Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Bakteriyaların hüceyrəvi quruluşu



Yüklə 121,03 Kb.
səhifə4/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   2   3   4   5   6   7   8   9   ...   65
mikro imtahan sualları

4. Bakteriyaların hüceyrəvi quruluşu

Bunların hüceyrəsində də hüceyrə divarı, sitoplazma, onun müxtəlif elementləri, eləcə də nüvə maddəsi olur. .Bəzi bakteriyalarda bunlardan əlavə kapsula, qamçılar, fibrillər və sporlara da təsadüf olunur. 1.Hüceyrə divarı. Bu nazik, rəngsiz, elastik törəmə olub, hüceyrəni xaricdən əhatə edir. Onun əsas vəzifəsi hüceyrəyə daimi forma vermək, onun anatomik tamlığını təmin etmək, mikrobu xarici təsirlərdən qorumaq və kapsula əmələ gətirməkdə iştirak etməkdir. Bakteriyalarda hüceyrə divarının qalınlığı təxminən 10-20 nm-a bərabər olub, yalnız elektron mikroskopunda aydın görünür. Bunların hüceyrə divarı azotlu və azotsuz birləşmələrdən, heteropolimer maddə olan müreindən və teyxoya turşusundan təşkil olunmuşdur. Bakteriyaların hüceyrə divarı mürəkkəb quruluşa malik olub, yüksək keçiricilik qabiliyyətinə malik olmaqla çoxqatlı və sərtdir. Ona görə də hüceyrə daxildə olan 10-20 atmosfer təzyiqinə davamlıdır. Hüceyrə divarının kimyəvi tərkibi bakteriyaların Qram üsulu ilə boyanmasında özünü daha aydın göstərir. Tanınmış alim Qram (1884) bakteriyaları boyanmaya görə 2 qrupa bölmüşdür. Qram-mənfi, qram-müsbət. Qram-mənfi (məsələn, qanlı ishal çöpləri) bakteriyalarda hüceyrə divarı peptidoqlükonlar, lipoproteidlər, polisaxaridlər, zülallar, fosfolipidlər qalığından ibarətdir. Qram-müsbət bakteriyaların hüceyrə divarının tərkibində az miqdarda zülal, əsasən mukopeptidlər, polişəkərlər, teyxoya və teyxouron turşuları müəyyən edilmişdir. 2. Kapsula. Bəzi bakteriyalarda hüceyrə divarından əlavə xüsusi selikli bir qişaya – kapsulaya da təsadüf olunur. Kapsula hüceyrə divarının dəyişilmiş forması olub, vəzifəsi mikrobu xarici təsirdən qorumaqdır. Patogen bakteriyalardan qarayara çöpləri, pnevmokoklar cinsinə daxil edilən növlərdə kapsula müşahidə edilir. 3. Sitoplazmatik membran. Hüceyrə divarının altında onun protoplastı yerləşir. Bu, xaricdən nazik membranla əhatə olunmuşdur ki, buna sitoplazma membranı adı verilmişdir. Bu hüceyrə divarı ilə sıx əlaqədar olub, çox mühüm fizioloji rol oynayır. Bakteriyaların sitoplazma membranında müxtəlif fermentlər toplanmışdır ki, bunların köməyi ilə tənəffüs prosesi gedir və qidalı maddələr mənimsənilən hala keçir. 4. Sitoplazma. Membranın altında hüceyrə sitoplazması yerləşir. Bu, yarımmaye, kolloidal, şəffaf, sulu və azca özlülüklü olub, 70-80% sudan ibarətdir. Hüceyrənin sitoplazmasında çox xırda, 200-300 A⁰ ölçüdə çoxlu miqdarda ribosomlar vardır. Belə zülal cisimləri RNT ilə zəngin olur ki, bunlarda da zülalların sintezi baş verir. Nüvə hüceyrənin  mərkəzi  hissəsində  olub,  nukleoid adlanır və tərkibinə görə DNT maddəsi kimi toplanmışdır.  


DNTdə irsiyyət daşıyıcısı olan genlər düz xətt üzrə düzülmüşdür. Bakteriyada  nukleotidin  DNT  maddəsini  həmdə  bakterial  xromosom  adlandırırlar. Qamçılar – bakteriyalar hərəkətli və hərəkətsiz olmaqla 2 qrupa bölünür. Hərəkətli bakteriyalarda hərəkətə səbəb olan qamçılar vardır. Nazik, kövrək, və girintili çxıntılı formada olur. Qamçıların vəziyətinə görə bakteriyalar 4 qrupa bölünür: 1 qamçısı olanlar monotrixlər, hər iki qütübdə bir qamçısı olanlar amfitirxlər, bir tərəfində topa şəklində qamçıları olanlar lotofotrixlər, hüceyrənin hər tərəfindən çıxan çox qamçıları olanlar isə peritrixlər adlanır. Bakteriya hüceyrəsinin üzərində fimbrilər yerləşir. Onlar qısa və nazik, və spiral şəklində olurlar. zülaldan ibarətdir. Bəzi fimbirilər insan və heyvan hüceyrəsinə yapışmaq üçün, bəziləri isə hüceyrədən hüceyrəyə genetik məlumat ötürmək üçündür. Sporlar - əlverişsiz şərait yarandıqda bakteriyaların protoplazması kürəcik şəklində sıxlaşaraq hüceyrənin müəyyən bir nöqtəsinə yığılıb möhkəm qişa ilə örtülür ki bu spor adlanır. Sporlar mikrob növünün mühafizə olunmasına xidmət edir.





Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin