Xarici mühitin təsiri altında orqanizmdə əmələ gələn, irsən keçməyən müvəqqəti dəyişkənliyə modifikasiya adı verilmişdir. Bu dəyişkənliyin 3 forması var:
1.Morfoloji modfikasiya bakteriyaların forma və ölçüsünün dəyişilməsində üzə çıxır. Məsələn, qidalı mühitə pensillin əlavə etdikdə bəzi bakteriyaların hüceyrələri uzanır. Mühitdə kalsium duzlarının çatışmamazlığı sibir yarası çöpündə yüksək spor əmələ gəlməsinə səbəb olur. Kalsium duzunun artması nəticəsində spor əmələ gəlmə qabiliyyəti itir və s. Bu və ya digər qidalı mühitlərdə bakteriyaların uzun müddət inkişafı nəticəsində polimorfizm baş verir.
2.Kultural modfikasiya qidalı mühitlərin tərkibinin dəyişməsi nəticəsində bakteriyaların kultural xüsusiyyətlərinin dəyişilməsindən ibərətdir. Məsələn, strafilokoklarda oksigen çatışmazlığı nəticəsində piqment əmələgətirmə qabiliyyəti itir.
3.Biokimyəvi (fermentativ) modfikasiya. Bakteriyaların hər bir növünün müəyyən fermentlər dəsti var. Onlar qida maddələrini bu fermentlərin sayəsində mənimsəyir. Bakteriyaların həyat fəaliyyəti prosesində genlərin bir qismi iştirak etmir. Ona görə də bakteriyaların genomunda həmişə ehtiyat vardır. Məsələn, bağırsaq çöpü laktoza olmayan qidalı mühitdə yetişdirildikdə laktoza fermenti əmələ gətirmir. Amma laktozalı mühitə köçürüldükdə laktoza fermenti hasil edir. Beləliklə , modfikasiya mikroorqanizmlərin ətraf mühit şəraitinə uyğunlaşması qabiliyyətidir. Qazanılmış xüsusiyyətlər irsən keçmir, ona görə təkamül prosesində rol oynamır.