Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə3/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16

ÜMİD
Qorxmuram, düşmənim qoy min-min olsun.
Neyləyər mənə?
Şöhrət sənin olsun, ad sənin olsun,
Ümid ver mənə!..
Ümid istəyirəm, mən ümid ancaq,
Ümidlə qoyaram dağı-dağ üstə.
Nə şöhrət, nə mənsəb, nə dövlət, nə var.
Ey könül, dünyadan sən ümid istə!..
Ümid arzularm qızıl naxşıdır.
Deyərlər, yeməkdən ümid yaxşıdır.
Deyək dənizdəyəm, sahil görünmür.
Ümid mənimlədir,
o, məndən dönmür.
Sahilə can atıb çırpınır ürək.
De, neyləyəcək
Üstümə şığıyan ləpələr mənə?
Ümid ver mənə!
İnamla ucaltdıq anamız yeri,
Biz möhtac olmadıq dosta, düşmənə.
Dəmir çəpərləri, daş hasarları
Dişimlə sökərəm, ümid ver mənə!
Həsrət də, hicran da deyil qorxulu.
Ümidlə açılar hər eşqin yolu!
Bir il - bir an kimi görünər mənə.
Ümid ver mənə!
Həsrət - vüsal qədər xoş gələr mənə,
Ümid ver mənə!
İnam ver mənə!
Yaman darıxır,
Səfərə çıxır
Mənim könlümdəki xəyallar yenə,
Bələdçi yerinə ümid ver mənə.

__________________Milli Kitabxana_________________
42
Diləklər ümidlə birgə doğulsa,
Yerin tərkində də ucalar insan.
Arzumu tapmağa ümidim olsa,
Mənzil başındayam, yola çıxmadan.
Ümidlə qoyaram dağı dağ üstə.
Ey könül, özündən sən ümid istə!..
Mart 1967
ŞAİR - VƏTƏN
Arada-bərədə görürsən tez-tez,
Deyirlər: "Nə çoxdur şairlərimiz,
Bunun qarşısını alaq biz gərək,
Bizə həkim gərək, mühəndis gərək..."
Mənsə deyirəm ki, şair bol olsun,
Bütün doğulanlar şair doğulsun.
Sənətkar sənətə amalla başlar,
Şeirim - amalımdir - desəm, yeridir.
Şeir yazmasa da, əqidədaşlar
Dünyanın ən böyük şairləridir.
"Şair çoxdur" deyə gileylənməyin,
Əlhəzər eləyin tüfeylilərdən.
Yaxşı söz önündə siz də baş əyin,
Şair ki, yığmayır sözləri yerdən.
Şairi kimsəyə dəyişmərəm mən,
Onlar hər cilvədə min sirr axtarır.
İdrakm irişməz dərinliyindən
Onlar söz axtarmır, fikir axtarır.
Onlar gecə-gündüz dərd, ələm çəkir,
Bu ağrı gəlməsin çox yüngül sizə.
Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə...

__________________Milli Kitabxana_________________
43
Şairin bədəni - bu ana torpaq,
Nəfəsi - xəzridir, qanı - Kür, Araz.
Çox şey Vətənsiz də yaşayır, ancaq
Şeirsə Vətənsiz, elsiz yaşamaz...
Şairə vəzifə, rütbə nə gərək!
"Vətən", "Vətən" deyir könül səsi də.
Vətəni sevməkdir, Vətəni sevmək,
Şairin ən böyük vəzifəsi də.
Ancaq... bəla onda, dərd ondadır ki,
Vəzifə xuman gözünü örtən,
Vətəni pul kimi cibinə dürtən
Bir rüşvət düşgünü, rütbəli nadan
Durub kül üfürür gözlərimizə.
Vətəni sevməyin "qaydalarından"
Utanmaz-utanmaz dərs deyir bizə.
Vətəni sevməkdə nə qayda, qanun?
Vətən sevgisinin hüdudu varmı?
Ey nadan, ölçülər özünün olsun,
Məhəbbət ölçüyə, həddə sığarmı?
May, 1967
MİZ ARXASINDA
Gündüzlər gəzirəm bizim şəhəri,
Axşamlar qonuram öz budağıma.
Axşamlar xəyalım gəzir hər yeri
Dünyanı sığdırıb dar otağıma.
Masa arxasında mən söz ordumu
Çəkirəm üstünə hər qaranlığın.
Mən bütün dünyanı,
Mən öz yurdumu
Mizimin üstündə görürəm aydın.
Masa arxasında... əlimdə qələm

__________________Milli Kitabxana_________________
44
Gəzirəm dünyanı mən qarış-qarış,
Mənim xəyalımın, deyirəm, bu dəm
Ayağı dəyməyən bir yer qalmamış.
Masa arxasında könlüm biqərar –
Yolum neçə kənddən, şəhərdən düşür.
Vyetnama yağan ağır bombalar
Elə bilirəm ki, evimə düşür.
Güclüyəm! - deməli, mən haqqam, deyə,
Zülm haqq paltarı geyinir bu gün.
Mənim misralarım dönür gülləyə
Evini tutanda güclü gücsüzün.
Sinada yandınr gün göyü, yeri,
Yenə də ərəbin Vətəni darda.
"Su" deyib yananda ərəb əsgəri
Mənim dodaqlarım çatlayır burda.
Masa arxasmda öz ürəyimi
Məşələ döndərib yandırıram mən;
Dünyanın dərdləri mürəkkəb kimi
Axır qələmimdən, axır sübhəcən.
Ürəyim ilhamla, sözlə dolanda
Hər sətrim könlümdən od alır mənim.
Duyan bir ürəkdə tel qırılanda
Şeirimin vəzni də qırılır mənim.
Masa arxasında... torpağın, yerin
İsti nəfəsiyəm, zərif ətriyəm.
Mən havanın deyil, hadisələrin,
Könül dünyasının barometriyəm.
Qoşuram ardınca xoş xəyallann,
Yer mənim, göy mənim, asiman mənim.
Qəlbimdən min qəlbə gedən yolların
Əvvəli başlanır masamdan mənim.

__________________Milli Kitabxana_________________
45
Elə ki, qalxıram masa dalından
Xəyalım kiçilir, fikrim gərilmir.
Bayaq otağıma sığışan cahan
İndi öz-özünə sığışa bilmir.
Bayaq öz canıma, qanıma qıydım,
Bilmirdim vaxt keçir, yatasıyam mən;
Bayaq bir dünyanın vətəndaşıydım,
İndi övladımın atasıyam mən.
Oxuyun könlümü şeirlərimdən,
Könül gizlənməsin söz arxasında;
Dünyanın ən gözəl adamıyam mən
İlham aləmində, miz arxasında.
May, 1967
RİYAKAR
Mənim övladıma ana dilində
Dərs deyən "ağıllı" müəllimə bax.
"Vətən", "Vətən" deyir, Öz övladını
Əcnəbi dilində oxudur ancaq.
Özgəyə: "Dilini öyrən!" - deyirsən,
Özünsə... Bu dili bəyənməyirsən!..
Nə deyək bu miskin riyakarlığa?..
Yoxsa, öz qınını bəyənmir bağa?..
Bir nədir, beş-altı dil bilsin gərək,
Bizim sabahımız - körpələrimiz.
Vətən dilinə də dodaq büzməyək,
Burdan ayaq açıb, yola çıxaq biz.
Evdə ayaq açır əvvəlcə hər kəs,
Sonra uzaqlara düşür qədəmlər.
İlkini bilməyən sonunu bilməz,
Evdən üz döndərən çöldə vərəmlər.

__________________Milli Kitabxana_________________
46
"Əvvəl evin içi" demişlər nədən?
Sən çölü bilməzsən, içi bilmədən.
Yaxşı bilmək üçün özgə bir dili
Əvvəl öz dilini yaxşı bilməli.
Niyə özümüzü ögey sayaq biz?
Niyə atamızı tanımayaq biz?
Özgəni sevirsən?
İnanmıram mən!
Özünü sevməyən özgəni sevməz.
Vətənin dilinə gərəksiz deyən
Vətənin özünü necə sevir bəs?
Üzünə dursaydı yediyin çörək,
Rəzil olduğunu özün qanardən.
Dilimi dansaydım mən də sənin tək
Sən kimə dərs deyib pul qazanardın?
Vətən qeyrətini çəkməyən oğul
Həm özünə yükdür, həm özgəsinə;
Bu dildə dərs deyib qazandığın pul,
Yediyin çörək də haramdır sənə!
Böyüt balanı da sən özün təki,
Denən, özün yaşa, aləm yox olsun.
Namus olmasa da keçinər, təki
Dilin uzun olsun, qarnın tox olsun.
Səninçin dünyaya dəyər, a nadan,
Bir anlıq ötəri könül xoşluğun.
Min dəfə kiçikdir atalığından
Sənin insanlığın, Vətəndaşlığın!
Oktyabr, 1967

__________________Milli Kitabxana_________________
47
"ANAMIN KİTABI"
Böyük əməlpərvər, böyük vətəndaş
C. Məmmədquluzadənin əziz xatirəsinə
"Anamın kitabı!" - oxudum bir də,
Bu günüm dünənlə gəldi, görüşdü;
Cəlilin çaldığı sarı simlərdə
Qədim bir təmsil də yadıma düşdü:
Xərçəng - arabanı çəkir quruya,
Ördək - buludlara,
Kor balıq-suya...
Araba tərpənmir ancaq yerindən,
Sənin timsalınmış bu hal, ey Vətən!
Talandı bir zaman dövlətin, varın...
Varlıykən əl açdən sən özgələrə.
Yadlar yox,
Səni də öz övladların
Çəkdi üç tərəfə, çəkdi üç yerə.
Ana ümid oldu doğma övlada,
Övlad bel bağladı yadlara yalnız.
Övlad bilmədi ki, qonşuya, yada,
Göz dikən qalacaq şamsız, çıraqsız.
Bu doğma torpaqda doğulub onlar,
Dedilər, biz hara, bu torpaq hara,
Doğma kitablara yad olub onlar
Ümid bağladılar yad kitablara.
Anamın kitabı çatdı imdada,
Dedi: "özünə bax, əl açma yada;
Vaxt çatıb uzağı, yaxını tanı,
Bil, sənin əvvəlin, axırın nədir,
Vətən xəstədirsə, onun dərmanı
Kənarda deyildir, öz içindədir..."

__________________Milli Kitabxana_________________
48
Ananın kitabı! Tarixdən qədim,
Çiçəkdən - təzə-tər, Göylərdən dərin.
Ayağı altında torpaq görmədim
Anadan üzünü çevirənlərin.
Bu böyük mətləbi bilmədik bəzən,
Bizi bölə-bölə çəkdilər dara.
Əl çəkib müqəddəs atəşimizdən
Yüzillər baş əydik yad kitablara...
Tapdandı anamın şərəfi, şanı,
Bizdən sərvət alıb söz gətirdilər.
Bu boyda ölkəni - Azərbaycanı
Bir ərəb qızına cehiz verdilər.
Məni bağışlasın Şəhriyarımda,
Otuz il özgəyə "bəradər" dedi.
Öz doğma yurdunda, öz diyarında
Doğma anasına o, "madər" dedi.
Elə ki, yumruğu yerə dirəndi,
Dərhal yada düşdü doğmaca kəndi.
Bunlar nağıl deyil, tarixdir, ancaq
Tarixin hökmünə, könül, yaxşı bax!
Gəl bilək, insanmı, zamanmı haqsız
Gah ona, gah buna biz yamaq olduq.
Kiçik komamızı qoyub çıraqsız,
Özgənin qəsrində biz çıraq olduq.
Bu böyük dərdləri düşündü Cəlil
Onu qorxutdular,
öz amalından
Nə bezdi,
Nə küsdü,
Nə döndü Cəlil!
O da bu günlərə ümid bağladı,
Ayıldıb atamı,
bir ürək kimi
Milyon ürəklərdə döyündü Cəlil!

__________________Milli Kitabxana_________________
49
MƏNƏ NƏ VAR?
"Bizdə bu soyuq qanları neylərdin, ilahi? "
M. Ə. Sabir
"Mənə nə var?!" dedin.
Düzmü dedin sən?
Birləşir axırda ən uzunyollar.
Kənara çəkilmə, bil ki, bu gündən
Bu gün mənə varsa, sabah sənə var.
Daşqın böyrü üstə yıxsa bir dağı,
Yanındakı dağ da əyiləcəkdir.
Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir.
Buzdan soyuq olar ilanın qanı,
İnsansan!
O isti qanın bəs hanı?
De görək, sən necə baxa bilirsən
Gözünün önündə tapdanan haqqa?
Nədən alışmayır bədənin, nədən,
Haqsız məşəl tutub o yanan haqqa?
Necə insan deyim, necə mən sənə?
Qoy övlad deməsin bu Vətən sənə!..
Əgər adamsansa... sev adamları,
Demə, bu, dostumdur, o, düşmənimdir;
Demə, əzizimdir ev adamları,
De, mən bu xalqınam, xalq da mənimdir.
Demə, daş yayınıb qardaşa dəydi,
Mən elə bildim ki, daş daşa dəydi.
Yurdun o başında yıxılan kəsin
Ağrısı qəlbində gərək göynəsin!
Ən böyük dəryanın birdir sahili,
Onu hər tərəfdən döyər dalğalar.
Bir böyük Vətəni, bir böyük eli
Tarimar eləyər "mənə nə var"lar.

__________________Milli Kitabxana_________________
50
Ağaclar qatarla cərgələnibdir.
Onlar bir-birindən çox uzaqdadır.
Budaqlar, yarpaqlar görüşməsə də,
Kökləri bir yerdə, bir torpaqdadır!
Noyabr, 1967
OĞRULAR
Yusif, milis dostum, od kimisən sən,
Oğrunun, əyrinin qənimisən sən.
Ancaq...
Cürbəcürdür, axı, oğrular,
Anbar oğrusunu tutmağa nə var?..
Düşüb arxasınca bir tüfeylinin,
İzlər axtarmısan, izlər gəzmisən.
Kiçik oğrulardır hədəfin sənin,
Böyük oğrulardan xəbərsizmisən?
Gözlər önündədir dükan, ya anbar,
Artığı, əskiyi bilinir asan.
Əlhəzar,
əlhəzar,
dostum, əlhəzar,
Vicdan oğrusundan, qəlb oğrusundan...
Onlar aça bilir düz ürəkləri,
Ancaq...
Qıfıllıdır öz ürəkləri...
Haqqa qılınc çəkib vicdana qıydı,
Onlar üzümüzə baxdılar dik-dik;
Ya səndə, ya məndə qüdrət olaydı,
Onların içini aça biləydik.
Vəzifə sahibi bir imza üçün
Bizi süründürür on gün, iyirmi gün...
Taleyin asılıb tək bircə qoldan -

__________________Milli Kitabxana_________________
51
Sən bir imzadakı gücə bax, gücə,
Bir də görürsən ki, dağ boyda insan
Bir cırtdan önündə cücədir, cücə.
Ömür parçalanıb doğranır min-min,
Səpilir yollara get-gəl içində.
Gəlməzdi bu vaxta bir tikə heyfim,
Əgər ərisəydi əməl içində... Haray!
Az ömürdən vaxt oğurlanır,
İnam oğurlanır, Əsəb korlanır...
Bilmirəm, sən mənə başa sal bunu,
Bu hansı zamandır, bu hansı çağdır.
-Əsəb oğrusunu, qəlb oğrusunu,
Sevinc oğrusunu kim tutacaqdır?
Bir daş sifətlinin, bir sərt cavabı
Uman ürəklərdə iz açır dərin.
Bəs niyə sorulmur haqqı, hesabı
Ürəkdə açılan bu şırımların?..
Çoxalır şırımlar, artır şırımlar,
Dönüb infarkt olur ürək də bir gün.
Bir həlqəyə dönüb axır şırımlar,
İri nöqtə qoyur sonuna ömrün.
Sonra deyirlər ki, indi adamlar
Ölür birdən-birə dağ uçan kimi.
Məgər ürəyinə düşən şırımlar
Onu yavaş-yavaş öldürmürdümü?
Bəs onun ömrünü kim oğurladı?
Bəs niyə dəyişir oğrunun adı?..
Malı ucuz alıb, baha satanlar
Dəllaldır,
Onları cilovlayaq biz.
Zəhmətsiz, mayasız qazanan da var,
De görək onlara nə ad qoyaq biz?..

__________________Milli Kitabxana_________________
52
Dəllalmı? Yox!
Bu ad yaraşmır ona,
Onun bir adı var: "mədəni" oğru.
Talayır adamı göz baxa-baxa
Bu yeni cibkəsən, bu yeni oğru...
Haqqı tapdasa da,
Söylə, bir nədən
Güclünü çox yerdə doğru sayırlar?
Əlini uzadıb uzaq qitədən,
Gücsüzün varıtıı oğurlayırlar.
Belə dəllallara deyən yoxmu bir:
Hərrac malımıdır namusun, arın? ...
Bəs kökü nə zaman kəsiləcəkdir
Bu gizli, mənəvi oğurluqların?
1967
MƏNİM ANAM
Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam...
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam...
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi...
Bu dil ilə yaratmışam

__________________Milli Kitabxana_________________
53
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi - mənim anam!..
Yanvar, 1968
İKİ KOR
Bir kor tanıyıram, gözü korsa da,
özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur.
Ağlının gözüylə o görür, duyur.
Ancaq... biri də var... kor deyilsə də,
gözü görməyir.
Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
Bəzən gördüyünü görmək istəməz.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur deyərdim.
1968

__________________Milli Kitabxana_________________
54
SƏHƏNDƏ MƏKTUB
Səhənd, sözlərindən odlar töküldü,
Oxuduq şeirini göz yaşlarıyla.
Ata malı kimi yarıya böldü,
Qardaş eyni dərdi qardaşlarıyla.
Yazdın, eyni dərdi yaşayaq bahəm,
Qardaş qardaşıyla həmfikir olar.
Sənin düşüncəndi mənim düşüncəm,
Dərdlər bir olanda fikir bir olar.
O acı fəryadlar, şirin nəfəslər
Mənim də könlümün ahı, naləsi!
Qardaşım, Təbrizdən gələn bu səslər
Bakının səsidir, Bakımn səsi!
Deyirsən, yarıya bölünənlərin,
Dərdini dünyada bir bilməyən yox.
Biz də bölünmüşük, ancaq bu dərdi
Uca kürsülərdən heç bir deyən yox.
Yıxılar kənardan itələnənlər.
Təkanı yaradaq özümüz gərək.
Yenə də "olanq həmən xak"
1
əgər,
Biz öz içimizdən itələnməsək.
Xırda təpələri sellər oyanda,
Əsər bu həmləyə dağlar da zağ-zağ.
Biz də dərdimizə ağlamayanda,
Bizim yerimizə kim ağlayacaq?
Günahkar tutmayaq burda heç kəsi,
Dərilib ayrıldıq biz qonça-qonça.
Ana da süd vermir, ciyərparəsi
Nalələr qopanb ağlamayınca.
1
Fars şairi Sedinin "Həmən xakəm ki, həstəm" (Həmən torpağam ki, varam) misrasına işarədir.

__________________Milli Kitabxana_________________
55
Deyirsən, salama cavab almadın,
Bulud toqquşmasa, buluda neylər?
Mənim öz adımdır sənin öz adın,
Odu su keçirər, od oda neylər?
Mən dizimə döyüb zar-zar ağladım,
Çöllər göz yaşımdan gölmə-gölmədi.
Qranit dağları dələn fəryadım,
Tək Araz çayını aşa bilmədi.
Yüz il, yüz əlli il ağladıq əbəs,
Ancaq ərimədi sinə dağları.
Qardaş, bilmədik ki, göz yaşı dəlməz,
Arzunun önündə duran dağlan...
Dünyada hər şeyin bütövü gözəl,
Yanmçıq səadət düşmənin olsun.
Mənə qəm versən də, yan bölmə, gəl,
Sevinc verirsənsə... qoy yəqin olsun.
Hamlet doğru deyib: "Ya öl, ya da ol!"
Ey!... Yarı canınla demə ki, varsan.
Qəmin də tammı istəyən oğul,
Bəs yarı Vətəndə necə yaşarsan?
Hanı?...
Sormadılar - bəs yarı canım?
Niyə ucaltmırsan üsyan səsini?
Hələ görməmişik, Azərbaycanın
Bir yerdə, biz bütöv xəritəsini...
1968

__________________Milli Kitabxana_________________
56
FİKİR QANADLARIM
Mənim qanadlarım var:
Şirin-şirin arzular,
Böyük-böyük xəyallar
Qanadlarımdır mənim!..
Dünya - qanadlarımçın
çox kiçikdir, kiçikdir,
Kainatdır - Vətənim!..
Arzular dünyasına
Uçan zaman ağıllar
Yarandı əfsanələr,
Əsatirlər, nağıllar...
Uçuram, hey!.. uçuram!..
Mən təpə, düz bilmirəm.
Gecə, gündüz bilmirəm!
Xəyalın bir hüdudu,
Xəyalın bir həddi yox!
Göylərin sərhəddi yox!
Quşlar niyə azaddır?
Azadlığın təşbehi,
Yaşayır quş adında.
Azadlıq uçur, uçur,
Quşun sərhəd bilməyən
O qoşa qanadında.
Fikrin qanadları da Azaddır!..
Sərhəddi yox!
Səma kimi həddi yox!..
Fikirdə min hal olur.
Bəzən səmanın özü
Fikrə darısqal olur!
Uçur, uçur xəyallar,
Səmadan da o yana.
Boşluqda mənzilmi var –
Orda fikrin qanadı,
Qərar tutub dayana?..
Nə qədər istəyirsən Bax!

__________________Milli Kitabxana_________________
57
Üzümə bax! Nə qəm!
Məndən çox-çox böyükdür
Ayaqları başımda
Başı, sonsuz səmada
Süzən fikrim, düşüncəm!..
Mən azadam, azadam!
Mənzili görünməyən
Bir əbədi yolum var.
Məni yerdən qaldıran,
Həddi, hüdudu qıran
Fikir qanadlarım var.
Yanvar, 1969
ŞAİRLƏR
Şairə heykəllər qoyulan zaman,
Deyirlər, ona bax, nə bəxtəvərmiş.
Ancaq demirlər ki, mən yaşayırkən,
O öz sinəsini masaya gərmiş.
O keçib canmdan ömrə qıyanda
Sənin nəşələrin aşıb-daşırdı.
O ki yaşamırdı, sən yaşayanda
Sənin yerinə də o alışırdı.
Dəryanın dibindən çıxmamış hələ
Tanımaq olmayır mərcanı, dürrü.
Sən həsəd aparma o daş heykələ
Ömürdən sonradır onların ömrü.
Şairlər, şairlər, bircə söz üstə
Sübhədək yaxdınız ürəyinizi.
Sizi görmədilər heç vaxt diz üstə -
Qəribə yaradıb təbiət sizi!

__________________Milli Kitabxana_________________
58
Hamıdan gec yatıb qalxdınız erkən
Ağardı dan yeri gözlərinizdə.
Min əzab çəkdiniz siz yaşayırkən
Ölüb yaşadınız sözlərinizdə.
Zamandan-zamana əqidənizi
Keçirib yaşatdı nəğmələriniz;
Adi bir uşaq da aldadar sizi –
Xəyal dünyasında yaşadınız siz.
Bir kam almadınız siz ki, doyunca,
Sizə xoşbəxt deyən tanımır sizi.
Heç kəs çəkə bilməz ömrü boyunca
Sizin bircə gündə çəkdiyinizi.
Dünyanın əlindən dad çəkən zaman
Xəyal kölgəsində daldalandınız.
Şahların, çarların saraylarından
Alçaq daxmaları uca sandınız.
Ölümdən, sürgündən qorxmayıb əsla
Yanıb özünüzü oda atdınız.
Ürək qarımızla, amalınızla
Zindanlar küncündə söz yaratdınız.
Təqiblə gəldiniz daim döş-döşə
Yolunuz haqq yolu, həqiqət yolu.
Bu da qəribədir, sizin həmişə
Cibiniz boş oldu, qəlbiniz dolu.
Sözünüz, qəsdiniz çıxdı sınaqdan
Ötüb haqq nəğməsi, haqq oldunuz siz.
Yaşamaq naminə keçməyib haqqdan,
"Ənəl-həqq" söyləyib soyuldunuz siz.
Lağ edib güləndə haqqa yalanlar,
Siz də zəmanəyə, dövrə güldünüz.
Gah gizli-xəlvəti, gah açıq-aşkar,
Gah da duellərdə öldürüldünüz.

__________________Milli Kitabxana_________________
59
Dünyanı gəzdiniz siz oymaq-oymaq,
Fərəhin içində qəm gördünüz siz.
Adi bir milçəyə qıymayıb, ancaq
Bəzən özünüzü öldürdünüz siz.
Sizindir dünyanın sinə dağları
Bu dağlar içində kama çatdınız.
Siz hey yana-yana, qaranlıqları
Könül atəşilə işıqlatdınız.
Zalim zülmündə də naşıdır, naşı,
Axı, əzabdan da zövq aldınız siz.
Zalimlər, cahillər hər addımbaşı
Sizi alçaltdıqca ucaldınız siz.
Sanmayın özümü sanıram yəqin
Belə şairlərin cərgəsində...
Yox! Axı, mənim kimi şairciklərin
İlhamı az olur, iddiası çox!
Şair - fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair - təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir.
Şair - zəmanənin, əsrin vicdanı,
Şair - tarixlərin şərəfi, şanı,
Şair - bu dünyaya zamanın sözü,
Şair - həqiqətin, haqqın güzgüsü!
Bütün millətləri siz anlarsnınız –
Sevən də sizsiniz qəlbən onları.
Vətənə gəlincə, məcnunlarsınız –
Vətən məcnunları, el məcnunları.
Məcnunluq gözəldir! "Bu nədir?" - deyə
Hər cahil anlamaz bu ülviyyəti,
Yazıq o kəsə ki, yoxdur bir şeyə
Nə sonsuz nifrəti, nə məhəbbəti!

__________________Milli Kitabxana_________________
60
Yoxdur beləsinin amalı, yolu,
Qəlbi ehtiyatdan çilik-çilikdir.
Düşmənin nifrəti deyil qorxulu,
Dostun soyuqluğu düşmənçilikdir.
Bəzən yıxıldınız ancaq çəlikdən,
Kömək ummadınız ağır gündə də.
Həmişə qaçdınız biganəlikdən,
Ürəklə öldünüz siz öləndə də.
Noyabr, 1969
BEŞİK
M.Zeynal müəllimə
Kəndimə getmişdim,
Gəzdim hər yeri -
Təzə küçələri, təzə evləri...
Hər köhnə ocaqda, təzə bir ocaq...
Ruhum təzələndi, fikrim ucaldı.
Təzəlik gözəldir, gözlərim ancaq,
O köhnə yüyrükdə, beşikdə qaldı...
Beşik... nişanədir uşaqlığımdan,
Könlümdə ah nələr, nələr oyatdı.
Bu taxta beşikdə axı, bir zaman
Anam da, atam da, babam da yatdı!..
Beşik ilk mənzilim, ilk yuvam mənim,
Laylalar dünyası ilk dünyam mənim.
Babamtək, atamtək dünyaya mən də
Açdım gözlərimi taxta beşikdə.
Anam beşiyimi tərpətməyəndə,
Bilərdim, keşikçim yatıb keşikdə.
Qoymazdım anamı ala dincini,
Doymazdım anamm gül nəfəsindən.
Dadardım dünyanın ilk sevincini
Beşikdən asılan "şax-şax"larla mən.

__________________Milli Kitabxana_________________
61
Elə bilirdim ki, dolanır dünya,
Mənim beşiyimin başına ancaq,
Mənim dünyam idi uşaqlığımda
Bir anam, bir beşik, bir də o şax-şax!..
Qara gözmuncuğu sol biləyimdə,
Beşiyin üstündə üzərrik, quran.
Anam qoruyardı məni bunlarla
Dünyanın hər cürə bəlalarından.
Bizim ala-bəzək bu beşiklərdə
Ümidlər, arzular, diləklər yatıb.
Qılınc çəkmək üçün ələmə, dərdə
Sabirlər, Nəbilər, Babəklər yatıb.
İnsanın insana məhəbbətini, Ey beşik,
İlk dəfə biz səndə duyduq.
Dünyanın zövqünü, səadətini
Ananın o ilıq südündə duyduq:
Laylay dedim yatasan,
Qızıl gülə batasan,
Qızıl güllər içində
Şirin yuxu tapasan.
Hopdu ruhumuza bayatılardan
Nəğməyə bənzəyən ləhcələrimiz.
Daddıq dilimizin şirinliyini
Hələ bələkdəykən bu beşikdə biz.
Beşiyin üstünə səpildi dən-dən,
Qaynar çeşmələrin zümzümələri.
Aldı öz kökünü beşiyimizdən
Üzeyir nəğməsi, Füzuli şeiri.
Laylanın hər xalı bir ümid, güman,
Onun ahənginə qaynadı qanım.
Anamın yanıqlı laylalarından
Süzüldü ruhuma Azərbaycanım.

__________________Milli Kitabxana_________________
62
Yoxsul babaların qaranlıq damı
Güldü körpələrin gülüşlərində.
Atdıq dünyamıza biz ilk addımı
Taxta beşiklərin həndəvərində.
Düşdük arxasınca xoş xəyalların,
Arzular ayırdı bizi də bizdən.
Uzaq səfərlərin, böyük yolların
Əvvəli başlandı beşiyimizdən.
Çıxdı qarşımıza gah dağ, gah dərə,
Həyat gözümüzdə bir sual oldu.
Bir beşiyə sığan Nəsimilərə,
Sonra cahan özü darısqal oldu.
Bizim anaların laylalarından
Axdı ruhumuza Vətənin özü.
Beşik kökümüzdür... ucalıb ordan
Tanıdaq dünyaya öz kökümüzü!..
1969
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə