Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə12/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

NAĞIL - HƏYAT
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı...
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar-qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə

__________________Milli Kitabxana_________________
233
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm, səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasmı söyən, yada baş əyən
Rəhbərlər görmüşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil
"Malades" sözünə Vətəni satmış.
Dünyam biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
Yanvar, 1964 - may, 1965

__________________Milli Kitabxana_________________
234
HÖRÜMÇƏK TOR BAĞLADI
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı -
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollannda hər addımda yanıldı.
Uydurma tarix bizi anamızdan ayırıb
Yad anadan alınmış bələkdə qundaqladı,
Təməlimiz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsünən
Vəzifə kürsüsünün
Birinci pilləsində mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı...
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz
Şərəf bildik özgəyə qul olmağı, yoxsa, biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, ağalığı unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən.
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
Üzümüzə ağ oldu.

__________________Milli Kitabxana_________________
235
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi.
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, banşdıq
Biz "azadlıq" adlanan bir uydurma nağılla.
Ölən düşüncələrə qəlbimiz yas saxladı.
Həqiqəti deməkdən elə qorxduq...
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.
Oktyabr, 1968
QORXU
Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,
Biz qorxuruq.
Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Başqasından qorxduğumuz bəs deyilmiş
Özümüzdən biz qorxuruq!
Qorxu, qorxu!
Bir qurd olub yeyir bizi içimizdən,
Nə gözləyir Vətən bizdən?
İradə yox,
kişilik yox.
Biz qorxuruq,
biz susuruq.
Fikir ölür,
can sustalır,
ürək donub,

__________________Milli Kitabxana_________________
236
ruh boğulur.
Qorxu bizim dilimizdə kilid olur,
Beynimizdə qıfıl olur.
Dərd budur ki, bu dərdi də,
Biz qanırıq, biz bilirik.
Qorxa-qorxa
Özümüz də özümüzçün
Biz qorxuya çevrilirik.
İyul, 1972
BELƏ QALMAZ
Sabir demiş, "Biz ərlərik",
İş yerinə
"Özgəsinin sözlərini
əzbərlərik".
Toz-torpağı yel sovurar,
Dənəsi də yelə qalmaz...
Vallah, billah, belə qalmaz,
belə qalmaz!
Bu inamla yaşamışam,
Bizim kimi zəvzəklərin
İgidliyi dözüm olsun,
"Heyvərəlik, boşboğazlıq"
bizim olsun.
Gələcəyin övladları iş görəcək.
Hamı dua əvəzinə "lənət" deyib,
Qəbrimizə tüpürəcək.
Deyəcəklər, ey babalar,
Yaş yetirib kal oldunuz,
Görə-görə kor oldunuz,
Dinə-dinə lal oldunuz.
Səbrinizə heyrətdəyik,
Siz dözümdə fil oldunuz.
Ey nəvələr, nəticələr,

__________________Milli Kitabxana_________________
237
Biz heç nəyik, biz heç nəyik...
Gecə-gündüz babamızm
əməlinə heyrətdəyik.
Heyrət edin sizsə bizim
səbrimizə...
"Lənət" deyib, siz tüpürün qəbrimizə...
Haqqımızı biz qanmadıq.
Biz bu günü yola verib
Gələcəyə inanmadıq!
Keçirdik öz əlimizlə
Boynumuzu biz xaltaya,
Sap olmadıq bir baltaya.
Ac olsaq da, "toxuq" - dedik.
Biz ucadan "bəli" deyə çox bağırdıq,
Qəlbimizdə "yox-yox!" - dedik.
Toz-torpağı yel sovurar,
Dənəsi də yelə qalmaz.
Vallah, billah, belə qalmaz,
Belə qalmaz!
1974
DİZ ÜSTƏ
O, çox əzəmətli, çox qüvvətlidir
Böyükdür,
Nəhəngdir və qüdrətlidir.
Bunu çox eşitdik, çox dedik düzü.
Çox deyib, alçaltdıq öz-özümüzü.
Onun böyüklüyü aydındır bizə.
Bir baxaq,
Bir görək,
bilək, biz nəyik?
O, böyük görünür gözlərimizə
Nədən ki, özümüz diz üstündəyik.

__________________Milli Kitabxana_________________
238
Kiçildik, biz ona böyük dedikcə
Yetər bu səcdələr, bu diz çökmələr.
Biz onun önündə iməklədikcə
Əzdi başımızı nallı çəkmələr.
Duraq ayaq üstə!
Axı, ərik biz.
Qalxsaq, o kiçilər, böyüyərik biz.
Avqust, 1976, Şəki
MÜSAVAT
Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.
Meydan oxudu qan çiləyən dövrana qarşı,
Hər zalimə, hər nadana, hər hədyana qarşı,
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat.
İlhamını almış o, Vətən adlı gözəldən,
İman suyunu, çünki, o içmişdi düz əldən.
Xalq naminə haqq adlı vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat.
Öndər dedi: - İstiqbal üçün dağ aşalım biz,
İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bir xalqı inandırdı Müsavat.
Amalı təmiz, məqsədi aydm, üzü ağdır,
Ən ali məramında qərəzlərdən uzaqdır.
Tarix şüuru - xalqımı millət yapacaqdır
Haqdan dönəni haqqa tapındırdı Müsavat.

__________________Milli Kitabxana_________________
239
Düzlük şuarı daima çarpışdı yalanla,
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.
Fevral, 1977
SƏBR ELƏDİK
Açan gündən gözümüzü
Ümidlərin laylasında
Xumar gördük özümüzü.
Arzumuzu vermədilər,
Bizə ancaq döz, dedilər.
Elə bildik, düz dedilər.
Hər gecənin gündüzü var,
Gələcək gündüz, dedilər.
Biz gözlədik.
Qəlbimizdə baş qaldıran
ümidləri əzizlədik.
Hey izlədik,
Uca-uca kürsülərdən
Vəz olunan nitqləri.
Həyatda yox,
qəzetlərdə göstərdilər
bizə yalnız xeyri-şəri.
Şirin-şəkər yalanları yeyə-yeyə
Biz inandıq gələcəyə.
O gəlmədi,
Düz əyildi,
Əyriliklər düzəlmədi.
Arzumuzun əvəzinə
Bizə yenə söz verdilər.
Həqiqəti görməməkçün
Dəyişdirib gözümüzü
Bizə başqa göz verdiler.
Baxıb saxta gözümüzlə
Hamar gördük çuxuru biz.

__________________Milli Kitabxana_________________
240
Saray bildik axuru biz.
Görəmmədik qat bağlayan paxırı biz.
Bu paxırı görənləri,
Xalq yolunda candan keçən ərənləri
"Xalq düşməni" damğasıyla
Ləkələyib məhv etdilər.
Haqq adına haqqı yıxıb sürütdülər.
Bozu ağdan seçənləri
zindanlarda çürütdülər.
Susub dözdük, döz, dedilər.
Sözdən boluq
Söz içində üz, dedilər.
Söz içində üzə-üzə
Səbrimizdən bəzək vurduq ömrümüzə.
Hər cəfaya dözə-dözə
Biz alçaldıq addımbaşı.
Qul etdilər vətənində vətəndaşı,
Ayaq altda palaz oldu ləyaqəti.
Biz ucalıq zənn elədik rəzaləti.
Səbr elədik.
Qara günü ağ söz ilə pərdələdik.
Zənn etməyin,
bədbəxtliyi özümüzə dərd elədik.
"Biz xoşbəxtik, bəxtəvərik" - sözlərini
Şüar kimi dilimizdə vird elədik.
Qırıb qalın meşələri
Pambıq əkdik.
Qanımızdan gülab çəkdik.
Yüz hektarın məhsulunu on hektara,
On nəfərin məhsulunu bir nəfərə
yaza-yaza,
Həm insanı, həm torpağı
Necə verdik biz güdaza.
Meydan verdik ağ yalana,
Həqiqət də tapdalana-tapdalana
Çəkildi dağlar dalma,
Bəlkə... orda daldalana.
Səbr elədik,

__________________Milli Kitabxana_________________
241
Özümüzə cəbr elədik.
Orden, medal yarışında
Dumanladıb beyinləri
DDT-ylə zəhərlədik
Yüz-yüzləri, min-minləri.
Bircə çəngə ağ pambığa
Qurban verdik gənc qızlan, gəlinləri.
Bu dünyaya göz açmamış körpələri
Bətndəcə zəhərlədik.
Yaşamadıq, baş girlədik
Yalan-yalan vədləri yeyə-yeyə,
Ümid ilə qarnımızı doyuzdurub,
Biz inamla yenə baxdıq gələcəyə.
Gələcəklər gəlib keçdi,
Ümidimiz doğrulmadı.
Şirin-şəkər yuxular da çin olmadı.
Amma yenə səbr elədik.
Qəlbimizi arzulara qəbr elədik.
Susmağı da qeyrət sandı qeyrətimiz.
Səbrimizin laylasında
xumarlandı qeyrətimiz.
Bu dözümə,
Bu zülümə
Heyrətdədir heyrətimiz!
Sentyabr, 1979
LAL - KAR
Dil açmada lallıq da gedər, karlığımız da.
Çün lallığımız doğmuş idi karlığımızdan.
Şəhriyar
Həm lal olduq, həm də
kar Lallıq karlıqdan doğar.
Niyə lal olduq, görən?
Bunu bilirsənmi sən?
Bunu bilək biz əvvəl,
Ötənlərə baş vuraq
Bunun üçün indi gəl.

__________________Milli Kitabxana_________________
242
Zaman-zaman əzildik
Məhkum olduğumuzu
Nə anladıq, nə bildik.
Bununçün da soydular
Dərimizi qatbaqat.
Haqqımızı kimsədən istəmədik, ey ustad.
Çünki onu qanmadıq.
Bu miskin halımızdan
Qızarıb utanmadıq.
Bütün dünya oyandı,
Biz hələ oyanmadıq.
Susduq, hər şeyə dözdük.
İçimizdən oyulduq.
Karlıqdan lal olmadıq,
Susduq-deyə lal olduq.
Sabirimiz demişkən:
"Bir əcayib şeyik biz".
Tərs gəlib hər işimiz.
Bizim çaqqalımız da
Gəlir öz dağımızdan.
Bizim karlığımız da,
Bizim lallığımız da
Doğub susmağımızdan.
İyul, 1979, Şəki
BAŞQASININ YASINDA
Dərindir, qorxuludur sakit axan lal sular.
Bir kəlmənin içində bəzən neçə söz yatır.
Adi gözlə görünməz orda yatan duyğular,
Çözələsən, görərsən kül altında köz yatır.
İçimi göstərmədim cahil tutan güzgüyə,
Üzdə gülüb, içimdə müşkülümə ağladım.
Millətimin dərdini ünvanlayıb Özgəyə,
Başqasınm yasmda öz ölümə ağladım.
Dekabr, 1981

__________________Milli Kitabxana_________________
243
GƏLİR
Tarıma çəkilmiş simə bənzə sən!
Titrə bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa, gilavar gəlir.
Bir az sıxlaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar.
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.
Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim götürməyir bəri-bəzəyi
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir.
1950
HƏSRƏT NƏĞMƏLƏRİ

__________________Milli Kitabxana_________________
244
QISQANIRAM MƏN
O çalır, nəğmənin hər xalında sən,
Qəlbini, ruhunu tapmısan deyən.
Unudub zamanı, vaxtı, məkanı
Xəyal dünyasında məclis qurmusan.
Səslərin oduna əridib canı,
Özünü nəğməyə qarışdırmısan.
Nəğmə aldı səni mənim əlimdən,
Səni, nəğməyə də qısqanıram mən.
Dayanıb güzgünün qabağında sən,
Pərişan saçına daraq çəkirsən.
Arzular, diləklər təmənnasıdır
Bu qoca dünyada hər kəsin, gülüm.
"Pərişanlıq zülfün öz qaydasıdır",
Halı pərişanlar neyləsin, gülüm?
Güzgü də zövq alır gözəlliyindən,
Səni güzgüyə də qısqanıram mən.
Ömrün yollarını inamla keçdim,
Axırda odlandı bağrımın başı.
Eşqin çeşməsindən bir damcı içdim,
Axdı sellər qədər gözümün yaşı.
Bu dərdə tablamaq müşkül olsa da,
Eşqsiz ürəyi daş sanıram mən.
Düşməsin araya gülüm, qan-qada,
Səni, özünə də qısqanıram mən,
Daim öz-özünün yanındasan sən,
Neyləsin həftədə bir yol görüşən?
Dekabr 1961

__________________Milli Kitabxana_________________
245
GÖZÜN DİLİ
Qara gözlər,
Ala gözlər,
Qonur gözlər...
Nə qədər sözlər
Deyilmiş mədhinə gözəl gözlərin,
Şairlər, indi də mənə söz verin.
Qorxuram gözlərin mən gözəlindən
Aman göz əlindən, dad göz əlindən!
Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün.
Sözünü ürəklər anlayar gözün.
Mələr, çıxmasa da ürəyin səsi,
Elə ki, havada gözlər öpüşür.
Eşqin də ilk odu, ilk şərarəsi
Əvvəlcə ürəyə gözlərdən düşür.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsm gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.
1961
YOX DÜŞMÜRƏM,
QALXIRAM
Ən uca mərtəbədə yaşayırsan...
Çox gözəl.
Məni bu pillələrlə
İmtahana çəkmə, gəl!
Yox, yox!

__________________Milli Kitabxana_________________
246
Mənə demə ki,
Muğayat ol özündən,
Çıxma bu pillələri
Xəstə ürəyinlə sən!
Yox!
Onlar yormur məni!
Bir addıma qalxıram
Qalxanda beş pilləni.
Düşəndə bir pilləni
Beş addıma düşürəm.
Düşürəm... Yox düşmürəm,
Sanki yoxuş qalxıram.
Məni yola salırsan:
Gah özümə,
gah da sənə baxıram.
Düşürəm...
Düşə bilmirəm
Köynəyim tondan ağır,
Sıxır məni əynimdə.
Düşürəm...
Düşə bilmirəm
Sənin baxışlarının
Ağırlığı çiynimdə.
Yox!
Mən pillə düşmürəm,
Ruhum düşür göylərin
Min-min mərtəbəsindən.
Hara gedim, bilmirəm
Ayağıma dolaşan
Ürəyimlə indi mən?...
Düşürəm, xəyal kimi...
Aparıram beynimi,
Ürəyim sizdə qalır.
Kədərim yanımdadır,
Fərəhim sizdə qalır...
Mənim bu tərs taleyim

__________________Milli Kitabxana_________________
247
Gör necə də zalımdır,
Enişim - hicranımsa,
Yoxuşum - vüsalımdır.
Sənin pillələrini
Qalxmaq necə asandır
Düşmək, enmək çox çətin!
Bu da mənasız deyil,
Hər işi tərsinədir
Əzəldən məhəbbətin!..
Oktyabr 1963
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salammı qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

__________________Milli Kitabxana_________________
248
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadm!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.
Sentyabr 1961
HƏSRƏT
Yoxsan...
Qəribə işdir
Danışıram yenə mən
Əlim qələm də tutur,
Durub şeir yazıram
Səhər-səhər sənə mən.
Sən həm mənim kədərim,
Sən həm də şadlığımsan.
Sən mənim əsarətim,
Həm də azadlığımsan...
Yoxsan...
Qəribə işdir
Qəlbim,
hissim,
düşüncəm,
Axı, oyaqdır mənim

__________________Milli Kitabxana_________________
249
Necə nəfəs alıram -
Havam ki, yoxdur mənim?
Yoxsan...
Sən mənim üçün
Xoş arzularsan, demək,
Baharda qarsan, demək,
Qışda baharsan, demək.
Yoxsan...
sən mənim üçün
Daha çox varsan, demək.
Sevilənlər, sevənlər
Ayrılığın, həsrətin
Əlindən dad çəkdi, dad.
Eşq - həsrətin anası,
Həsrət - aşiqə ustad.
Ömrün boyu qaçmısan
Arxanca yüyürmüşəm.
Səndə imkansızlığı,
Uzaqlığı görmüşəm.
Həsrət öyrətdi mənə
Hardayam...
indi hardan
Hara gedəcəyəm mən.
Nəydim,
indi nəyəm mən?
Həsrət öyrətdi, həsrət
Vaxtın hardan başlayıb,
Haraya vardığını.
Həsrət öyrətdi
mənlə
Başlayan bir həyatın
Səndə qurtardığını.
Həsrətinin gözüylə
Mən dünyaya baxanda,
Gecələr gündüz olur.

__________________Milli Kitabxana_________________
250
Həsrətinin zülməti
Gözlərimə nur verir,
İdrakıma göz olur.
Həsrətim başlananda
Başlanır bu cahana
Sonsuz heyrətim mənim.
İdrakımla yaşıddır
Eşqim, həsrətim mənim...
Böyük bir şair dünən
Vaxtın qısalığından
Dad çəkib "uzan!" - dedi,
Anm qısa ömrünü
O, uzatmaq istədi.
"Ey an, sən uzan" deyib
Vaxta böhtan yazdı o.
Əgər həsrət çəksəydi
Ana yalvarmazdı o.
Onda o bilərdi ki,
Həsrətin bircə anı
Bərabərdir illərə.
Bircə günlük ayrılıq
Neçə illik vüsaldan
Uzun olur yüz kərə.
Bircə günlük ayrılıq
Bir ömürlə tən olur;
Həsrət vaxtı uzadan,
Səbri gödəldən olur.
Həsrətin - məhək daşım,
Həsrətin - yol yoldaşım.
Yanır başım üstündə
O, ulduz tək, o, gün tək.
Mərdanədir, böyükdür
Həsrətin də özün tək...
İyul 1964, Kislovodsk

__________________Milli Kitabxana_________________
251
SEVƏ BİLƏRİMSƏ...
Ancaq məhəbbətçün yaranmışam mən,
Alammaz əlimdən bu haqqı kimsə.
Xoşbəxtem,
küsmərəm öz taleyimdən,
Əgər sevirəmsə...
sevilirəmsə...
Məhəbbət - amalım, arzularımdır,
Ona kainatım, cahanım deyim.
Mənim dövlətimdir, mənim varımdır
Bütün varlığımla sevə bilməyim.
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə, sevirəm demək
Həyatı,
dünyanı,
yoxdur düşmənim...
Əgər sevirəmsə - qəlbim aynatək
Şəffafdır,
həssasdır,
kövrəkdir mənim...
Bu könül aynama gülümsəyərək,
Göylər də,
yerlər də
əks olur həmən.
Sevirəm,
sevirəm,
sevirəm,
demək,
Bütöv bir aləməm, kainatam mən.
Mən ki, kainatam, aləməm, nə qəm,
Ayım da,
Günüm də,
Ulduzum da var.
Həm zülmət,

__________________Milli Kitabxana_________________
252
həm də ki,
aydınlıq gecəm,
Həm açıq,
həm tutqun
gündüzüm də var.
De məndən varlısı dünyada varmı?
Sevən də özünü yoxsul sanarmı?
Mənim öz eşqimin öz ulduzları
Dağıdır, könlümə nur, qucaq-qucaq...
Axı, bu sərvəti, dövləti, varı
Məhəbbət bəxş edir insana ancaq.
Bəli, ilk insanla həmyaşam artıq,
Bilmirəm aydayam, ya gündəyəm mən.
Zamandan, məkandan çıxmışam artıq,
Dünyəvi aləmin fövqündəyəm mən.
Öz böyük eşqimlə fəzadayam mən.
Məni endirməyin yerə, amandır.
Dünya çox kiçikdir məhəbbətimdən,
Hər arzum bir cahan, bir asimandır.
Verir arzularım göydə səs-səsə,
Deməyin yerdə uç, yer bəs deyilmi?
Yanan bir ürəyə, sevən bir kəsə
Asiman özü də qəfəs deyilmi?
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!
Dekabr 1964
TƏZƏDƏN
Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən.
Ayrılıq günləri, hicran günləri
Uzandı...
Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq.

__________________Milli Kitabxana_________________
253
Cövrü yadda qalır, qəm unudulur.
Sevən könüllərçün, gülüm, uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur.
Yağış dayandımı?
Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.
Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm, təzədən səni.
Elə bilirəm ki, bu gen dünyada
İlk dəfə görürəm, gülüm, mən səni.
Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün bir günü,
Ayrı bir adamsan, gülüm, hər dəfə
Vüsalın əvvəli, hicranın sonu.
Teleqraf kağızı... kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür, ancaq
Milyon illərdir ki, həsrətəm sənə.
On gündə əzabla neçə-neçə min,
Dəqiqə, saniyə yola saldıq biz.
Bu uzun anların, dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz?
Sənin də yerinə danışıram mən,
Qoy olsun, qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri,
Ayrılıq günləri bir oluruq, bir!
Həsrət, ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olunmuş...
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq, görüşlə bitir... tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur.

__________________Milli Kitabxana_________________
254
Bil, yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!
İyul 1965, Qusar
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə