Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə7/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

TƏZƏDƏN YARATSIN YARADAN BİZİ
Yalan mamırlanıb ürəyimizdə
Haram maya tutub çörəyimizdə.
Yalana inandıq, doğrunu dandıq,
Yalandan nə bezdik, nə də utandıq.
Həqiqət qovuldu həyatımızdan,
Yalan bazannda satıldı vicdan.
Xəyanət gözüylə baxdıq hər şeyə,
Təpədən dırnağa döndük hiyləyə.

__________________Milli Kitabxana_________________
129
Hiylə zəhərindən o qədər içdik,
İndi yalan axır damarımızdan.
Sirat körpüsündən kələklə keçdik,
Dönmək istəmədik öz karımızdan.
Zamanm şər ilə söz birliyindən,
Haqqın zor əlində əsirliyindən
Qəlbimiz o qədər yaralanıb ki,
Hiylələr o qədər haqqı danıb ki,
Kələyi ağıldan seçə bilmirik,
Gerçəyi nağıldan seçə bilmirik.
O qədər əyriylə çulğalaşmışıq,
O qədər dolaşıq yollar aşmışıq
İndi hamar yoldan keçə bilmirik.
Tamam unudulub əcdaddan gələn
Gözəl xislətimiz, təbiətimiz,
Bu gün özümüzə yad olmuşuq biz.
Kiminsə dərdinə alışıb yanmaq,
Kiməsə əl tutmaq ar gəlir bizə.
Kimisə aldatmaq, nəyisə danmaq
Elə bil çevrilib xislətimizə.
Gözümüz önündə haqq ölən zaman
Fəryad qopardıqmı?
Yox, susan olduq!
Biz ömür qazanıb susmağımızdan
Amma insanlığı uduzan olduq.
Bu gün üzümüzə qabarır zaman,
Biz necə keçmişi bu gündən danaq?
Biz indi dünənin çirkablarmdan
Necə təmizlənək, necə paklanaq?
Fikrimiz o qədər hədələnib ki,
Ruhumuz o qədər zədələnib ki,
Anlaya bilmirik astar nə, üz nə
İndi baxammırıq düzün gözünə.

__________________Milli Kitabxana_________________
130
Yalan mamır tutub ürəyimizdə
Bu qalın mamırdan arınmaq çətin!
Günün damğası var kürəyimizdə,
Damğa bizimlədir çox illər, yəqin.
Könlümü gəmirən fikirlərimi
Dünən öldürmüşəm bir cəllad kimi.
Mən kiməm?
Ağlımın kəsilən dili!
Mən fikir qatili, əməl qatili!
Bu gün ədalətli bir insan kimi
O qatil ömrümü ömür sayımmı?
Özümün özümə xəyanətimi
Bu gün mən özümə bağışlayımmı?
Tərsinə yaşadıq bir qanş ömrü
Hələ sağım solda, solum sağdadır.
Dünənki günlərin köləlik möhrü
Hələ ruhumuzda yaşamaqdadır.
Necə təmizləyək dünən kirlənən
Bu gün saflıq uman ürəyimizi?
Haqqa çətin gələr haqqından dönən,
Təzədən yaratsın yaradan bizi!
Avqust, 1992, Şəki
ÜMİDƏ HEYKƏL QOYUN
Ürək yaşar həmişə
Ümidiylə qol-boyun.
Ümid yaşadar bizi,
Ümidə heykəl qoyun.
Ümid necə xoşqılıq,
Ümid necə işvəkar.
O - bütün qıfıllara
Düşən sirli bir açar.

__________________Milli Kitabxana_________________
131
Tək olsam, həmsöhbətim,
Cüt olsam, həmkarımdır.
Ac olsam, o - çörəyim,
Lüt olsam, paltarımdır.
Ümiddir dərdimizin
Sinəsini dağlayan.
Ümiddir bu günümü
Sabahıma bağlayan.
Bizim min-min arzumuz
Hər vaxt bizdən öndədir.
Puç olan dilək belə
Ümid yedəyindədir.
Ümid bizdən çox yaşar,
O, nə əvvəl, nə sondur.
Ümidin ömrü, vallah,
Ömrümüzdən uzundur.
Ümidlə bir olanda
Həyat bizə bal dadır.
O, aldadıb yaşadır,
O, yaşadıb aldadır.
Heykəl qoyun ümidə
Tərk etməz bir an bizi.
Arzuya qanad verib
Odur yaşadan bizi.
Qana-qana aldanaq,
Budur həyat, budur haqq!
Yaşaya bilərikmi
Əgər biz aldanmasaq?
Avqust, 1992.

__________________Milli Kitabxana_________________
132
VƏTƏN MARŞI
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: "Yönü bayraqdakı üç rəngdən alım"
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi - qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
"Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?"
1992
SÖZ ALAĞI
Çəkdiyimiz bu dərdlər, müsibətlər, bəlalar
Qədərin qəzasımı?
Günahkar bəndələrə Allahın cəzasımı?
Özümüz də bilmirik nədən nə istəyirik
"Əgər belə olarsa, elə olar" - deyirik.
Ədalətin saplağı asılır bir "əgərdən".
Sözlər düşüb kəsərdən, sözlər düşüb dəyərdən.

__________________Milli Kitabxana_________________
133
Sözdən bina tikirik, daşı yox, kərpici yox,
Prezident fərman verir, icrası yox, gücü yox.
Boş-boş əmrlər ilə qaralanır kağızlar,
Qatıq kəsmir ağızlar.
Şəhdli-şirəli sözlər maça kimi sürtülüb,
Hara gəldi dürtülüb.
Söz itirib rəngini, çəkisini, tamını –
Öz ilkin anlamını. Sifəti də bozlaşıb
Yaman həyasızlaşıb. Sözlər elə dəyişib
Dünən ağ bildiyimiz
Bir gün sonra ağ olmur,
Elə üz göstərir ki, onu tanımaq olmur.
Söz qiymətdən düşəli yaman artıb sellənib
Sellənməyi bir yana, daş kəsəklə lillənib.
Kürsülərdə, efırdə, zəhərləyib havanı
İndi meydan sulayır neçə söz pəhləvanı.
Qanadlı nitqləri basıb sözün alağı
Hünərin var seç görüm kəhər atdan ulağı.
Əlindən iş gəlməyən
Söz ilə basıb-kəsən quru bəyə bənzərik.
Oxuduğu sözlərin mənasını bilməyən
Müğənniyə bənzərik.
Fələyin çarxı döndü,
Başqa donda göründü.
Heç olmasa bir anlıq boylanmadıq çarxa da
Bizim arxamızdakı bizi qoydu arxada.
Qabağa tələsmədik.
Qalxan kimi qorunduq, qılınc kimi kəsmədik
Bilmədik, haqq yolundan biz nə zaman sapındıq.
Tapınmadıq məsləkə, nəfsimizə tapındıq.
Bir yerdə ki, əməllər sözün yedəyindədir,
O ölkədə bilinməz yaxşı nədir, pis nədir.
Bir yerdə ki, susdurur, aqili yelbeyinlər
Bir yerdə ki, körpələr, türfə qızlar, gəlinlər
Düşmənin pəncəsində bu gün dustaq olubsa,

__________________Milli Kitabxana_________________
134
Dədəmizin torpağı dədəmizin quluna
Əgər oylaq olubsa,
Vay bizim halımıza –
Ölən amalımıza!
Bir yerdə ki, gah Əli, gah Vəli alqışlanır
Düşmənə tuşlanası od ağızlı silahlar
Öz xalqma tuşlanır.
Bir yerdə ki, namus, ar inzivaya çəkilir,
Bir yerdə ki, qaçqının payına göz dikilir,
Bir yerdə ki, ürfanın cəhalətdən fərqi yox,
Bir yerdə ki, yalanın həqiqətdən fərqi yox,
Bir yerdə ki, rüşvətdir ədalətin təməli,
Bir yerdə ki, şəhidlə fərarinin əməli
Bir-birinə qarışmış,
Bir yerdə ki, yasla toy, xeyirlə şər barışmış,
Bir yerdə ki, kiməsə
xəlvəti him-cim etmək,
Halalca torpağını düşmənə təslim etmək
Adicə bir işdisə,
Ölüm adiləşibsə,
Matəm adiləşibsə,
Dərd, qəm adiləşibsə,
Bir yerdə ki, millətin haqqı hərrac malıdır
O ölkədə Vətən də, el də satılmalıdır.
Çörək bahalaşanda, qeyrət ucuzlaşarmış,
İnsan ürəyilə yox, mədəsiylə yaşarmış.
Ət-qızıl qiymətinə, vicdan su qiymətinə,
Yalan od qiymətinə, iman su qiymətinə
Satılırsa, susmağı, gəlin, sayaq hünərdən,
Günəşi də gözləyək dünən batdığı yerdən.
İyun, 1993

__________________Milli Kitabxana_________________
135
OXUMA, BÜLBÜL
Bu bahar oxuma, bülbül, sən allah.
Zülmətdir,
Yoluna şam tutanın yox.
Şuşan ağlar qaldı, köçdü el-oba
Şirin cəhcəhinə dəm tutanın yox.
Sən Cıdır düzündə cəh-cəh vuranda
Qədir hay verərdi sənə bir anda.
İndi bu dağlardan didərgin olduq,
İndi bu dağların Qədirləri yox.
Elsiz dağ da susar, bulaq da dinməz,
Qədirsiz Şuşada qədrin bilinməz.
Bu bahar oxuma, bülbül, sən allah.
Daşaltı çayının kəsilib səsi,
Bizsiz o kükrəməz, o, coşa bilməz.
Vallah, inanmıram, bülbül nəğməsi,
Hayastan dilinə uyuşa bilməz.
Oxuma, oxuma, bülbül, sən allah.
Açma xanbülbül, açma, sən bu il,
Görürsən, bu bahar bizimçün deyil.
Axı, Əhmədlərin, Məhəmmədlərin
Qanıyla sulanmış çiçəklər bu il.
Ötdü günlərimiz ahlı, amanlı,
Sənin hikmətini o əliqanlı
Çöllərin gədəsi anlaya bilməz
O yerlər bizimçün darıxmırmı bəs?
Bizsiz Şuşamızda nələr baş verir?
Allah bizə ümid, ona aş verir.
Çiçək kimi zərif, su kimi şaqraq,
Muğam kimi kövrək, anam Qarabağ,
Nəğməli qəlbinlə söylə, sən bu gün
Cəllad tapdağına bəs necə dözdün?
Qoy bəhər verməsin bu il bu torpaq,
Düşmən məzarına o dönsün ancaq!

__________________Milli Kitabxana_________________
136
Bizim oylağımız o qəlbi dağlar,
Muğam pıçıldayan ayna bulaqlar,
Daşaltı çayının daş dələn səsi,
Şuşa qalasının "Ərim gəldi"si,
Dərin dərələrin daşğın selləri,
Natəvan şeirinin "qərənfilləri",
San qayadakı bülbül nəvası,
Nəvvabın, Xudunun yurdu - yuvası,
Nal tökən dağların dar keçidləri,
Şuşanm kaşıdan göy məscidləri,
Yarış meydanları, cıdır düzləri,
Ulu Pənah xanm ayaq izləri
Görən, bizim üçün darıxmırmı bəs?
Boz qarğa bülbülə tay ola bilməz.
Yaxşı ki, ayağı yoxdur onlann,
Onlar da bizimtək, yoxsa, qaçardı.
Onda bu gün kimi gələcəkdə də
Zülmə, haqsızlığa haqq əl açardı.
Bu ilki bahardan bizə nə?
Vallah,
Gəlsə də, bu bahar bizimçün deyil.
Oxuma, oxuma, bülbül, sən allah,
Açma, xarıbülbül, açma, sən bu il.
May, 1994
YURD YAD ƏLİNDƏ
Sabirin,  M.Cəlilin divanəsi,
hüquqşünas Ə.Yaşara
Hər gün neçə şəhid dəfn edirik biz,
Ağacı torpağa basdıran kimi.
Üzlərdə qəzəbdən nə kölgə, nə iz,
Dəfn mərasimi ötür an kimi.

__________________Milli Kitabxana_________________
137
Niyə bu mərasim sarsıtmır bizi?
Necə gəlib çatdıq bu "məqama" biz?
Bu ki, faciədir... faciəmizi
Niyə çevirmirik intiqama biz?
Qəzəb zirvəsindən endik biz bu gün,
Yoxuşlar çevrilib enişə döndü.
Şəhid dəfn eləmək, yoxsa, bizimçün
Adicə qaydaya, vərdişə döndü?
Məzarm başında qanadlı sözlər,
Qanadlı cümlələr baş alıb gedir.
İntiqam hissimiz varsa bir qədər,
O da bu sözlərlə boşalıb gedir:
"Ədalət bizdədir... bizimdir zəfər,
Daim güvənmişik biz həqiqətə.
Vətənin yolunda ölən şəhidlər
Ölmür, qovuşurlar əbədiyyətə".
Çox gözəl sözlərdir, hikmətli, kövrək
Amma çox uyuruq sözə, "hikmətə".
Yoxmu mərasimdə bəs bu şəhid tək
Qovuşmaq istəyən əbədiyyətə?
Buyursun, bir nəfər irəli gəlsin.
Bu şəhid oğlana varmı bir əvəz?
Onun qatilinə hanı qəzəb, kin?
Onun qisasını kim alacaq bəs?
Verib Qarabağı Bakıya qaçdıq,
Bakıda "Qarabağ" kafesi açdıq.
Verib Qarabağı oxuduruq biz,
Toylarda "Qarabağ şikəstəsi"ni.
Heç demə, bizim də kişiliyimiz
Toylarda cırmaqmış minlik dəstini.
Çaldı, Qarabağı çaldı düşmənim
Bəs o şikəstəni oxuyan kimdir?
Düşmən əlindəykən Qarabağ,
mənim

__________________Milli Kitabxana_________________
138
Şikəstə deməyim şikəstliyimdir.
Biz bunu bacardıq, biz bunu yalnız,
Bizə qənim olmuş öz tamahımız.
Düşmənə yönəlmir qəzəb də, kin də,
Dərs ala bilmədik əcdadımızdan.
Özümüz bu kökdə, yurd yad əlində,
Haray Çələbi xan, haray Pənah xan!
Aprel, 1994
UTANIRAM
Şəhidlərin, qaçqınların
Üstümüzdə min ahı var.
Çatdığımız bu nöqtədə
Hamımızın günahı var.
Düşmənimiz arxalandı
Silahına, öz gücünə.
Zora təslim olan torpaq
Qaytarılmaz söz gücünə.
Əldən getdi yurd-yuvamız,
Necə dözdük bu dərdə biz?
Qaytarmaqçın haqqımızı
Əl açmayaq namərdə biz.
Düzü budur: Bu dünyada
Gücün varsa, sözün haqdır.
Gücün yoxsa, son əlacın
Xəcalətdir, utanmaqdır.
Bir zamanlar neçə-neçə döyüşlərdən
Qalib çıxan qalalara baxdıqca mən
Keçmişimlə indim durur yan-yanaşı.
Keçmişimdən bu günümə

__________________Milli Kitabxana_________________
139
Yağır indi töhmət daşı.
Alışıram için-için,
Sual qopur ürəyimdən: Neçin, neçin?
Babaların ucaltdığı
Bizim qalib qalalardan utanıram.
Çadırlarda
Donan körpə balalardan utanıram.
Bu torpağı qorumağı
Özümüzə borc bilmədik.
Vətən getdi,
Vətəndaşlıq zirvəsinə yüksəlmədik,
utanıram.
Vətən getdi, şeir yazdıq:
"Sən mənimsən, ana Vətən".
Vətən getdi, nitq dedik
Uca-uca kürsülərdən,
utanıram.
Vətən getdi, el talandı,
Didişirik biz hələ də.
Biz iqtidar uğrundakı döyüşlərdən
Usanmadıq bir gilə də,
utanıram.
Söz altında yatammırdıq,
Diz altında yatan olduq.
Dədələrin qazancını
Nəfsimizə satan olduq.
Yurdu satmaq hesabına
Arzumuza çatan olduq,
utanıram.
Səbrimizin dolub daşan kasasından,
Şəhidlərin alınmamış qisasından,
Onların qan bahasından,
Bu millətin qəhrəmanlıq dühasından
utanıram.

__________________Milli Kitabxana_________________
140
Biz hələ də çalxanırıq
Əsr keçdi, durulmadıq.
Kütləyik, bu çək-çevirdə
Ələnib millət olmadıq,
utanıram.
Qəbirlərin baş daşını oğurlayan,
Yaşamaqçın ölü soyan
Gədələrin özümüzdən olduğuna
utanıram.
Bu millətin acı-doğru, toxu-oğru.
Aclarına acıyıram,
Mən toxuna utanıram.
Ölün varsa, vay halına!
Arxa çevir düzlüyünə, amalına!
Bir qəbirlik yer almaqçın
Ətək-ətək Rüşvət gərək!
Haqq evinə gedəndən də haqq istəyən
Şərəfsizə nə deyim mən?
Ölüm-ucuz, həyat-baha,
İndi ölüm, yaşamaqdan min qat baha!
O da haqdır, bu da haqdır.
Mənim kimi binəvanın
Son əlacı utanmaqdır.
Yarəb, necə millətdi bu?
Başdan-başa zillətdi bu.
Öz-özünə qənimdi bu.
Hər nə isə mənimdi bu,
Əsrlik qan düşməninə
Deyə bilmir son sözünü,
Amma qırır öz-özünü,
utanıram.
Cırtdan boyda Çeçenistan
Dəvə boyda Rusiyaya dərs verəli

__________________Milli Kitabxana_________________
141
Onu şöhrət məqamından
endirəli
Mən özümü necə varsa,
Elə görüb utanıram.
İndi çeçen qeyrətindən
Dərs götürüb utanıram.
Bu ölkənin sərvətini
O satalı, bu satalı,
Vətən olub hərrac malı,
utanıram.
Çadırlarda el qırılır,
Toylardasa pul cırılır,
utanıram.
Özgəsinin qoltuğunda yuva qurmuş,
Özgəsinin fitvasıyla
Öz xalqına tələ qurmuş,
Özgəsinin əli üstdə
İqtidara can atan kəs
Bu millətə əsl oğul ola bilməz.
Bizimkidir o namərd də.
Buna dözmür, mən yanıram.
Satqına yox, satqınlığa utanıram.
Elə bildik, bu bəlalar
Allah yazan qədər imiş.
Bizim də Vətən sevgimiz
Utanmağa qədər imiş.
Bu torpağı qorumağı
Özümüzə borc bilmədik.
Vətən getdi,
Vətəndaşlıq zirvəsinə yüksəlmədik.
Heç olmasa bu gerçəyə biz inanaq.
Sonuncumuz qalanadək
Ya vuruşaq, ya utanaq!
Mart, 1995

__________________Milli Kitabxana_________________
142
ŞƏHİD ANASI
İçindən alışıb o, yana-yana
Müşgül diləyini gətirir dilə,
Məmurun önündə əyilir ana: -
Şəhid anasıyam, mənə rəhm elə!
"Şəhid anasıyam!" - zənn edir ana
Dərdin çarəsidir bu iki kəlmə.
Əslində, millətin bağrından keçən
Qılınc yarasıdır bu iki kəlmə. –
Şəhid anasıyam, eşidin məni...
O susdu, dayandı, gözləri doldu.
Könüllər dağlayan iki kəlməni
Bağlı qapılara açar bildi o.
O, hələ bilmir ki, açar bildiyi
Düşmür kilidlənmiş daş ürəklərə.
Bəsdir təsəlliyə könül verdiyi,
Döyür qapıları o, nahaq yerə. –
Şəhid anasıyam! - Naləyə bir bax!
Bu nalə bir qəlbi yumşaltmır ancaq.
Biz niyə həmişə özgəyanlıyıq
Amma özümüzə soyuqqanlıyıq?
Bu iki kəlmənin mətləbi nəydi?
Duymayıb, həm ona, həm sözə qıydıq. –
Şəhid anasıyam, - deməməliydi,
Biz onu gözündən oxumalıydıq.
-Şəhid anasıyam!
Onun fəryadı
Məlum həqiqəti kölgələndirir,
"Ana" dediyimiz o böyük adı
Analıq taxtından yerə endirir –
Biz niyə bu qədər soyuqqanlıyıq?
Şəhidi şəhidlik mərtəbəsindən
Endirir ananın giley-güzarı.

__________________Milli Kitabxana_________________
143
Bizdən kömək uman dərdli səsindən
Alışıb yanmazmı şəhid məzarı?
Ana qapılarda dilənir bu gün,
Oğul şəhid olmuş, yoxsa, bununçün?
İyul, 1996
ATATÜRK
Atatürkün atası! Adi cəfakeş bir ata,
Öz kiçik külfətinin cövrünü çəkmiş bir ata,
Bir böyük millətə ancaq ata əkmiş bir ata!
Atatürkün anası! Adi bir insan, bir ana.
Zaman ötdükcə nədən səcdə qılır hər kəs ona?
Bir böyük millətə bir gün ata doğmuş o ana.
Atatürkün sinəsi, yurdun almmaz qalası!
Atatürk millətinin həm atası, həm balası!
Nədir arzum, diləyim tanrıdan imanla bu gün?
Talanan, bağrına dağlar çəkilən xalqım üçün:
Yeni fikrin küləyindən qoca millət darana,
Bizi birləşdirəcək bir Atatürküm yarana!
1992-1998
MƏN TÜRKƏM
Sən bizi aldatdın illərdən bəri,
Mən çərxi-fələkdən dərs götürmüşəm.
Özgə anasından süd əmənləri,
Özgə qulluğunda duran görmüşəm.
Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı o köhnə nırxa.
Milləti yüz yerə caladın, yetər,
Yüz arxın suyunu qatma bir arxa.

__________________Milli Kitabxana_________________
144
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
"Türkəm" - gerçəyini pıçıldayacaq.
Noyabr, 1995
SUAL VARSA,
CAVAB VAR
Mən üzgüçü deyiləm, nə işim var dərində
Mən üzürəm dənizin ancaq dayaz yerində.
Dənizin dərinliyi vahiməylə doludur
Təkcə bunu bilirəm: Dərinlik qorxuludur.
Mən qorxuram könlümün içinə baş vurmağa,
Orda donub daşlaşan layları qaldırmağa.
Qaldırdınmı bir layı, lay üstündən lay gəlir,
Sükut layı pozulsa, dalınca haray gəlir.
Haray, dərinlikdəki min-min məchuldan haray!
Ana yoldan ayrılan cığırdan, yoldan haray!
Bir gülü dərmək üçün min əzaba dözürkən
Qarşında gül yerinə dikilən koldan haray!
Qorxuram xəyalımm məni hər gün aldadıb
Sərxoş edən meyindən.
Bir də.. .könül dəryamın dibsiz
dərinliyindən.
Nə deməkdir duyğumun bircə anın içində
Yanıb cilalanması?
Sabahkı faciənin bu gün hardansa sızıb
Ürəyimə damması?

__________________Milli Kitabxana_________________
145
Nə damdı, niyə damdı?
Niyə ağla dammadı, ancaq ürəyə damdı?
Biz dammanı bilirik damdırandan xəbərsiz.
Gah yanıb, gah sönürük, yandırandan xəbərsiz.
Daman ki, məlum idi.
Bəs, damdıran kim idi?
Niyə xəbərdar edir tale məni öncədən?
Xəbər taledən gəlir, yoxsa, mənə Tanrının
Verdiyi düşüncədən?
Yuxuda gördüyümüz gerçək olur ertəsi,
Bu günün olayları unudulur ertəsi.
Qırx il əvvəl olanlar elə bil bayaq olmuş.
Niyə uzaqlar yaxın, yaxınlar uzaq olmuş?
Nə deməkdir bu hallar -
Məni heyrətləndirən bu cavabsız suallar?
Heykəllərə döndərib hər duyğumu, hissimi
Mehrab kimi, büt kimi
Onların qarşısında mən donmaq istəyirəm,
Hər birinə əlimlə toxunmaq istəyirəm.
Eşitmək istəyirəm fəryadını, ahını,
Mən görmək istəyirəm bir duyğudan göyərən
Onun dörd cinahını.
Dünyanın bir sığalı, amma bol şilləsi var,
Ömrün üç pilləsi var:
Dünən-günah,
Bu gün - dərd,
Gələcəksə - ölümdür.
Üçü birgə - insanın öz-özünə verdiyi
İztirabdır, zülümdür.
Günah - köhnə günahdır, unuduruq amma biz.
Günahkardır cəddimiz.
O zamandan bulanıb hey axsa da çox sular,
Tanrının cənnətindən cəddimizi qovdular.
Hakim ola bilmirik nəfsimizə o gündən,

__________________Milli Kitabxana_________________
146
Xilas ola bilmirik şeytanın hiyləsindən.
Biz əl açıb dərgaha -
Təzə adlar veririk bu gün köhnə günaha...
Tann hər şeydən əvvəl torpağı yaratdı ki,
Yaratmaq istədiyi insan üçün yem olsun,
Təbiətdə bir ahəng, tarazlıq, nizam olsun.
Amma insan ölüncə
Bu dəfə də o özü torpaq üçün yem oldu.
Bu, ona təslim ikən,
O, buna təslim oldu.
Sən ey bu nizamdakı ilk qaydanı pozanım,
Sən ey vaxtın əlilə bizə tale yazanım,
Nə deməkdir, özün de,
Yemin dönüb yenidən yeminə yem olması?
Hakimin qul olması, qulun hakim olması?
Bircə günün içində min bir hala düşməyim -
Özgəsiylə dil tapıb, özümlə döyüşməyim
Nə deməkdir, ilahi?
Mən ki, aciz bəndənəm,
Bu duyğular elində
üzü qara,
dili lal,
Gözü kor şərməndənəm.
Mənə verdiyin ağıl niyə gəlmir karıma?
O, cavab tapa bilmir min-min suallarıma.
Özün de, mənim ağlım aciz isə bu qədər,
Hardan doğur bəs sənin sirrinə əl uzadan,
Bu cavabsız suallar?
Eyni gündə doğulur hər qıfıla bir açar,
Qıfıl varsa, açar var,
Sual varsa, cavab var.
Mart, 1996

__________________Milli Kitabxana_________________
147
BİR ÖMÜR YUXU
Bu gecə yuxuda gördüm, ölmüşəm
Nəfəsim təngiyib...
Amma bu aləm
Yüz illik, min illik vərdişindədir,
Hər kəs öz yolunda, öz işindədir.
Gəlir qulağıma qəhqəhə səsi,
Hardasa uzaqdan bir quş nəğməsi.
Odur, bax, mələyir çöldə bir quzu,
Axır bulaqdan da şırhaşırla su.
Heç nə dəyişməyib evdə yerini
Dolabda kitablar, güldanda çiçək.
Açıq pəncərənin pərdələrini
Gah-sağa, gah sola oynadır külək.
Gördüm, mənə baxır şəklim divardan,
Dedim, nağıl imiş arzu da, kam da.
Dedim, bir fərq varmı, görəsən, bu an
İndi o şəkillə mənim aramda?
Mən ölü, o cansız... kənar otaqdan
Gəldi nəvələrin şən-şatır səsi.
Gördüm, mənə baxır masam bucaqdan,
Neyləyim? Üstümdə ölüm kölgəsi...
Bir səs qulağıma gəlmişdi haqdan,
Ölümü görmüşdüm o vaxt elə bil.
Mənim ürəyimə dammışdı çoxdan:
Ən böyük qismətim ölümdür bu il.
Unutmaq istədim ölümü bir an
Gördüm, bacarmıram, əl hara çatır?
Mənim ölümümlə, gördüm, dünyadan
Heç nə əskilməyib, həmən dünyadır.

__________________Milli Kitabxana_________________
148
Yaman dəyişkəndir dünyanın rəngi
İnsanı ağladan bəzən ağlıdır.
Böyük səfehlikdir, düşünəsən ki,
Dünyanın varlığı sənə bağlıdır.
Qışqırdım, içimdə boğuldu səsim,
Səslərin içində yox oldu səsim.
Hamının dərdinə mən ortaq oldum,
Hamının dərdini saldım qəlbimə.
Bu gün mən ölmüşəm, mənim yoxluğum
Heç kəsin vecinə deyilmiş, demə.
Yalanmış bu dünya, dedim, ağ yalan!
Təzə bir şeirimi bitirəcəkdim.
Masamın üstündə yarımçıq qalan
Yazıma boylamb, qəfıl ah çəkdim.
Ayıldım yuxudan... dedim ki, çoxu
Nədənsə, öncədən ölümü duymuş.
Yox, yuxu deyilmiş gördüyüm yuxu,
Mənim yaşadığım ömür yuxuymuş.
Avqust, 1997
1   2   3   4   5   6   7   8   9   10   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə