Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə4/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16

BULUDLAR NƏ YAMAN
GÖZƏL OLURMUŞ
Komamız meşənin qalın yerində,
Dağda salamlardı hər günü babam.
Odun daşımadı, çiyinlərində
Daşıdı həyatın yükünü babam.
Səksən il, ömrünün hər bir anında
Qəmi şərbət kimi içərdi babam.
Ömrünün tarlasına qəm kotanında
Həmişə gül əkdi, vay dərdi babam.
Ancaq darılmadı, çalışdı yenə,
Dərdi, tabaqladı, dərdi üyütdü.
Qatlaşıb dünyanın hər möhnətinə
Yeddi lay divarlı oğul böyütdü.

__________________Milli Kitabxana_________________
63
Dedi, şərəfidir hər kəsin adı –
Yaşa gülə-gülə, öl gülə-gülə.
Yeddi tərlanına o, əl açmadı,
Ölüncə yaşadı öz əməyilə.
Dinməzcə dolaşdı bir gün o, kəndi,
Gəlib yatağına girdi nagahan.
Ömründə bir dəfə o xəstələndi,
Həmən azarla da köçdü dünyadan.
Yatdı üzü üstə, yatdı iki ay,
Dinmədi.
Nəyisə andı və yandı.
Nəhayət çöllərə düşdü hay-haray,
Yazın nəğməsinə kişi oynadı.
Dedi, çöldə salın yerimi, çöldə,
Son dəfə seyr edim çölü-çəməni.
Gör nə yaman yerdə gəldi əcəl də,
Arxası üstünə çevirin məni.
Yerini saldılar göy çəmən üstə.
Uzandı, dərindən köks ötürərək.
Göydə ağ buludlar dəstəbədəstə,
Yerdə badə tutan gül ləçək-ləçək.
Üfüqdə yanardı buludlar par-par,
O baxdı göylərə... axşam çağında. –
Mən indi görürəm, - dedi - buludlar
Nə gözəl olurmuş göyün tağmda.
Babam niyə baxdı göyə son kərə?
Getdi damağında dünyanın dadı.
Səksən il yaşadı,
ancaq göylərə
Doyunca baxmağa macal tapmadı.
Avqust, 1968

__________________Milli Kitabxana_________________
64
ELƏ BİR FİKİR Kİ...
Mən fikir acıyam, mən fikir acı,
Fikir möhtacıyam, fikir möhtacı.
Elə bir fikir ki, o mənə rəhbər,
Mən ona adicə bir əsgər olum.
Onun eşqi ilə doğsun səhərlər,
Mən onun yolunda səfərbər olum.
Yerimdən oynatsm məni top kimi,
Canımdan çıxartsın ətalətimi...
O fikir - öz yolum, öz adım olsun
O mənim ən möhkəm qanadım olsun.
Dönüb ildırıma, qoy vursun məni,
Ulduzdan ulduza uçursun məni.
Elə bir fikir ki, o mənə candan
Daha əziz olsun,
Can unudulsun.
Mənim günlərimə bir yön, bir sükan,
Mənim illərimə o, ünvan olsun.
Elə bir fikir ki, yansm od təkin
Zülmət içində də yol versin mənə.
Elə bir fikir ki, gördüklərimin
İçini, məğzini göstərsin mənə.
Onu su keçirib, od əritməsin,
Yolunda yay kimi hey gərilim mən.
Ömrümün sonuna çatsın, bitməsin,
Onu nəvəmə də verə bilim mən.
Elə bir fikir ki, arzu da, kam da
Onun havasıyla bəslənsin müdam.
Elə bir fikir ki, qulaqlarımda
Döyüş nəğməsi tək səslənsin müdam.
Elə bir fikir ki, o gülən kimi
Hikmətlər açılsın,

__________________Milli Kitabxana_________________
65
Məna durulsun.
Nəyə toxundusa, bir iksir kimi
Onun dəyərini bildirən olsun.
Elə bir fikir ki, tapmıb ona
Yoluna güvənim,
Qürrələnim mən.
Uçum o amalın sonsuzluğuna
Zirvələr başında zirvələnim mən.
Gözə görünməyən ömür yolumdur
Xəyalla, imanla dolu fikirlər.
Mənim səhərimin dan şəfəqləri –
Sabahın körpüsü, yolu fikirlər!
Zülmətin içində ulduztək yanar,
Dəniztək qovrular, göltək çalxanar,
Axır mənzilini bir məbəd sanar
Müqəddəs fikirlər, ulu fikirlər.
Bəzən nalə çəkib tökər göz yaşı
Həmişə özümlə durar yanaşı.
Özümün hakimi, sözümün başı,
Eşqimin, arzumun qulu fikirlər.
İyul, 1970
TƏLATÜM
Təlatümsüz ürəkdə
Qan da sırsıra bağlar.
Təlatümdən yaranıb
Deyərdim sıra dağlar.
Su coşmasa, daşmasa,
Qranit qayalarla

__________________Milli Kitabxana_________________
66
üz-üzə toqquşmasa
Təzələnməz,
durulmaz.
Duyğu dənizlərində
Çağlayan ürəklərə
Sinələr də dar olmaz...
Ömür burulğarımdan
Saxlamasın qoy məni
Anamın
qapımızda
yandırdığı üzərlik.
Mənim xoşbəxtliyimçin
Mənə gərək deyildir
Dəryaca bəxtəvərlik.
Həyəcansız
dar gəlir
Mənə köksün qəfəsi.
İnsan nəfəsi verin, mənə
Insan nəfəsi.
Neyləyirəm nəfəssiz
Sıra-sıra düzülmüş
Rəqəmi,
ədədi mən?
İstəmirəm, a qardaş,
Yüz-yüz yalan vədi mən...
Mənə rəngsiz, boyasız
Bircə doğru söz verin.
Min gecəni neylirəm,
Mənə hərəkət dolu
Min səsli, min duyğulu
Təkcə bir gündüz verin!
Yüz-yüz yalvarışlara,
Min-min təmənnalara
Dəyişmərəm
ürəkdən
Gələn səsi, səmri mən.

__________________Milli Kitabxana_________________
67
İstəmirəm yüz illik
İzsiz keçən ömrü mən.
Mənə
Həyəcan dolu
yalnız bircə gün verin.
Yüz ulduz sizin olsun,
Mənə bircə gün verin!
Hər şeyi bütün verin!
Zirvələrin başında
Zirvə kimi tək olum!
Ağlayanda mən bulud,
Güləndə şimşək olum.
İyul, 1970
SƏHƏND QARDAŞIMIZA!
Axdı gözlərimdən sel gizli-gizli
B.Azəroğlu
Səhənd! Mehrabımız ana Vətəndir.
Mehrabın başma dön, aşkar-aşkar.
Arzu çələngimi dan şəfəqindən
Hörürəm, qardaşım, mən aşkar-aşkar.
Deyirlər: "Səbr edin, susun, gözləyin". –
Necə qışqırmayım, - necə? Bir deyin.
Sıxır bədənimi bu kor fələyin
Əynimə biçdiyi don aşkar-aşkar.
Məni qorxutmayır qara gecələr,
Zülmətin təşvişi hədərdir, hədər.
Gecənin bağrından doğulur səhər,
Qızarır üfüqdə dan aşkar-aşkar.

__________________Milli Kitabxana_________________
68
Baba kölgəsinə daldalanmayaq,
Kül olub kül üstə biz qalanmayaq.
Çillə quşu kimi gizli yanmayaq,
Odundan od alım, yan, aşkar-aşkar.
Haqqımı tapdayan məni nə anlar?
Haqqımdan danışır haqqı dananlar.
Belə də dərd olar, siz ey qananlar,
Ağla gizli-gizli, qan, aşkar-aşkar?
Kəndə səs düşməsə itlər hürüşməz,
Könül istəməsə əllər görüşməz.
Bir addım qabağa işığı düşməz,
İçindən yanmasa, can aşkar-aşkar.
Umur səhərini o yazıq Vətən
Bizim qəlbimizin öz atəşindən.
Belə gəlişini istəmirəm mən,
Gələsən, gedəsən sən, aşkar-aşkar.
1971
VÜSALDA - HİCRAN
Məni görən kimi sən hönkürərək
Açdın qollarmı...
Qucaqlaşdıq biz.
Bu gün qucaqlaşan qollarımız tək,
Nə vaxt birləşəcək bəs Vətənimiz?
Görüşdük, qardaşım, ilk dəfə bizdə
Ağladıq həm aşkar, həm xısın-xısın
Səni görməmişdən
ürəyimizdə
Səhənd dağı kimi sən ucalırdm.
O qədər uzağıq, bu qədər yaxın.
Görüşdük...

__________________Milli Kitabxana_________________
69
Həsrətə sonmu qoyuldu?
Ax!.. Yüz əlli illik uzun hicranın
Vüsah, a qardaş, gün yarım oldu.
Dinlədik səsini öz könlümüzün,
Sükutda bu dərdi böldük, sevindik.
Sevincin içində ağladıq o gün,
Ağlaya-ağlaya güldük, sevindik.
Anabir, atabir qardaş!.. Dərdə bax,
Öz halal evində bir günlük qonaq!..
Biz elə baxırdıq sənə, elə bil,
Baxırıq min illik həsrətimizə.
Elə bil doğmaca elimdən deyil,
Özgə planetdən gəlmisən bizə.
Elə baxıram ki, çöhrən büsbütün
Güzgü tək əks edib könlümə düşsün!
Üzünün xətləri - o qaş, göz, tamam
Özümə bənzəyir... lap doğmasan sən.
Üzündə gəzdikcə gözüm,
sanıram
Keçirəm Təbrizin küçələrindən...
Xuduyla əyləşib o gün dizbədiz,
Vaxtı, saatları dəyişdirdiniz
1
.
Sən ona qayıtdın, o sənə, qardaş,
Göz yaşı səpildi masanın üstə.
Deyirəm, bu dəmdə nə olaydı kaş,
Zaman da donaydı bu anın üstə.
Sən az danışdın,
Dinib alışdın.
Dedin: - Neyləyim?
Bütövlüyümə
Qıyırlar mənim.
Özümü parça,
1
Həmin gün görkəmli alim Xudu Məmmədovla Səhənd qol saatlarını dəyişdirmişdilər.

__________________Milli Kitabxana_________________
70
Dilimi ləhcə
Sayırlar mənim...
Ağlayar bu dərdə dağ da, örüş də
Tapılar yenə də qmayan bizi.
Daha aydın gördük biz bu görüşdə
Amansız, gümansız həsrətimizi.
Xəncərim bir yana, pas atıb qını
Haray bu halıma, haray, hay-haray!
Vallah, görüşündə ayrılığmı
Görən bədbəxtlərin halına vay-vay!
Məni görən kimi sən hönkürərək
Açdm qollarım...
Qucaqlaşdıq biz.
Bu gün qucaqlaşan qollarımız tək
Nə vaxt birləşəcək bəs Vətənimiz?
1970
YOL - DAĞ
Addımlaya-addımlaya mən illəri,
Yol gedirəm
Doğulduğum gündən bəri.
Yol gedirəm.
Pillələrim illər mənim, aylar mənim.
Öz məsləkim, düz məsləkim,
Ürəyimi
zirvələrə haylar mənim...
Yol gedirəm,
bilməsəm də,
Qarşıdakı addımlarm sayını mən.
Addımlarım qüvvət alır,
Xəyalımda gülümsəyən son pillədən.
Mənim yolum - bir məsləkin düz yoludur,
Mənim yolum - öz fikrimin öz yoludur.
Min hissim var,

__________________Milli Kitabxana_________________
71
Min arzum var.
Yolum birdir,
yolum haqdır.
Mənim yolum dağlar aşıb,
Zirvələrə çatacaqdır.
Bir ora bax,
Zirvəsində yol var dağm.
Dağ nə qədər uca olsa,
Yol üstündən aşar dağın!
Yol ucadır zirvədən də...
Yorularmı
Öz yolunu düz gedən də?
Ey yolunu, məsləkini
Tez-tez hava bürosuna girov verən, -
İqlim üçün dəyişdirən,
Doğrudan da, çox zirəksən,
çox qoçaqsan.
Onu bil ki,
Yan yolda qalacaqsan...
Yolu ota dəyişdirən
cığırlarda itər, batar.
Zirvələrin min ətirli çiçəyinə yetişməmiş
Yoncalıqda əl-qol atar...
Yol qabağa, yol zirvəyə!
Bu yolları yağış döyə, boran döyə...
Bu yollarda düz yol gedən Əyilməyə!..
Əyilməyə!..
Son zirvəyə gəlib çata!..
Alqış dedim bu ömürə,
bu həyata!..
Bir ora bax!
Zirvəsində yol var dağm
Dağ nə qədər uca olsa,
Yol üstündən aşar dağın!
Dekabr, 1971

__________________Milli Kitabxana_________________
72
AXTARIŞLARIM
Dünyadan od alır arzu da, kam da,
Könlümün içində necə gizlənim?
Gözüm də, könlüm də, qulaqlarım da
Gecəli, gündüzlü axtarır mənim...
Nə gecə tanıyır, nə gündüz könül
Axtarır,
axtarır...
"Yetər!"-deyəmmir.
Tapdığı incini doyumsuz könül,
Bu gün bəyənsə də, sabah bəyənmir.
Tapdım, uşaq kimi sevinirəm mən.
Özüm vuruluram sətirlərimə.
Sonra görürəm ki,
tapdıqlarımın,
Heç biri könlümcə deyilmiş, demə!
İstərəm, həmişə aşıb-daşam mən.
Gecəli-gündüzlü axtanşımdan
Tapdığım ləzzəti
tapdıqlarımda
tapmamışam mən.
Gəzib axtarıram,
Gördüklərim çox.
Min şeir gizlənib hər qarışımda.
Yox-yox!
Gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.
1972

__________________Milli Kitabxana_________________
73
ŞƏKİ
"Özünüz şəkili olduğunuz halda, hələ
Şəkiyə bir şeir həsr etməmisiniz ".
Bir məktubdan
Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına "sevirəm" deməz,
Mən də deməmişəm, a Şəkim, mənim.
Sən öz keçmişini daim qorudun,
Babamın şöhrəti yaşayır səndə.
Bu eşqə eşq olsun!
Dünənlə bu gün
Çiyin-çiyinədir küçələrində...
Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şeirimdə görünmür adın.
Mənim oxuduğum nəğmələrimi,
Mənim qulağıma sən pıçıldadın.
Şerimin mayası - bu qaynar nəfəs
Sənin öz çiçəyin, sənin öz barın.
Şerimdə dil açıb danışımı bəs,
Sənin bulaqların, göy çinarlarən?
Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.
Mən sənin qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə mən sənin həndəvərində

__________________Milli Kitabxana_________________
74
Üçan bir quşam.
Bir eldə doğulub
xoşbəxtəm ki, mən
Böyük bir Vətənə oğul olmuşam.
Noyabr, 1971
PİYADA - SƏRNİŞİN
(İKİ YOLÇU)
Baxdıq biz həmişə qabağa, önə.
Boylandı sabaha bu gündən illər.
Bir nəfər varmı ki, söyləsin mənə,
Necə gəlib keçdi ömründən illər?
Yayın bürküsündə, qışın qarında
Hamının qisməti bir olmur yəqin.
Ömrün əyri-üyrü dolaylarmda
Kimi piyadadır, kimi sərnişin.
Piyada keçmişəm mən bu yolları,
Köməyi ummuşam ayaqlarımdan.
Qəlbimin oduyla şaxtanı, qarı
Əritdim, ömrümün ilk çağlarından.
Yanımdan maşınlar, qatarlar ötüb,
Mənə əl ediblər pəncərələrdən.
Onların başından yağış, qar ötüb
Göylərin altında islanmışam mən.
Sərnişin yol getdi, yoldan xəbərsiz,
Bilmədi bu yolda kələ-kötür var.
Ancaq piyadanın, xəbər - ətərsiz
Alnında iz açdı getdiyi yollar.
Yol özü apardı sərnişinləri,
Yolda nə iz qaldı, nə də toz oldu.
Ancaq piyadalar gördü dünyanı,
Sərnişin dünyadan xəbərsiz oldu.

__________________Milli Kitabxana_________________
75
Sürəti nə qədər yeyin olsa da,
Sərnişin mənzilə dolama çatdı.
Dağların başından aşdı piyada
Yolu kəsə getdi, yolu qısaltdı.
Yolu özü açan zirvədən keçər,
Yolu yolla gedən dağdan gen keçər.
Qovuşur ay aya, dolur il ilə
Mətləbi eynidir bu yarışm da.
Qəribə dünyadır,
sərnişin ilə
Piyada görüşür mənzil başında.
Ömür yollarında "rahat" gedənlər –
Zirvələr başına ucala bilməz.
Təkərlər üstündə diyirlənənər
Çatdığı mənzildə bənd ala bilməz.
Biri təkər üstə gətirildisə,
Birini gətirən ayaqlar oldu.
Biri bu mənzildə kirədar isə,
Biri bu mənzildə sahibkar oldu.
Avqust, 1972
HEYRƏT!
"Heyrət, eybüt!"
1
dedi dünyaya qələm
Aləmi bir seyrim yüz heyrətimdir.
Mən heyran olmasam yaza bilmərəm
Mənim nəğmələrim - öz heyrətimdir.
Bəzən deyirlər ki, dəyişib zaman
Hər şey adiləşib...
1
Füzulinin "Heyrət ey büt, surətin gördükdə lal eylər məni" misrasına işarədir.

__________________Milli Kitabxana_________________
76
Nə sevinc, nə qəm!
Elə bir möcüzə tapılmaz,
insan,
Ona heyrətlənə...
Heyrətlənmirəm!
Əgər belədirsə, küsmə zamandan.
Qəlbinə yaxşı bax!
Qəlbin çox soyuq!
Heyrət qurtarıbsa, demək, cahandan
Gözəllik köçübdür, xəbərimiz yox!..
Görə bilmirsənsə gözəllikləri,
Bu aləm səninçün günahkar olur?
Gözü buz bağlayan bulaqlar kimi,
Soyuq adamın da qəlbi kor olur.
Göylər damar-damar,
Yer lağım-lağım...
Bu heyrət, bu sual dindirib məni.
Hələ körpəlikdən bu heyranlığım,
Sual köhləninə mindirib məni.
Mən öz heyrətimin çəmənliyindən,
Cavablar axtardım, suallar dərdim.
Heyran qalmasaydım bu dünyaya mən,
Heyrətsiz halıma heyrətlənərdim.
Heyranam açılıb hey varaq-varaq
Saçılan ləçəyin min-min rənginə.
Siz deyin, mümkünmü heyran qalmamaq,
Ahəngsiz dünyanın öz ahənginə?..
Hansını söyləyim?
Hansını sayım?
Dünya başdan-başa min sirr, möcüzə.
Siz deyin, mən necə heyran qalmayım,
Yerində deyilən gözəl bir sözə?..

__________________Milli Kitabxana_________________
77
Heyranam həmişə yanan könlümə,
Alovu şeirimdir, külü görünmür.
Heyranam toxuma, heyranam tuma,
İçini görürəm, çölü görünmür.
Otun pıçıltısı, küləyin ətri,
Torpağım nəfəsi - heyrət nidası!
Bülbülün cəh-cəhi, çiçəyin ətri,
Suyun zümzüməsi - heyrət nidası.
Heyrandır!
Budaqlar yarpağa heyran,
Torpaq daşa heyran,
Daş dağa heyran.
Sel dənizə heyran,
Su gölə heyran,
Çöl çəmənə heyran,
Gül gülə heyran!
Özünə heyrankən bu cansız aləm,
Ey insan!
Demə ki, heyrətlənmirəm!
Həmişə qorxmuşam biganəlikdən,
Yaşa heyran-heyran, öl heyran-heyran!
Məni soyuq-soyuq dindirincə sən,
"Can" deyib canımı al, heyran-heyran!
Sən odu, atəşi özgədən umma!
Aləm tutmayıbsa, köz ürəyində.
Bəsirət gözünü aç bu dünyaya,
Axtar heyrəti də öz ürəyində.
Heyrətim yaşayır dərdi-sərimdə.
Ölsəm...
gözlərimi qapamayın tez.
Baxın gözlərimə!
Bəbəklərimdə
Bir heyrət işığı görəcəksiniz.
Noyabr, 1971

__________________Milli Kitabxana_________________
78
SƏHVLƏRİM, SƏHVLƏRİM!
Şübhələrim, gümanlarım,
Səhvlərim, nöqsanlarım,
Fəryadlarım, əzablarım, amanlarım!
Mən qaçdıqca əlinizdən,
Əməlimə
Yağış kimi yağırsınız
Neyləyim ki,
Siz özümdən ağırsınız.
Salıb məni əzablara
Mənə gendən baxırsınız
bir yad kimi.
Mən gizlədə bilməmişəm ömrüm boyu
Dodağımın arxasında ürəyimi...
O alışıb.
O danışıb.
Yanımda dost olmayanda
Danışmışam özbaşıma.
Ürəyimin pıçıltısı
Dəyib mənim öz başıma
Toxmaq kimi...
Nə sevgimi gizlətmişəm,
Nə kinimi...
Əzab verib günlər mənə,
aylar mənə.
Adam var ki, ömrü boyu
Dodaqları təbəssümlü
Təbəssümü,
Bir pay kimi paylar sənə,
paylar ona,
paylar mənə...
Dili ilə ürəyinin arasında
Yüz-yüz illik yollar durur.
Dodağında güllər açıb
Ürəyində kollar durur.

__________________Milli Kitabxana_________________
79
Hər sözünün əvvəli "can", axırı "can"
Belə yaşar axıracan.
Ürəyi buz,
Sözü isti,
Özü ilıq.
Çəkməmişdir ömrü boyu
Bircə dəfə peşmançılıq.
Bilməmişəm,
Nə çox imiş
Bircə qırıq nöqsanımı
şişirdənim.
Bir dəryaca kədərimdir
Bir damlaca səhvim mənim.
Başqaları keçər, bəlkə, təqsirimdən
"Günahkaram, keç!" - sözümə.
Bağışlaya bilməmişəm
Öz səhvimi mən özümə.
Səhvlərim boğazımdan bərk yapışıb
Yuxumu da dara çəkir.
Vicdanımı ora çəkir, bura çəkir.
Ürəyimdə vuruş gedir
Mən kiminlə vuruşuram,
heç bilmirəm.
Yıxılıram, əyilmirəm.
Heç bilmirəm bu vuruşun adı nədir,
qəsdi nədir?
Qəribədir,
qəribədir!
Səhvlərim - alnımdakı qırışlarım,
Qəlbimdəki vuruşlarım.
Əzablarda mən özüməm,
Mən könlümün öz səsiyəm,
Rahatlıqda özgəsiyəm...
Səhvlərim - ürəyimin dilimdəki
Həm sevgisi,
Həm nifrəti.

__________________Milli Kitabxana_________________
80
Səhvlərim - Dost danlağı,
Yad töhməti.
Səhvlərim! Siz mənsiniz,
Mən də sizəm!
Mən səhvimdə səhvsizəm!
Noyabr, 1971
ATA YURDU
Şəkidə məhlə var nə qədər desən,
Gəldim bu dünyaya "Yuxarı baş"da.'
Bir göz evimizdə nə desən vardı,
Taxça aşağıda, buxarı başda.
Çıxdı ahıllığım o evdən çölə,
Amma uşaqlığım yuxarı başda.
İndi mən həsrətəm ata yurduma,
Odu ürəkdədir, buxarı başda!
Yanvar, 1974
BABAMIN KOMASI
"Kollu koxa " povestinin
müəllifi İsa Hüseynova
Ay mənim ilk beşiyim,
İlk nəfəsim, ilk sözüm,
İlk gecəm, İlk gündüzüm.
Könlümün bu həyatla
İlk böyük qafiyəsi -
Ay babamın dəyesi!..
Səndən əlim çıxalı
İstəmişəm həmişə
Səni duyğularımın
Bəstəsində gizləyim.

__________________Milli Kitabxana_________________
81
Sən ey mənim ən ülvi
Saflığım, təmizliyim!
Mənim duyğularımın
Ən nəğməli, ən həzin
Pərdəsində durmusan.
Toz kimi səpələnmiş
Kövrək xatirələrdən
Bir aşiyan qurmusan.
Sən şeirimin ilk sözü,
İlhamımın mayası,
Babamm beli kimi
Daş-divarı əyilmiş
Ay atamm koması!..
Uçuq barılarında
Kərpiclərin qum kimi.
Göyəren vəhşi güllər
Çığıran arzum kimi...
Necə belini bükdü,
Ocağını qaraltdı
Amansız zaman sənin.
Yeddi oğul çıxardı
Bir vaxt qapından sənin.
Əyilsən də,
durursan
Yenə də öz yerində.
Uçanlar qayıtmadı
Ay babamın koması,
Əlin bizə çatmadı.
Sənə salam verən yox.
Nə gələn, nə gedən var.
İndi uçuq qapını
Tıqqıldadar yağışlar.
Şəhərlərə uçalı
Bəyənmədik biz səni.
Qoymuşuq yalqız səni,
Ay babamın koması –
Mənim ilk nağıllarım,
Meşələrdə qurtaran

__________________Milli Kitabxana_________________
82
Ay mənim ilk yollarım,
Kölgəsi bənövşəli,
Ay böyürtkən kollarım,
Hər dərədən, təpədən
Mənim dəstə tutduğum
Al-əlvan çiçəklərim,
Lampanın dövrəsində
Uçan kəpənəklərim,
Hardasınız,
Siz harda?
Ürəyimə köçdünüz.
Siz indi yaşarsınız
Çığıran duyğularda...
Ay rəfləri kasalı,
Ay taxçalı, boxçalı,
Ay bağlı,
Ay bağçalı,
Qoşa pəncərələrdə
Pərdələri saçaqlı
Buxarılı,
Ocaqlı,
Alaca komam mənim,
Balaca komam mənim.
Təmiz duyğularıyla
Ürəyimi, hissimi
Gündə bir boy ucaldan
Ay uca komam mənim.
Sən vermisən,
Sən dedim
Bu ömür yollarımda
Ağır duyğularımdan
Daşıdığım yükü sən.
Beşinci mərtəbədə
Yaşasam da indi mən
Evimin də köküsən,
Şerimin də köküsən!..
Avqust, 1970

__________________Milli Kitabxana_________________
83
GETMƏZ SÖZ YARASI
Bir soyuq baxışın odu, həniri,
Körpülər yandırdı, külü qaraldı.
Bir an baxıb ötdün...
Baxışın yeri
Çapılan könlümdə ömürlük qaldı.
Anın zərbəsini bir ömür yedi,
Nələr etdiyini an heç bilmədi.
Yoxdur ikincisi tək ömrümüzün,
Niyə zəhərlədin bir ömrü, niyə?
İsti bir baxışa möhtackən özün
Bəs niyə qıymadın onu özgəyə?..
Yaddaşdan bir yolluq silinib itər
Hər ömrün, hər günün min macərası.
Güllə yarasına nə var? tez gedər,
Getməz söz yarası, eyham yarası.
Niyə danışmadın, niyə ürəklə?
Xoş sözə hamının ehtiyacı var.
İnsan yaşamamış yalnız çörəklə,
Sınan ürəklərin öz əlacı var.
Gözümüz önündə arzular, kamlar,
Narahat dünyada dinclik olarmı?
Ürək sındırmaym siz, ey adamlar,
Bülbül yuvasına daş atılarmı?!
Sınan bir könülə necə deyək:
"Döz!" Yamasaq bilinər sınığın izi.
Bəzən xoş bir baxış, xeyirxah bir söz,
Günlərlə, aylarla yaşadır bizi.
Dağsansa, sən danma təpəni, düzü,
Bu darkönüllülük nə verər bizə?
Xoş bir təbəssümü, gözəl bir sözü
Bəzən biz qıymırıq bir-birimizə?

__________________Milli Kitabxana_________________
84
Ürək də qocalır, axı, ilbəil,
O bizə həmdəmdir, biz ona sirdaş.
İnfarktdan qorxursan?
Ürək daş deyil,
Özgənin qəlbini sındırma, qardaş!
Mən səndən intiqam, sən məndən qisas?..
Alır verdiyini onsuz da zaman.
Adamlar, adamlar,
düşünsək bir az,
Hamıya yer çatar, genişdir cahan.
Əcəl başımıza kölgə salmamış
Sizdən "can" eşidim, sizə "can" deyim.
Adamlar, adamlar,
yalnız xoş baxış,
Bir də təbəssümdür sizdən istəyim.
Yanvar, 1974
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə