Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə6/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16

QARABAĞ ATI
1956-cı ildə İngiltərə kraliçasına
Qarabağ atı - "Zaman" hədiyyə
göndərilmişdi
.
Cıdır düzü...
Sinəsində at oynaqlar,
Cıdır düzü -
İgidliyin arayışı -
Üstündə də nal ləpiri möhür bağlar.
Qarabağın cins atları -
hünərimin kişnərtisi,
Toppuzların gurultusu,
Qılıncların parıltısı,
Neştər səsi!
Qarabağın kürən atı –
Döyüşlərdə arxasıdır
Koroğlunun,
Bayandurun.
Cilovunu gəmirdimi,
hünəriniz varsa əgər o qızmamış,
Qamçıların hədəsinə dayandırın!
Kişnədimi o uçacaq.
Kişnərtisi - qanadları!
Qamçı vurma!
Qamçı yola gətirənni cins atları?
Zaman keçdi,
Zəmanəmdə "Qırat", "Dürat", "Zaman" oldu
İgidliyi kitablara köçürüldü.
Yaddaşlarda unuduldu.
"Zaman" atım, aman atım!
Keçmişimdən bu günümə amanatım!
Avtomobil zamanında
Niyə, axı, sənin adın "Zaman" oldu?
Geriyəmi döndü zaman,
Məgər raket-kaman oldu?

__________________Milli Kitabxana_________________
108
"Qırat", "Dürat"
İndi nədir?
Ekzotika, eksponat!
Dövrümüzdə nə deməkdir
Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta
Yelləndikcə
Arasında göyün, yerin,
Nəfəs alır havasıyla
Ötüb keçən təmtəraqlı əsrlərin.
O bəyənmir
Asfalt üstə quş tək süzən maşınları,
Göydə gəzən maşınları.
İstəyir ki,
Əsrin dəli sürətini unuda o,
Keçən əsrin duyğulara sığal çəkən
Ahənginə dəm tuta o.
Karetada seyrə çıxır,
At saxlayır.
O, dünənin ölüsünü
kəfənləmək əvəzinə
Sabahının körpəsi tək qundaqlayır.
Öz kökünə qayıtmaqla
güman edir
Öz əsrini qabaqlayır.
Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
"Zaman" yatmır ipə, sapa,
Dirək olub kişnərtisi yerə, göyə.

__________________Milli Kitabxana_________________
109
Nə qamçıya boyun əyir, nə hədəyə.
O gəmirir cilovunu,
Kraliça seyr eləyir gendən onu,
Ayaqları eşir yeri,
Yaxm qoymur həndəvərə mehtərləri.
Nə etməli?
Gəlir bir-bir
Cıdırlarda ad qazanan,
Rekord vuran minicilər.
Nə faydası,
O ram olmur.
Kraliça aram olmur,
Qəzəblənir:
-Britaniyada yoxmu məgər
bircə kişi, -
Ram eyləyə bu qızmışı?
Kraliça yana-yana
baxır ona –
Ceyran kimi duruşuna,
Hirslə yeri eşməsinə,
Heyran qalır
Kişnəyəndə gur səsinə.
At duyur ki,
Gözəlliyi heyran qoyub
Maddım-maddım baxanlan,
Neçə-neçə yarışlardan
Qələbəylə çıxanları.
Belə heyran baxışlardan
O iyrənir,
İstəyir ki,
belindəki
Onun ceyran hüsnünə yox,
Qaçışına,
Yürüşünə heyran qala.
İstəyir ki,
ayağının altındakı
Böyüdüyü torpaq olsun -

__________________Milli Kitabxana_________________
110
İstəyir ki,
belindəki
Yarışlarda nəmər alan jokey deyil,
Vuruşlarda zəfər çalan
igid olsun!
İstəyir ki,
yüyənini gəmirəndə
Cilovunu çəkib yığan
igid olsun.
İstəyir ki,
sahibi də
Atılmaya beldən-belə.
Kişnəyəndə
sahibi də
Kişnərtiyə cavab verə
Koroğlunun nərəsilə.
O, belində kraliça qəbzəsi yox,
Vuruş istər, hünər istər.
O, belində
aynalılı Həcər istər.
Günlər keçdi, aylar ötdü,
Qarabağın köhləninə
Qışda kişmiş,
Yazda yaşıl ot verdilər.
Səhər-səhər
Çəmənlərdə gəzdirdilər,
O yemədi, o içmədi.
Qızıl yüyən laqqıldadı çənəsində,
Dolandıqca yad torpağm sinəsində
Arıqladı o günbəgün.
Xiffətini çəkirdi at Şahbulağın,
Cıdır düzün.
Ürəyində
Sarı dağdan enən daşın
səsi dindi,

__________________Milli Kitabxana_________________
111
Gözlərində Daşaltının ağ sulan gilələndi.
O dözmədi,
yox, dözmədi,
Bu xiffətdə çox hikmət var.
Yad iqlimə dözə bilməz
Öz-özünü tanıyanlar!
Avqust, 1976, Şəki.
KÜLƏK - OT
"Hökmdar küləyə, xalq ota bənzər.
Külək hardan əssə, ot başını o tərəfə əyər".
Konfusi
"Hakim - dəli bir küləyə,
Xalqsa - onun qabağında
Tir-tir əsən ota bənzər.
Hansı yandan külək əssə,
O tərəfə ot baş əyər".
Konfüsinin bu ehkamı
Əsrlərlə oldu bütün hakimlərin
ilk hakimi.
Dolandırdı öz başına
məmləkəti məhvər kimi.
Kəlama bax!
Yüz-yüz illər
Bir ölkənin bayrağında dalğalandı,
Külək əsdi səmum kimi,
Ağızlara daş tıxandı,
Beyinlərdə fikir dondu.
Ürək yandı.
Kəlam dönüb
Hakimlərin əllərində
məşəl oldu.

__________________Milli Kitabxana_________________
112
Ağızlarda məsəl oldu.
Gözəl, çirkin damğasıyla
damğalandı,
Çirkin dönüb gözəl oldu.
Yerin bağrı cadar-cadar,
Axmazlarda donub qaldı,
süzülmədi həqiqətin bir damcısı.
Yalan - dövlət maşınının sükançısı!
Kəlama bax!
Ehkama bax!
Haqsızlığı
Yüz-yüz illər sığışmadı
Yerə, göyə.
Nə deyəsən
Bu sözdəki dırnaq içi
"böyüklüyə",
"müdrikliyə"?
Külək əsdi
Gah imandan, gah gümandan,
Gah o yandan, gah bu yandan
Otlar əydi başlarını
Öz içindən yana-yana.
Gah o yana, gah bu yana
Külək əsdi...
Ot əyildi...
Külək əsdi,
elə bildi,
Qüdrətinə bir səcdədir bu əyilmə.
Zalım külək,
Zülmə olan əyilməni səcdə bilmə!
Qorxudandır
Bu titrəmə,
bu əyilmə!
Özgəsini qorxu ilə qorxudanın
özü qorxur.
İnanmırsan?
Aç qəlbini sən ondan sor!

__________________Milli Kitabxana_________________
113
Bu qorxunun qabağında
Sən özün də
Qorxuzduğun ot kimisən.
Sən qorxuyla qorunmazdın
Bu qorxunun dəhşətini
Bilməsəydin ot kimi sən.
Ancaq bunu bilməlisən.
Məhəbbətə hörmət olar,
Qorxuyasa nifrət olar.
Nifrət sızar damcı-damcı
Nəhayətdə dağ dağılar,
Daş - oyular.
Zalım külək,
Unutma ki, geci-tezi suya dönür
Nərildəyən,
Guruldayan
Şimşək olub çaxan bulud.
Əgər sağdan əsirsənsə,
Sağa deyil,
Sol tərəfə əyilir ot,
Bu tərəfə əyilmənin sirri nədir?
Bu, hörmətə əyilmə yox,
Bu, yalana dal çevirmə,
Həqiqətə əyilmədir!
1976
SATQINLIQ
Səhl-Sumbat Xalq qəhrəmanı
Babəki düşmən əlinə verən.
Sata bildin
nəyi nəyə, kimi kimə?
Tək olsaydın,
heç adını tutmaz idim,
Mikrob kimi

__________________Milli Kitabxana_________________
114
ələnmisən tariximə.
Babəklərin sinəsilə yol açdığı
Zirvələrə çatmaq üçün,
Dərə keçdik,
Təpə aşdıq.
Bu yollarda
Neçə-neçə həmzələrlə,
Sumbatlarla qarşılaşdıq.
Satqınların hiyləsindən
Neçə kərə
Tarix endi zirvələrdən dərələrə.
Bu hiyləgər xəyanətlər
Tariximin neçə-neçə varağını
ləkələdi,
qaraladı.
Bir ölkəni yaraladı,
Neçə yerə paraladı.
Mənə açıq düşmən deyən bir düşmənin
İçi də bir, çölü də bir.
İçindəki nifrətini
Üzündə də o, gizlətmir.
Niyə qorxum bu düşməndən?
Bu meydanda ya o, ya mən!
O düşməndən qorxuram ki,
İçindəki zülmətini,
Qəzəbini, nifrətini
Üzündəki gülüş ilə
örtə bilə!
Səhl-Sumbat!
Yollarıma diyirlədin
Xəyanətin ilk daşını.
Üzündəki gülüş ilə
Sən axıtdın
Bir ölkənin göz yaşını.
Bu gülüşlə
Xəyanətin zəhərinə
bal qatmısan

__________________Milli Kitabxana_________________
115
Bu gülüşlə
anamızı ağlatmısan.
Sən həmişə yanımızca hərlənirsən,
Sağımızda Səhl-Sumbat,
Solumuzda Səhl-Sumbat.
Can atırıq zirvələrə -
Yolumuzda Səhl-Sumbat.
O Sumbatdan törəyənin
Soyu-Sumbat.
Huyu-Sumbat.
Dili-mənim,
Əli-qənim.
Qazır mənə quyu Sumbat!
Gah quzeydən, gah güneydən
Baş qaldıran yel kimisən.
Namərdliyin yol yoldaşı,
Kişiliyin qənimisən.
Yüz qızıla, bir "sağ ol"a
Sata bildin kişiləri,
Özün söylə,
Aldıqların satdığına
dəyərdimi?
Aldığına
arzuların göyərdimi?
Qızıl getdi, "sağ ol" itdi,
Özün öldün.
Xəyanətin
Tariximin kürəyində
Damğa kimi durur ancaq.
Gücünə bax,
Əsrimizə çatdı səsi.
Satılanın böyüklüyü,
Satqınlığın dərəcəsi!
Düşdü gələn əsrlərə
Xəyanətin boz kölgəsi.
Neçə-neçə Səhl-Sumbat

__________________Milli Kitabxana_________________
116
baş qaldırdı o kölgədən,
Səsi gəldi o ölkədən, bu ölkədən.
Səhl-Sumbat,
Dünən maskan gülüş idi,
Bu gün nədir?
Gəliri də, çıxarı da,
Mayası da,
Maskası da
bilməcədir,
bilməcədir!
Səni çox da qınamıram
Satqınlığı vaxtın özü
hünər saydı.
Məgər satan olardımı
Əgər alan olmasaydı?!
Avqust, 1979
BƏLİ ƏSƏBİYƏM
Mənə "əsəbisən" deyən - düz deyir.
Mənim nöqsanımı demək istəyir.
Söz atdın...
Könlümdə qopdu zəlzələ,
Bilmədim, nə zaman çıxdım özümdən.
Toxundun könlümə
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.
Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm,
çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.

__________________Milli Kitabxana_________________
117
Mənə biganədir soyuqqanlılıq,
Hər şeyə öz ölçüm, öz tərəzim var.
Sənin qərəzinin mənə dəxli yox,
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən –
Fikirsiz, məsləksiz ölü canlara? Bəli, əsəbiyəm,
heç çəkinmədən
Mənim əqidəmə toxunanlara.
Dünyaya gəlmişəm, qanam.
Anladım,
Ürəyim od tutub yanar.
Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasm baxışım mənim?
Nöqsanım budursa əgər...
deməli,
Ancaq naxışımdır yanlışım mənim.
İyul, 1979
NARAHAT OLANDA...
Zamanın dolanbac pillələrindən
Keçmək istəyirəm, keçə bilmirəm.
Narahat çırpınan dünyamızda mən,
Necə rahat olum, necə, bilmirəm?
Dinclik, rahatlıqdır mənim düşmənim.
Buludlar üstünə, ey könlüm, şığı!
Alır dincliyimi əlimdən mənim
Könül sakitliyi, can rahatlığı!

__________________Milli Kitabxana_________________
118
Rahatsa nə yanır, nə qanır ürək
Necə başa vurum bilmirəm, günü...
Elə bil, sinəmdə dayanır ürək,
Axı, eşitmirəm döyüntüsünü.
Narahat olanda çıxıb özündən
Qəlbim qulağımda top kimi gurlar.
Onda bilirəm ki, yaşayıram mən,
Onda bilirəm ki, ürəyim də var.
Tufansız ürəklər durğun göl kimi,
Suyu təzələnməz, Dibi lillənər.
Narahat ürəklər daşqm sel kimi,
Hər daşın üstündə bir cür dillənər.
İçindən oyulub qəlbim döyünsün,
Yarışa çağırsın daşqm selləri.
Təzə bir mahnıyla sel kimi hər gün
Oyatmaq istərəm yatmış çölləri.
Dibi görünməyən ümman göstərin
Baş vurum,
Kəşf edim dərinliyini.
Mənə əzab verin, iztirab verin,
Dadım səadətin şirinliyini!
İyul, 1979, Şəki
YAMAN SIXIR GECƏ MƏNİ...
İllər qədər uzun çəkdi
Bu intizar gecəm mənim.
Ümidimin gözlərini
Şübhələrlə sürmələdi bu qəm mənim.
Bu gecənin bir ömrünə həsrətimdən

__________________Milli Kitabxana_________________
119
Neçə-neçə ömür qatdım.
Bir diləkdən min diləyə körpü atdım.
Ax bu gecə sübhə qədər
Nələr, nələr -
Ola bilər?
Bir diləyim günəş kimi
Pəncərəmdə gülə bilər.
İtkin düşən tək qardaşım gələ bilər.
Qəfil bomba bir şəhəri
Yer üzündən silə bilər.
O bombanm bir neçəsi atılarsa,
Yer kürəsi başdan-başa ölə bilər.
Hər şey, hər şey ola bilər,
Mıxı mismar eləyən var.
Geyinmişəm mən gecəni,
Yaman sıxır gecə məni.
Darıxıram... Hara qovum
bu həsrəti, kədəri mən?
İntizarın bir günündə qocalmışam
İki göz də borc almışam
Gözləyirəm səhəri mən.
Mənim üçün
Səhər yolda qala bilər.
Bu andaca gələ bilər,
Doğulmamış ölə bilər.
Hər şey, hər şey ola bilər.
Mıxı mismar eləyən var.
Hardan gəlib hara getdim,
Heç bilmədim bu nə yoldu.
Bir gecənin intizan
Bir ömürdən uzun oldu.
Bu intizar, bu həsrətmiş
Bəlkə, mənim -
Öz taleyim,
Öz qədərim.

__________________Milli Kitabxana_________________
120
"Açıl" - dedim, açılmadı al səhərim.
Ümid güldü pəncərədə
Gün yerinə,
Dan yerinə.
Ürəyimdən işıq düşdü
Ümidimin gözlərinə.
Dedim: - Vaxtın axarında
Gecə, gündüz silsilədi.
Bu gecələr Lap nə qədər Uzun olsa
Səhərlərə hamilədi.
Mıxı mismar eləyən var...
Oktyabr, 1979
EKRAN QARALANDA...
- Qurtardı bugünkü verilişlərimiz
Dinləyin sabahın proqramını. ...
Hələ ki, bu günüm bitməyib...
Nə tez
Sabaha keçirsən?
İnsafın hanı?
Sabaha caladın nə tez bu günü?
Ölməmiş sən ona kəfən biçirsən.
Tamam yaşamamış günün ömrünü
İndidən sabaha niyə keçirsən?
Yatmaq istəmirəm... Keçmə sabaha!
Gecənin ömrünü uzadaq bu cür.
Gənclik müftə imiş, qocalıq baha,
Fələkdən gün çalaq, ömürdən ömür.

__________________Milli Kitabxana_________________
121
Yatmaq istəmirəm... bitməyən günün
Başına dolanım, qoy dönüm hələ.
Səninçün bitibsə, amma mənimçün
Bitməyib, yaşayır bu günüm hələ.
Ekran qaralanda qurtarır günüm,
Uşaqlar yatmağa gedir birbəbir.
Ekrandan çəkilmə, başına dönüm,
Təklikdən canıma üşütmə gəlir.
Zamanı borc alaq biz gecələrdən
Duyub yaşamamaq zülüm deyilmi?
Yatmaq?
Nə görmüsən bu yatmaqda sən?
Yatmaq da bir cürə ölüm deyilmi?
Söykənsin söz sözə, baxsın göz gözə
Gecəni uzadaq, vaxt unudulsun.
Qarışsın dağ düzə, gecə gündüzə,
Müddətli ömrümüz müddətsiz olsun.
Yatmaq istəmirəm... hər anım əziz...
Gecədən kamımca doymadım hələ.
Hər gecə yatanda dəfh edirik biz
Ömrün bir gününü öz əlimizlə.
Ekran qaraldımı - könül diksindi
Gecəni bəs necə başa vurum mən?
Səsinə səs gəzən qəlbimə indi
Təkliyi nə ilə unutdurum mən?
Ekran qaralanda, ey yalqız ürək,
Özümə yeganə dost saydım səni.
Ekran qaralanda -
Sən ey mənim tək
Yatmaq istəməyən, tapaydım səni.
Yanvar, 1979

__________________Milli Kitabxana_________________
122
QEYRƏTMİ, AĞILMI?
Hanı dəlilərin, a nənəm Nigar,
Namərdlər doğuldu bu zəmanədə.
Dədəsi kor olan qoç koroğlular
Özləri kor oldu bu zəmanədə.
Alı dədəmizin gözü kor oldu,
Çağdaş gədələrin özü kor oldu.
Törədi Koroğlu dəlilərindən
Savadlı, bilikli "ağıllılar" hey.
Bu ağıl hünərə deyil, bəs nədən
Kölə ehtiyata səcdə qılar hey?
Vaxtın havasına baş əyən ağıl
Hava bürosudur, o, ağıl deyil.
Sabahı bu gündən bəlləyən ağıl
Bilikdir, arzuya, eşqə yol deyil.
Onlara özgəsi hamıdan yaxın,
Onların özləri özünə özgə.
Bəli, hər şeyi var "ağıllıların",
Mərdlikdən savayı, qeyrətdən özgə.
Elə hey deyirsən: - "Fərasətimiz
Çatışmır, ağıllı olmalıyıq biz".
Sən ağıl deyəndə nəyi deyirsən?
Məni əyən ağlı istəmirəm mən.
Həmişə danışdıq yerli-yataqlı,
Niyə azalmadı bir dərya dərdim?
Bizi ehtiyata çağıran ağlı
Bir çimdik qeyrətə dəyişdirərdim.
Qeyrət azadlıqdır, bu amal üçün
Qeyrət addımlayır Yer kürəsini.
Qeyrətdir dəyişib yaradan bu gün,
Dünyanın siyasi xəritəsini.

__________________Milli Kitabxana_________________
123
Qoy ağıl, qeyrətin getsin dalınca,
Qoy yedək olmasın ağıla qeyrət.
Ağlımız qeyrətdən geri qalınca
Dönür əfsanəyə, nağıla qeyrət.
El deyib: "Ağıllı fikirləşincə,
Dəli vurub keçdi çayı bir anda".
De görək, neylədi ağıllı Həmzə
Dəlilər "huy" - deyib cəbhə yaranda?
Dəlilik istərəm, ağıllı başdan
Qar yağar, soyuqdur onun tədbiri.
Dəlibaş atəşdir, o keçər daşdan,
Şumlar daş dözümü, əridər səbri.
"Ağıl", "ağıl" - deyən boş nağılların
Dalında həmişə qorxu gizlənər.
Dünyada açılan bütün yolların
Əvvəli qeyrətdir, axın zəfər.
Bizə qeyrət gərək, bizə od gərək,
Ölümə getməyə istedad gərək.
Sentyabr, 1985
HƏM OĞUL, HƏM ATA
Hamı adilikdən qalxıb ucalmaq,
Hamı bu millətə ağsaqqal olmaq,
Hamı bu ölkəyə gətirmək deyil,
Hamı istəyini almaq istəyir.
Fərmanı yerinə yetirmək deyil,
Ölkəyə fərmanlar vermək istəyir.
"Məndən ağıllısı tapılmaz" - deyir.
Masa hərisləri nə yaman çoxdur,
Hanı bu Vətəni düşünən ürək?

__________________Milli Kitabxana_________________
124
Millətin adından danışan çoxdur,
Millətin dərdinə alışan gərək.
Görünmür bu yolda nə əvvəl, nə son.
Gün kimi bəllidir: yeddi milyonun
Dərdini köksündə yaşatmayan kəs
Bu boyda millətə baş ola bilməz.
Özümüz yanırıq öz dərdimizə,
Dünyanın qulağı kar olmuş bizə.
Bizim haqqımızı boğur siyasət,
Haqqı sübut edən şahidimiz yox.
Sıfıra dönübdür başsız bu millət,
Sıfırlar önündə vahidimiz yox!
Kimisə yendirən, kimisə yenən,
Ürəyi piylənən, beyni piylənən,
Vicdanı piylənən yekəqarınlar
Dərdini nə bilsin bu ac millətin,
Adicə insafa möhtac millətin.
Xalq üçün yananlar qapı dalında,
Xalqı talayanlar cah-cəlalında.
Halımız, günümüz çətin, çox çətin!
Nəyi gözləyirik? Bütün millətin
Ürəyi nəbzində döyünən kəsi,
Özüylə, dostuyla, tayfasıyla yox,
Böyük millətiylə öyünən kəsi
Tanıyan var isə göstərsin bizə,
Gəlsin rəhbər olsuri millətimizə.
Millət Qarabağda qırılan zaman
Oğlunun toyunda çalıb-oynayan
Adamdan millətə baş ola bilməz,
Bu xalqın özündən ağır yükünü
Çəkən arabaya qoşula bilməz.
Xalqın yanğısına alovlanmayan,
Cəbhədə can verən şəhid əsgəri

__________________Milli Kitabxana_________________
125
Özünə doğmaca övlad sanmayan
Necə ola bilər xalqın rəhbəri?
Bu Vətən mənimdir, bu Vətən sənin
Səngərdə əsgərə dəyən güllənin
Ağrısı qəlbində göynəməyən kəs
Bu boyda millətə baş ola bilməz.
Millətçün yananı göstərin mənə,
İnanım mən onun böyüklüyünə.
Elə bil ilişib zaman zamanda
Nə ilə bitəcək bu dərdin sonu?
Şuşada, Şellidə, Kərkicahanda
Atılan topların gurultusunu
Bakıda evində eşitməyən kəs
Vallah, bu millətə baş ola bilməz.
* * *
Yel əsdi, tərpəndi, dindi məmləkət,
Kompassız gəmidir indi məmləkət,
Hara getdiyini özü də bilmir.
Lövbər ilişmişdi, zaman açsa da,
Bir addım irəli o gedə bilmir.
Sükançı göstərin indi siz mənə,
Gəlsin, dalğaları o, yara bilsin,
Verib sinəsini ləpədöyənə
Gəmini irəli apara bilsin.
Bir oğul göstərin indi siz mənə
Millətə həm ata, həm oğul olsun.
Çox gördük xalqını qul edənləri,
Eləsi gəlsin ki, xalqa qul olsun.
Elə bir namizəd göstərin mənə
Dolanım başına, dönüm gözünə.
Aprel, 1992

__________________Milli Kitabxana_________________
126
ƏGƏR QORUNMAZSA
İSTİQLALIMIZ
Qəribə zamanda yaşadıq, oğul,
Bilmədik maskayla üzün fərqini.
Vallah, seçilmədi hiylədən ağıl,
Bilmədik əyriylə düzün fərqini.
Yaşadıq birtəhər, yazdıq birtəhər,
Zaman bizim üçün müstəbid oldu.
Dil - açar olmadı,
ağla gələnlər
Dildə kilidləndi, dil - kilid oldu.
Ağlın dediyini demədi dillər,
Bizi bağışlasın gələn nəsillər.
İzlədi hamını qorxu, təhlükə
Haqqın, ədalətin öldü anası.
Oldu başdan-başa o boyda ölkə
Məhkum millətlərin həbsxanası.
"Bərabər olmalı - dedilər - hamı",
Yasa döndərdilər toyu, bayramı.
Bərabər tutuldu od-alov suya –
Yaxşılar yamana, oğru doğruya.
Hər şey alt-üst oldu, qarışdı aləm,
Bağının barını el dərəmmədi.
Varlını yoxsula döndərən qələm
Yoxsulu varlıya döndərəmmədi.
Hər şey öz əksiylə yerbəyer oldu,
Hamı yoxsulluqda bərabər oldu.
Tapdandı əzmimiz, şəxsiyyətimiz,
Mənlik sürgün oldu, yad oldu bizə.
Nə simamız qaldı, nə sifətimiz,
Hamımız bənzədik bir-birimizə.

__________________Milli Kitabxana_________________
127
Yalan zumasına oynadı ölkə,
Yalan əqidəyə, mərama döndü.
Sinəmiz altmda ürək yerinə
Yalan dilə gəldi, yalan döyündü.
Hələ torpağa da yalan əkdilər,
Yalan əkilmişdi, yalan dərildi.
Dünyaya dəmirdən pərdə çəkdilər
Millət əsarəti səadət bildi.
Qaranın üzündə bəzən ağ ləkə!
Vaxtın ələyində hər şey ələndi.
Qəribə aləmdir, qalib bir ölkə
*
Məğlub etdiyinə əl açır indi.
Azadlıq, səadət haqqımdır mənim,
Allah çox görməsin bu haqqı bizə.
İstiqlal yolunda qurbanlar verib
Axır yetişmişik istəyimizə.
İplər qırılsa da, bilmirəm hələ
İpin ucundakı o qarmaq nədir.
Uzaqdan qurulur bizə min tələ,
Şeytanın barmağı evimizdədir.
Ey xırda millətlər, ayıq olun siz
Hələ çalxalanır bulanıq dəniz.
Verdiyi vədini tez unudan var,
Bulanıq sularda balıq tutan var.
Girib qılığına, alıb könlünü
Saçı sığallayıb başı vuran var,
Atı torbasıyla vuruşduran var.
Xırda millətləri "ayır, buyurla"
Bir-birinin üstə salışdıran var.
Odlu nöqtələrdə səngiyən odu
Püfləyib təzədən alışdıran var.
*
Rusiyanın Almaniyadan yardım ummasına işarədir

__________________Milli Kitabxana_________________
128
Çıxsa da əlindən xalqlar, ölkələr
Ölməyib o iblis, o Şeytan hələ.
Hələ ümid verir ona bəlkələr,
Düşməyib amirlik taxtından hələ.
Üç yüz il dünyaya qan udduran taxt
Çürüyüb, sahibi inana bilmir.
Ondan üz döndərib bu dövran, bu vaxt
Bu böyük gerçəyi o qana bilmir.
Həqiqət, ədalət məhkəməsinə
Qol çəkir, qolundan utana bilmir.
Tərgitmək istəmir köhnə vərdişi,
Anlaya bilmir ki, qırılıb dişi.
Kiçik balıqları üyüdə bilməz,
Daha köhnə yolla o, gedə bilməz,
Yoğrulub İblisin mayası kindən,
İblis ləzzət alır öz pisliyindən.
Ölüm anında da əl çəkən deyil,
O öz vərdişindən - iblisliyindən.
İndi ki, belədir...
Nə deyim artıq?!
Budur durumumuz, budur halımız;
Bizi məhv eləyər arxaymçılıq,
Əgər qorunmazsa istiqlalımız!
İyul, 1992, Şəki
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə