Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə11/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

XATALI YUXU
Adların üstünə adlar calandı,
Bu nədir?!
Gözlərim alacalandı.
Şöhrət cədvəlində ad böyüdükcə
İstedad büküldü, balacalandı.
Xatalı yuxudur şöhrət yuxusu,
Canıma od saldı onun qorxusu.
Bu yuxuya uyan yatar, oyanmaz.
Dəbdəbə axtarar, təmtəraq gəzər,
Sürət qatarına necə də bənzər,
Kiçik obalardan ötər, dayanmaz.
Ancaq qulaqlarda qalar fıt səsi.
Amandır, qorxuram, şöhrət zirvəsi
Razılıq təxtinə qaldıra məni.
Zirvə saymamışam, mən bir zirvəni.
Hara tələsirsən, dayan, ey qatar,
Ayağım altından torpaq qaçmasın.
Böyüklü, kiçikli ellər, obalar
Olarmı şairə könül açmasın!

__________________Milli Kitabxana_________________
214
Ağrıdan, acıdan yaranır əsər,
Ölər yaşanmamış söz bələyində.
Bitməmiş,
bitəmməz böyük bir əsər
Özündən razılıq kölgəliyində.
Şöhrətin yükünü düşündünmü bəs?!
Min şöhrət bir borcu ödəyə bilməz.
Qorxum ondandır ki,
ömrün qışında
Bahar çiçəkləri üzə gülməsin.
Sənətlə şöhrətin bu yarışmda
Şerim şöhrətimə çata bilməsin.
Min şöhrət yaradır bəzən bir şeir,
Min şöhrət bir şeiri yarada bilmir.
Sənəti şöhrətə yedək olanlar
Sonsuz olduğunu görunda anlar.
Rahatlıq gəldimi,
Könül dincələr,
Xəzanı gəlməmiş susar söz bağım.
Bütün bu fikirlər, bu düşüncələr –
Özümün özümə xəbərdarlığım!
1984
XEYİR - ŞƏR
Təbiət insana iki əl verib,
Kiminsə əlindən tutub qaldıraq.
Bizə əməl üçün bir ağıl verib,
Çaylarm üstündən körpülər quraq.
Anamız, atamız bizə dil verib,
Darda çırpmanın halını soraq.
Dillər yaranıb ki, mahnı deyək biz,
Dillər yaranmayıb yalan deməkçün.
Mahnıda birləşir hisslərimiz,
Yalanda ayrılır yollar büsbütün.

__________________Milli Kitabxana_________________
215
O əli, o dili, o ağlı bəzən
Xeyirli işlərə işlətmirik biz.
Bu günə dəm tutan əməlimizdən
Suala çevrilir gələcəyimiz.
Hər duyan ürəkdən bir cahan keçir,
Əlvan boyalıdır dünyanın donu.
Kimi xalq yolunda canından keçir,
Kimi vəzifəyə satır xalqını.
Xalq var, özü odsuz, ocaqsız qalır,
Odundan qonşuya pay verir özü.
Xalq da var, o odu əvəzsiz alır,
Qonşu torpağına dikilir gözü.
Vicdanın güvəsi - tamah dağını,
Aşa bilənlərə insan dedik biz.
Yalandan, riyadan qazandığmı
Vicdansız gerçəkdən qazana bilməz.
Min bir rəng yetirir bir rəngdə torpaq,
Həm şəfa, həm ölüm yatır zəhərdə.
Kol-kos da bitirir, çiçək də torpaq,
Ağlın meyvəsidir xeyir də, şər də.
Yaxşı da, yaman da bizdədir deyin,
Nə onun, nə bunun öz odu yoxmuş.
Xeyir-şər qol-qola! Nə yüksəkliyin,
Nə də alçaqlığın hüdudu yoxmuş.
Böyük bir millətin taleyi bəzən
Tum kimi çırtdanıb tüpürülürkən,
Məəttəl qalırsan şərin hökmünə.
Baxırsan arxaya, baxırsan önə
Nələr törəyərmiş qərəzdən, kindən.
Deyirsən, insanın hafizəsindən
Həqiqət silinib unudularmış.
Xeyir də bu qədər məhkum olarmış?

__________________Milli Kitabxana_________________
216
Qoy nağıl oxusun siyasətçilər,
Onların qəlbinə nağıl nur çilər.
Nağıl dinləyənin fikri ucalır,
Xəyaldan yol açır o, həqiqətə.
Həmişə nağılda qələbə çalır,
Həqiqət yalana, işıq zülmətə.
Mart-avqust, 1986
TAMAH - LƏYAQƏT
1
Nəfsinə qul olsan... Nə deyim sənə?
Ağlına güvənmə, güvən mədənə.
Adın insan olar, özün böcəksən,
Boyundan yüz dəfə kiçiləcəksən.
Dünyanı udsan da, doymaz gözlərin
Dibi görünməyən quyudur tamah.
Adəmdən Hatəmə dəyirman təkin
Nə töksən,
əridir,
üyüdür tamah.
Özünü yüz dəfə kiçildib, amma
Mədəni yüz misli böyüdür tamah.
İnsan dərk edirsə bu gerçəkləri,
Onun zatındakı tamah bəs nədir?
Cənnəti almaya satandan bəri
Tamah, ləyaqətlə bəhsəbəhsdədir.
Nəfsinə uyanın
dövri - qədimdən
Həmişə silahı xəyanət oldu. Bu da qəribədir,
Bəs, neçin, görən,

__________________Milli Kitabxana_________________
217
Tamahın qurbanı ləyaqət oldu?
Ağlı mədəsindən xırda gədələr
Dünyanı yedirdi öz niyyətinə.
Kəsib tamahından ulu dədələr
Caladı həmişə ləyaqətinə.
Alçalda-alçalda şəxsiyyətini
heç olur
Şərdən də xeyir güdənlər.
Ac qalar, alçaltmaz,
ləyaqətini
tamah qılıncına qalxan edənlər.
Acgöz "qazancında" yenə uduzdu
Çünki o pozdu –
Tamahla ləyaqət arasındakı
Nazik xətləri.
O, görə bilmədi adi bir korun
Yaxşıca gördüyü həqiqətləri...
Sərvətə qul olan bir rüşvətxorun
Xəlvət qazandığı var-dövlət oldu,
Aşkar itirdiyi ləyaqət oldu.
2
Meymun - ləyaqətin insan övladı.
Ləyaqət - insanın ikinci adı.
Ləyaqət - insana ən doğru ünvan.
İnsan bu ad ilə dördayaqlıdan
İki ayaqlıya bir tarix keçdi.
İnsan qətrə - qətrə insaniləşdi
Yalnız öz insanlıq ləyaqətilə...
Qazandıq bu adı biz gilə-gilə.
İndi ləyaqətlə qazandığımız
İnsanlıq adını itirəkmi biz?
Oktyabr, 1985

__________________Milli Kitabxana_________________
218
AXI, DÜNYA FIRLANIR...
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasm, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb - daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram,
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları,
Sular duruldu, gördük dibindəki daşları.
Ünvanını dəyişdi dünənin alqışlan
Niyə də dəyişməsin, axı, dünya fırlanır.
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarınüstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım.
Bütlər gəldi və getdi, birinə inanmadım,
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasm? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

__________________Milli Kitabxana_________________
219
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana,
Çərxi fələk istəyir, lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
Oktyabr, 1985
İKİ MÜHACİR
Öz  Vətəninə mənsub olmayan şəxs
insanlığa da mənsub deyildir.
V.Q.Belinski
Dərd var ki, bənzəmir heç hansı dərdə
Gəzdiyim, gördüyüm yad ölkələrdə
Vətənçin burnunun ucu göynəyən
Adamlar görmüşəm nə qədər desən.
Bu vətən nisgilli mühacirlərin
Acı taleyinə acımışam mən,
Bəzən aşkar-aşkar, bəzən gizlicə...
Vətənə uçurlar onlar hər gecə
Min rəngli qanadlı yuxularında.
Qəriblik - Elə bir dərd ki, çəkilməz.
Balıq balıqdır ki, yad sularında
Yaşaya bilsə də, böyüyə bilməz.
Ulu keçmişimiz... həm qılınc, həm qın
Bizim həm xeyrimiz, həm şərimizdir.
Türbə qəbirləri əcdadımızın –
Torpağa işləyən köklərimizdir.
Bu kökün üstündə dayanmayan kəs
Yaşayar,
bir boy da ucala bilməz.
İmkan dənizində üzə bilsə də,
Fərəhdən bir çimdik pay ala bilməz.
Bir doğma anaya min ögey ana
Tay ola bilərmi?
Ögey- göz dağı!
Kim deyir eynidir, eyni insana

__________________Milli Kitabxana_________________
220
Vətən torpağıyla qürbət torpağı?
Min dəfə güclüdür öz imkanından
Vətən torpağının üstündə insan!
Bir Vətən həsrəti - bir ulu nisgil!
Vətənsiz yaşamaq - yaşamaq deyil.
Vətəndən kənarda yaşayanlara
Mühacir demişik... lap doğru, lap düz!
Vətənin içində yaşayıb, ancaq
Özünü Vətənə yad sayanlara,
Özgə məbədinə baş qoyanlara
Nə ad verək biz?
Adam tanıyıram, yuxularında
Üzər balıq kimi yad sularında.
Uçar Nyu-Yorka, uçar Londona,
Mənəvi mühacir deyərdim ona!
O, elin içində elinə özgə,
Tarixinə özgə, dilinə özgə,
Havasına özgə, suyuna özgə,
Əcdaddan baş olan soyuna özgə,
Doğma ocağına, közünə özgə,
Özü də bilmədən özünə özgə,
özgəyə doğma,
Vətəndən savayı hər şeyə doğma.
Qürbət çörəyini yeyər mühacir
Vətən havasıyla yaşayar ancaq.
Ölürkən... Dizinə döyər mühacir,
İstəyi - Vətəndən bir ovuc torpaq.
Mənəvi mühacir Vətənə deyil,
Güvənər həmişə ancaq özünə.
Vətən çörəyini təpər gözünə
Özgə havasıyla yaşayar müdam.
O da bir adamdır, bu da bir adam.
O da mühacirdir, bu da mühacir.
Biri torpaq istər, biri cəvahir,
Biri insan isə... o biri tacir!
1986

__________________Milli Kitabxana_________________
221
QANMAQ - QANMAMAQ
Bütün ömrüm boyu anlar kımı
Qəzetdən, kitabdan mən şirə çəkdim.
Bilməyə çalışdım bilmədiyimi,
Bunu bilmədim ki, mən bilməsəydim,
Nəyi uduzacaq, itirəcəydim?
Qazancım nə oldu, İtirdiyim nə?
Qazancım dəyərmi itirdiyimə?
Qanmazın qandığı bir şey var ancaq:
Özünü hər yerdə düz, doğru saymaq!
O, elə bilir ki, səhv edə bilməz,
Bir müşkül önündə ağlı yenilməz.
Onun əməlində olmaz bir "xəta",
Ondan ağıllısı yox bu dünyada.
Qandınsa... şübhələr və tərəddüdlər
Ömrünün peykinə dönəcək sənin.
Qandınsa... qəlbində dil açan kədər
Əzmini, eşqini yenəcək sənin.
Qananlar uduzur batıb dərində,
Qananlar uduzur şübhələrində -
Bağrma çəkilən qanma dağından.
Qanmazlar qazanır qanmadığından.
Qandıqca... özümlə durdum üz-üzə
O da mən,
Bu da mən.
Kimə haqq verim?
Möcüzə içində başqa möcüzə.
Nə hakim bəllidir, nə də müttəhim.
Kaş, qanmayaydım
Özümlö üz-üzə dayanmayaydım.
Fevral, 1985

__________________Milli Kitabxana_________________
222
SEVİNCİN ZİRVƏSİ,
DƏRDİN ZİRVƏSİ
Köhnə dostum M.Sadıq müəllimə
Qarışıb dünyanın yaxşı-yamanı,
Əzabı, ləzzəti, sevinci, qəmi.
Göründüyü kimi gördüm dünyanı,
Çox vaxt görəmmədim olduğu kimi.
Gəldim dünya ilə çox vaxt döş-döşə,
Bəzən ala bildim öz istəyimi.
Həyat qurtarardı,
əgər həmişə
Dünya görünsəydi olduğu kimi.
Dünya çalın-çarpaz dağlayan kəsi
Özgəsinə sevinc paylayan gördüm.
Ən böyük sevincdə ağlayan kəsi
Dərddə qol götürüb oynayan gördüm.
Arzu tənliyində, hiss tənliyində,
Tutur ağ qaranı,
Bəm səs zil səsi.
Birləşir duyğunun dərinliyində
Sevincin zirvəsi, dərdin zirvəsi.
Ey könül, dünyadan nə küs, nə inci,
Sevincdə qəmi gör, qəmdə sevinci.
Mart, 1986.
UNUTQANLIQ
"Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox
əvvəl... hazırladıqlan hədsiz-hesabsız bombaların
hamısını bizim başımızda partladacaqmış...
Bu sadədilliyimiz səbəbilə cümləmiz qonşu ermə-
nilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib

__________________Milli Kitabxana_________________
223
rahat və arxayın olmağı vəz və bəyan edirdik və bu
surətlə milhtimizin gözünü bağlayıb...uçuruma
sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət
alıb gələcəkdə aldanmamağa çalışaq ".
Ömər Faiq Nemanzadə
1906-cı il
Ömər bəy, hər sözün haydı, haraydı,
Deyilib elə bil, bu çağımızda.
Sənin bu fəryadın sırğa olaydı,
Daim səslənəydi qulağımızda.
Əsrin əvvəlini unutmuşuq biz,
Saldm yadımıza dünənimizi.
Sadəqəlbliyimiz, təmizliyimiz
Tarixdə nə qədər aldatmış bizi.
.. .Erməni zülmündən yüz ildən bəri
Daşdan-daşa dəydi bu xalqın başı.
Unutdu çəkdiyi müsibətləri,
Niyə oğurlandı onun yaddaşı!
Biz başdan-ayağa rəhmik, şəfqətik,
O, kin dağarcığı, o, goreşəndir.
Biz əvvəl insanıq, sonra millətik,
O, insan olmadan millətləşəndir.
Bilirik, tutulub o, yaman dərdə,
Qəlbində həmişə kin əzizləyir.
Elə unuduruq, dar döngələrdə,
O, bizi vurmağa məqam gözləyir.
Bilmədik, içini gəmirir bu kin,
Sözü keçməyəndə üzdən həlimdir.
Unutduq, nifrətlə mayalanmışın
Fikri - intiqamdır, qəsdi - zülmdür.

__________________Milli Kitabxana_________________
224
Mən öz qonşuma da gerçək olanı,
Çatdıra bilmirəm, haqqım kəsilmiş.
Osa yalanıyla bütün dünyanı
Bizim üstümüzə qaldıra bilmiş.
Biz boğub vicdanı, qəhr edib an,
Şərə yoldaş olub haqqı danmanq.
Heç vaxt unutmarıq yaxşılıqları,
Amma pislikləri unudanlarıq.
Sulanıb həmişə qonşunun bağı
Bizim arxımızdan, şəfqətimizdən.
Əfsus! Bacarmışıq bağışlamağı,
Aman diləyəndə düşmən də bizdən.
Quyruğu əzilir, yumşalırıq biz,
Deyirik, bir daha o, çalan deyil.
Amma unuduruq, unuduruq biz.
Küdurət xəstəsi sağalan deyil.
Utanmaz, usanmır bəd əməlindən,
Bələddir unutqan xislətimizə.
Bilir, dədəmizin onun əlindən
Çəkdiyi zillətlər dərs olmur bizə.
Bu yaman xisləti, gəlin, tərk edək,
Tarixi dərsləri daha dərk edək.
Tərk edək, unudaq soyuqqanlığı,
Unudaq keçmişə unutqanlığı.
Daim gözümüzün önündə dursun
Keçilən yollarda xeyir-şərimiz.
Bu günü unutsaq, sabah, biri gün
Bizi bağışlamaz nəvələrimiz.
Dedim, silinməsin bu qan, bu qada,
Bir də, güllə izi dağ-daşımızdan.
Yalnız bu günə yox, biz sabaha da
Güzgü tutmalıyıq yaddaşımızdan.
İyul, 1991

__________________Milli Kitabxana_________________
225
QÜRUB DÜŞÜNCƏLƏRİ
Bir zamanlar "Mənimçün vaxt çatışmır" 1958-ci ildə
yazdığım "Vaxt çatışmır" şeirim nəzərdə tutulur.
B.Vahabzadə
Vaxtı vaxtın özünd
ən borc almaq istəyərdim.
İstəyərdim, bir anda bir saatlıq iş görüm.
İndi isə bilmirəm vaxtı necə öldürüm?
İndi başdan ayağa şikayətəm, gileyəm.
Vaxtımın qatiliyəm.
Vaxtı kəsib doğrayan o qayçı əqrəblərin
Ağzı yaman küt olmuş.
Çağlayan çeşmələrin qaynaqları tutulmuş.
Məni sıxır,
elə bil, bir qəlibdir bu dünya.
Mənim üçün necə də boşalıbdır bu dünya.
Hər şey məni tez yorur.
Öz dünyamı dolduran boşluğun ağırlığı
Ürəyimi doldurur.
Yaman ağırlaşmışam
Peyvənddim, cırlaşmışam.
Öz bədənim, öz canım dönüb mənə yük olmuş
Tükənməyən həvəsim,
Yaratmaq ehtirasım arzuma dönük olmuş,
Söz dolaşır dilimdə,
Qələm əsir əlimdə
Xəttim tanmmaz olmuş.
Vaxtın axarındakı köhnə nizam pozulmuş.
Heç özüm də bilmirəm
Bu dünyadan nə aldım, bu dünyaya nə verdim,
Cürətimi itirdim,
Tək ehtiyat qazandım,
Ümid sütunlarında qatbaqat çat qazandım.
Haray, qaraya dönmüş bəmbəyaz ağım, haray!
Haray, əlimdən çıxan halal torpağım, haray!
Üzümə qırış qatı, gözümə tor çəkilir

__________________Milli Kitabxana_________________
226
Arxada yetmiş ilim, öndəsə, Allah bilir...
Gecələrim uzanır, vaxtın ömrü gödəlir
Yuxum gəlmir ki, gəlmir, səhər gəlmir ki, gəlmir.
Necə gəlsin?
Ömrümün axşam çağındayam mən.
Bir az durulmaq üçün
Yolda çuxur axtaran bir bulanıq suyam mən.
Dostumdan, tanışımdan bir təbəssüm dilənən
Bir qərib yolçuyam mən.
Yaşadığım illəri ələklədim bir də mən
Asandır bəyənməmək dərələri zirvədən
Ömrümün zirvəsində ötənləri daşladım.
Mən artıq yoxluğumu yaşamağa başladım.
Bu günümə baxıram, dünənimi anıram
Tez-tez haçalanıram.
Fikrimə düyün düşüb
Bu günümə qar, yağış, dünənimə gün düşüb.
Bu hahma nə deyim?
Qocalığın önündə hesab verir gəncliyim.
Bəlkə budur qocalıq?
Qəlbin yuxalanması,
sonun ilki anması?
Qocalığın önündə gəncliyin utanması,
Meşədə ağacların tək-tək yarpaq tökməsi,
Yetkin ağlm önündə ürəyin diz çökməsi?
Yanvar, 1995
VAXT ALDANMADI
Qızıla mis qatdılar,
bala - şəkər,
südə - su.
Dəyərsizi, ucuzu bahaya satmaq üçün.
Baqqal çəki daşının içini oydu, oydu
Alıcını çəkidə müdam aldatmaq üçün.

__________________Milli Kitabxana_________________
227
Özgəsinin yerinə imzalar da atdılar.
Torpağa gil qatdılar.
Sementə kül qatdılar.
Cığaradan, kağızdan
Saxta gül yaratdılar,
Saxta pul yaratdılar.
Hər yerdə ölçüləri qısaldıb uzatdılar.
Bir sözlə, saxtalıqlar üstdə bərqərar olan
Bir dünya yaratdılar.
Bu yalan bazarında aldadan da özünü
Haqlı bilir, haqq sanır
Aldadan anlamır ki, aldadanda aldanır.
Bu dünyanın ələyi xəlbirinə qarışdı.
Yamanlıqla yaxşılıq bir-birinə qarışdı.
Heqiqəti rəngləyib, ağartdılar bozları.
Dünyanın ən hiyləgər, mahir kələkbazlan
Saat ilə təqvimə əl qata bilmədilər,
Yalnız vaxtı, zamanı aldada bilmədilər.
Sentyabr, 1997
ÇOX İMİŞ
Xudunun əziz xatirəsinə
Usanıb şəhərin küy-kələyindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.
Gəzdim qəbristanı, gəzdim səbirlə
Rastlaşdım nə qədər tanış qəbirlə.
İnana bilmədim gördüklərimə
Şəhərə dönməkmiş, şəhərdən qaçış!
Burda yatanlarm çoxu, heç demə
Mənim öz dostlarım, tanışlarımmış.

__________________Milli Kitabxana_________________
228
Orda dən, burda un, arada daş var
Zamandır hərlədən bu dəyirmanı.
Bir-bir üyüdülür dostlar, tanışlar
Birdən ayılırıq: fılankəs hanı?
Bəzən üzü durur üzsüz astarm
Neçə pillesi var tək bircə ömrün.
Mən hardan biləydim, ölü dostlarım
Diri dostlarımdan çox imiş bu gün.
Usanıb şəhərin hay-həşirindən
Gəldim ziyarətə dost məzarmı.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarmı.
May, 1998
VİCDAN XƏSTƏSİYİK
A vicdan əzabım, üsyan
əzabım, öldürmə məni.
Musa Yaqub
Musa, vicdanmdan əlhəzardasan.
Bu ovqat necə də mənə tanışdır.
Bizim qəlbimizi ağrıdan vicdan
Umulan kəsləri ağrıtmamışdır.
Dünya - bir bilməcə, dünya - bir təzad,
Arifın dərdi çox, bir qəmxarı yox.
İxtiyar sahibi - vicdandan azad,
Vicdan sahibinin ixtiyarı yox.
Qənimi olsa da əyri, düzlərin .
Doğruluq dərsini keçmə oğruya.
Xalqı çalıb-çapan qeyrətsizlərin
Vicdanı varmı ki, bir an ağrıya?

__________________Milli Kitabxana_________________
229
Millət öz dərdinə əsir oldusa,
Bizim qismətimiz iztirab, ələm.
Mən də sənin kimi, əzizim Musa,
Vicdan əzabından xəstə düşmüşəm.
Vətən qarşısında bilək bir kərə
Hamının danılmaz haqqı, borcu var.
Millətin düşdüyü bu zillətlərə
Mən də günahkaram, sən də günahkar.
Gah olur gördüyüm bu zillətləri,
Şahidi olduğum müsibətləri
Görmək istəməyib gözümü yumdum,
Onun əlacmı özgədən umdum.
Mümkünmü?..
Deyincə, qaraldı qanım,
Məni ilan kimi sancdı vicdanım.
Vicdanm səsindən dəng oluram mən,
Ağrılar içində qovruluram mən.
"Əlimdən nə gələr?", deyincə,
ağrı
Azalır, ağlım da haqq verir mənə.
Gözümü yumduğum haqsızhqları
Vicdansa, birəbir göstərir mənə.
Vicdan saldı məni, bax, belə dərdə
Mən ondan qaçanda qaçdım özümdən.
İçimdə başlanan çəkişmələrdə
Gizlənpaç oynadım vicdanımla mən.
Vicdan yaxşı seçir əyridən düzü
Yaxşıdan yamanı, dostdan düşməni.
O qovdu, mən qaçdım, itidir gözü
Harda gizləndimsə, o tapdı məni.
Vicdanım zamana uymur ki, uymur,
Məni yaşamağa qoymur ki, qoymur.

__________________Milli Kitabxana_________________
230
Bizim içimizi belə göynədən,
Bizi əldən salıb, bizi qəhr edən,
Haqqm öz səsidir, haqqın öz səsi
Vicdan xəstəsiyik, vicdan xəstəsi.
Gözümüz önündə haqq çiliklənir
Haqqın qəbri üstə nahaq diklənir.
Bağırdıq: - Dayanın, haqq divanı var
Gördük, eşitmədi kimsə bu səsi.
Hələ üstümüzə çirkab atdılar
Olduq bu millətin "xain bəndəsi".
İllər gəlib keçdi, ömür gödəldi,
Baharı gözlədik, təqvimlə gəldi.
Təqvim baharını neyləyirik biz?
Könül bağçamızı basdı ot, alaq.
Ömrümüz boyunca gözlədiyimiz
Səadət gülləri açmadı ancaq.
Zülmün məhvərinə dolanır zaman
Göydəki buludlar insan ahıdır.
Göydə aramasın Allahı insan,
Hər kəsin vicdam öz Allahıdır.
Ay Musa, özünü yorma boş yerə,
İş ki, belə gedir, nə gerçək, nə haqq?
Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?
İyul, 1999.

__________________Milli Kitabxana_________________
231
MÜƏLLİFDƏN
Sovetlər İttifaqı  dağılandan  sonra  arxivimi  araşdırdım,  gənclik  illərindən
yazmağa  başladığım  gündəliklərimi,  çap  olunmamış  şeirlərimi  varaqladım,
keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də
təəssüfləndim.  Ona  görə  fərəhləndim  ki,  gənclik  illərimdə  də  həqiqəti
görmüş, ağı  qaradan  seçə  bilmiş,  duyğularımı,  fikirlərimi  qəlbimdə
gizlətməmiş,  müəyyən  qədər  yazıya  köçürə  bilmişəm.  Ona  görə
təəssüfləndim  ki,  ömür  yollarında  büdrəmələrim  də  olmuş,  duyğu  və
fikirlərimi  açıq-aşkar  və  tam  dəqiqliyi  ilə  yaza  bilməmiş,  zamanın
tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur.
O dəhşətli illərdə çapa verə bilmədiyim, yalnız yazmaqla təsəlli tapdığım
bu şeirlər qəlbimin fəryadı - yəni, o zamanın ağrı, acılarıdır. 1950-ci illərdən
Sovetlər İttifaqı dağılana qədər yazılmış və arxivimdə gizlədilmiş bu şeirlərin
bir  qismi  ilk  dəfə  "Nağıl-həyat"  (1991),  "Ümidə  heykəl  qoyun"  (1993),
"Körpü  çaydan  uzaq  düşüb"  (1996)  kitablarımda,  tam  halda  isə  7  cildlik
"Əsərləri"min  6-cı  cildində  (2003  "Sandıqdan  səslər"  başlığı  altında  çap
olunmuşdur. Burada verilən şeirlər onların yalnız cüzi bir qismidir.
SANDIQDAN SƏSLƏR

__________________Milli Kitabxana_________________
232
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə