81) Qanın bakterioloji müayinəsi zamanı tərkibindəki bakterisid amillərin təsirini neytrallaşdırmaq üçün hansı tədbirlər görülür?
A) Dərhal maye qidalı mühitlərə əkilir
B) Qanın laxtalanmasına mane olan reagentlər (natrium sitrat, heparin) əlavə edilir
C) Sentrifuqadan keçirilir
D) Qan həcmindən 5-10 dəfə artıq olan maye qidalı mühitlərə əkilir
E) Otaq temperaturunda 1-1,5 saat saxlanılır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 827)
82) Səthi mikozlarda zədələnmiş nahiyələrdən götürülmüş nümunələrdə – dəri pulcuğu, dırnaq lövhələri və tüklərdə keratini parçalamaq üçün nə etmək lazımdır?
A) Alovdan keçirilir
B) Qatı xlorid turşusu ilə işlənilir
C) Etil sporti ilə işlənilir
D) 10-20%-li KON məhlulu ilə işlənilir
E) 1-2 saat soyuducuda saxlanılır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 828)
83) Bəlğəmin vərəmə görə birbaşa mikroskopik müayinəsi zamanı törədici nə vaxt aşkar edilə bilər?
A) 1 ml-də təqribən 106-107 bakteriya olmalıdır
B) 1 ml-də təqribən 100-dən çox bakteriya olmalıdır
C) 1 ml-də təqribən 104-105 bakteriya olmalıdır
D) 1 ml-də təqribən 102-103 bakteriya olmalıdır
E) Sayın əhəmiyyəti yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 526)
Dostları ilə paylaş: |