Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə2/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16

ANAM HAQQINDA
ŞEİRLƏR
1.
AN - MİN İL
Anam öldü!
Son nəfəs,
Son hıçqırıq,
Son nida!
Bizə dedi əlvida!
Bir saat əwəl

__________________Milli Kitabxana_________________
19
duyan,
hiss eləyən
bir insan
Yatağında daş oldu.
Heçliyə doğru axan
Bir axına qoşuldu.
Anamın ölümündən
Bir an keçib,
ancaq o,
Daş olub insan ikən,
Öz-özünü danıbdır.
Bircə anda
O bizdən
Min il aralanıbdır.
Elə bil zaman bizə
Bu ölümlər,
ölümlər,
Arxasından hey gülür.
Kim deyir ki, vaxt -
zaman
Saat ilə ölçülür?!
2. BAŞDAŞI
Anamı dəfh etdik...
töküldü dən-dən
gözümün yaşı,
Həmin gün məzarın baş tərəindən
Anamın yerinə qalxdı başdaşı.
Anamın əvəzi başdaşı oldu,
Kölgəsi özüylə yanaşı oldu...
Öldümü?
Elə bil o yoxmuş əsla,
Daşların üstdəki neçə yazıyla
seçilir insan
başqalarmdan.

__________________Milli Kitabxana_________________
20
3. ZAMAN
Bir ay tamam oldu, düz bir ay,
bir gün
Gəldim qəbiristana...
anamla deyil,
Onun başdaşıyla görüşmək üçün.
Düzü gözlərimə inanmadım mən,
Bir heyrət dalğası ötdü sinəmdən.
Yaxşı yadımdadır...
dəfn ediləndə
Sonuncu qəbirdi anamın qəbri.
Qəbirlə doludur sağ-solu indi.
Nədən məzarlıqda vaxt düşmür yada?
Demə o burda da, burda da varmış!
Ölülər məskəni - məzarlıqda da
Zaman, qədəm-qədəm addımlayırmış!..
4. BU GÜN YEDDİN OLDU
Anam öldümü?
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

__________________Milli Kitabxana_________________
21
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanam,
Məni həyat üçün
Yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür.
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı,
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?...
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.

__________________Milli Kitabxana_________________
22
Gözüm axtarcıdır, ana, ay ana.
"Nənəm hanı?" - deyir körpə Azərin.
Mən nə cavab verim ona, ay ana?
Birmirəm, bilmirəm bu ölüm nədir.
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
"Kimləri çağıraq bu gün yeddiyə?
" Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın.
Surətim məzara getdi gözündə...
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram.
Fevral, 1963

__________________Milli Kitabxana_________________
23
AĞIL - GÖZ
Yerin layları kimi,
Göyün qatları kimi
Fikrim açılır hərdən
Göz önümdə qatbaqat.
Şeylərin ən kiçiyi –
Atom zərrəcikləri,
Ən böyüyü - kainat.
O da gözlə görünmür,
Bu da gözlə görünmür.
Belə ötdü əsrlər,
Təbiətin verdiyi
Göz acizmiş nə qədər...
İnsan o kiçikliyi,
İnsan o böyüklüyü
Görməyə çox can atdı,
Özünə göz yaratdı.
O, mikroskop yaratdı,
O, teleskop yaratdı.
Çox ehkamlar dağıldı,
Çox qurğular pozuldu.
Əsrimizdə
Ağıl döndü göz oldu.
Avqust 1963
HABİL SEGAHI
Kəmanə kamana toxunan zaman
Tufanmı hayqırdı, selmi çağladı?
Bədbəxt bir qəribin ah-amanından
Bəlkə göy kişnədi, bulud ağladı?
Durnamı ayrıldı, öz qatarından
Obamı dağıldı, elmi talandı?
Zamanmı ayrıldı öz axarından?
Əslimi hıçqırdı, Kərəmmi yandı?

__________________Milli Kitabxana_________________
24
Kamanın qolunda yatan xalların
Hər biri qəm yurdu, hicran yuvası.
Bir qolun üstünə cəm olub min-min
Nəsimi üsyanı, Vaqif nəvası.
Ondakı bu qüdrət, bu sirr nədir, nə?
Əzabla, zillətlə doludur bu qol.
Aylara, illərə, qərinələrə
Bölünən tarixin yoludur bu qol.
O enən, o qalxan səslər, avazlar
Yaz başı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar
Yanan arzuların külüdür bəlkə?
Bu səs, sınaq üçün - qüssənin, qəmin
Könüllər evinə səyahətimi?
Bu səs, ilk atamız qoca Adəmin
Təklikdən gileyi, şikayətimi?
Bəlkə susdurulan neçə dahinin
Yaralı ruhudur bu səs, bu nalə,
Danışmır... düşünür dərindən-dərin
Sözsüz nəğmələrlə ağlayır elə.
Hər xalı bənzəyir bir yanar közə,
Qığılcım sıçrayır hər nəfəsindən,
Bu səslər danışır bəlkə də bizə
Atəşlər yurdunun fəlsəfəsindən.
Deyirəm, bu səsi dinləyəndə mən,
Niyə dəqiqələr dönüb il olmur?
Bu səsin oduna, deyirəm, görən
Niyə bütün səslər yanıb kül olmur?
Bu səsdən ürəyim oldu bir tikə -
Bağrımın başında yaradır bu səs.
Ayın camalında qara bir ləkə,
Lalənin köksündə qaradır bu səs.

__________________Milli Kitabxana_________________
25
Yox! Kardır qulağı kainatın da,
Eşidə bilsəydi suya dönərdi.
Sonsuz kainatın sonsuz qatında
İşıqsız ulduz da şölələnərdi.
Bu ahmı, amanmı ucalır yerdən,
Yer öz fəryadına özü bezdimi?
Qoca Füzuli də bu nalələrdən
Ney kimi bənd-bənd kəsilməzdimi?
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi,
Odun atəşinə od şan-şan olur.
Bu səsin oduna alışar su da;
Ağac hər atəşə alışan olur,
Bu niyə alışmır belə bir oda?
Habil! Ay insafsız, ürəyimizi
Yandırıb yaxmaqda qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi?
Bu haqqı kim verib, kim verib sənə?
Sentyabr-oktyabr 1964
MƏNİM ŞEİRİM
Əbədi bir od kimi öz içindən közərib
Hey yanır şeirim mənim.
Bu günümdən sabaha
boylanır şeirim mənim.
Gəzib dildə, dodaqda,
Uçur, uçur həmişə özümdən də qabaqda.
İdrakımın gözləri,
Əqidəmin ən təmiz, ən mənalı sözləri,
Duyan ürəyi şeirim,
Bütün diləklərimin ən saf diləyi şeirim.
Sən ayın, ulduzların nurundan yoğrulmusan,

__________________Milli Kitabxana_________________
26
Batan gecələrimin açılan səhərlərə
salamı sən olmusan.
İstərəm sətirlərin bu günümdən səs alan
əks-sədaya dönsün.
Əsrimizin nəbzi də ahəngində döyünsün.
İstəmirəm ki, şeirim nərmənazik qızların
saçında ətir olsun.
İstərəm gün altında pambıq yığan qızların
başında çətir olsun.
Can vermə hər ötərgi dərd-qəmə, şeirim mənim,
Əzmə-büzmə gözələ bənzəmə, şeirim mənim.
Sən atəş ol, sən od ol,
yandır da sən, yax da sən.
İldırım ol, çax da sən.
Göstər öz işığında bu dünyaya özünü,
Bir an yumma gözünü,
Həm gör sən, həm də göstər!
Fərəhləri fərəhdə, qəmi də qəmdə göstər.
Demirəm ki, zərrəni geniş kürrədə göstər.
Qüdrətin varsa sənin,
Sən bu boyda kürrəni kiçik zərrədə göstər.
Sən düşün dərin-dərin, düşündür dərin-dərin,
Vətənini, elini danan tüfeylilərin
Vətənçin yox,
manatçın yanan tüfeylilərin
yumruğa dön başında.
Keşikçi ol bu yurdun torpağında, daşında.
Vüqarı ol, əzmi ol əyilməyən başların,
Qəlbində mərmiyə dön əsl vətəndaşların.
Sonsuz düşüncələrim,
Bu dünyaya sualım,
Hər istəyim, xəyalım,
Eşqim, həsrətim mənim,
İlk məhəbbətim mənim,
Hədsiz şadlığım mənim,
Bu dünyada əbədi narahatlığım mənim.
Sənə qurban verməyə bir ömür çox azdır, az.

__________________Milli Kitabxana_________________
27
Yalnız bircə günümün sonsuz həyəcanmı
Nəğməyə çevirməyə on ömür də çatışmaz.
Mən səninçin,
Anamsa mənimçin yandı, şeirim.
"Balamın rahatlığı yoxdur" - deyə o məni
sənə qısqandı, şeirim.
Ancaq o bilmədi ki, mən anamdan doğuldum,
Sənsə mənim qəlbimdə balamtək bəslədiyim
Duyğulardan doğuldun.
Məni anamdan alıb Vətənimə, xalqıma
Oğul edən sən oldun!
Noyabr 1964
KARUSEL
Fırlanır karusel bir təkər kimi.
Daima fırlanan, dönən yer kimi.
Fırlanır uşaqlar dəstəbədəstə.
Kimi "at" belində, kimi "fil" üstdə.
Karusel fırlanır... Ötür xoş anlar.
Uşaqlar əl çalır şadlıqlarından.
Uşaqlar zənn edir, dayanıb onlar,
Ancaq başlarına dolanır cahan.
Sevinin, uşaqlar, gülün, əylənin.
Karusel dolanır,
Dəyişir zaman.
Hələlik cahanın başına siz yox,
Sizin başmıza dolanır cahan.
Sevinin, uşaqlar, ömür gödəkdir,
Həyat tumarlayır, oxşayır sizi.
Hələlik dünya da götürəcəkdir
Sizin nazınızı, şıltağınızı.

__________________Milli Kitabxana_________________
28
Karusel fırlanır... Bir dəstə duma
Sanki dövrə vurub səfə düzülür.
Atalar, analar uşaqlarının
Baxıb sevincinə sevinir, gülür.
Bütün bu şənlikdən uzaqda ancaq
Barmağı ağzında durub bir uşaq.
Uşaqlar fırlanır... baxır onlara
O gülür... Onun da dəyişir halı.
Uzaqdan baxdıqca fırlananlara
Fırlanır onun da fikri, xəyalı.
O da xoşhallanır, həzz alır gendən.
Duyur fırlanmağın xoş olduğunu,
Uşaq meydançaya tək gəldiyindən
Yoxdur karuselə mindirən onu.
Ancaq o xoşbəxtdir...
O qəlbə mən də
Heyranam...
Ey könül,
düşün, düşün sən.
O, həzz ala bilir özgəsinin də
Həzzindən, zövqündən, səadətindən!...
İyul, 1965, Qusar
NƏ SƏN GÜLSƏN,
NƏ MƏN BÜLBÜL
Bir qız qarlı qış günündə
Dibçəkdə bir gül bitirdi.
Qış fəslində gülə baxıb
Ürəyinə yaz gətirdi.
Bu gül, əsl qızılgüldü –
Ləçəkləri varaq-varaq.
Tikanı bol, rəngi qızıl,
Ətri yoxdu onun ancaq.

__________________Milli Kitabxana_________________
29
* * *
Qonşuluqda bir oğlanın
Qəfəsdə bülbülü vardı.
Oğlan onun nəğməsilə
Dərdlərini ovudardı.
Nə oldusa... oxumadı,
Susdu bülbül birdən-birə.
Oğlan düşdü min fikirə.
Qonşudakı qızılgüldən
Xəbər tutdu oğlan bir gün.
Bülbülünü o gətirib
Qənşərinə qoydu gülün.
Gül, bülbülü görən kimi,
Sığallandı,
tumarlandı.
Gözlərinə naz-qəmzədən
Sürmə çəkib xumarlandı...
Oxumadı bülbül yenə
Susub durdu, Lal kəsildi
Bu hal gülə acıq gəldi.
Gül daha da şivələndi,
Susub durdu bülbül yenə
Həsrət qaldı bu dar qəfəs
Nəğməkarın nəğməsinə.
Bu inadı görüncə gül,
Rəngi soldu,
Xəzan oldu
Yumaq kimi tez yumuldu.
Yavaş-yavaş dilə gəldi
Bu dəm bülbül
Dedi: - Ey gül,

__________________Milli Kitabxana_________________
30
məni tanı,
Ürəyimdə qəm karvanı,
Sən gülsənsə, ətrin hanı?
Demə susub nədən bülbül?
Yazım dönüb sazaq olub
Köksüm başı dağ-dağ olub
Vətənində dustaq olub
Çox desə də, "Vətən", bülbül.
Dibçəkdəsən, qəfəsdəyəm.
Sən əlacsız, mən xəstəyəm.
İndi özgə həvəsdəyəm,
-Ağlar zədən-zədən bülbül.
Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır. Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül.
Aprel, 1956
TƏYYARƏLƏR
İsmayıl. Şıxlıya
Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr,
Məhəl qoymaz
nə yağışa,
nə küləyə
təyyarələr.
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli...
Aşıb-daşar
təyyarələr.
Yerdə deyil,

__________________Milli Kitabxana_________________
31
göydə yaşar
təyyarələr.
Sərnişinə
Vüqarından - vüqar verir
təyyarələr,
Günlərin yox,
Saatların az ömründə
Qütbləri birləşdirir
təyyarələr.
Gecə gedir,
Gündüz gedir
təyyarələr.
Məqsədinə,
Mənzilinə dümdüz gedir
təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
Dolay bilməz
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz təyyarələr.
İçəridən alışmasa
bu sürətlə,
bu cürətlə
Gedə bilməz
təyyarələr.
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça-uça,
qaça-qaça
Öz içindən tez üzülər
təyyarələr.
Yavaş-yavaş ölə bilməz.
Öləndə də birdən ölər
təyyarələr.
Aprel, 1966

__________________Milli Kitabxana_________________
32
AZƏRBAYCAN OĞLUYAM
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm, mən mənəm!
Köküm üstə bitmişəm,
Şöhrətim var,
Şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.
Azərbaycan oğluyam,
At belində doğuldum;
Zamanın qazanında
Neçə dəfə dağ oldum.
Mənim damarlarımda
Gur sellər çağlamışdır.
Anam cəngilər üstə
Məni qundaqlamışdır.
Azərbaycan oğluyam,
Min ildir,
öz adımın
Keşiyində durmuşam,

__________________Milli Kitabxana_________________
33
Silahım olmayanda
Nifrətimi barıttək
Qəlbimə doldurmuşam...
Hünər göstərməyincə
Adsız yaşamışam mən.
Dədəm Qorqud ad verdi
Mənə öz hünərimdən.
Yoluma nur çiləyən,
Qoluma qüvvət verən
Eşqim,
ustadım oldu;
Adım doğdu hünərdən
Hünərim, adım oldu.
Azərbaycan oğluyam,
Yaşım adımdan qədim.
Heç kəsin toyuğuna
Ömrümdə "kiş" demədim.
Kimsənin torpağında
Gözüm yox; bilsin aləm
Torpağımdan bir çərək
Kimsəyə də vermərəm.
Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan.
Musiqim - Qarabağdır,
Sözlərimsə - Naxçıvan.
Bu torpaqda yaranmış
Koroğlunun cəngisi,
Qıratın üzəngisi!
Özümə vurulmadım,
Sevinc də görmüşəm mən,
Sitəm də,

__________________Milli Kitabxana_________________
34
Dərd də, Qəm də...
Sabirin göz yaşıyla
Özümə gülmüşəm də.
Çənlibeldən düşəli
Cığırları dağıdıb
Geniş yollar salmışam
Çənlibeldən də uca
Dağlara ucalmışam.
Ucalsam da günbəgün,
Dünənki son zirvəmə
Bu gün yenə "az" dedim.
Tarixin kölgəsində
Daldalanan millətin
Sabahı olmaz dedim!..
Neyləyəkki... zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm.
İki başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Həm Təbriz, həm Bakıdır
Məkkəm, Mədinəm mənim.
Pasportsuz yaşar bu gün
İki Vətəni olan Azəroğlum,
Qafarım, Əlim, Mədinəm mənim.
Balaş, biz ikimiz də
Bir ananın oğluyuq,
Biz ki, Azəroğluyuq.
Hər ikimiz əzəldən
Bir arzunun quluyuq.
Elimiz də bir bizim,
Dilimiz də bir bizim.

__________________Milli Kitabxana_________________
35
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün başqa-başqa?
Öz məsləkim, öz eşqim
Daim məndən öndədir.
Azərbaycan bayrağı
Başımın üstündədir!..
Əqidəmin, eşqimin,
Qanımın rəngi bayraq,
Bütün arzularımın,
Qızıl çələngi bayraq.
Hər şeydən bu dünyada
Şərəf uca Şan uca,
Zamanın yollarında
Mən ki, səni tutmuşam,
Daim başımdan uca!
Noyabr, 1966
NƏSƏNSƏ, ÖZÜN OL
Siz ey bizdən sonra şeirə gələnlər,
Bu çətin yollarda uğurlar sizə!
Eşqiniz - gələcək.
Yaşınız - səhər.
Qəlbiniz işıqlı, fikriniz təzə!
Mərd olun!
Meydanda durun mərd kimi,
Uymayın ötəri şöhrətə, ada.
Bizim şeirimizin dünəni kimi
Böyükdür, şanlıdır istiqbalı da!

__________________Milli Kitabxana_________________
36
Ehtiram olsa da, hamı əzəldən,
"Sələfin yolundan mən uzaq! - deyir
Dünən atasına "önə bax!" - deyən
Bu gün övladına "dala bax!" - deyir.
Biz öz atamıza deyərdik bir vaxt:
"Unutma,
hər günün öz hökmü var ha!.."
İndi oğlumuza deyirik ancaq,
"Gəl təzə nırx qoyma köhnə bazara!"
Zövqlər, duyğular dəyişir hər an,
Gəldikcə, getdikcə nəsillər bir-bir.
Əzəldən belədir, övladlarından
Atalar həmişə gileylənibdir:
"Ay həzarat, bir zəmanə gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz..."
Atamız deyərdi bunu bir zaman,
İndi biz deyirik övladımıza.
Oğul o kəsdir ki, köhnə kitabdan
Bu köhnə yazını, bu fərqi poza!
Ata o kəsdir ki, dayanıb öndə
Övladın hissilə yaşaya bilsin,
Övlad o kəsdir ki, çiyinlərində
Atanm dərdini daşıya bilsin.
Siz ey bizdən sonra şeirə gələnlər,
Bu çətin yollarda uğurlar sizə.
Eşqiniz - gələcək,
Yaşınız səhər,
Qəlbiniz işıqlı,
hissiniz təzə!
Qaçan tez köhnələr bu təzəlikdən,
Ancaq bir mətləbi deməliyəm mən:

__________________Milli Kitabxana_________________
37
Sazımda eybəcər səslər uyduran
Saxta xallar vuran cavanlar da var.
Özgənin hininə, "Qəsri-Süleyman",
Özünün qəsrinə "hin" deyir onlar.
Mənim beləsinə bircə sözüm var:
"Yad yerin halvası çox şirin olar".
Qaçırsan, min illik ənənədən qaç!
Hər kəsə bənzəmə, sən təzə yol aç!
Dediyin hər sözü duy dərin-dərin.
Həyatda gördüyün geriliklərin
Demə ki, hamısı ənənədəndir!..
Sən niyə arxanı köhnə sayırsan
Qaçıb öz atandan bəs bu nədəndir,
Özgə ataları yamsılayırsan?
Gülmə öz kökünə, ayıbdır sənə!
Ot kökü üstündə bitər, unutma,
Köhnə damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!
Yadın köhnəsi də dilin əzbəri,
Ənənən çiyninə niyə yük oldu?
Anlaya bilmirəm, nə vaxtdan bəri
Yadı yamsılamaq yenilik oldu?!
Bütün köhnələrə: - "bu nədir?" - deyə
Gülsək, nə qazanar bundan gələcək?
Vətən də, millət də köhnədir deyə
Bəlkə təzəsini axtarmaq gərək?
Onda kim deyəcək, kim, bizə yaxşı?
Hər köhnə pis deyil, hər təzə yaxşı!
Levə
1
nə deyirsən? O qoca loğman,
Özgə bulağmdan qətrə içmədi.
Fövqəlbəşər oldu, ancaq heç zaman,
Mujik paltarını o dəyişmədi!
1
L.N.Tolstoya işarədir.

__________________Milli Kitabxana_________________
38
"Təzə yol!" - deyib də qışqırmayın siz,
Sənət aləmində yol birmi, yüzmü?
Əsl sənətkarı yolsuz, cığırsız
heç gördünüzmü?
Yaz ilham deyəni, ürək deyəni,
Yol özü dolanıb tapacaq səni,
Qəlbini, beynini nahaq yorma sən!
Amandır, özündən yol uydurma sən!
Yenilik xətrinə yazmaqdan sakın!
İlhamdır yaradan sənəti, şeiri.
Yağmaq xatirinə yağan yağışın
Nə bağa xeyri var, nə dağa xeyri!
Qəlbinə, hissinə daim arxalan,
Bir də... əlvan səsli illərimizə.
Köhnə söz deməmiş ilham heç zaman
Hər qəlbin öz sözü təzədir bizə!
Nəsənsə, özün ol!
Təzəsən onda,
Sən köhnə olursan yamsılayanda!
Nəsənsə, özün ol,
Kökündən yapış!
Dünənə arxalan,
Bu gündən yapış!
Dekabr, 1966
EKRANDA GÖRÜŞ
Oğul şəhərdədir,
Anasa kənddə,
Görüşə bilmirlər bir məmləkətdə.
Ekranın önündə oturub ana
Fəxrlə,
Qürurla baxır oğluna.

__________________Milli Kitabxana_________________
39
Oğul şeir oxuyur: "ay anam sənə
Canımı versəm də, bu azdır yenə..."
Oğul şeir oxuyur,
Ana dinləyir.
"Balam bir balaca sınıxıb" deyir.
May, 1966, Şəki
MEŞİN QAPILAR
Gözləmə otağında
Saatlarla gözlərin
Lal qapıya dikilər.
Mənim nə çəkdiyimi
Qapılar arxasında
Mürgü döyənlər bilər.
Ürəyində böyüyür,
Dodağmda kiçilir
Sözün də, sualm da.
Ax!.. bizim ömrümüzün
Görən neçə parçası
Əriyib külə dönmüş
Qapıların dalında?
Qapılar arxasmda
Biz nə qədər durmuşuq.
Neçə gözəl arzunu
Siqar tüstülərilə
Havaya sovurmuşuq.
Ax, sərt üzlü qapılar,
İki üzlü qapılar
Talelər həll olunur
Qapının o üzündə.

__________________Milli Kitabxana_________________
40
Adamlar boynubükük
Əyləşib mat-məəttəl
Qapının bu üzündə.
Dindirsən gələr dilə
Qapıların ağzına
Səpilən tozlar belə.
Onlar toz deyil, ancaq
Qapılara toxunub
Ayaqlarm altına
Tökülən arzulardır.
Ürəklərdə doğulub,
Bircə "yox" kəlməsilə
Yox olan arzulardır.
Ax!.. Bu bir kəlmə "yox"un
Arxasında nələr var,
Neçə əyilmələr var.
O "yox" deyir, bu, yoxdan,
O özü də xoşlanır.
Deyirəm ki,
Yaltaqlıq da,
qorxaqlıq da
Elə burdan başlanır.
Siz ey meşin qapılar,
Siz ey meşin qapılar,
Sizin üzünüz soyuq;
Sizdən ümidlə girib,
Ümidsiz çıxan da çox.
Sizi təpiklərilə
Vurub açan tapılar,
Siz ey bağlı qapılar,
Qaşqabaqlı qapılar!
Sentyabr, 1966

__________________Milli Kitabxana_________________
41
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə