Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix06.12.2022
ölçüsü0,62 Mb.
#72810
1   2   3   4   5   6   7   8   9   ...   20
İqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri

Qeyri-neft sənayesi. 2018-ci ilin yanvar-iyun 
ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə 
dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 
11.1% artaraq 1726.6 milyon manata çatmışdır. Hesabat 
dövründə yaradılmış ÜDM-də qyri-neft sahələrində 
xüsusi çəkisi 4.7%, qyeri-neft sahələrində yaradılmış 


26 
əlavə dəyərdə qyri-neft sənayesinin xüsusi çəkisi 8.4%, 
sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin 
payı 9.9% təşkil etmişdir. 
Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin 
tərkibində mədənçıxarma sənayesinin xüsusi çəkisi 3.1%, 
emal sənayesinin xüsusi çəkisi 72%, elektrik enerjisi, qaz 
və buxar istehsalı, bölüşdürülməsi və təhcizatının xüsusi 
çəkisi 21.5%, su təhcizatı, tullantıların təmizlənməsinin 
xüsusi çəkisi isə 3.4% təşkil etmişdir. 2018-ci ilin 
yanvar-iyun aylarında qyeri-neft sənayesində 5165.3 
milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin 
müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 8.8% 
artmışdır. 
Qeyri-neft 
sənayesinin 
məhsul 
istehsalında 
mədənçıxarma sənayesinin payı 3% və ya 157.2 milyon 
manatŞ emal sənayesinin payı 75.6% və ya 3906.5 
milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, 
bölüşdürülməsi və təhcizatının payı 18.5% və ya 945.0 
milyon manat, su təhcizatı, tullantıların təmizlənməsinin 
payı isə 2.9% və ya 147.6 milyon manat təşkil etmişdir 
(şəkil 2). 


27 
Şəkil2. Qeyri-neft sənayesinin ümumi buraxılışnın 
strukturu 
Qeyri-neft emalı 
sənayesi 
Mədənçıxarma qeyri-
neft bölməsi 
Elektrik enerjisi, qaz 
və buxar istehsalı, 
bölüşdürülməsi və 
təhcizatı 
Su təhcizatı 
tullantılarının 
təmizlənməsi və 
emalı 
Qida məhsulları və 
içki istehsalı 
Metallurgiya sənayesi 
və hazır metal 
məmulatlarının 
istehsalı 
Tikinti materiallarının
istehsalı
Elektrik
avadanlıqlarının
istehsalı


28 
2018-ci ilin yanvar-iyun ayları ərzində məhsul 
istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, 
o cümlədən kimya sənayesində (0.4%), tikinti 
materiallarının istehsalında (34.0%), metallurgiya 
sənayesində (15.0%), hazır metal məmulatlarının isteh-
salında (64.1%), elektrik avadanlıqlarının istehsalında 
(84.1%), 
avtomobillərin 
istehsalında (16,6 dəfə), 
mebellərin istehsalında (2.0 dəfə), toxuculuq sənaye 
sahələrində 
(64.2%) 
artıma 
nail 
olunmuşdur. 
Azərbaycan qyeri-neft sənayesi iqtisadi inkişaf 
strategiyasının əsas hədəflərində biri olan Sumqayıt 
Kimya Sənaye Parkında 17 müəssisə rezident olaraq 
qeydiyyatdan keçmiş və hazırda 14 müəssisə fəaliyyətə 
başlamışdır. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə və 
1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir və 
burada “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin 
birgə İran İslam Respublikası, həmçinin Almanya, 
İtaliya, Belçika kimi aparıcı Avropa ölkələrinin müasir 
texnologiya, avadanlıq və mexanizimləri əsasında “SKD 
0” istehsalı həyata keçirilir. Zavodda qaynaq və rəngləmə 
işləri istisna olmaqla avtomobillərin müəssisə ərazisində 
müxtəlif modellərdən ibarət olan avtomobillər istehsal 
edilir. Zavodda istehsal edilən avtomobillər AVRO-5 və 
qəbul edilmiş beynəlxalq təhlükəsizlik standartlarına tam 
cavab verir. Masallı Sənaye Məhəlləsində, Hacıqabul 
Sənaye Məhəlləsində, Sabirabad Sənaye Məhəlləsində 
qanunvericiliyin 
tələbinə 
uyğun seçilmiş layihə 
tərəfdaşlar tərəfindən layihə-smeta sənədləri bütün 


29 
mərhələlər üzrə razılaşdırılmışdır. 
Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü 
məhsulların istehsalının dəstəklənməsi, sərmayələrin cəlb 
edilməsinin həvəsləndirilməsi məqsədilə 2018-ci ilin 1-ci 
yarımili üzrə 44 sahibkarlıq subyektinə 55 sərmaye 
qoyuluşu təşviqi sənədi təqdim olunmuşdur. Sərmaye-
lərin təşviqi sənədini almış hüquqi şəxsələrə və fərdi 
sahibkarlara texnik vasitələrin, texnoloji avadanlıqların 
və qurğuların idxalı üçün 109 milyon ABŞ dolları 
dəyərində 451 təsdiqedici sənədi vermiş və işçi fəallığını 
artırmaq məqsədilə sahibkarlara 28 milyon ABŞ dolları 
həcmində 
güzəştlərdə edilmişdir. Bu layihələrin 
reallaşması nəticəsində yerli istehsala 479.8 milyon 
manat sərmayelərin yatırılması və 3580 yeni iş yeri 
açılması nəzərdə tutulur. 
2018-ci ilin yanvar-iyun aylarında Naxçlvan 
Muxtar Respublikasında Təmizləyici qurğular Kompleksi, 
Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 
110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu” 35/10-6 
kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı 
Beynəlxalq Dəniz Ticarət Kompleksi, Heydər Əliyev 
adına Müasir Təhsil Kompleksinin yeni binası, 
Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında 
“Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki 
müəssisəsi, Goranboy rayonunda “Region Aqropark”, 
Şəmikir-Samux-Goranbiy magistral suvarma kanalının 
ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” 
elekrik 
yarımstansıyası, 
Dəliməmmədli-Quşçular-


30 
Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz 
rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala 
rayonunda Sənaye Məhəlləsində “Xəzər” avtomobil 
zavodu və s. obyektlər istifadəyə verilmişdir. 
Qeyri-neft sahələrinin davamlı inkişafı, ölkə 
iqtisadiyyatının ixrac yönlü əmtəələrin və yüksək 
rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, 
məşğulluğun təmini kimi mühüm məsələlərin inkişafını 
sürətləndirmək istiqamətində təşkilatı fəaliyyət sahələri 
genişləndirilməkdədir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin