven bu əsəri indiyədək böyük
tarixi qiymətini saxlayan bir əsər kimi qiymətləndirmişdir. Rus
qafqazşünaslığının mənafeyinə uyğun olan bu baxışlar, Azərbaycan tarixi
nöqteyi-nəzərindən, yenidən nəzərdən keçirilməlidir.
İ.Şopenin kitabı ilə tanışlıq göstərir ki, onun qarşısına qoyduğu problemin
tədqiqində tətbiq etdiyi konseptual yanaşma tamamilə səhvdir. O, «erməni
vilayəti»ndən bəhs etməli olduğu halda, kitabın birinci hissəsini qədim erməni
çarlığına coğrafi, tarixi, ədəbi və arxeoloji cəhətdən baxışlar adlandırmış, heç bir
əsas olmadan «erməni vilayəti»ni Ermənistan tarixi kimi təqdim etmişdir. İrəvan
və Naxçıvan tarixi də bu konsepsiyaya uyğun nəzərdən keçirilmişdir.
İ.Şopenin kitabının nisbətən diqqəti cəlb edən cəhəti vilayətə daxil olan
torpaqların Rusiya işğalı dövrü və ilk illərə aid statistik məlumatıdır. Açıq qeyd
etmək lazımdır ki, müəllif konsepsiyasını nəzərə alsaq buradakı statistik
materialın da ermənilərin xeyrinə təhrif edildiyini söyləmək olar. Lakin bu halda
belə istər İrəvan, istərsə də Naxçıvan torpaqlarının tarixi Azərbaycan ərazisi,
onun əhalisinin isə azərbaycanlılardan ibarət olmasını ört-basdır etmək olmur.
İ.Şopenin ermənilərin bu torpaqlara köçürülməsi haqqında məlumatları, həmin
ərazilərin zor gücünə erməniləşdirilməsi siyasətinin tərkib hissəsi olduğunu
sübut edir. Bütün bunları nəzərə alaraq İ.Şopenin kitabına tənqidi şəkildə
yanaşmaq zərurəti ortaya çıxır.
İrəvan quberniyasının XIX-XX əsrin əvvəllərinə dair etnik tarixi
materialları 1846-1920-ci illərdə nəşr edilmiş “Qafqaz təqvimləri”ndə də tədqiq
olunmuşdur, burada problemlə bağlı tutarlı faktlar vardır
43
.
40
Azərbaycan Respublikası Dövlət Arxivi.
41
Акты, собранные Кавказскою Археографическою Комиссиею.
42
Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее
присоединения к Российской империи. СПб. 1852.
43
Кавказские календари на 1846-1919 гг. Тифлис, 1845-1920.