Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə15/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16

FƏRYAD
İtaliyanın qədim Pompey şəhəri
Vezuvi vulkanının püskürməsindən məhv olmuşdur.
Vulkan püskürdü birdən,
Bircə anın içində
Əsər belə qalmadı
Min illik bir şəhərdən...
Şəhər göyə sovrulub
Yer ilə yeksan oldu,
Min ilin yaratdığı
Bir ana qurban oldu.
Deyirlər, göylər belə
Üzünə pərdə çəkmiş,
Görməməkçün bu halı.
Batdı insan arzusu,
Batdı insan xəyalı.
Bir şəhərin taleyi
Axdı bir ulduz kimi.
Yanaqlarda gülüşlər,
Dodaqlarda kəlmələr
Donub qaldı buz kimi.
Fəryad qopardı insan,
Lalələrin bağnna
Xal düşdü birdən-birə
Bu heybətli nidadan.
Diksindi göy də, yer də,
Təbiət yasa batdı.

__________________Milli Kitabxana_________________
302
Bu dəhşətli bağırtı
Axşamçağı göylərin
Sinəsini qanatdı.
Keçdi illər, əsrlər
Hər şeyə qadir insan
Yer üzündə beləcə
Çıxdı min imtahandan.
Təbiətlə nə qədər
İnsan üz-üzə gəldi,
Döyüşdə gah əyildi,
Gah dikəlib düzəldi...
İnsan qələbə çaldı,
Min bir arzuya çatdı,
Təbiətin önündə
Qopardığı fəryadı
Daş üstündə yaratdı:
O, diz üstə yıxılmış
Kainatı çağırır
Fəryadıyla imdada,
Sol əli torpaq eşir,
Sağ əliysə havada...
Üzdəki dəhşətə bax,
Qorxuya, heybətə bax!
Dolandıqca bu nəhəng
Heykəlin dörd yanına,
Vahimədən adamın
Lərzə düşür canına...
Üzdəki dəhşətə bax!
Qorxuya, heybətə bax!
Daş üstündə yaranan
Bu insan fəryadına,
Baxdıqca nələr düşür
Hər baxanın yadına.
Təbiətdən güclüdür
İnsan əzəldən bəri,
Pompeyin birdən-birə
Batmasına baxma sən.
Təbiətin qəzəbi
Məhv etdi bir şəhəri,

__________________Milli Kitabxana_________________
303
Dünya dağıla bilər
İnsanın qəzəbindən.
İnsan öz qəzəbiylə
İnsanlığın kökünü
Kəsə bilər dünyadan,
Bir dəfə öz əlindən
Fəryad qoparar insan,
Yenə dodaqlarda söz
Üzlərdə gülüş donar,
Əməli öz başına
Cidar olan insana.
İnsanın sualı var:
Biz batan bir şəhərin
Acısını düşünüb,
Ah çəkirik bu gün də,
Əgər dünya batarsa,
Bu dərdə ah çəkməyə
Bir nəfər qalacaqmı
Dağılmış yer üzündə?..
Fevral, 1961, Pompey xarabaları
LATIN DİLİ
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! -
Millət ölüb, dil yaşayır.
"Ana" deyən, "torpaq" deyən,
"Vətən" deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim ərzimizin
Sərhəddindən o yana da
Qoşar bu dil.
Bəlkə... bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb

__________________Milli Kitabxana_________________
304
Ölən ərə bənzər bu dil.
Vətəni yox,
Milləti yox
Yaşar özü.
Elmlərin təməlidir
Əvvəl sözü, axır sözü.
Kim deyir ki, ölüdür bu?
Həkimlərin, Alimlərin,
Loğmanların dilidir bu.
Bu dil ilə hesablanır ay da, il də.
Çiçəklərin,
Böcəklərin,
Küləklərin,
Fələklərin
Adlarını yazır alim
Ölü dildə.
Kim deyir ki, ölüdür bu?
Ölülərin dili deyil,
Dirilərin dilidir bu.
Atlantika sahilində
Coşa-coşa,
Daşa-daşa:
- Mən azadam, mən xoşbəxtəm, -
Deyir natiq yad dilində.
Söylə natiq,
İndi nəyə inanaq biz –
Qulağamı,
Ya gözəmi?
Əmələmi, Ya sözəmi?
"Mən azadam, müstəqiləm" sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?..
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub ana dilin.

__________________Milli Kitabxana_________________
305
Böyük-böyük məclislərdən
İtirilib ilim-ilim?..
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə... onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün üzü yoxdur?
Söylə, bəlkə - bic doğulub,
Atasından yox xəbəri?
Bəlkə bu dil çox kasıbdır,
Qucağına sığışmayır
Əsrin böyük fikirləri?..
Sən dərdə bax,
Vətən də var,
Millət də var.
Ancaq onun dili yoxdur.
Elə bil ki,
Güzgü kimi, hamar, şəffaf röyalın var,
dili yoxdur...
İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən
keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?
Aprel 1967, Kasablanka
HAYD PARK
Londonda "Haydpark" deyilən bir bağda hər kəs
istədiyini danışmaq, hətta hökuməti ittiham etmək
hüququna malikdir.
Hayd park!
Bu bağda azaddır insan.
Azaddır məramı, fikri hər kəsin.

__________________Milli Kitabxana_________________
306
Ey qəlbi yaralı, fikri pərişan,
Qəlbindən keçəni qorxma, de gəlsin.
Danış bildiyini...
Qoruq-qadaq yo:
Burda nə düz sözə, nə yalan sözə.
Burda fikir azad, burda söz açıq,
Yalan doğru kimi dürtülmür gözə.
Bu parkdan kənarda, bağdan uzaqda
Dolaşır ölkəni müdhiş yalanlar.
Ancaq həqiqəti yalnız bu bağda
Deməyə iznin var, ixtiyarın var.
Niyə həqiqətin qaradır üzü?
Ali məclislərdən niyə qovulmuş?
Sözdə hakimsə də
həqiqət özü
Yalan qarşısında müttəhim olmuş.
Boğurlar, düşünüb anlayanları,
Xalq yenə əsrlik qeylü-qalında.
Gerçəyin yerinə ağ yalanları
Gördük həqiqətin pyedestalında.
"Azadlıq məndədir" - söyləyən ölkə,
Ölkələr dağıdıb qana batmısan.
İnsan hüququndan dərs deyən ölkə,
Haqqı bağ güncünə niyə atmısan?
İzdiham önündə danışır biri,
Həqiqət çağlayır məğrur səsində.
Vurur ürəyinin döyüntüləri
Onun hər sözündə, hər kəlməsində.
Qəlblərə nur kimi çilənir səsi,
Sözləri zülmətdə çıraq yandırır.
İnsan arzusunun dilə gəlməsi
Burda daşları da işıqlandırır.
Parkın hər tərəfi yamyaşıl çəmən,
Qışın oğlan çağı - burda ilk bahar.

__________________Milli Kitabxana_________________
307
Haqqın, həqiqətin gül nəfəsindən
Elə bil boy atır burda ağaclar.
Parkdan kənardasa əyri oldu düz,
Sözdən paltar biçdi yalan gerçəyə.
Gülləmi, bombamı, atəşmi haqq söz,
De, niyə qorxurlar düz sözdən, niyə?
Ədalət susanda, haqq boğulanda
Yalan zəfər çalır,
Gerçək mat qalır.
Qanun düşüncəyə qalıb olanda
Haqq söz barıt olur, qalıb yırtılır.
Qalıbı qoruyub saxlamaq üçün
Sözü "Hayd park"da dustaq etdilər.
Bu gün deyilsə də, sabah, başqa gün
Yalan həqiqətdən bir imdad dilər.
Parkın dövrəsində dəmir çəpər var,
Haqq sözün önünü kəsir hasarlar.
Kaş bu park böyüyə, hasar dağıla,
Dünya başdan-başa "Hayd park" ola!
Oktyabr, 1978, London
KAMAN NALƏ ÇƏKİR...
Uzaq Britaniyada kaman nəğməsi...
Habil lal telləri dilə gətirmiş.
Bir xalqın köksündən gələn ah səsi,
Başqa bir xalqı da inildədirmiş.
Başqadır bu xalqm məsləki, dini,
Fəqət, bu nəğməyə başlar əyilmiş.
Soyuq qanunların daş sərhədini
Sənətdən savayı kim aşa bilmiş?

__________________Milli Kitabxana_________________
308
Kamanın səsində hıçqırıq, ələm,
Duyan' ürəklərə od ələnibdir.
Xəzər ləpələri elə bil bu dəm
Temza sahilində ləpələnibdir.
Kaman nə danışır, kaman nə deyir,
Belə için-için neçin inləyir?
Hicran öz hökmünü verəndən bəri
Kaman nalə çəkir vüsal eşqinə.
Bölünən bir xadqın könül telləri
Kamanın bağrında ağlayır yenə.
Kaman susan kimi
Qalxıb salondan
Əlində gül-çiçək bir cavan oğlan
Atıldı səhnəyə...
O gülə-gülə
Çiçək topasını verdi Habilə.
Alqışlar altında endi səhnədən
Yenidən kamança dindi səhnədən.
Mer ziyafət verir şərəfimizə,
Bu gecə ayrıca hörmət var bizə.
Bir kağız çıxardı Habil cibindən: -
Mənə bağışlanan gülün içindən
Tapdım bu kağızı, görün, nə yazır.
Oxuduq... Sözlərdən od-alov yağır.
Oxuduq kağızı biz dönə-dönə.
Oxuduq bir xalqın faciəsini
Eşitdik, kamanın iniltisinə
Səs verən qardaşın fəryad səsini.
Mənim dilimdədi bu məktub... -Necə?
-Mənim qardaşımmış o cavan oğlan.
Temza sahilinə təhsil dalınca
Gəlib xan Arazın sağ cinahından.
Bilmirəm nə deyim kor taleyə mən?
İkiyə bölündü bir ana torpaq.

__________________Milli Kitabxana_________________
309
Balaca bir çayı keçə bilməyən
Qardaşlar görüşür qürbətdə ancaq.
Dalıb qəlbimizin hönkürtüsünə
Oxuduq məktubu biz dönə-dönə:
"Ulduzlan saya-saya
Ayaq basır insan aya.
Mənim bu taydan o taya
Əlim çatmır sənə, qardaş".
Dərddən şair olub o cavan oğlan,
Zamanın qəribə oyunu varmış.
Yerdə beş addımı keçməyən insan
Göydə lap aya da ayaq basarmış!
Ana təbiətin düzüb-qurduğu
Qaydanı, hüdudu dağıdar insan.
Ancaq aşa bilmir, keçə bilmir o,
Özü yaratdığı həddən, hüdüddan.
Hicran öz hökmünü verəndən bəri
Kaman nalə çəkir bir vüsal üçün.
Bölünən bir xalqın könül telləri
Kamanın səsində birləşir bu gün.
Oktyabr, 1978, Qlazqo

__________________Milli Kitabxana_________________
310
YAĞMA, YAĞIŞ
Hacıbaba Həsənov bəstələmişdir
Göylər çənə büründükcə
Ürəyimi bürüyür qəm.
Yağma, yağış, yağma, yağış,
Mən görüşə tələsirəm.
Mənim şirin sevincimə
Acı zəhər sən qatma gəl.
Göy çəməndə yol gözləyən
Sevgilimi islatma gəl.
Pəncərəmə hicran yazır
Damcıların naxış-naxış.
Mən görüşə tələsirəm
Yağma, yağış, yağma, yağış,
Ürəyini boşaltmasın
Bu gün göylər insan kimi,
Mən ki, açmaq istəyirəm
Sevgilimə ürəyimi.
Yağsan da mən gedəcəyəm.
Görüşəndə yağışda biz.
Üstümüzdə açılacaq
Çətir kimi öz eşqimiz.
1953
NƏĞMƏLƏR

__________________Milli Kitabxana_________________
311
BU GECƏ
Romans
Həsrət, hicran yolunu,
Gülüm, birlikdə keçdik.
Sona çatdı intizar,
Biz yenə də görüşdük.
Könlümüzün səsinə
Həmdəm olduq bu gecə.
Elə bil ki, təzədən
Biz doğulduq bu gecə.
Susdu çəmən, susdu çöl,
Başmı əydi güllər;
Təbiət lal kəsilər
Danışanda könüllər.
Bülbül də nəğməsini
Sanki deyir bizimçün.
Güllər açar qışda da
Həsrətlər qovuşan gün.
Mənə elə gəlir ki,
Günəş də doğdu gecə.
Heç kəs yaşamır, gülüm,
Bizdən özgə bu gecə.
Fevral, 1960
GECƏLƏR, AY GECƏLƏR
Müsiqisi Şahid Əbdülkərimovundur
Tellərini dolayır boynuma ay, gecələr,
Mənim sirdaşımsınız, gecələr, ay gecələr!
Ürəyimdə səhərin ulu həsrəti varmış...
İntizar arlarında gecə uzun olarmış...

__________________Milli Kitabxana_________________
312
Quştək uçur xəyalım hardan hara gecələr.
Mən həsəd aparıram yatanlara gecələr!
Baxıram pəncərədən boylanan ulduzlara
Dərdimin əllərilə yuxum çəkilir dara.
BİRİ SƏNSƏN, BİRİ MƏN
Əhsən Dadaşov bəstələmişdir
Bir bulağın iki gözü, -
Biri sənsən, biri mən.
Bir almanın iki üzü, -
Biri sənsən, biri mən.
Qoşa simin titrəməsi, -
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi, -
Biri sənsən, biri mən.
Açıq səma, göy qurşağı, -
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı, -
Biri sənsən, biri mən.
Bu həyat da iki rəngdir, -
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm,
Gözəldir qəmdə sevinc.
İyul, 1962
DODAQDA GƏZ
Könül, dolan el-obanı,
O dağda gəz, bu dağda gəz.
Leylək olub yer eşincə,
Sən bülbül ol, budaqda gəz.

__________________Milli Kitabxana_________________
313
Hər atəşə, oda yanma,
Sözün haqsa, onu danma.
Manat olub xırdalanma,
Yaqut kimi barmaqda gəz.
Əskik olma xeyir-şərdə,
Gün tək görün sən hər yerdə,
Duyğu kimi ürəklərdə,
Nəğmə kimi dodaqda gəz.
Sentyabr, 1963
KÖLGƏM QƏDƏR YAXINSAN...
Niyaməddin Musayev bəstələmişdir
Ayrılığın eylədi,
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm.
Soyuqluğun könlümə
Saldı qara xal, gülüm,
Dəniz kimi dalğalı,
Heykəl kimi lal gülüm.
Bəs nəyədir gümanın,
Ay gümanlı gümansız?
Könül kimi vəfalı,
Ağıl kimi amansız.
Gecə kimi fİkirli,
Gündüz kimi şən, gülüm
İki hissin əlində
Gəl, oynama sən, gülüm.
Aprel, 1965

__________________Milli Kitabxana_________________
314
QƏLBİ DOLU
GECƏLƏR
Şəmsi Kərimov bəstələmişdir.
Göydə yanır aypara
İşıq düşür yollara.
Bənzəyir nağıllara
Bizim ulu gecələr,
Qəlbi dolu gecələr.
Səsləyib haylar məni,
Ulduzlu göylər məni,
Yuxudan eylər məni
Bu yuxulu gecelər,
Gül qoxulu gecələr.
Gah sönür, gah alışır,
Öz rənginə qarışır,
Bizə nağıl danışır
Min duyğulu gecələr,
Qəlbi dolu gecələr.
Dan ulduzu - pəncərə,
İşıq saçır hər yerə.
Kəsə bilmir səhərə
Gedən yolu gecələr,
Əsrar dolu gecələr.
1965
KƏPƏNƏK
Emin Sabitoğlu bəstələmişdir
Güllər üstə uçan, qaçan
Bir qayğısız kəpənəkdin,
Çiçəklərin ürəyində
Sən ən şirin bir diləkdin.
Sorağını gül-çiçəkdən
Dalınca mən, gördüm yoxsan,
Qaçdım sənin dalınca mən,

__________________Milli Kitabxana_________________
315
gördüm yoxsan.
Nəğmə deyir sənə güllər
Yel əsdikcə narın-narın.
Hər çiçəkdən bir rəng alır
Qızıl-qızıl qanadların.
Hansı gülü oxşadınsa,
Ləçəyində izin qaldı.
Səni tutdum, uçub getdin,
Əllərimdə tozun qaldı.
1974
DURNA QATARI
Emin Sabitoğlu bəstələmişdir
Əsir payız küləyi,
Gecə uzun, gün gödək.
Ağacdan yarpaq düşür,
Bir ömrün gülləri tək.
Susur çaylar, çeşmələr,
Susur çəmən, dağ, dərə.
Köçür duma qatarı
Uzaq-uzaq ellərə.
Bizim çöllər ayrılır
Bu vəfasız gözəldən.
Qışda üşüməməkçin
Yer don geyir xəzəldən.
Köçür durna qatarı,
Ürəyimiz kövrəlir.
Külək əsir, dağlardan
Payızın ətri gəlir.
Yarpaqlara, otlara

__________________Milli Kitabxana_________________
316
Sarı-sarı zər düşür.
Yaşımıza yaş gəlir,
Ömürdən günlər düşür.
Köçür durna qatan,
O, baharda dönəcək.
Ötən günlər dönəydi
Durna qatarları tək.
1975
MƏN YANDIM, SƏN İSİNDİN
Emin Sabitoğlu bəstələmişdir
Ürəyimdən keçəndən
Düşmədinmi duyuq sən?
Səndən cavab gözlədim,
Nə "hə" dedin, nə "yox" sən.
Dedim: - Susma, danış, din,
Nə danışdm, nə dindin.
Məhəbbətin oduna
Mən yandım, sən isindin.
Dillənsənə, sevgilim,
Mən nə daşam, nə dəmir.
Min il də gözləyərdim,
Axı, ömür gözləmir.
Sükutunla durmusan
Ürəyimin qəsdinə.
Söylə, susan sevgilim,
Bu sükutun qəsdi nə?
1977

__________________Milli Kitabxana_________________
317
QIZIM
Şəfiqə Axundova bəstələmişdir
Məhəbbətlə gülşən olub
Göy də, qızım, Yer də, qızım.
Sevir, sevir bir-birini
Güllər, çiçəklər də, qızım.
Bu dünyanı yaxşı tanı
Sevgisiz bir ürək hanı?
Sev torpağı, sev insanı
Yaşa ürəklərdə, qızım.
Gör Xəzərə Kür nə deyir.
Buludlara Yer nə deyir?
Nəğməsində gör nə deyir
Əsən küləklər də, qızım.
İllər yaşat bircə gündə,
Hər gecəndə, gündüzündə.
Başın olsun göy üzündə
Ayaqların yerdə, qızım.
1973
ANA YURDUM
Anaların laylasından,
Babaların tarlasından,
El toyundan, el yasından
Səni içdim udum-udum,
Ana yurdum, ana yurdum.
Bağ gülündə, dağ qarında,
Sel-suların axarında,
Palıdların vüqarında
Səni gördüm, ana yurdum,

__________________Milli Kitabxana_________________
318
Ana yurdum, ana yurdum.
Yay mehində, yaz şehində,
Quşlarının cəhcəhində,
El qəmində, fərəhində
Səni duydum, ana yurdum,
Ana yurdum, ana yurdum.
Füzulinin "ah" səsində,
Üzeyirin nəğməsində,
Ələsgərin ləhcəsində
Səni andım, ana yurdum,
Mənim andım, ana yurdum.
1992
QİSAS BÖYÜTSÜN SƏNİ
Vasif Adıgözəlov bəstələmişdir
Əsən çovğun bu gecə
Qar üstünə qar qalar.
Düzəngahda qurulmuş
Çadırımı yırğalar.
Görən, bizə nə deyir
Qarıldaşan qarğalar
Layla balam, a layla.
Qulağımız hamıdan
Bir xoş xəbər soraqlar.
Sızıldayan külək də
Dərdimizə qan ağlar
Layla balam, a layla.
Rəva bildi tanrımı
Bizə bu işgəncəni?
Mən böyüdə bilmədim,
Qisas böyütsün səni
Layla balam, a layla.

__________________Milli Kitabxana_________________
319
Göy bizə qənim olsun
Bu zülmü yerdə qoysaq.
Qoy bizə qənim olsun
Qaçdığımız o torpaq!
Layla balam, a layla.
Yanvar, 1994
AZƏRBAYCAN - TÜRKİYƏ
Cavanşir Quliyev bəstələmişdir
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
1991

__________________Milli Kitabxana_________________
320
HARA GEDİR
BU DÜNYA?
Başa keçdi gerçəyi
Əlimizdən çalanlar.
Bu dünyanın rəngini
Dəyişdirdi yalanlar
Hara gedir bu dünya?
Bu gözəl dünyamızdan
Gözəllik qovuldu, hey.
Könüllərin açarı –
Dillər qıfıl oldu, hey.
Hara gedir bu dünya?
Hər şey döndü tərsinə
Xeyir şərə qul oldu.
Haqqın çiyninə minmək
Yüksəlişə yol oldu
Hara gedir bu dünya?
Yalan evin içində
Gerçək qapı dalında.
Doğru çörəyə möhtac
Əyri cah-cəlalmda
Hara gedir bu dünya?
Yolumuz duman olmuş,
Yaxşılar yaman olmuş.
Haqq bu gün öz haqqını
Haqsızdan uman olmuş
Hara gedir bu dünya?
1996

__________________Milli Kitabxana_________________
321
ÖMÜR QATARI
"Sonuncu döngə"
Eldar Mansurov bəstələmişdir
Bu yollardan qatar ötdü,
Qulağımda səsi qaldı.
Tükənsə də canda taqət,
Yaşamaq həvəsi qaldı.
Dayazda gördüm dərini,
Xeyirdə gördüm şərini.
Ömrün yaxşı günlərini
Yola saldım, pisi qaldı.
Ömür ki, var bircə qanş,
İlki savaş sonu barış.
Qatar ötdü qırış-qırış
Üz-gözümdə hissi qaldı.
Unudulub çoxdan bəri,
Dünyanın toy-düyünləri.
Ötüb keçdi şən günləri,
Dərdi, qəm-qüssəsi qaldı.
Qatar gedir özbaşına,
Yetdim ixtiyar yaşına.
Çatıram mənzil başına,
Sonuncu döngəsi qaldı.
İyun, 1996

__________________Milli Kitabxana_________________
322
MÜNDƏRİCAT
Yaradır inam məni, mən inamın övladıyam……..................................................4
Əlvan çiçəklər
Ana dili…………………………………………………………………………….8
Təklik…………………………………………………………..............................9
Dağda şəlalə kimi………………………………………….................................11
Kimdir mənim düşmənim?...................................................................................13
Özümdən narazıyam…………………………………………………………….15
Ana hədiyyəsi……………………………………………………………………16
Vətəndən-vətənə…………………………………………………………………16
Səadət nədir?.........................................................................................................17
Anam haqqında şeirlər…………………………………………………………...18
Ağıl-göz………………………………………………………………………….23
Habil segahı……………………………………………………………………..23
Mənim şeirim…………………………………………………………………...25
Karusel………………..………………………………………………………...27
Nə sən dülsən, ne mən bülbül……………………………………………………28
Təyyarələ…………………………………..……………………………………30
Azərbaycan oğluyam………………………..………………………………….32
Nəsənsə, özün ol……………………………………………………..…………35
Ekranda görüş……………………………………………………………………38
Meşin qapılar……………………………………………………………….…….39
Ümid…………………………………………………………………….………..41
Şair - Vətən………………………………………………………………………42
Miz arxasında…………………………………………………………………….43
Riyaka…………………………………………………………………………..45
"Anamın kitabı"………………………………………………………………...47
Mənə nə var?........................................................................................................49
Oğrular………………..………………………………………………………...50
Mənim anam……………………………………………………………………..51
İki kor…………………………………………………………………………….52
Səhəndə məktub………………………………………………………………….53
Fikir qanadlarım………………………………………………………………….56
Şairlər………………………………………………………………………..….57
Beşik………………………………………………………………………….…..60
Buludlar nə yaman gözəl olurmuş…………………………………………..….62
Elə bir fikir ki…………………………………………………………………….64

__________________Milli Kitabxana_________________
323
Təlatüm…………………………………………………………………………..65
Səhənd qardaşımıza…………………………………………………………….67
Vüsalda hicran…………………………………………………………………..68
Yol-dağ…………………………………………………………………………...70
Axtarışlarım…………………………………………………..............................72
Şəki………………………………………………………………………………73
Piyada sərnişin……………………………………………..................................74
Heyrət!..................................................................................................................75
Səhvlərim, səhvlərim……………………………………………………………..78
Ata yurdu………………………………………………………………………....80
Babamın koması………………………………………………………………….80
Getməz söz yarası……………………………………………………………….83
Göynərti………………………………………………………………………….84
Ehtiyat……………………………………………………………………………87
Tələbələrimə……………………………………………………………………...89
O nədir?.................................................................................................................92
Düşüncə - söz…………………………………………………………………...94
Mənim xalam…………………………………………………………………….94
İyirmi beş il………………………………………………………………………97
Mən kiçik bir ürəyəm………………………………………............................100
Örtmə pəncərəni……………………………………………………………….102
Qızım Gülzara………………………………………………………………….103
Fikir axtarışı…………………………………………………………………….104
Qarabağ atı…………………………………………………..............................107
Külək – ot……………………………………………………………………….111
Satqınlıq……………………………………………………………………….113
Bəli, əsəbiyəm………………………………………………………………….116
Narahat olanda………………………………………………………………….117
Yaman sıxır gecə məni………………………………………………………….118
Ekran qaralanda……………………………………………………………….120
Qeyrətini, ağılını?..............................................................................................122
Həm oğul, həm ata……………………………………………………………..123
Əgər qorunmazsa istiqlalımız………………………………………………....126
Təzədən yaratsın yaradan bizi………………………………………………....128
Ümidə heykəl qoyu……………………………………………………………..130
Vətən marşı……………………………………………………………………..132
Söz alağı………………………………………………………………………..132
Oxuma, bülbül…………………………………………………………………..135
Yurd yad əlində…………………………………………………………………136
Utanıram………………………………………………………………………..138

__________________Milli Kitabxana_________________
324
Şəhid anası……………………………………………………………………...142
Mən türkəm…………………………………………..………………………..143
Atatürk………………….……………………………………………………….143
Sual varsa, cavab var……………………………………………………………144
Bir ömür yuxu…………………………………………………………………..147
Yalan bazarı…………………………………………………………………...148
Mənim fərqim varmı heç……………………………………………………….149
Utanmaq-qızarmaq……………………………………………………………...150
Gecələr pənah yerim……………………………………………………….…152
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə