Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə5/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16

GÖYNƏRTİ
Nurəddin Bağır oğlu, bu şeiri
atalarımızın xatirəsinə həsr edirəm
.
Mənim atam
Öz qəlbində dəfn etmişdi
öz-özünü.
İçəridən alışardı
Öz ahıyla, öz dərdilə
Dağıdardı tüstüsünü.
Nə dərdini bildirərdi bir kimsəyə,
nə qəmini.
Saçlarmda ağardardı sitəmini.
Hər acıya qatlaşardı,
o, aşardı
Aşılmayan sirti, dağı,

__________________Milli Kitabxana_________________
85
Onun üçün ən dəhşətli bir əzabdı,
Əzabından danışmağı...
Bir pərdəyə köklənmişdi onun qəlbi -
Axşamı da, səhəri də,
Sevinci də, kədəri də...
Salammadı onu bir an
Nə ağrısı, nə acısı
Dayandığı məqamından...
Vaxt ötdükcə...
İstədiyi yönə salıb
Zaman onu xamır kimi
kündələdi.
Yaman onu rəndələdi...
Qırışlandı illər onun
sifətində,
Zaman onun qəlbində də
cığır açdı.
Ürəyi də yuxalaşdı...
Bulud kimi hey boşalıb
doldu kişi,
Dəymə-düşər oldu kişi.
Görürdük ki, gah açılır,
gah tutulur.
O, hamıdan sevgi umur,
qayğı umur.
...Mən də onun özü kimi
Xəsis idim
öz sevgimi bildirməyə.
Ona təsəlli verməyə
Utanırdım, sıxılırdım.
Ürəyimi bildirməyi
Öz-özümə ar bilirdim.
Mənə elə gəlirdi ki,
Onu öpüb qucaqlamaq
Yüngül çıxar,
Çox şit çıxar.
O, karıxar,
O, darıxar.

__________________Milli Kitabxana_________________
86
Nə biləydim,
Elə bunu gözləyirmiş
Bəlkə məndən
o, dolanda,
Bulud kimi tutulanda...
Adicə bir övlad kimi,
Mən atama
nə qayğımı bildirərdim,
Nə sevgimi...
Ürəyinə baş vurmadım,
Qulluğunda heç durmadım...
Bilmədim bir istəyini,
diləyini,
Öz sevgimlə
İsitmədim ürəyini...
yaşayarkən
mənim ona kiçicik bir təbəssümüm
Süzülərdi ürəyinə
könül açan bir nəğmə tək.
O öldümü?
Bundan sonra
Təəssüflə axıtdığım göz yaşlarım
Kimə gərək,
Nəyə gərək?
Bəli, artıq keçmiş ola!
Kim görüb ki,
Təəssüflə qəlb boşala?
Hayıf! Hayıf! Nidasına
Çatır ancaq qüdrətimiz.
Əlimizdə olan zaman
Biləmmirik heç bir şeyin qədrini biz.
Ey övladlar,
ayıq salmaq istəyirəm
indi sizi.
Gizlətməyin atanıza, ananıza
sevginizi.

__________________Milli Kitabxana_________________
87
Olursunuz, duman olun,
sis olmayın,
Nədə xəsis olsanız da
Sevgidə xəsis olmayın!
Əbədilik bir ağrı tək
Sonra sizi yandıracaq,
göynədəcək.
Toydan sonra bu nağara
Kimə gərək,
Nəyə gərək?
İtirdiyin doğmaları,
əzizləri
Qaytara ki, bilməyəcək.
Qəlbinizdə döyünəcək
Özünüzün özünüzə atdığımz
tənə daşı,
Gözünüzdə həsrət tozu...
Ondan sonra
Kimə verə bilərsiniz
Bağrınızda sızıldayan
Qayğı, sevgi borcunuzu?..
Noyabr, 1973
EHTİYAT
Cəsurların dəliqanlılığına
şərəfnəğməsi oxuyuruq.
M.Qorki
Ehtiyat sözündən ehtiyatlıyam,
Ehtiyat - hər yerdə ehtiyac olmur.
Hər sözdən özünü qorayan ilham
Ayaqda sürünür, başda tac olmur.
Ehtiyat güdəndə yazdım könülsüz,
Eləsi qəlblərə çətin yol tapır.
Ürəklə, cürətlə dediyim hər söz

__________________Milli Kitabxana_________________
88
Hələ qorxaqla da asan dil tapır.
Sənətin, ilhamın, eşqin gur səsi,
Qorxaq ürəklərdən niyə gen düşür?
Ehtiyat güdəndə, sözün gülləsi
Həmişə hədəfdən didərgin düşür.
Ehtiyat güdənlər, asta gedənlər,
Heç sizi görmədim mənzil başında.
Ey fikrin önünə daş gillədənlər,
Əliboş qaldmız siz il başında.
Yolu gedə-gedə addım sayanlar,
Yolunuz yarıda niyə səhv olur?
Ancaq cəsarətlə addımlayanlar
Ya hər şeyi alır, ya da məhv olur.
Ehtiyat - birtəhər baş dolandırmaq,
Cəsarət - ya həyat, ya ölüm ancaq!
Ehtiyat vergüldür, nöqtə deyil, yox!
Ehtiyat çalardır, rəng ola bilməz!
Deyirəm dünyada bir qəhrəmanlıq
Kölə ehtiyatdan doğula bilməz.
Qorxur cəsarətdən qorxu da şəksiz
Onun övladıdır igidlik, hünər.
Axı, cəsarətsiz, axı, ürəksiz
Qapını döyməmiş hələ bir zəfər.
Cəsarət çətindir, ehtiyat asan,
Qorxudur alçaldan, axı, hər kəsi.
Cürətdən qorxmayaq qorxaq qorxudan
Qorxu - itaətin dayaq nöqtəsi!
Dolandım - yüz ölçüb bir biçəndə mən,
Yaşaya bilmədim bircə an, ancaq.
Mən ziyan çəkmədim cəsarətimdən,
Qorxudan qorxuram, qorxudan ancaq!
May, 1970

__________________Milli Kitabxana_________________
89
TƏLƏBƏLƏRİMƏ
Uçun, uçun,
Xəyaldakı zirvələrdən atlanın,
Tələbələrim mənim.
Bu gün mənə güvəndiniz,
Sabah sizə güvənim.-
Bu gün önümdəsiniz,
Sabah isə ayaq açıb
gəzən şirin sözlərim...
Vətənimə səpələnmiş
Mənim dan ulduzlarım...
Mən öyrədən,
Siz öyrənən,
Zaman keçir, yer dəyişir
Bu müqəddəs dövrədə...
Bu dünyanı öyrənmişəm
Mən öyrədə-öyrədə...
Mənə heç vaxt yad olmadı
Sevinciniz, Qəminiz.
Xəyallarla nəfəs alan
Cavanlıq aləminiz.
Hissinizə, duyğunuza
dola-dola,
Sizin ilə addımladım
Qol-qola...
Suyu hər il dəyişilən
Bir dəniz var önümdə.
Suyu axır, Durulur.
Bir tərəfdən boşalırsa,
Bir tərəfdən o, dolur.
Gənclik axır,
Bu axma qoşuldum.
Yaşım artdı...
Ancaq yenə

__________________Milli Kitabxana_________________
90
Sizinlə həmyaş oldum.
Elə dedim: - Bu dünyaya
Nə baxdım ki, nə görəm.
Beş il açıb örtdüyünüz qapılan
Otuz ildir
Mən açıram,
örtürəm.
Sizin üçün bitən bir şey
Bitə bilmir mənimçün.
Öyrədirəm,
Öyrənirəm,
günbəgün.
Mən həmişə
Sizin ilə həmyaşam.
Hamınıza yoldaşam!
El-obada ayaq açıb
Mənim gəzən sözlərim,
Vətənimə səpələnmiş
Ay mənim ulduzlarım,
Fikrimizdən, sözümüzdən
Aldığmız işığı,
El-obada körpələrin
Ürəyinə səpin siz,
Biçin olmaz səpinsiz.
Bugünkü dərs
Tək bu günün dərsidir.
Tək bu günlə
Siz gəlməyin vəcdə,
yox!..
Sizdən hörmət gözləyirəm,
Səcdə, yox!..
Səcdədə bir hərəkət yox,
Çırpıntı yox,
Alov yox!
O, həm sakit,
Həm donuq!

__________________Milli Kitabxana_________________
91
Sən önümdə donursansa,
Mən də yoxam,
Sən də yox!
Başqa simdə çalmalısan
Mənim köhnə havamı.
Sən mənmisən?
Yox!
Fikrimin,
Əqidəmin
davamı!
Sizin mənə sevginizdə tapmışam
İtirdiyim nə varsa.
Mənim Sizə dediklərim
Ruhunuzda yaşarsa,
Sizin ayaq basdığınız
hər obada mən varam,
Qəlbinizdə çağlaram,
Dilinizdə qaynaram.
Gələcəkdə yaşaram!
Sabir olub,
Puşkin olub,
Vurğun olub
Hər dərsimin ön sözü.
Bəs nə imiş
Məramının, mətləbimin
Son sözü?
Harda bir ev uçubdursa,
Biz o evə
Dirək olaq, Daş olaq.
Adicə bir insan deyil,
Bu Vətənə,
Əsl vətəndaş olaq!
1974

__________________Milli Kitabxana_________________
92
O NƏDİR?
"Dünya ulu tanrının yuxusudur" -
- dedilər.
Onu bu xoş yuxudan ayıltmayın, -
dedilər.
Onun oyanmasını
Niyə istəmədilər?
O, nə qədər yatacaq
Dərin, şirin yuxuda?
İntəhasız olarmı,
Vaqiə də, yuxu da?
Milyon-milyon ildi ki,
Fırlanır,
Yer kürəsi...
Nə benzini qurtarır,
Nə odu, nə qüvvəsi,
Hara gedir o belə?
Yerindədir yer elə...
Dönür günün başma
Qüvvət alıb o, gündən.
Nə öz oxundan çıxır,
Nə də öz çevrəsindən...
Fırlanır...
Getmir ancaq
Nə irəli,
Nə geri...
Fırlanıb sapa düzür
O, ayları, illəri.
Yerin gözü yoxdumu?
Onun da
İnsan kimi
Var olsaydı gözləri,
Tərpənərdi yerindən,
Çıxardı mehvərindən.
Tanrmın da yuxusu
Dağılardı o zaman.

__________________Milli Kitabxana_________________
93
Təzə,
Başqa bir yuxu
Uydurardı yuxudan.
Yer qopmadı yerindən.
İnsan qopdu...
Qanadı
Aldı əməllərindən...
Möcüzələr yaratdı,
Kainata ip atdı,
Uçub Aya da çatdı.
İnsan çıxa da bildi
Yerin cazibəsindən...
İnsanın:
"Mən tanrıyam,
Mən qadirəm" -
Səsindən
Tanrı diksindi, durdu.
Boylandı dövfəsinə...
Gördü:
İnsanın özü
Dönüb Yer kürəsinə.
Ancaq...
O, kürə kimi
Fırlanmır öz yerində.
O yeriyir, o uçur
Ağlın üfüqlərində...
Yer kürəsi
Tanrının
Uydurduğu yuxudur,
Nağıldır,
Əfsanədir...
Bəs boylanıb yuxudan
çıxan insan?..
O nədir?
1974

__________________Milli Kitabxana_________________
94
DÜŞÜNCƏ - SÖZ
Özümə də görünməyən
Könlüm mənim,
Duyğum mənim,
Sövdam mənim -
Azadlığım - öz mənəvi dünyam mənim.
Öz içimdə, öz dünyamda
Hakim də mən,
Məhkum da mən.
Neçə yerə qol atıram
Bir özəkdə, bir tumda mən...
O coşqundur,
O daşqındır.
Min rənglidir, Sürəklidir.
Söz - fikrimin, düşüncəmin
Qəlibidir,
Öz şəklidir.
Düşüncələr - havadakı quşa bənzər.
Sözlər - quşa atdığımız daşa bənzər.
Dəyə bilsə səninkidir,
Dəymədisə -
Daşdan küsmə,
Özündən küs.
O incidən əlini üz.
Ürəkdədir o qönçələr...
Hansı gözə görünübdür
düşüncələr?
1975
MƏNİM XALAM
Mina xalama
Anam öldüsə də, öz taleyimdən
Küsmədim,
yerində xalam var mənim.

__________________Milli Kitabxana_________________
95
Ona güvənirəm,
Sanıram ki, mən
Arxamda alınmaz qalam var mənim.
Elə ki, darıxdım,
Minib maşına
Gedirəm Ağdaşa, düz xalamgilə.
Yaxşı deyirlər ki, hamı bir yana,
Ananın ətiri xaladan gələr.
Bu necə ətirdi, bu necə etir,
Ruhum sakit olur, ürəyim aram.
O ətri duydumsa əriyir illər,
İlkimə qayıdıb uşaq oluram.
Bu necə ətirdi, oyanır mənim
Könlümdə ən şirin, ən dadlı çağlar?
Niyə göz önümdə dayanır mənim
Qalanan təndirlər, yanan ocaqlar?
Bu necə ətirdi,
İlkin duyğular,
Köhnə binəsinə qayıdır yenə?
Bu necə ətirdi, onda nə sirr var,
Məni məndən alıb qaytarır mənə.
Bu necə ətirdi, bu necə ətir, -
Məni göyüm-göyüm niyə göynədir?
Bu nə göynərtidir? Deyə bilmirəm,
Niyə göynəyirəm, niyə, bilmirəm?
Niyə bu göynərti, niyə bu ağrı,
Alır öz əlimdən ixtiyarımı?
Bu sızı, hamıya əziz olduğum
Qayğısız günlərin intizarımı?
Tutmaq istəyirəm baxışlarını
Min mətləb gizlənir hər qayğısında.
Ötən günlərimin naxışlarını
Görürəm xalamın kəlağayısında.

__________________Milli Kitabxana_________________
96
-Ay oğul, saçını nə tez ağartdm?
Deyə, əllərini çəkir başıma.
Deyirəm: - Tez niyə, əlliyə çatdım.
Yox! İnana bilmir xalam yaşıma.
Anamın diliylə o, məni oxşar,
Nəsihət eləyər hər görüşündə.
Mənim özüm boyda uşaqlarım var,
Xalam "uşaq" - deyir mənə bu gün də.
Yox! Heç nə yayınmaz onun gözündən,
Dərdimi üzümdən oxuyur mənim.
Xalama güvənib sanıram ki, mən,
Arxamda alınmaz qalam var mənim.
O necə qaladır? Uludan ulu.
Hansı bir qüwəti özündə gizlər?
Qayğıyla, sevgiylə doludur, dolu
O titrək dodaqlar, o yaşlı gözlər.
O necə qaladır? Zəif bir vücud!
Üfürsən yıxılar,
Gücsüz bir qarı.
Qoluma güc gəlir, könlümə ümid
Çiynimə qonanda zəif qolları.
O elə qala ki, baş əyməz yada,
Könül çiçək açır hərarətindən.
Dünya şər qüvvəyə dönüb axsa da,
Onun qucağında amandayam mən.
Köksünə baş qoydum, dedi: - qadası!
Sandım ki, çiynimdən yük endirmişəm.
Xalamın sinəsi - sevgi qalası
Mən bu istiliyi harda görmüşəm?
Xalam uşaqları, sizə sözüm var
İndidən yanmayan sonra bərk yanar.
Düzünü deyim ki, anam sağ ikən,
Qədrini o qədər bilməmişəm mən.

__________________Milli Kitabxana_________________
97
Ayıltmaq istərəm indidən sizi
Yaman nigaranam xalamdan yana,
İndidən yandırın ürəyinizi
Qoymayın od tutub sonradan yana.
Siz də olarsınız ikiqat yetim
Yaxşı başa düşün, yaxşı, siz məni.
Anasız qaldığım bəsimdir mənim,
Amandır, qoymayın xalasız məni.
1976
İYİRMİ BEŞ İL
Ömür yoldaşıma
Elə bil dünəndir Sabir bağında
Çıxdın qabağıma ağ çiçək kimi.
Elə bil dünəndir, ağ paltarında
Qondun evimizə kəpənək kimi.
Nə tez başa gəldi iyirmi beş il?
Balalar yetişir, qocalırıq biz.
Nələri itirdik - qayıdan deyil,
Görəsən, nə imiş bəs qazancımız?
Sönməmiş könlümün odu, həvəsi,
Balalar səslənir: "Bəsindir dayan!"
Oğlumuz toy umur, bizim toy səsi
Hələ getməmişkən qulağımızdan.
Bu necə dünyadır? Yolu bir qarış,
Ayıra bilmirsən çoxunu azdan...
Həzzindən, zövqündən hələ doymamış
Çəkirlər süfrəni qabağımızdan.

__________________Milli Kitabxana_________________
98
Bu necə dünyadır anlamıram mən,
Nə gəliş bəllidir, nə gediş bizə.
Xəbərimiz olmur gəlişimizdən,
İnana bilmirik getməyimizə.
Vurduq bir zindana iyirmi beş il,
Ötdü günlərimiz ağlı-qaralı.
Sənin duyğuların - bir nəğməli göl,
Mənim duyğularım min macəralı...
Sən nə dalğalandın, nə çalxalandın,
Haldan-hala düşdüm mən hər dəm, gülüm,
Sən məni bir dəfə sevib dayandın,
Mən səni hər rəngdə sevirəm, gülüm.
Daş atdım,
Əlimdən çıxdı bir xata.
Bulana-bulana yenə duruldun.
Könlümdən keçəni duymadınsa da,
Ömrümə, günümə havadar oldun.
Düşdü yuvamıza, düşdü qan-qada,
Başımız üstündə ildırım çaxdı.
Səsimiz, nəğməmiz bir olmasa da,
Suyumuz, selimiz bir arxdan axdı.
Ata ocağının qələmdən çıxan
Çörəyi mənəmsə, ürəyi sənsən.
Başmda çal-çarpaz ildırım çaxan
İsti yuvamızın dirəyi sənsən.
Mənim xəyallarım uçdu havada
Sən məni göylərdən endirən oldun.
Bizim qurduğumuz isti yuvada
Fəhlə mən oldumsa, usta sən oldun.
Elə ki, bəxtimin gözü yumuldu,
Yoluma nur saçan çilçıraq oldun.

__________________Milli Kitabxana_________________
99
Mənim nəşələrim özümün oldu,
Ancaq dərdlərimə sən ortaq oldun.
Başıma dolanan dərd-sərimin
Odunu qəlbindən keçirən oldun.
Səndən gileylənən şeirlərimin,
Sahibi mən oldum, qulu sən oldun.
Yanıb yaxılanda şeirim üçün mən,
Sən elə bildin ki, gizli qəmim var.
Ayrıla bilmədin öz aləmindən
Bilmədin, mənim də öz aləmim var.
Gülüm, aynasıdır üzüm, üzünün,
Məni əldən saldı axtarışlarım.
Üzünə əks etdi mənim günbəgün,
Üzümdə açılan sərt qırışlarım.
Fikrim dərə keçdi, təpələr aşdı,
Ardımca bir addım gəlmədin ancaq.
Sən məni dindirdin,
Dilim danışdı,
Şerimi dindirə bilmədin ancaq.
Ötdüyün mahnını bir yol çaşmadın
Mən çaşdım...
Dərədən boylandım dağa.
Öz könül mahnını sən çalışmadın,
Mənim iniltimə uyuşdurmağa...
Elə bil dünəndir, Sabir bağında
Çıxdın qabağıma ağ çiçək kimi.
Elə bil dünəndir, ağ paltarında
Qondun evimizə kəpənək kimi.
Aradan nə keçdi? İyirmi beş ildə
Qara saçımızda ağardı illər!
Təkcə istəyimiz qaldı könüldə,
Qalan nə vardısa, apardı illər.

__________________Milli Kitabxana_________________
100
İndi xəyal yorğun, könül şikəstə...
Gəncliyi dadmamış qocalırıq biz.
Övlad qayğısında, bir murad üstdə
Birləşir uyuşmaz nəğmələrimiz.
Eyni yük altında neçə yoxuşu,
Arzumuz, qəsdimiz birgə aşıbdır.
Özgə budaqların iki yad quşu
İndi bir budaqda doğmalaşıbdır.
Budağın eşqinə darda, çətində
Nəfəsin könlümə qol-qanad vermiş.
Zaman ötüşdükcə
Məhəbbətin də
İlk rəngi, ilk dadı dəyişilərmiş.
Demə qocalmısan, gülüm, doğrusu
Mənimçün bir az da sonalaşmısan.
Balamın anası, nə sirrdir bu?
İndi mənimçün də analaşmısan.
Dekabr, 1974
MƏN KİÇİK BİR ÜRƏYƏM
Yenə Şəkiyə gəldim bir az dincəlim deyə,
Özümə gəlim deyə.
Ancaq... bir gün, bir saat dincələ bilmədim mən
Ürəyimin səsindən...
O səs... O səs izlədi hara getdimsə məni,
Gülərüzlü görmədi burda bir kimsə məni.
O səs qulaqlarımda bir top kimi gurladı,
Fərəhimi həbs edib, nəşəmi oğurladı.
Pozdu rahatlığımı,
dincliyimi,
yuxumu...
Dedim: Dincəlmək bumu?

__________________Milli Kitabxana_________________
101
Dedim: - Ürək, ay ürək,
Bircə ay məndən əl çək.
Axı, mən də insanam,
Mənə nəsib deyilmi bəs həyatın nəşəsi?
Qəlbin dərinliyində duydum yenə o səsi:
-Dünyada yaşamayan dünyadan dinclik umar,
Yanmağında tapmalı dincliyini sənətkar.
Dedim: - Bəs bu nədəndir
Çoxaldıqca yaşım da
Azalmadı arzular,
Aşıb-daşdı arzular,
Başdan aşdı arzular.
Bahar oldu, qış oldu –
itirdiyim ömür, gün,
Qazandığım yaş oldu.
İndi nə istəyirsən?
Dedi: - Demə heç zaman "istəyin nədir?" mənə,
Dünən zirvə bildiyim, bu gün pillədir mənə.
İstəyim birmi, onmu?
Köhnəsinə çatmamış təzə arzular gəlir,
Köhnə arzularımın saçlarına dən düşür.
Dünənimin istəyi bu gün gözümdən düşür.
Bir çuxurda lillənən,
Bircə çırtma daşından
Üzü səpən, güllənən
Göl olmaq istəmirəm.
Əvvəlini dağlarin zirvəsindən götürən,
Dağlarda qah-qah çəkib, dərələrdə hönkürən,
Saçı dağda, təpədə köpük-köpük ağarıb
düzənlərdə qaralan,
Əvvəli müdrik qoca, sonrası cavan olan
Sel olmaq istəyirəm.
Əməllərimin adı mənim adım olaydı.
Əbədi yol gedəydim
Gecə-gündüz,
Günəş, Ay

__________________Milli Kitabxana_________________
102
Sağım-solum olaydı.
Ulduz kəhkəşanları mənim yolum olaydı.
Mən il, ay bilməyəydim,
Vaxtın çərçivəsindən çıxaydı ömrüm-günüm.
Əbədiyyət ən kiçik ölçüm olaydı mənim...
Mən sahili olmayan dənizlər istəyirəm.
Axşamları olmayan gündüzlər istəyirəm.
Xəyallar aləminə məni daim səsləyən
Cilvələr istəyirəm.
Zirvənin özündə də zirvələr istəyirəm.
Mən kiçik bir ürəyəm,
Bu dünyanın, həyatın
bəzəyiyəm,
süsüyəm,
Mən kiçik bir ürəyəm,
sonsuzluq ölçüsüyəm.
1965-1974
ÖRTMƏ PƏNCƏRƏNİ...
Örtmə pəncərəni!..
Necə? Sətəlcəm?
Qorxmuram, qoy külək içəri dolsun.
Açıq qəlbim kimi qapım, pəncərəm
Dünyanın üzünə qoy açıq olsun.
Örtmə pəncərəni... Gəlir ilk bahar,
Gör, çölün havası necə təmizdir.
Açıq pəncərələr, açıq qapılar
Dünyaya açılan gözlərimizdir.
Təzə bir havaya həsrət qalıb söz,
Söz də təzələnmək istəyir, dayan!
Dolsun otağıma, gəlsin iznsiz
Yellər pəncərəmi taqqıldatmadan.

__________________Milli Kitabxana_________________
103
Tufan istəyirəm, yandıra bilsin
Könlümün qaralan ocaqlarını.
Gəlsin, qarışdırsın, alt-üst eyləsin
Yazdığım, pozduğum varaqlarımı.
Masa arxasında gecəbəgündüz
Bir ömür əritdim təzə söz üçün.
Gəlsin təzə fikir, gəlsin təzə söz
Dünən yazdıqlarım köhnəlir bu gün.
İstərəm sabahı bu gündən bilim,
Könlümə nur qonsun, işıq çilənsin
Örtmə pəncərəni, örtmə, sevgilim,
Hava təzələnsin, söz təzələnsin.
İyul, 1978, Şəki
QIZIM GÜLZARA
Gəlirsən, gedirsən...
Gözüm üzündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
hər bir sözündən
Qəlbini oxumaq istəyir atan.
Gəlirsən, gedirsən... heç nə sormuram
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?
Qınama, bələdəm mən bu həyata,
Kim çərxi geriyə döndərə bilmiş?
Övlada qızıldan taxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?
Gəlirsən, gedirsən. Dəyişmiş bizim
Sözümüz, sorğumuz...

__________________Milli Kitabxana_________________
104
Bu sən,
bu da mən.
Elə gəlirsən ki, elə bil qızım,
Bu evdə doğulub böyüməmisən.
Bir az yad olmusan,
Bir az utancaq
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?
Sənin xislətin də necə dəyişdi,
Demə gileyliyəm, yox, yox, şadam mən.
Sev ki, seviləsən...
Bizimki keçdi,
İndi sənin üçün narahatam mən.
Qoru hər ləkədən məhəbbətini,
Hər yerdə,
həmişə,
hər zaman, qızım.
Arxan- atan evi...
Səadətini
Yalnız ər evində tapasan, qızım.
May, 1978
FİKİR AXTARIŞI
-İsa!
-Musa!
-Tapdın?
-Yox!
İsaq - Musaq quşları
Nəyi isə axtarır
Sübhə qədər
Gecələr.

__________________Milli Kitabxana_________________
105
Gecələrin özündən sirr gizlədər gecələr.
Ömrü boyu axtarır İsaq - Musaq quşları.
Bahar gecələrini
Suallara döndərir
Gizli axtarışları.
Axtarır, Tapa bilmir,
hey axtarır,
hey gəzir.
Əbədi axtarışdan
Nə yorulur,
Nə bezir.
Toyuq da dən içində
Eşələnir,
axtarır.
Dən topası üstünə qalxır,
enir,
axtarır.
Tapır, yeyir,
o yenə
yeyə-yeyə axtarır.
Axtardığı, gəzdiyi gözlərinin önündə,
Bəs o nəyi axtarır, bəs o niyə axtarır?
Tapır,
yenə axtarır.
Mədəsinə deyil, yox,
Fitrətinə axtarır.
Dolaylarda əridib
dəmir çanqlarını,
Aşıb sirr dağlarmı,
Nəyi isə axtarıb ulu babalarımız,
Ürəyi acılarla dolu babalarımız.
Mən də axtarışdayam,
Obaları, elləri dolanıb qarış-qarış.
Bəlkə mayamızdadır bu əbədi axtarış!

__________________Milli Kitabxana_________________
106
Adamların gözündə həsrət işım-işımdır.
Mənim sonsuz həsrətim - mənim axtarışımdır.
Axtarıram,
Özümdən o yanı görüm deyə.
Zərrədə qərar tutan dünyanı görüm deyə.
Gecənin zülmətində sübhə iz axtarmışam.
Min bir sözün içində
hələ heç deyilməmiş
bircə söz axtarmışam.
Sabahımın eşqinə bu günümü danmışam.
Kiminsə gözlərindən qəlbinə boylanmışam,
O qəlbdə məşəl tutan duyğunu görmək üçün.
Başqasınm xeyirxah, gözəl əməllərindən
ibrət götürmək üçün
Özümdə olmayanı özgədə axtarmışam.
Fikirlərin tərkinə, arzulann ilkinə,
Əməllərin rüknünə, özəyinə varmışam.
Bəzəklərdən vaz keçib axtarmışam özəyi.
Mən axtara-axtara itirmişəm çox şeyi.
Dünya - axtarış evi...
Kimi sərvət axtarır,
Kimi fikir axtarır.
Kimi də ürəklərin axtarış həvəsində
Sirr görür, sirr axtarır.
Sərvət, fıkir!
Fərqə bax!
Sərvət - fikir deyilsə,
fikir - sərvətdir ancaq.
Bir fikir, bir söz yatır
yerin hər qarışında.
Bizə uğurlar olsun fikir axtarışında!
Fevral, 1978

__________________Milli Kitabxana_________________
107
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə