Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə13/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

ÖZÜNDƏN AYRILA
BİLMƏYƏCƏKSƏN
Deyirsən, dərd oldu bizə eşqimiz,
Sarsıntı, üzüntü yetməzmi artıq?
Ürəkcə nə qədər bir olsaq da biz
Həyat yollarında ayrılmalıyıq.
Ayrılmaq! Söz asan, əməl çətindir,
Sevmək! Bu ki, sənin öz fitrətindir.
Necə ayırasan odu ürəkdən,
İstini atəşdən, ətri çiçəkdən?..
Mənim öz istəyim, mənim öz kamım –
Sənin öz istəyin, sənin öz kamm.
Sənin ad günündür mənim bayramım,
Mənim ad günümdür sənin bayramın.
Biri-birimizçün doğulmuşuq biz.
Birdir hər eşqimiz, hər istəyimiz.
Hərdənbir darıxıb gəzməyə çıxsan,
Ayağını öpən göy otlar mənəm.
Başmı qaldırıb göylərə baxsan,
Kövrəlib qaralan buludlar mənəm.
Demə ki, yanımca nə hərlənirsən?..
Mehvərin başına gərək hərlənəm.
Bəzən səbəbsiz də kədərlənirsən,
Səbəbi axtarma, o səbəb mənəm!
Qəlbin çox ucalır, çox qanadlanır,

__________________Milli Kitabxana_________________
255
Ona zirvə mənəm,
Ona son mənəm.
Yata da bilmirsən uzun gecələr,
Gözlərindən qaçan o yuxun mənəm...
Hər kəsə tutmadın, axı, tən məni.
Sən də bu dünyada mənimçün təksən.
Sən qova bilərsən evindən məni,
Qəlbindən ki, qova bilməyəcəksən.
Sənin hər dəqiqən, hər anın mənəm,
Axı, adın mənəm, ünvanın mənəm.
Qapını üzümə bağlasan da sən,
Özündən ayrıla bilməyəcəksən...
Sən ki, sən deyilsən,
Sən də bil, mənəm.
Yaşını çoxaldan, səni ucaldan,
Gün mənəm,
Ay mənəm,
Gülüm, il mənəm!..
1965
UNUTDURDUN SƏN MƏNƏ
Xəyalınla, fikrinlə
Həmişə sərxoşam mən.
Unutmuşam özümü,
Dönüb sən olmuşam mən.
Öz könlümün səsindən,
Öz könlümə ün düşüb
Dağlar başı qaralıb
Dərələrə gün düşüb,
Niyə belədir, gülüm,
Sən özün bilməlisən,
Fikrimə düyün düşüb!
Həqiqət, - güman olub
Xəyalım - duman olub
Gah düzəndə sürünür

__________________Milli Kitabxana_________________
256
Gah təpədə görünür.
İlişir kolluqlara
Fikirlər – qırıq-qırıq,
Arzular - para-para,
Ümidlər pərən-pərən,
Qəsəmlər - yalan olub
An var dönüb il olub,
İl var dönüb an olub.
Həsrətim, bu anlan,
günləri, danır mənim.
Saatımın əqrəbi
Yalnız sənin başma
Dönüb dolanır mənim.
Sənə könül verəli,
Mənim üçün bu köhnə
vaxt ölçüsü pozuldu,
Sənin məhəbbətinin
Dərəcəsi, ölçüsü
Mənim vaxt ölçüm oldu.
Bir şaxtalı qışdayam,
Mənə əlvan baharı
Unutduran sən oldun.
Ancaq hər gün bahan
Məndən soran sən oldun!
Ümmanam, sahilimi
Unutdurdun sən mənə.
Qarlı dağam,
selimi
Unutdurdun sən mənə.
Gecəyəm,
gündüzümü
Unutdurdun sən mənə
İnsanam, öz-özümü
Unutdurdun sən mənə
Bu dünyada hər şeyi
Unutdurub sən mənə

__________________Milli Kitabxana_________________
257
Çəkdirmisən göz dağı,
Əvəzində öyrətdin
Səni unutmamağı!..
1965
NÖQTƏYƏ DÖNDƏRƏRDIM
Mən burdayam, sən orda...
Yenə hicran, yenə qəm...
Yerdəyəmmi? - bilmirəm,
Göydəyəmmi? - bilmirəm...
Aramızda sədd kimi,
uçrum kimi dayanan
Bu uzun yollar deyil,
Gülüm, zamandır, zaman!..
Məhəbbətimiz qədər
Əzabımız var bizim.
Aramızda dayanmır
Bu uzun yollar bizim!..
Aramızda dayanır
Neçə-neçə il, gülüm,
Neçə-neçə ay, gülüm!
Bu ayları, illəri
Fikrimin sürətilə
Necə udum, ay gülüm!
Bizim istəyimizlə
Qara dönüb ağ olmur!
Yolu qısaltmaq olur,
Vaxtı qısaltmaq olmur.
Uzun yollar, dolaylar
Əgər olsaydı dərdim,
Mən onları kəmərtək
Belimə dolandırıb
Nöqtəyə döndərərdim!
Avqust, 1965

__________________Milli Kitabxana_________________
258
AZADLIQ
Azadlıq istəyirdin...
İndi məndən uzaqda
Azadsan, cismən azad.
İndi buyur, sevgilim,
Mən dustağam, sən azad!..
Beləmi?
İnanmıram.
Biz bir şəhərdə ikən,
Dəqiqəni, anını,
Sapa düzüb incitək,
İzləyirdim səni mən.
İndi məndən uzaqda
İzləmir heç kəs səni.
Ancaq, azad deyilsən,
İzləyir, öz köksündə
Aldığm nəfəs səni.
Orda pərəstişkarın
Bir deyil, min-min olsun.
Qorxmuram, yox, qorxmuram,
Mən yox, sənin öz hissin,
Sənin gözətçin olsun!
Sən sevən bir ürəyin
Özü boyda dağısan!
Mənim dustağım deyil,
Hissinin dustağısan,
Qəlbinin dustağısan.
İyul 1966, Şəki
* * *
Nəğmə olub gecələr
Sənə layla çalaydım,
Dönüb yuxun olaydım.
Ayaqların altına

__________________Milli Kitabxana_________________
259
Sərəydim gül-çiçəkli
Çölü mən, çəməni mən.
Nağıllar dünyasma
Aparaydım səni mən.
Çıxıb çərçivələrdən
Göylərə baş vuraydıq.
Vaxtı da donduraydıq.
Qanunlara od vurub
Sərhədləri qıraydıq.
Eşqimizin oduna
Dünyanı yandıraydıq.
Biz məhəbbət ünvanlı
Təzə dünya quraydıq.
Səni hər an, hər saat
Görmək üçün, sevgilim,
Gecələr ay olaydım,
Gündüzlər gün olaydım.
Sənin gözəlliyindən
Səhər-axşam həzz alan
Dilsiz güzgün olaydım.
Güzgün olsaydım əgər,
Qəm yeməzdim yenə mən;
Səni, öz diləyimcə
Göstərərdim sənə mən.
Sentyabr 1966
KÜÇƏDƏ İTİRDİM...
"Yaşaya bilmirəm bu sayaq daha,
Bəsdir,
Yorulmuşam,
Qurtaraq daha!"
Deyə avtobusa mindin...
Dayandım,
Vaxt da mənim kimi dayandı, sandım.
Yox! O dayanmadı, işlədi yenə.

__________________Milli Kitabxana_________________
260
Minib avtobusa səninlə birgə
Bir göz qırpımında zaman da getdi,
İxtiyar da getdi, güman da getdi...
Bu nədir?
ayağım üzüldü yerdən.
Hər şey öz yerini dəyişdi birdən,
Dayandım...
Arxamca yollar süründü,
Saat da tərsinə dolandı, döndü.
Səndən ayrılmadım,
Səndən mən, gülüm,
Özümdən ayrıldım,
Özümdən, gülüm!
Bilmədim nə idim,
indi nəyəm mən?
Küçələr uçruma döndü gözümdə.
Səni itirdiyim bu anda bilsən,
Yolların üstündə itdim özüm də.
Dolaşdı kainat,
Qarışdı aləm,
Kimdir qulağımda belə hönkürən?
Küçədə itirdim səni, dözmürəm;
Həyatda itirsəm neylərəm görən?
İyun, 1967
UNUDAM GƏRƏK
Ayrıldıq... güc gəldi bizə hücumlar,
Ayrıldıq, usanıb tənədən, sözdən;
Bizdən razı qaldı yadlar, qohumlar,
Biz razı qalmadıq öz-özümüzdən.
Ayrıldıq... nəğməmiz qaldı yarımçıq,
Fikirlər pərişan, könüllər qırıq.
Ayrıldıq... de harda ləngidi zaman?
İndi nə sən sənsən, nə də mən mənəm.
Başımda tufanlar hayqırdığından,
Meyvəsi dəyməmiş tökülən mənəm.

__________________Milli Kitabxana_________________
261
Dağlara dırmanıb ardımca qoşdun,
Özgə buludlara qarışan mənəm.
Taleyin hökmüylə sən çox vuruşdun,
Bu ağır hökm ilə barışan mənəm.
Yandıran da mənəm, yaxılan da mən.
Döyən də,
Vuran da, yıxılan da mən!
Ayrıldıq...
bilmədik,
neçin,
nədən biz?
Ayrıldıq...
Ayrılmaq istəmədən biz.
Yoxdur ürəyimdə sənə qəzəb, kin,
Yadıma düşməyir bəd əməllərin.
Nifrətsiz ayrılıq ayrılıq deyil,
Nifrətsiz ayrılıq vüsaldan şirin...
Gülüm, sevə-sevə ayrılırıq biz.
Ürək kökdən düşən tək simə bənzər,
Bizim gözü yaşlı, bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.
Deyirəm unudam səni mən gərək.
Mümkünmü?
Arzuya əməl tən gərək!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulam, təzədən gərək!
Avqust, 1967, Nalçik
GÖR NECƏ GÜCLÜSƏN
I
Yatmaq istəyirəm...
sənsizliyimi
Yuxu dənizində batırım deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi

__________________Milli Kitabxana_________________
262
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən
Yuxum da gəlmir ki, heç olmasa mən,
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da,
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...
II
Gəzmək istəyirəm...
sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə
görünür yerin.
Yox, dözə bilmirəm, dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan təki
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!
III
Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim,
Məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.
Yandırdı könlümü bu soyuqluğun,

__________________Milli Kitabxana_________________
263
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fıkir də qaldı yarıda.
Gör necə güclüsən, sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür, yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Sentyabr 1967
KƏPƏNƏK
Xatirələr
Emin Sabitoğlu bəstələmişdir
Kəpənəklər uçub gedər,
Əlimizdə
İşıldayan toza bənzər xatirələr.
Payız gələr...
Yollar üstə səpələnən xəzəllərdən
Gah itən, gah üzə çıxan
İzə bənzər xatirələr...
Fikrimizin aynasında
Gah alçalır,
Gah yüksəlir xatirələr...
Gah olur ki, acılıqdan
ürək dəlir xatirələr...
Gah həyatın özündən də
əziz gəlir xatirələr...

__________________Milli Kitabxana_________________
264
Dağ başından gün əyilər.
Bir müddətsə istiliyi
daş-divarda qalar ancaq.
Gənclik gedər,
xatiratı könlümüzü alar ancaq...
Unudulmuş bir kədərli nəğmədəki
Qırıq-qırıq sözə bənzər xatirələr.
Hərdən yanıb,
Hərdən sönən
közə bənzər xatirələr.
Cığırları dağa çatan
Düzə bənzər xatirələr.
Bir işıqsız gözə bənzər
xatirələr...
Noyabr 1967
ÖZÜM-ÖZÜMÜ DANDIM...
O gün... o müdhiş gün...
sevərək səni,
Üstünə təhqirdən od ələdim mən.
Sənin on beş illik ümidlərini
Arzunu, hissini güllələdim mən.
İndi mən özümü dandım büsbütün,
Başqa cür baxıram indi aləmə.
Mənim söhbətimin, mənim sözümün
Dadı da, duzu da sənsənmiş, demə...
Söndü sinəmdəki o od, o ocaq,
Boş bir qovuq kimi havadayam mən.
İnsan nəfəsindən uzaq, çox uzaq,
Vulkanı soyuyan bir adayam mən.
Ağlım ürəyimə necə qıyıbdır,
Mən özüm-özümə bir yük olmuşam.
Sinəmdə ürəyim buz bağlayıbdır,
Budağı budanmış kötük olmuşam.

__________________Milli Kitabxana_________________
265
Nə çiçək oxşayır, nə ulduz məni
Fikirlər dağılmış, xəyallar enmiş.
Yerin də, göyün də gözəlliyini,
Sənin gözlərinlə mən görürəmmiş.
Gecələr düzülür sapa fıkirlər,
Yorğanım daş olur, döşəyim tikan.
Səhərlər gözümü açıb dünyaya
Qalxmaq istəmirəm heç yatağımdan.
Yatmaq istəyirəm, yatmaq, bax elə
Gözümü zilləyib tavana baxım.
Mən hansı arzunun təlatümüylə
Əynimi geyinib qapıdan çıxım?
Qaçıram, qaçıram, səhərlər mənə
Bir deyən olmasın - "Sabahın xeyir".
Axı, sabahını itirən yazıq,
Sabahdan şər umur, xeyir istəmir.
Elə bil dayandı yolu ömrümün.
Buna can atırdım... bəs arzu nəydi?..
Həsrətlə, vüsalla dolu ömrümün,
Mənası itincə, özü itəydi...
İndi yolum düzdür... nə dağ, nə dərə...
Bu başdan baxanda, o baş görünür.
Kaş qismət olaydı istəyənlərə
Enişsiz, yoxuşsuz, dalğasız ömür...
Həyat çırpıntıymış... onun hər günü,
İllərin yükünü çəksə, nə dərdim...
Mən Qorqud olsaydım, sevgi sözünü
Yaşamaq sözünə cinas edərdim.
Sentyabr 1968

__________________Milli Kitabxana_________________
266
MƏN URƏK OĞRUSU
Alıb keçmişini,
əvəzində mən
Əzablar bəxş etdim gələcəyinə.
Hissim xəcil qalıb öz əməlimdən
Sözüm də qurtanb... Nə deyim sənə?
Küləklər oynaşır ürəkdə, canda,
Özümə düşməndir öz canım mənim.
Gözlərim ağlamır mən ağlayanda
Vicdanım ağlayır, vicdanım mənim.
Saz tutub içimdə qəm şikəstəsi,
Kədər bəstəsiyəm, vicdan xəstəsi.
Əllərim yapışıb öz ətəyimdən.
Mən heç nə ummuram gələcəyimdən.
Dağı da dağlayır dağın öz dağı
Üzümə durubdur öz dərdim-sərim.
Bu günüm sabaha danlaq, göz dağı,
Sabahım-dünənə təəssüflərim.
Yüz-yüz peşmançılıq çəkəmməz, dayan,
Bir zərər daşını, zərər yükünü.
Qaytara bilməmiş geri, heç zaman
Axı, min təəssüf, bir ötən günü.
Sözüm - bu günümün çığıran səsi,
Kədər bimanyam, vicdan xəstəsi.
Alıb ürəyini,
əvəzində mən
Sənə əzab verdim ürək dolusu.
Mən kiməm? Utanır dilim sözümdən.
Mən - ürək oğrusu, ömür oğrusu!
Etiraf asandır! Mən hansı haqla
Qovmaq istəyirəm könlümdən səni?
Özüm öz eşqimi tapdalamaqla
Əlindən almışam gələcəyini...

__________________Milli Kitabxana_________________
267
Sənin sabahını kölgələndirən
Məğrur keçmişinin ləkəsiyəm mən...
Ney tutub içimdə qəm şikəstəsi,
Vicdan xəstəsiyəm, vicdan xəstəsi.
Avqust, 1970
NAĞIL GECƏM
Ulduzların diliylə
Nesə danışır gecə.
Min dəfə seyr etdiyim,
Adi, sadə bir
gecə...
Birdən...
qəlbim titrədi
Üşüdüm,
köks ötürdüm.
Ürəyimdə bir səni,
Bir də...
illər dalından
Nağıl gecəmi gördüm.
O gecə...
gözlərimdə
Mürgüləyir həmişə
Ən şirin uyğum kimi.
O gecə...
ürəyimin
Yatır dərinliyində
Altıncı duyğum kimi...
Gecə...
bir sən,
bir də mən.
O gecə baş qaldırdı
Bu gecənin içindən...
Şirin duyğularımla,
Həsrət arzularımla
Bir anda doldu gecəm.

__________________Milli Kitabxana_________________
268
Uzaq bir xatirənin
Həzin zümzüməsindən
Nəğmələşdi bu gecəm.
O gecə çoxdan keçib,
Geri dönməz o, bir də.
Bir gecənin həzzini
Geri qaytara bilməz
Min belə gecələr də...
Bir gecədə, bir anda
Şirin bir xatirəylə
Acı gerçək görüşdü.
O gecənin gözündən
Bu gecənin bağrına
İsti bir damcı düşdü.
Dedim, dağıl a dünya,
Dağıl, tez dağıl, gecəm.
Sən dünyadan köçmüsən
Qəlbimə, nağıl gecəm.
Sən indi bu günümlə
Gedə bilməzsən yola;
Ürəyimdə yaşarsan
Təəssüflə qol-qola.
Dövran dönür, vaxt keçir
Səhərə də az qalır.
İndi gecələrim də
Mənimlə yalqız qalır.
Sən yoxsan...
Bu günümə
Rişxənd edir dünənim.
Min bir gecə gəlsə də,
Nağılım gəlmir mənim.
Bu gecənin içində
Nağılsızam indi mən.
Gecənin əllərində
Sarı bir yarpaq durur
Xatirə dəftərimdən.
Fevral, 1973

__________________Milli Kitabxana_________________
269
DARIXMA HA...
Məktubunu oxuyuram...
Dönə-dönə,
Qayıdıram hər cümlənə, hər sözünə.
Oxuyuram,
Düşünürəm.
Düşünəndə gözlərimi yumuram ki,
Səni görəm.
Oxuyuram, düşünürəm. Fikrim ötən günlərimi
varaqlayır,
Oxuyanda gülümsəyən sətirlərin,
Düşünəndə qan ağlayır.
Bir məktubda nə deməkdir
Bu ağ, qara?
Rənglərə bax,
Hardan-hara?
Kim deyir ki,
Hər kəlmənin
Bir mənası bir yükü var?
Yox! Ürəkdə dilə gələn yaşıl sözlər,
Budaqlardır,
Yüz budağın bir kökü var. Kök ürəkdir.
Yarpaqlarda rəngi yaşıl,
Səsi, sözü pıçıltılar.
Pıçıltının səsi birsə,
Min mətləbi, min sözü var.
Mən sözün öz mənasını istəmirəm.
Bir məzmuna o, qul olur,
O, duyğudan məhrum olur,
Yoxsul olur.
Mən vurğunam hər kəlmənin
Çalarına.
Nida kimi dik dayanıb
Hökm verən halına yox,

__________________Milli Kitabxana_________________
270
Sual kimi boyun büküb
Düşüncəyə dalanna.
Düşüncənin min rəngi var.
Göydəki ay, yalnız aydır,
Suya düşsə,
Qırçınlanan dalğalarda
Neçə rəngdən çələngi var.
Sənin əlvan duyğuların
Sözün məna sərhədindən
O taydadır.
Sözlər yatır quzu kimi,
Çalarları haraydadır.
Çalarların alovuna alışıram.
Günlər keçir...
Səsləndikcə qulağımda cümlələrin,
Ətrafıma lal kəsilib
Mən səninlə danışıram:
Yazırsan ki: - Darıxma, ha...
Burda sözün qəsdi geniş,
Yuvası dar.
Burda sözün cövhərindən
Neçə-neçə söz sıçrayar.
Sözdən fikir.
Fikirdən də
Neçə-neçə mətləb çıxır.
"Darıxma"nın o tayında
Söz darıxır,
Söz karıxır.
Sən "yox"dakı o "var"a bax.
Sözün əksi-çalara bax.
Sən "darıxma" deyən zaman,
İstəyirsən ömrüm boyu
Mən darıxım sənin üçün.
Rənginə bax, qəlibindən çıxan sözün!
Darıxıram, aya, günə sığışmıram.
Darıxıram,
Dünyamızm
Qaydasına ölçüsünə

__________________Milli Kitabxana_________________
271
Sığışmıram.
Darıxıram,
İstəyimə çatmaq üçün.
İstəyimiz fövqündədir sözümüzün.
Darıxıram,
Doğmalarım sağ-solumda.
Darıxıram,
Baxışların
Yanıb sönür xəyalımda.
Gözlərimin önündəki baxışlara
Yad olmuşam.
Xəyaldakı baxışların işığında
Udulmuşam.
Təqvimdəki varaqların
Bir ayını birdən cırın!
Yayı ötüm,
Göz yaşı tək kirpiyimdən,
Qopub düşüm payıza mən.
İyul, 1975, Şəki
KİLİD
-Sən məni hamıya qısqandın, yetər.
Nədir bu şübhələr, bu üzüntülər?
Bir belə qısqanclıq nəyə gərəkdir?
Səni də, məni də məhv edəcəkdir.
Mən ki səninkiyəm
get,
Arxayın get.
Nə özünü incit,
Nə məni incit!
-Sevirəm,
Nə lüzüm sözə, öyüdə?
Mənim qısqanclığım sevgimin özü!
Vurulan kilidin böyüklüyü də -
Qorunan sərvətin dəyər ölçüsü!
Dekabr, 1973

__________________Milli Kitabxana_________________
272
YAMAN DARIXMIŞAM
Yaman darıxmışam səninçin, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış, demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim... Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı...
Elə bil hər yerdən üzülüb əlim...
Mən azıb qalmışam qəm dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.
Yaman darıxmışam... Bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam... Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin...
Qısıldıq küncə.
Danışdıq...
Yel əsdi...
Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,
Səni görüncə
Sənin işığında yox oldu kölgəm.
1974

__________________Milli Kitabxana_________________
273
SƏN OLURAM MƏN
Yaxşı ki, ayrıyıq,
Yaxşı ki, bizdən
Çırpıntı, sarsıntı əl üzmür yenə.
Həyatı öyrəndik həsrətimizdən,
Odur ki, həmişə möhtacam sənə.
Rəngi bir,
dadı bir
toyun, büsatın
Həsrət min rəng çəkir gözlərimizə.
Yaxşı ki, ayrıyıq,
bu dərd həyatın
Dərin qatlarını göstərir bizə.
Yanımda olanda uzaqdasan sən
Mən səni görmürəm olduğun kimi.
Səndən ayrıldımmı,
hər yerdə sənsən
Mən görə bilmirəm, vallah, heç kimi!
Yanında bir quru cisməm özüm də,
Ayrıldım,
ruh olub əriyirəm mən.
Eşitmir qulağım,
Görmür gözüm də.
Arzudur eşidən, həsrətdir görən.
Adi bir insanam,
Sənin yanında
Başqa qayğılarla yaşayıram mən.
Elə ki, ayrıldım,
qəm dumanında
Fikrimin ilki də,
Sonu da sənsən!
Yanında rahatam, sakitəm tamam,
Ayrıldım, od tutub alışır ürək.

__________________Milli Kitabxana_________________
274
Rahatlıq - ölümdür,
Hələ mən sağam.
Mənə tufan gərək,
həyəcan gərək!
Vüsal dəmlərində sən nur, mən çıraq,
Görürəm, mən mənəm, sən də sənmisən?
Ayrılıq dəmləri sən, sənsən, ancaq
Bilmirəm, bəs niyə mən olmuram mən?
Səndən ayrılanda vahidəm, birəm,
Həm də bir hədəfə vuruluram mən.
Yanında, həmişə ikiləşirəm,
Ayrıldım, çevrilib sən oluram mən.
Avqust, 1980
DƏRİNSƏN, ZİRVƏSƏN
Hikmət kitabıdır sənin surətin.
Onu sona qədər oxumaq çətin!
Sən uzun illərin dolaylarında
Mənimçün heç zaman adiləşmədin.
Sən "gəlmə" deyirsən, əgər "gəl" - desən,
Yüz giley gizlənir bir gileyində.
Həmişə, hər yerdə qeyri-adisən
Qəribə görünən adiliyində.
Baş vurdum könlünün dərinliyinə,
Qalxdım zirvəsinə sənin arzunun.
Əlimi, qolumu bağladın yenə.
Nə orda son gördüm,
Nə də burda son.
Ürəkdə nə qədər inci gizlənər
Onlar bir-birindən baha, dəyərli.
Sonuncu görüşdə tapdığım gövhər

__________________Milli Kitabxana_________________
275
Əvvəlki gövhərdən daha dəyərli.
Sənin ürəyində yatan incilər,
Mənim ürəyimə ulduzlar çilər.
Qəlbini taybatay açmamısan sən,
Qorxmusan, gözünə çox işıq düşə.
Gözlərim qamaşa...
Hər görüşündən
Bir sirr saxlamısan gələn görüşə.
Aya çatmamışdan o gözəlliyə
Yetişmək eşqilə yandıq, düşündük.
Min il bu həsrətlə tor atdıq göyə,
Çatdıq,
ovcumuzda qum geri döndük.
Ayın əfsanəsi bitdi o gündən,
Dönüb ovcumuzda toz-torpaq oldu.
Sirrini insana bildirdiyindən
Ayın gözəlliyi itdi, yox oldu.
Sən mənim ovcuma qum tökməməkçün
Həmişə gizlətdin nəyisə məndən.
Ucaldın günbəgün,
Qalxdın günbəgün.
Daha gözəl oldun bu gün, dünəndən.
Hikmət kitabıdır sənin surətin.
Onu sona qədər oxumaq çətin!
Bu uzun illərin dolaylarında
Mənimçün bir dəfə adiləşmədin.
Dərinsən,
zirvəsən mənim gözümdə,
Belə tanımışam səni mən, gülüm.
Qeyri-adiliyin boy alır, həm də
Mənim həsrətimdən, eşqimdən, gülüm.
Avqust, 1980

__________________Milli Kitabxana_________________
276
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə