Milli Kitabxana



Yüklə 9.66 Kb.
PDF просмотр
səhifə9/16
tarix08.12.2016
ölçüsü9.66 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

QORXU
Mənim sol əlimdə yanıq yeri var,
O, mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar,
Əlimi manqalda yandırmışam mən.
Mənə "cız!" - dedilər,
Ancaq qorxmadım.
Əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım,
Əlimi yandıran oddan başladı.
Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü.
Dünyaya gələli, bilmirəm nədən,
Nəyə vurulduqsa, yandırdı bizi...
Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu -
Başlandı ehtiyat -
Başlandı həyat...
İyul, 1966, Şəki

__________________Milli Kitabxana_________________
170
ANAM TƏZƏDƏN BÖYÜYÜR
Qızım Gülzara
Anam, öz adım qızıma verdi,
Anam, nəvəsini çox istəyərdi.
Körpə nəvəsini qoyub yerində
Anam arxayınca dünyadan getdi.
Qızımın qıyqacı nəzərlərində
Anamı görürəm, anamı indi.
Nəvə nənəsinə oxşayır eynən,
Böyüyür, ucalır ilbəil qızım.
Təzədən böyüyür, anam təzədən,
Anamın özüdür elə bil, qızım.
Həyat öz qəribə sirlərindən
Bizə əlvan-əlvan möcüz göstərir.
Qızımı adıyla çağırmıram mən
"Ay anam" deyirəm, o da hay verir.
O mənim anamdır, o mənim anam,
Ancaq bir fərqi var, bunu danmaram:
Bir vaxt anam mənə can-can deyərdi,
İndi mən anama can-can deyirəm.
Bir vaxt anam məni çox istəyərdi,
İndi mən "anamı" çox istəyirəm.
Sentyabr, 1966
NƏSƏ ÇATMIR
Gecə-gündüz, səhər-axşam,
Mən yazıram, oxuyuram.
Yazılarım kitab-kitab.
Nə olsun ki,

__________________Milli Kitabxana_________________
171
Ürəyimə çoxu yatmır,
Şeirimdə də nəsə çatmır,
Sözümdə də nəsə çatmır.
Könlümüzdən
Keçənlərin arxasınca biz qoşuruq,
Çalışırıq, vuruşuruq.
Səsə düşür məramımız,
Əməlsə bu səsə çatmır.
Düzü budur:
Sözümüzdə hər şey çatır,
Özümüzdə nəsə çatmır.
Gəmilərdə üzürük biz,
Maşınlarda gəzirik biz.
Hey gedirik,
Hey gəlirik.
Qışı böyük şəhərlərdə,
Yayı - dağda,
Kurortlarda dincəlirik,
Ancaq yenə biz bilirik:
Nəsə çatmır,
Nəsə çatmır...
Lap ayda da,
Lap gündə də nəsə çatmır,
Çatanların özündə də
nəsə çatmır.
Tək mənəmmi bunu duyan?
Yox-yox! Hamı gileylidir.
Bu, insanın öz həvəsi, öz meylidir.
Yaşayırıq, yaradırıq,
Öyrənməklə boy atırıq.
Dünya - cıdır, Həyat yarış...
Ucalırıq pillə-pillə,
Boy atınq qarış-qarış.

__________________Milli Kitabxana_________________
172
Biz həmişə ucalmırıq
Bir qalxanda,
Bir enirik...
Bu enişdən, bu qalxışdan
Yaşamağı öyrənirik.
Həyat özü - bir möcüzə,
Bu möcüzün qarşısında
Gah susuruq,
Gah dinirik.
Öləndə Deyirik ki, gör təbabət nə acizmiş.
Xəstəlik çox,
Dərman çatmır, dava çatmır...
Son nəfəsdə qışqırırıq:
Hava çatmır,
Hava çatmır.
Öyrənirik -
Demək daim qalxınq biz
Son zirvəyə çatmır ancaq əllərimiz.
İstəyimiz aşır-daşır,
Arzulara çata-çata
Arzu bizdən uzaqlaşır.
Şikayətə başlayırıq özgəsindən.
Ancaq heç vaxt
Biz şikayət eləmirik özümüzdən.
Bir arzuya çatan kimi
Arzu düşür gözümüzdən...
Gah alışır,
Gah sönürük
Çırpmırıq,
Düşünürük:
Nəsə çatmır,
Nəsə çatmır...
İdrakımın işığıyla
Zülmətləri çox yarmışam,
Ömrüm boyu axtarmışam,

__________________Milli Kitabxana_________________
173
Tapmamışam:
Nədir, axı, bu çatmayan!?
Hər bir sirri açan zaman
Açılan sirr,
Minbir sirrin
Varlığından xəbər verir.
Açıldıqca
Açılmayan azalmayır.
Aça-aça düyünləri bağlayırıq,
Biz günbəgün.
Çox vaxt elə bilirik ki,
Dadı-duzu qabaqdadır ömrümüzün.
Öyrənirik -
Günü-gündən
Ucalırıq, qalxırıq biz...
Son zirvəyə
Çata bilmir əllərimiz.
Qoy çatmasm!
Elə deyək: nəsə çatmır!
Axı, insan
Çatmayana çata-çata insan olmuş,
"Hər şey çatır" - deməkdənsə,
Ömrün başa çatması xoş!..
Noyabr, 1965
ANTENNA
Binaların damında
Antenna dirəkləri...
Dəmir,
Polad çubuqlar,
Bir dam üstə göyərib
Cahanı qucaqlayan
Nəhəng qanad çubuqlar.

__________________Milli Kitabxana_________________
174
Günün sözü çubuqlar
İdrakm təntənəsi,
Bəzəyi,
Süsü çubuqlar.
Şəhərlərdən-şəhərə
Səs körpüsü çubuqlar.
Qutularda yaşayan
İnsanın,
Gör-götür dünyasından
Hər an,
Hər gün bir təzə
Pay götürmək arzusu,
Hər şeyi bilmək,
duymaq,
görmək arzusu!..
Beyin qutularında
Çox darıxmış bu arzu.
Artıq
Bir neştər kimi
Binaların damını yarıb çıxmış
bu arzu!
Əsrin,
Günün
başında
Közərir taclar kimi.
Qışda yarpaqlarını
Tökən ağaclar kimi
Titrəyir,
Rüzgarındır
Onu belə titrədən?..
Xeyr!
İnanmıram mən!
Əsrin əsəbləridir
Onu belə titrədən!
Ax! bu dəmir ağaclar, -
Həndəsi üçbucaqlar
Dünyanın o başını

__________________Milli Kitabxana_________________
175
Çəkib evlərə bağlar...
Cərəyan telləritək
İnsan əsəblərinin
Hey gərilmək arzusu...
Hər şeyi gözlərilə
Görmək,
Qulaqlarıyla
eşitmək,
Əqliylə
bilmək arzusu!
Yarışıb gecə-gündüz
Dərin dənizlərlə biz.
Sıldırım dağlarla biz,
Dünyanın o başını
Eşidirik, görürük
Bu dəmir gözlərlə biz,
Polad qulaqlarla biz...
Ancaq...
yenə də ancaq
Bəs deyil bunlar bizə.
Könlümüzün min sözü,
Min sualı var bizə!
Bəzən duya bilmirik
Bizimlə illər boyu
Bir binada yaşayan
Eyni dərdi daşıyan
Qonşumuzun
Ürəyindən keçəni.
Burda kimi qınayaq?
Onu,
Məni,
Ya səni?..
Bizə elə gəlir ki,.
Ağlımız dərindədir,
Hissimizsə dayazda...
Bilməkdən bezmədikmi?

__________________Milli Kitabxana_________________
176
Gəlin duyaq bir az da...
Bal kimi röyalara
Uyaq, uyaq bir az da.
Qəlbimizin başma
Dəmirdən yox, amandır! -
Duyğumuzun telindən
Bir antenna qoyaq biz.
Uzaqları bilirik,
Yaxınları duyaq biz!
TƏƏSSÜF
İdman yarışı
Çörək yeyə-yeyə, nərd vura-vura,
Baxırıq hər axşam televizora.
Ekranda görürük: dəstəbədəstə
Adamlar qırılır...
Yenə ölüm, qan
Bombalar tökülür şəhərlər üstə,
Ölən də insandır, baxan da insan.
Analar, körpələr ağlaşır zar-zar,
Dərələr, təpələr bələnir qana.
Elə bil uzanan odlar, alovlar
Qəhqəhə çəkərək gülür insana.
Od-alov sürünür şəhərdə dil-dil,
Uçur uca evlər, balaca damlar.
Elə bil ekranda qırğına deyil,
İdman yarışına baxır adamlar.
Çörək yeyə-yeyə, nərd vura-vura,
Baxırıq hər axşam televizora...
1968

__________________Milli Kitabxana_________________
177
BAŞ
Amerika alimi R. Uayt meymunun bey-
nini bədəndən ayrı uzun müddət yaşa-
da bilir. Bu məsələ ilə əlaqədar beynin
köçürülməsi problemi üzrə dünya filo-
sofları arasında böyük mübahisələr
gedir.
Qəribə aləmdir... zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş...
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş...
Bir maşın sahibi gərək olanda
Sman hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Aptekdə satıldı bəlkə bir zaman.
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi bundan bir ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?

__________________Milli Kitabxana_________________
178
Ey həkim, gücünə inansan da
Dahinin beyninə qan sızdı birdən
Cahil də qəzaya düşdü həmən gün.
Cahilin başını öz bədənindən
Ayırdıq dahini yaşatmaq üçün!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum, qardaşı?
Dirilən kim oldu?
Bu ki, sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi, yaşayacaq bir nadan kimi...
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsilə
Yaşayan o dahi, yenə dahimi?
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa, özü sağmıdır?
Yaşamaq xətrinə fikri dəyişmək –
Məsləki dəyişmək yaşamaqındır?..
1968

__________________Milli Kitabxana_________________
179
SİQNALLAR
Dostum R. Nurəddin üçün
Uzaq ulduzlann sakinlərinə
Yoxsa bizim kimi dünya dar gəlir?
O biri dünyadan dalbadal yenə
Bizim dünyamıza siqnallar gəlir.
Ulduzlar insana nə deyir görən?
Bu səslər salammı,
Yoxsa hədəmi?
Bizə uzaqlardan siqnallar verən,
Əcaib məxluqmu?
İnsanmı?
Nəmi?
Hələ dünyasına qapılıb insan.
Dünya vəznindəndir diləyimiz də.
Alimlər düşünür: varlığımızdan
Xəbər göndərəkmi onlara biz də?
Bəlkə də... Gülürlər bizə uzaqdan,
Yəni biz onlardan geriyik belə?
Onlara baxanda, bəlkə də insan
Uşaqlıq dövrünü yaşayır hələ?..
Təhlükə gözləyir bəlkə dünyanı?
Bəlkə...
Hədələyir bu səslər bizi?
Bəlkə...
O dünyanın qadir insanı
Öyrənmək istəyir qüdrətimizi?..
Əgər bu təhlükə olsa, bu yerdə
İndiki təzadlar kimə gərəkdir?
Millətlər,

__________________Milli Kitabxana_________________
180
fikirlər,
əqidələr də,
Onda bir məsləkdə birləşəcəkdir.
Kökü kəsiləcək nifrətin, kinin,
Loğmanlar olacaq onda hökmran.
Hamı bir ağızdan deyəcək yəqin:
Yaşasın dünyamız, yaşasın insan!
Avqust, 1968
NEO
Asiya və Afrika yazıçılarının
Daşkənd müşavirəsindən təəssürat.
Bir salonda iki qitə,
Hər qitədə neçə millət...
Hər natiqin çiyinləri arxasında
bir məmləkət
Dayanıbdır...
Oyanıbdır
Yuxusundan,
Afrikanın, Asiyanın
qaraları,
Yaraları
Köz bağlayır.
Varaqlayır ötənləri
hər danışan öz dilində...
Mənzilində məhbus olan
bu dünənin məhkumları
danışırlar
indi uca bir kürsüdən,
Yox hürküdən,
Yox qorxudan
bu dünənki məzlumları,

__________________Milli Kitabxana_________________
181
Dili bağlı, qolu bağlı məhkumları.
Dillər əlvan,
Mətləb eyni...
Dərdlər, qəmlər bir olanda
söz bir olar.
Dünyanın bu başı ilə
O başı həmfikir olar.
Danışanlar eyni sözü
təkrar edir dönə-dönə
Dillərini bilməsəm də
Üçcə kəlmə bəsdi mənə:
"İmperiya"
"Koloniya"
"Neo, neo!"
Nədir neo?
Köhnə tələ,
Təzə hiylə!
Bu neolar - sözü gizli, qəsdi dərin.
Oyun açdı başlarına
Sözü hərfi mənasında
başa düşən millətlərin.
Bu neolar -
bu tələlər,
bu hiylələr
min-min olur.
Təzə-təzə hiylələrdən
baş açmaq da çətin olur.
Haqla-nahaq qarışıbdır bir-birinə -
Gəl baş çıxart
neoların üstü bəzək, altı təzək
Min cür fitnə-fəsadından.
Haqq boğulur haqq adından.
Öz haqqını təzə-təzə başa düşən
millət, uşaq misalıdır.
Siyasətdən xəbəri yox,
min arzulu, xəyallıdır,
Hələ dünya səhnəsində

__________________Milli Kitabxana_________________
182
o tapmayıb öz yerini.
Qamaşdırır parıltılar
hələ onun gözlərini.
Körpə uşaq hardan bilə
Ona yaxın görünənin
Çox-çox uzaq mənasını?
Hardan bilə
Qaranın ağ mənasını?
Köhnə, qədim hiylələri neçə kərə
Təzə-təzə boyalarla
Yedirdirlər sözü açıq,
gözü bağlı millətlərə.
O danışan natiqə bax!
"Neolardan" fəryad çəkir
Bütün təzə hiylələri, kələkləri
sayır bir-bir,
Deyir: bəsdir, bu aldamş.
Artıq bütün bu "neolar" bizə tanış!
Bu neolar - üstümüzdə qılınc kimi
əsir bizim.
Saçımızı sığallaya-sığallaya
Başımızı kəsir bizim.
Sizin kimi bir insanıq.
Biz nə daşıq, nə dəmirik,
Yetər, artıq biz heç kəsə
Yamaq olmaq istəmirik!
Yaman dərddir,
Özgəsinə yamaq olmaq!
Yaman dərddir,
Azadlığın həsrətinə
damaq olmaq.
Yaman dərddir,
Gözün ola,
amma görə bilməyəsən.
Yaman dərddir,

__________________Milli Kitabxana_________________
183
Əlin ola,
Evindəki zir-zibili
sən süpürə bilməyəsən.
Yaman dərddir,
Dilin ola,
nə danışıb, nə dinəsən.
Yaman dərddir,
Ağlın ola,
özgəsinin ağlı ilə
düşünəsən...
Yox, zamanın öz sözü var.
Hər gecənin gündüzü var.
Əyrilər də düz görünür
Siyasətin aynasında.
Bu nə sirdir?
Aynanın ki, bir üzü var.
İki yerə parçalanmış Vyetnamın
İki bədbəxt vətəndaşı
Bu salonda
Oturubdur yan-yanaşı.
O da insan,
Bu da insan..
Eyni dərdi
o da çəkir, bu da çəkir.
Hər ikisi suya qaçır,
Amma gözə görünməyən sirr onları
oda çəkir, oda çəkir,
Türk yunana deyir: Kipr
Həm mənimdir, həm sənindir.
Sənin mənə,
Mənim sənə
Atdığımız güllələrsə
düşmənindir.
"Parçalayıb sən hökm sür!" siyasəti
Yurdumuzda od qaladı.
Biz bir yana,

__________________Milli Kitabxana_________________
184
Eyni dili,
Eyni dini
neçə yerə parçaladı.
Sən də quzu,
Mən də quzu,
Gəl qoruyaq canavardan özümüzü!
Gəl qorxmayaq
Nə sən məndən,
Nə mən səndən.
Gəl biz qorxaq
canavarın mədəsindən.
O mədədə həzm olunur
Neçə-neçə balacalar.
Kiçik-kiçik təpələrdən
dağ ucalar.
Biz vuruşub
Çiynimizin üzərində
Ucaldırıq imperiyanı...
Böyüklərin qidasıdır
kiçiklərin qızıl qanı.
Gəl anlayaq bu haqqı biz:
Bir qılıncla,
Bir qələmlə
Yazılıbdır tariximiz.
Bizim böyük sənətkarlar
Bir qaynaqdan ilham alıb.
Sizin ağac,
Bizim bağa kölgə salıb.
Öküzümüz olmayanda
Sənin baban,
Bizə verib öküzünü.
Babam ölüm yatağında
Pir babanı çağırtdırıb
Ona deyib son sözünü.
Axı bizim
Dədəmiz də,
Babamız da
Qardaş olub.

__________________Milli Kitabxana_________________
185
Məgər indi,
bu qardaşlıq,
unudulub?..
Daha bəsdir,
Gəl, qardaşım, verək bu gün əl-ələ biz,
Salaq qurdun yuvasına vəlvələ biz!
Neçə dildə danışan bu adamların,
ürəyi bir,
sözü birdir.
Siyasətin aynasında
Əyrilər düz görünsə də,
Aynanın ki, üzü birdir!
Dillər əlvan,
Mətləb eyni,
Dərdlər, qəmlər bir olanda
Söz bir olar.
Dünyanın bu başı ilə
O başı həmfikir olar.
1968, Daşkənd - Bakı
ELM-ƏXLAQ
"Təbiət üzərindəki qələbələrimizlə çox
da öyünməyək. Hər bir belə qələbə
üçün təbiət bizdən intiqam alır",
F.Engels
Cürbəcür adlarla adlandırmışıq
Ötən hər əyyamı, ötən hər əsri.
Köhnə hüdudları çoxdan qırmışıq,
Əsrimiz elm əsri, kəşflər əsri!
Hüdudlar içində özünü dandı,
Elm - yüz illərlə yatdı beşikdə.
Elm - ayaq açıb dolanır indi,
Havada, torpaqda, evdə, eşikdə!..

__________________Milli Kitabxana_________________
186
Dağların çəməni, bağların ban,
Çatışmır.
Kimyaya meydan vermişik.
İpək corabları, yun paltarları
Sintetik şeylərə dəyişdirmişik.
Bəlkə torpağın da, bəlkə yerin də
Qalmayıb o köhnə gücü-qüvvəti?
Elə bil, elə bil meyvələrin də
Dəyişib əvvəlki dadı, ləzzəti.
Təbii nemətlər çatışmır, nədir?
Təbiət zəngindir, o, yoxsul deyil;
Təbiət insana səxavətlidir,
Ancaq qul deyil.
O ki, öz varını insana vermiş
Ona qəsd eləmək cinayət olar.
Bu gün təbiətlə yarışa girmiş
Kimyəvi zavodlar, laboratoriyalar.
Elm hökm eləyir indi hər yerə,
Zülmətin bağrına işıq nəqş edir.
Sonsuz qadınlara, ya ərsizlərə
Naməlum kişidən övlad bəxş edir.
Elm, özünəmi yoxsa... güvəndi?
Axı, bu qüdrəti biz verdik ona.
Əqlin yaratdığı elmlər indi
Düşübdür xalıqlık iddiasına...
Dava-dərman ilə doğulan kəsin,
Anası məlumdur, atasıysa yad.
Atanı... övladın əslini yəqin,
Nə ana biləcək, nə də ki, övlad.
Fərari olmurmu bəs əsl ata?
Bəs saxta atanın nədir günahı?

__________________Milli Kitabxana_________________
187
Uşaq anasına doğma olsa da,
Qondarma ataya ögeydir, axı.
Daha bir cinayət, daha bir xata!
Bu da bəşər üçün böyük bir ləkə -
Doğma övladından xəbərsiz ata
Bir vaxt öz qızına ər oldu bəlkə?
Səni danlamırmı içində bir səs –
Demirmi, ay həkim, cəhdin nahaqdır?
Övlad öz kökünü tanımırsa bəs,
De hansı kök üstə boy atacaqdır?
Kökünü bilməyən özünü bilməz,
Bizə nə gətirir bu niyyət, həkim?
Onda bir-birinə qarışmazmı bəs
Fərdiyyət,
şəxsiyyət,
milliyyət,
həkim?
Bu nədir? Gerimi qalmışam yoxsa?
Mən ki, güvənmişəm hər zaman elmə.
Əxlaqa, qaydaya toxunandasa
Mən üsyan edirəm, mən üsyan, elmə...
Təbiət həmişə təzədir, təzə,
Biz üz çevirməyək bu təzəlikdən.
Elm əxlaq ilə durub üz-üzə
İndi biz hansına haqq verək, görən?
Axı, bu tədbirlər bizi çaşdırır,
Gəlin uca tutaq əqidəmizi,
Həkim, təbiətdən uzaqlaşdırır
Qondarma davalar, dərmanlar bizi.
Bir şey ki, saxtadır - ondan nə fayda –
Saxtanın nə yönü, nə etibarı;
Əynimiz, başımız kimyalaşsa da,
Mayamız, kökümüz saf qalsın barı.

__________________Milli Kitabxana_________________
188
Anadır, deməli güclüdür torpaq,
Ondadır əlacı, axı, hər şeyin.
Gəlin, təbiətin özündən alaq
Dava-dərmanını hər şikəstliyin.
May 1969
DAYAN İNSAN!
İnsana od bağışladı
Prometey!
Ehey!
Ehey!
Dayan, insan!
Hara belə?
İnsan dedi gülə-gülə:
-Dayanmağa nə macalım, nə halım var.
Yürüyürəm,
İrəlidir yolum ancaq!
Məqsədim bu, məsləkim bu:
Bilim ancaq,
Bilim ancaq!
Yox! "Allahü-əkbər" vaxtı keçdi çoxdan.
De "İnsanü-əkbər" indi.
Əlimdədir bu göy indi, bu yer indi!..
Pay aldığım od əlimdə
Məşəl kimi yanır, yanır.
Yol gedirəm...
Önündəki qaranlıqlar
Qətrə-qətrə işıqlanır...
-Prometeydən pay aldığm o od ilə, axı, bir gün
Cordanonu yandıran da sən özündün.
Qorxum budur, o od ilə
Özünü də yandırasan
Aman, insan, dayan, insan.
Avqust, 1970

__________________Milli Kitabxana_________________
189
EKSPONAT ADAM
-Ayrı cür yaşadıq biz ömrümüzü,
Adamlar korlanır, vallah, günbəgün.
Bizim vaxtımızda böyüyün sözü
Bir qanun olardı kiçiklər üçün.
Biz hara gedirik deyən yoxdu bir,
Nə kiçik tanınır, nə böyük indi.
Hərənin ağzından bir avaz gəlir, -
Deyə səhər-axşam o, hey deyindi...
Düzü beləsiylə danışmaq çətin,
Əsnədim,
Adamın yuxusu gəlir.
Özü muzeylərin eksponatı,
Sözündən naftalin qoxusu gəlir.
İstəyi budur ki,
o, həyata yox,
Gərək həyat ona bü gün saz gələ.
İstəyi, məsləki tutuquşuluq,
Hamının ağzından bir avaz gələ.
Ona deyən yoxdur, çal ağlar neyi
Zamanın yerinə...
Görək nə çıxar?
Hər səsin öz yeri, öz gözəlliyi,
Axı, hər avazın öz xəyalı var.
Hamı bir nəfərmi, hamı birmi ki,
Hamının çəkisi düz, taraz gələ?
Hamı bir-birinə bənzəyirmi ki,
Hamının ağzından bir avaz gələ?
Sən niyə qorxursan,
Axı, sən niyə
Səslərin, sözlərin əlvanlığından?
Niyə məftun olaq bir gözəlliyə?

__________________Milli Kitabxana_________________
190
Min-min gözəlliklə doluykən cahan...
Xoruzun bir səsi, bir nəğməsi var.
Banlar,
Cır səsiylə qulaq dırmalar.
Neçə zənguləli, neçə nəğməli,
Bülbül cəh-cəhinə el heyran qalar.
Düzü, beləsiylə danışmaq çətin.
Əsnədim.
Adamın yuxusu gəlir.
Özü müzeylərin eksponatı,
Sözündən naftalin qoxusu gəlir.
Tarix muzeyində şüşə dolablar,
Dolablar içində
o saxsı qablar
Muzeydə gözəldir...
qürrələnirsən.
Ancaq düzü budur, sən heç onları
Əlinə almazsan dükanda görsən.
Sənin fikrin köhnə, ürəyin soyuq.
Yox-yox!
Zamanda yox,
Günah səndədir.
Saxsının qiyməti, bu günündə yox,
Dünəndən danışan dünənindədir.
Onlar çox gözəldir,
Ancaq bu günün
Çini qablarıyla yarışa bilməz.
Fikri, sənin kimi, dünəndə qalmış,
Bu günlə, sabahla barışa bilməz.
Noyabr, 1971

__________________Milli Kitabxana_________________
191
BABAM, ATAM, MƏN
"Apollon-8 " gəmisi ilə kosmik səyahətim
Məni bir daha inandırdı ki, biz hamımız
balaca bir planetdə yaşayırıq
F.Borman
Babam həyatında yalnız bir kərə
Faytonla Şəkidən Ağdaşa getmiş.
O baxıb uzanan dar gədiklərə,
təəccüb etmiş.
-Bu yerlər hamısı padşahındır?
Deyə, faytonçudan o xəbər almış.
Bəlkə də, dünyaya
o miskin, fağır
Babamın verdiyi bu, ilk sualmış.
Bir dünya bilirdi Şəkini babam,
bu yaşa qədər.
Onun gözlərində dünya bu gündən
Böyüdü, uzandı Ağdaşa qədər.
Səksən verst dağ yolu! Zarafat deyil.
Ən uzun, ən böyük yoldu babamçın.
Şəkidən Ağdaşa uzanan bu yol,
Böyüklük ölçüsü oldu babamçın.
Atamın qəribə adəti vardı:
Məni qollarında atıb-tutardı.
Həm də soruşardı: - De, görək məni,
Nə boyda sevirsən?
Deyərdim: - Səni
Lap bu dünya boyda istəyirəm mən.
Sevgimin böyüklük dərəcəsindən
Atam xoşlanardı.
O, uzun-uzun
Bu sözə gülərdi...

__________________Milli Kitabxana_________________
192
Axı, atamçün
Dünya, böyüklüyün son ölçüsüydü,
Atamın dünyası, dünya özüydü.
Mənimçün?
(Qorxuram xəyalım aza).
Kosmosdan baxıram mən dünyamıza.
Deyirəm: - Nə qədər kiçikmiş cahan.
Axı, mənim dünyam, çıxıb dünyadan.
1971
1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə