57) CAMP-testi zamanı hansı bakteriyalar identifikasiya edilir?
A) S.epidermidis
B) Yaşıllaşdıran streptokoklar (S.viridans)
C) B qrup streptokoklar (S.agalactiae)
D) Qızılı stafilokoklar (S.aureus)
E) Pnevmokoklar (S.pneumoniae)
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 257); Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 350)
58) İndol testi müsbət olduqda Kovaç reaktivinin əlavə edilməsindən sonra qidalı mühitdə nə müşahidə edilir?
A) Mühitin səthində qırmızı həlqə əmələ gəlir
B) Çöküntü əmələ gəlir
C) Mühitin səthində göy həlqə əmələ gəlir
D) Mühitin səthində ərp əmələ gəlir
E) Mühit bulanır
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, R.Babayev “Tibbi mikrobiologiya, immunologiya və klinik mikrobiologiya təcrübə dərslərinə rəhbərlik” Bakı-2011. (səh. 286)
Dostları ilə paylaş: |