Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə14/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

İŞIQ SÜRƏTİ
Xəyalım yenə də öz səfərində,
Onun söykək yeri dərdim, məlalım.
Anın yüzdə biri, mində birində
Ərzin o başına uçur xəyalım.
Məsafə yox olur göz qırpımında,
Uçan xəyalımın kəramətindən...
Bir də baxıram ki, Onun yanında
Diz-dizə, üz-üzə oturmuşam mən.
Xəyal məsafəni yox edib keçir,
Bəs Ona hardandır işıq sürəti?
Bir anın içində əridib keçir
O, həm məsafəni, həm də həsrəti...
İşıqla doludur sevən könüllər,
Tutuşar, alışar o, axşam-səhər.
Sevgiyə mərhaba, sevgiyə alqış!
Çıraq da nurunu gur seldən alır.
Xəyal bu sürəti sevib alışmış
İşıqla süslənmiş könüldən alır.
İyul, 1997

__________________Milli Kitabxana_________________
277
QƏZƏL, QOŞMA, GƏRAYLI
* * *
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.
Zaman dönməz öz hökmündən... Biz ayrıldıq, tez ayrıldıq,
Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.
Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.
Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.
Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.
Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.
Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.
Oktyabr, 1961

__________________Milli Kitabxana_________________
278
***
Bu qədər saldı məni həsrət, amandan-amana
Könlüm axırda mənim düşdü gümandan-gümana.
Neçə alim yazıb öz dərdini izhar elədi,
Aşiqin dərdi fəqət keçdi zamandan-zamana
Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
Eləyək indi şikayətmi yamandan-yamana?!
Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
Boşalır göydə buludlar da dolandan-dolana...
Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,
Görürəm surətini yalqız olandan-olana...
Könlümün üstə düşən kölgələr əlan silinir,
Başımın üstünə sən kölgə salandan-salana.
Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.
Sentyabr, 1963
***
Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.
Gözdən yaş axar, qaynağı zinhar, görünməz.
Ruzgar yenə tüğyan eləyir dalda, budaqda
Toz-torpağı gördük, niyə ruzgar görünməz?
Tonqal yanır, atəş görünür, atəşi yaxmış,
Əl gizli səbəb, gizli səbəbkar görünməz.

__________________Milli Kitabxana_________________
279
İllər üzərindən yön alıb yol gedirik biz
İllər görünür, bəs niyə yollar görünməz.
Qəmdən şad olursansa, könül mülkünə sən bax,
Güllər açılıb, amma o gülzar görünməz.
Bəxtin mənə yar olduğunu çoxları söylər,
Bəxtim görünür, bəs niyə dildar görünməz?
Avqust, 1970
* * *
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "salı yandırdı" muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.
O - ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.
1974

__________________Milli Kitabxana_________________
280
BƏXTİYARAM MƏN
Səninlə
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
Dekabr, 1962
SƏN GETDİN
Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?

__________________Milli Kitabxana_________________
281
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir könül nəyimə gərək?
Soyuq daşa döndü o gündən ürək
Sinəmdən asılan daşı neylərəm?
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük.
Üstünün qaşıyla tanmar üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?
Niyə yaşayıram, mən niyə sənsiz?
Nə yerə baxmaram, nə göyə sənsiz.
Mən ki, kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm?
Mart 1967
SƏNİN DİLİNDƏN
İllərlə bir eşqin cövrünü çəkdik –
Ayrılsaq, gün sönər, il qınar bizi.
Eniş-yoxuşunu bir ötdüyümüz
Yollara nə deyək, yol qınar bizi.
Sən dedin, başlanan qurtarsın gərək!
Mən dedim, doymayır arzudan ürək!
Birgə əkdiyimiz gülü dərməsək
Tikanlar əl çalar, gül qmar bizi.
Bəs deyil bu ələm, bu kədər mənə.
Elədin dünyanı sən hədər mənə.
Gözəl sözlər dedin nə qədər mənə,
Gəl indi danlama, dil qınar bizi.
Çox çəkə bilmədik nazını eşqin,
Qış gəlib, yaşadıq yazını eşqin.
Yamanca sındırdıq sazını eşqin,
Bilmədik, axırda tel qınar bizi.

__________________Milli Kitabxana_________________
282
Dedin ki, eşqimlə bəxtiyaram mən.
Dedin ki, dönmərəm qəlbin səsindən.
İndiysə çəkinib el tənəsindən
Deyirsən, ayıbdır, el qınar bizi.
İyul 1967
BAKIYLA TƏBRİZİN
ARASINDAYAM
Mənim qismətimdir alatoranlıq
Gecəylə gündüzün arasındayam,
Qurulur içimdə mizan-tərəzi,
O gözlə, bu gözün arasındayam.
Yollar ayrıcında çox talanmışam,
Fikirlər əlində haçalanmışam.
Təpədən qorxmuşam, düzü danmışam,
İndi dağla düzün arasındayam.
İlişib qalmışam qəm çalasmda,
Bir gözəl tilsimin daş qalasında,
Həmişə qapılar astanasında
Bayırla dəhlizin arasındayam.
Bəxtiyar, sinəndən neçə "mən" keçir
Biri dərdli keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir.
Bakıyla Təbrizin arasındayam.
May 1969
QOCALMIR
Qocaldır insanı, qocaldır zaman;
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?

__________________Milli Kitabxana_________________
283
Getdi baharımız, yer qışa qaldı.
Düzlər qara qaldı, yağışa qaldı.
Bizimki bir quru baxışa qaldı,
Neyləyək arzunun gözü qocalmır.
Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
1965
DÜNYANIN
Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
Biz özümüz özümüzdən öc aldıq
Keçən günə gələn günü bac aldıq
Ömrümüzün yarısında qocaldıq
Şilləsindən, kötəyindən dünyanın.
Könül üzgün, xəyal küskün, dərbədər
Özün söylə zülm olarmı bu qədər?
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsam ətəyindən dünyanın.

__________________Milli Kitabxana_________________
284
Könül düşdü min arzumun izinə
Biləmmədik əyrisi nə, düzü nə?
İndi kəfən toxuyuruq özünə
Öz gülündən, çiçəyindən dünyanın.
1977
VAY HALINA
Doğulduğun, böyüdüyün Vətənində
Haqq tapdanıb, şər udulsa, vay halına!
Səxavətin unudulsa, qəm eləmə,
Ləyaqətin unudulsa, vay halma!
İmzası var yasda toyun, toyda yasın,
Bu qütblər bir-birindən ayrılmasın.
Sənə şorun bahalığı dərd olmasın,
Yağın şorla bir tutulsa, vay halına!
Hər söhbətin hər məclisdə yeri deyil,
Unutma ki, qocalırsan sən ilbəil.
Yaşıdların sənə gülsə, zarafat bil,
Balan yaşlı cavan gülsə, vay halına!
Həyatından gileylənib çox ağlama,
Ötənləri yana-yana varaqlama.
Arzuların ölməsinə yas saxlama,
İnam ölsə, iman ölsə, vay halına!
Nöqsanını üzə deyən namərd deyil,
Kirayədə yaşadığın ev, yurd deyil.
Anan sənə ögey olsa, bir dərd deyil,
Zaman sənə ögey olsa, vay halına!
Yanvar, 1989

__________________Milli Kitabxana_________________
285
YALAN HAKİM OLUB
Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, dəyanət, məhəbbət, allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, allah.
Əyri əyriliyi yeridir daşa,
Keçib əyriliklə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa.
Görən hara gedir bu millət, Allah.
Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.
Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltənətində,
Əyləşib hökm edir xəyanət, Allah.
Ha çığır, ha bağır, yatan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.
Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində
Əyrilik sayılır fərasət, Allah.
İyul, 1989.

__________________Milli Kitabxana_________________
286
HAQQI YOX
Cavanşir Quliyev bəstələmişdir
Yad əlində tapdanırkən şərəf, şan,
Türkün türklə ədavətə haqqı yox.
Hər işimiz başlanırkən sıfırdan
Türkün türklə ədavətə haqqı yox.
Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa
Türkün türklə ədavətə haqqı yox.
Tarix bizi imtahana çəkirkən
İmdad umur hamımızdan bu Vətən.
Dünya da haqq səsimizə kar ikən
Türkün türklə ədavətə haqqı yox.
Sındırıldı dəyirmanda pərimiz,
Əsir oldu divə bizim Pərimiz.
Dağılırkən ocağımız, pirimiz
Türkün türklə ədavətə haqqı yox.
Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən
Türkün türklə ədavətə haqqı yox.
Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədə getdiyimiz yol çətin.
Hər gün neçə şəhid verən millətin
Bir-birilə ədavətə haqqı yox.
İyun, 1992, Şəki.

__________________Milli Kitabxana_________________
287
SÖZ OLUB
"Düşdüyümüz oyuna bax"
Kürsü qalır, oturanlar dəyişir,
Gələn deyir, gəlişimlə yaz olub.
Bircə ili başa vurub qışqırır:
"Dəyişdirdim, əyri dönüb düz olub".
Sən yalanın boyuna bax, ay Allah,
Divanına, toyuna bax, ay Allah.
Düşdüyümüz oyuna bax, ay Allah,
Otuz ilin fahişəsi qız olub.
İpək imiş açılmamış barama?
Hər çiçəkdən məlhəm olmaz yarama.
Hər dənizdən sən mirvari arama,
Yaxşı pisdən, qızıl misdən az olub.
Alqışlara, təriflərə uyma çox,
Nüfüzunu dağ başına qoyma çox,
"Mən, mən" deyə öz döşünə döymə çox
Hansı sərçə ləpirindən iz olub?
Gördüm vaxtın fitnəsini, felini,
Ey Bəxtiyar, saxla görək dilini.
Sındırıblar həqiqətin belini,
İndi dönüb ağızlarda söz olub.
1988-1995
DİDƏRGİN
Başına haranın külünü töksün
Sinəsi əzabdan dağ-dağ didərgin.
Təzə Vətənində qərib, çəkingən
Köhnə Vətənindən qaçaq didərgin.

__________________Milli Kitabxana_________________
288
Başının üstündə öz tavanı yox,
Yavanlıq bir yana, heç yavanı yox.
Bu günə, sabaha bir gümanı yox,
Ay özü özündən uzaq didərgin.
Əsdi, hardan əsdi bu sətnum yeli?
Əl başı kəsmədi, kəsdi baş əli.
İsti yuvasından perik düşəli
Gah orda, gah burda qonaq didərgin.
Hamının arzusu onunla birkən
Xeyirə dolanmır yenə bu örkən.
Özü bu dünyadan haqq istəyirkən
Adını qoydular nahaq didərgin.
Könlündə köz tutub Vətən həsrəti
Qurtarıb gileyi, sözü-söhbəti.
Öz acı taleyi, öz müsibəti
Özünün başına qınaq didərgin.
Soyuq baxışlardan xoş xəbər umar
Ağlamaz, göz yaşı ahından damar.
Ümidsiz sabaha o, ümid yamar
Ümidi ömrünə yamaq didərgin.
İyul, 1993, Şəki
QORXURAM
İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.
Haqq evində haqq divanı qurulmuş,
Hər qazancın öz bahası sorulmuş.
Təmənnasız boynumuza yük olmuş
Bağışlanan şərəf-şandan qorxuram.

__________________Milli Kitabxana_________________
289
Bu dünyadan umacağım mizandır,
Qorxduğum kəs bu mizam pozandır.
Tox gədanın qudurması yamandır
Acandan yox, mən doyandan qorxuram.
Uyuruqsa nəfs adlanan elçiyə,
Tüpürürük vicdan kəsən ölçüyə.
Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram.
Dekabr, 1998
KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB
Dostum H.Şirməmmədə
Hələ toxum cücərməmiş,
Tarlamıza alaq düşüb.
Başımız da daz olalı,
Əlimizə daraq düşüb.
Xəyallarım - qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.
Əlim üzüldü diləkdən,
Dilim yandı "gəl" deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.
Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömr əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb.
Dekabr, 1992

__________________Milli Kitabxana_________________
290
İNSAN KİMİ SAXLA MƏNİ
Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.
Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.
Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Dünənimi dana-dana
Göz dikirəm gündoğana.
Əgər gündə bir zindana
Çəkic vursam, ağla məni.
Ey ümidim, ey gümanım,
Sözüm haqsa, necə danım?
Qurban olsun haqqa canım,
Nahaq işdən saxla məni.
Soruşdular: Kimdir mənim
Yaxşıma da pis deyənim?
Həm dostum, həm də düşmənim
Göstərdi barmaqla məni.
İyul, 1991, Şəki

__________________Milli Kitabxana_________________
291
BİLƏ BİLDİYİN QƏDƏR
Əzizim Nurəddin üçün
Çal dünyadan xoş günü
Çala bildiyin qədər.
Verəcəksən, unutma
Ala bildiyin qədər.
Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.
İdrak yolu qorxulu
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu
Gələ bildiyin qədər.
Nəyə gərək gileylər
Bu çabalar, bu səylər
Bildiklərin bəs eylər
Elə bildiyin qədər.
Bu dünyanın min donu
Min rəngi, min oyunu.
Dərk edərsən sən onu
Bilə bildiyin qədər.
Sevinc dağına çıxsan
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan
Gülə bildiyin qədər.
İyul, 1992.

__________________Milli Kitabxana_________________
292
AĞILA SƏRHƏD
Ağıl həddindən artıq inkişaf
edərsə, xarakteri pozar
Ribot
Dəyişmirsən fikrini
Lap bu dünya dağıla.
Öz hikkəndə qalmısan
Sən boğula-boğula.
Tərgit bu fironluğu,
Minlik bilmə onluğu.
Aldanmısan sonluğu
Toyla bitən nağıla.
Əhsən dedim, min əhsən
Ayrılmayıb kökündən,
Gələcəyi bu gündən
Görə bilən oğula.
Ömür hədər, gün hədər,
Kim özünə qəsd edər?
Əsl ağıl bir qədər
Sərhəd qoyar ağıla.
Noyabr, 1998
AĞIL BAŞQA, ÜRƏK BAŞQA
Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.

__________________Milli Kitabxana_________________
293
Hər dərdinə ortaq mənəm,
Hər ağnnı tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.
Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ - solumdur
Şeytan başqa, mələk başqa.
Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım.
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım.
Çatmadı səbrim, inadım
Əməl başqa, dilək başqa.
Noyabr, 1998

__________________Milli Kitabxana_________________
294
AĞLAYAN PƏRİ
Gözəl bir qız heykəli,
Çənəsində sağ əli,
Düşünür incə-incə;
Daş üstündə düşüncə?!
Onun sol yanağında
Göz yaşı gilələnmiş.
Elə bil şeh çilənmiş
Üstünü ağ çiçəyin.
Bu günahsız mələyin
Kədərini, qəmini,
Öz gizli aləmini
Soyuq daşa həkk edən
Sənətə heyranam mən.
Mərmər ağdır, qəm qara,
Ağ rəng hara, qəm hara?
Çöküb bir axşam kimi
Dalğm baxışlara qəm,
Ağ daşın sinəsindən
Baş qaldırıb qara qəm.
Daş üstündə duyğu, can?!
İnsan duyğularından
Gör bir nələr yaranmış,
Möcüzələr yaranmış!
Can vermiş insan əli
Xarabazar dünyanın
Torpağına, daşına;
Bu heykəldə qəlb odu
Soyuq daşı çevirmiş
İsticə göz yaşma.
SƏYAHƏT DƏFTƏRİNDƏN

__________________Milli Kitabxana_________________
295
Daşda ürək döyünür,
Baxıram dönə-dönə,
Barmağımı qoyuram
Göz yaşını üstünə.
Əlim yanır elə bil.
Yox, yox, bu heykəl deyil,
Ağlayan bir pəridir,
Qulağımda səslənən
Onun nalələridir.
Əyri-əyri o baxır
Usandığı cahana...
Sənət verən bir cana
Ölüm yoxdur, o sağdır!
Nə qədər ki, insanın
Arzuları gülməmiş
O qız ağlayacaqdır!..
Fevral, 1961, Roma
MİKELANCELONUN
"KƏDƏR"İ ÖNÜNDƏ
İsanın cəsədi uzanıb lal, kar,
Dizləri üstündə ana Məryəmin.
Saçır atəşini solğun baxışlar
Ana qəlbindəki o sonsuz qəmin.
Baladır ananın imanı, dini,
Ucalır bu dinlə göylərə torpaq,
Məryəm ağı deyir... onun səsini
Hər kəs öz qəlbində eşidir ancaq.
Baxıram heykələ... mən heyrətdəyəm...
Necə yerindədir hər xətt, hər qırış!
Dizləri üstündə Məryəmin bu dəm
Elə bil doğrudan ölü uzanmış.

__________________Milli Kitabxana_________________
296
Heykələ baxıram, fikri dumanlı,
Ömür vəfasızdır, əcəl amansız.
Məryəmə baxıram, kədəri canlı;
İsaya baxıram, cəsədi cansız.
Məryəm heykəldə də canlıdır, əlbət,
Axır damarından elə bil qan da.
Özgə bir can verib İsaya sənət
Ölü cəsədinin cansızlığında.
Fevral, 1961, Roma
İSTANBUL
Bosfor körfəzi...
İki qitə
Söykənmiş bir-birinə
Ortasında bu yolun.
Bir tərəfi Avropadır,
Bir tərəfi Asiya
İstanbulun...
Türk oğlu durub ortada
Seyr edir
Sağını,
Solunu.
Bir şəhərdə birləşir
İki qitə.
Birinin başlanğıcıdır,
Birinin sonu...

Sol tərəfində
Dəbdəbəli keçmişindən yadigar qalan,-
Başı göylərə ucalan
Cameləri, bürcləri, qələləri;
Durur min ildən bəri.
Sağ tərəfində
Modern evlər, banklar, otellər...

__________________Milli Kitabxana_________________
297
Türk oğlu
Gözlərindən suallar yağa-yağa,
Gah sola baxır, gah sağa.
İstanbulun keçmişi vüqarlı, şanlı,
Bu günü özünə yad.
Gələcəyi dumanlı...
Bu gün
Bir ayağı Avropadadır.
Bir ayağı Asiyada
Türkün.
Qulaqlarında motor səsi,
Dilində quran surəsi
Türkün.
Zaman onu dilləndirir,
Əsrin ahənginə səs verir
Düşünüb dərindən;
Ancaq babası çəkir ətəklərindən.
Çırpmır şəhər
İkilik içində.
Düyüm-düyüm olmuş fıkirlər
Əsrin keşməkeşində...
Bir şəhərdə görüşür
İki dünya, iki aləm.
Tapacaqdır, əminəm,
Türk oğlu haqq yolunu.
O, hələlik seyr edir
Sağını,
Solunu...
Ürəyi Şərq ürəyi,
Ağlı Qərb ağlıdır
Türkün.
Bu təzaddan
Sinəsi dağlıdır
Türkün
Durab hiss ilə ağıl arasında.
Həqiqətlə nağıl arasında.

__________________Milli Kitabxana_________________
298
İrəlimi getsin
Geriyəmi dönsün
Keçmişdən qopa bilmir
Bu günümü
Tapa bilmir
Axtarır
Axtarır
Axtarır
Qarşıda işıq var,
Axtaran tapar!...
Fevral 1961, İstanbul
ATILMAYAN TOPLAR
Daş barılar, qalalar,
Bürclər durur yan-yana.
Onlar keşik çəkirlər
Sultanın sarayına.
Toplar da tuşlanıbdır
Daş barıdan şəhərə.
Toplar bura gələli
Atılıbmı bir kərə?
Yox! Niyə də atılsın?
Sultanın bu dünyada
Nə dərdi, nə qəmi var.
Axı, niyə atılsın
Axı, niyə, bu toplar?
Gəlmələr yerliləri
Çapır da, talayır da...
Sultan hasar içində,
Millət isə bayırda...
Toplar da mürgüləyir,
Elə bil yasa batmış,

__________________Milli Kitabxana_________________
299
Təkərləri əyilmiş,
Lülələri pas atmış...
Yadlar hücum çəkdilər,
Yadlar doldu şəhərə,
Paslı toplar dinmədi,
Atılmadı bir kərə.
Sultan öz aləmində,
Sultan öz kefindədir.
Axı, ona nə var ki,
Milləti nə gündədir.
Toplar atılmadı ki,
Sultan diksinə bilər
Güllələrin səsinə.
Niyə zəhər qatılsın
Kişinin nəşəsinə...
Yadların tapdağında
Vətən oldu tarımar.
Axı, niyə atılsın,
Axı, niyə, bu toplar?
Millət ölür acından
Lüt gəzir, üryan gəzir,
Əcnəbinin önündə
Sultan özü müritəzir...
Öz dilindən də gözəl
Bilir firəng dilini;
Axı, Parisdə alıb
Sultan öz təhsilini.
Arvadı fırəng qızı,
Övladı da firəngdir,
Bilmir ərəb dilini,
Axı, niyə də bilsin,
Bu dil kimə gərəkdir?..
Sultanın firənglərə
Çox böyük hörməti var,
Axı, niyə atılsın,
Axı, niyə, bu toplar?..

__________________Milli Kitabxana_________________
300
***
Vətən əsir olubdur
Gəlmələrin əlində...
Ərəbin öz elində;
Məktəb firəng dilində,
Qəzet firəng dilində.
Elmi-nücum yaradan
Ərəb dili bəs hanı?
Qaldırın məzarından
Böyük Əbül Vəfanı.
Qoyun o qoca loğman
Tarixi varaqlasın.
Hanı Müərri şeiri?
Bu günə qan ağlasın!
Sultan öz sarayında
Qulaq asır nəğməyə,
Şərab içib məst olur
"Dünya fanidir" - deyə
Onunçün bu dünyada
Bir qadın, bir şərab var
Axı, niyə atılsın,
Axı, niyə, bu toplar?
***
Topların üstündəki
Nişana bax, nişana,
Əcnəbi özü satmış
Bu topları Sultana.
Bu toplar məmləkəti
Qoramaq üçün deyil,
Yada satmaq üçünmüş.
Yurdu verib özgəyə
Rahat yatmaq üçünmüş.
Bu toplar özgələrdən
Qorumurmuş bu yeri.
Öz doğma millətindən

__________________Milli Kitabxana_________________
301
Qoruyur özgələri.
Sultan özü bəxtiyar,
Gözləri süzgün, xumar.
Axı, niyə atılsın
Axı, niyə, bu toplar?..
Tetuan, fevral 1961
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə