«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları


Mövzu 4.  İstehsal nəzəriyyəsi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#40891
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
mikro-cavab-az-pdf1

Mövzu 4.  İstehsal nəzəriyyəsi 

21. 

İstehsal və istehsal funksiyası. Texnoloji və iqtisadi səmərəlilik . 

İstehsal – resursların insan tələbatlarının ödənilməsinə birbaşa və ya  dolayı xidmət edən nemətlərə 

dəyişdirilməsi prosesidir. İstehsal müxtəlif resursların istifadəsilə əlaqədardır ki, onlar da sonralar bilavasitə istehsal 

prosesinə jəlb  edilərək istehsal amilləri formasını alır. İstehsal amilləri adətən iriləşdirilmiş qruplar  şəklində baxılır: 1) 

əmək  -  jəlb  edilən  işçi  qüvvəsinin  məjmusu  kimi;  2)  istehsal  vasitələrinin  bütün  kompleksinin  maddi 

formasını  təjəssüm  etdirən  kapital;  3)  torpaq  -  təbii  şərtlərin  kompleksi  kimi;  4)  istehsalın  təşkili  və  onun 

üzərində  nəzarət  üzrə  fəaliyyət  kimi  başa  düşülən  sahibkarlıq  qabiliyyəti.  Buna  görə  də          məzmun

 

nöqteyi- 



nəzərindən istehsal adətən istehsal amillərinin istehlak üçün nəzərdə tutulmuş nemətlərə transformasiyasından 

ibarətdir. İstehsalın nətijələri maddi  (əmtəələr), eləjə də qeyri-maddi (xidmətlər) formasını ala bilər. 

Hər  bir  konkret  istehsal  prosesi  tətbiq  edilən  istehsal  amillərinin  xüsusi  dəsti  və  onlar  arasındakı  spesifik 

kombinasiya ilə səjiyyələnir. Birgə götürülmüş bu  səjiyyələr texnologiya kimi müəyyən edilir. Texnologiya – 

istehsal  amillərinin  müəyyən  sabit  kombinasiyasıdır.  Hər  bir  istehsalın  öz  texnologiyası  vardır.  Bununla 

yanaşı  eyni  məhsul  müxtəlif  texnologiyaların  köməyilə  istehsal  oluna  bilər.  Öz  növbəsində  texnologiyaların 

inkişafı  yeni  istehsal  üsullarını  tətbiq  etməyə  imkan  verir  ki,  bunların  da  sayəsində  istehsal  amillərinin  daha 

səmərəli istifadəsini təmin etmək olar. Bir texnologiyanın tətbiqi çərçivəsində həmişə istehlak olunan  resursların 

kəmiyyətilə  məhsul  buraxılışı  həjmi  arasındakı  sabit  asılılıq  mövjud  olur.  Başqa  jür  desək,  hər  bir  mövjud 

istehsal  üsulu  üçün  məhsul  buraxılışının  fiziki  həjmi  vaxt  vahidində  istehlak  olunan  istehsal  amillərinin  fiziki 

həjmindən asılılıq funksiyası şəklində təjəssüm olunur. Bu asılılığı istehsal funksiyası adlandırırlar. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin