«Milli Məclis». 2010. sentyabr-oktyabr.№9-10. S. 3 Prezident İlham Əliyev bmt baş Məclisinin 65-ci sessiyasında



Yüklə 28.86 Kb.
PDF просмотр
tarix29.07.2017
ölçüsü28.86 Kb.

«Milli Məclis».-2010.-sentyabr-oktyabr.-№9-10.-S.3-5.

Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında

Prezident  İlham  Əliyev  Nyu-Yorkda  keçirilən  BMT  Baş  Məclisinin  65-ci  sessiyasında  iştirak  etmək  üçün

sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə getmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev

Amerika Birləşmiş  Ştatları dövlət  katibinin Avrasiya  energetika  məsələləri  üzrə  nümayəndəsi  Riçard  Morninqstar

ilə  görüşdü.  ABŞ  dövlət  katibinin  Avropa  və  Avrasiya  məsələləri  üzrə  müavini  Filip  Qordonun  da  iştirak  etdiyi

görüşdə  Azərbaycan  ilə  Amerika  Birləşmiş  Ştatları  arasında  energetika  sahəsində  əməkdaşlıq  və

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olundu.

Sentyabrın 23-də Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etdi. BMT-nin baş

katibi Pan Gi Mun tədbirdə iştirak edən dünya ölkələrinin rəhbərlərini salamladı. Sonra BMT Baş Məclisinin 65-ci

sessiyası çərçivəsində ümumi müzakirələr başlandı. Günün birinci yarısında ümumi müzakirələrdən sonra BMT-nin

baş katibi Pan Gi Munun adından sessiyada iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verildi.

Günün  ikinci  yarısında  müzakirələr  davam  etdirildi.  Prezident  İlham  Əliyev  BMT  Baş  Məclisinin  65-ci

sessiyasında çıxış etdi.

Azərbaycan Prezidenti əvvəlcə cənab Cozef Deysini BMT Baş Məclisinin 65-ci sessiyasının sədri vəzifəsinə

seçilməsi  münasibətilə  təbrik  etdi,  ona  böyük  uğurlar  arzuladı.  Eyni  zamanda,  BMT-nin  fəaliyyətinin

canlandırılmasında nümayiş etdirdiyi rəhbərlik məharətinə və işə sadiqliyinə görə qurumun baş katibi cənab Pan Gi

Muna dərin hörmət və minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, dünya xalqları üçün beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması,

davamlı inkişafın təşviq edilməsi və fundamental azadlıqların irəliyə doğru aparılması sahəsində əsas rol oynayan

BMT  qlobal  məsələlərdə,  eləcə  də  hər  bir  üzv  dövlətin  istəklərinin  nəzərə  alınması  və  narahatlıqların  aradan

qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır. Azərbaycan Prezidenti çıxışında Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinə də toxundu: "Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq

və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi

işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən biri məcburi köçkün və ya qaçqın vəziyyətinə düşmüşdür.

Ermənistan  Respublikasının  münaqişə  zamanı  çox  ciddi  beynəlxalq  cinayətlər  törədərək,  etnik  təmizləmə

siyasətini həyata keçirərək işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışaraq,

Azərbaycan ərazilərinin işğalına görə əsas məsuliyyət daşıması beynəlxalq səviyyədə etiraf edilmişdir.

Birləşmiş  Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi

və  ərazi  bütövlüyünə  tam  dəstəyini  vermiş  və  torpaqların  gücdən  istifadə  edərək  ələ  keçirilməsinin

qəbuledilməzliyini  vurğulamışdır.  BMT  həmçinin  Dağlıq Qarabağı Azərbaycanın bir  hissəsi  kimi  tanımış, işğalçı

qüvvələrin  Azərbaycanın  işğal  edilmiş  bütün  ərazilərindən  dərhal,  tam  şəkildə  və  qeyd-şərtsiz  çıxarılmasına

çağırmışdır.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Məclisi  və  digər  beynəlxalq  təşkilatlar,  o  cümlədən  ATƏT,

Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar".

Prezident İlham Əliyev bütün bunlara baxmayaraq, Ermənistanın münaqişənin mümkün qədər tez və davamlı

həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə vəziyyətin ağırlaşmasına üstünlük verdiyini

qeyd etdi: "Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın

işğal  edilmiş  ərazilərində  aparılan  işlər  beynəlxalq  hüququ  kobud  surətdə  pozur  və  işğalın  cari  status-kvosunun

daha  da  möhkəmləndirilməsinə,  etnik  təmizləmənin  nəticələrinin  saxlanmasına,  zəbt  olunmuş  ərazilərdə

məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır".

İşğal edilmiş  ərazilərə insanların köçürülməsi, tarixi  və mədəni irsin məhv edilməsi, mənimsənilməsi, orada

aparılan  qeyri-qanuni  fəaliyyətə  də  toxunan  Azərbaycan  Prezidenti  mövcud  status-kvonun  saxlanılmasının  ağır

nəticələr  doğurduğunu  bildirdi:  "Siyasi  məsələlərə  dair  razılaşmanın  olmaması,  münaqişənin  dondurulmuş

vəziyyətdə  qalması  və  uzun  müddət  davam  edən  danışıqlar  münaqişə  ilə  bağlı  beynəlxalq  hüquqa  və  insan

hüquqları  sahəsində  beynəlxalq  qanunlara  davamlı  şəkildə  bilərəkdən  riayət  edilməməsindən  irəli  gələn  digər

problemlərə diqqətin yetirilməməsi üçün bəhanə kimi istifadə edilməli deyildir".

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin regiona sülh və sabitliyin gətirilməsində səylərini qeyd edən

Prezident  İlham  Əliyev  Azərbaycanın  başlıca  vəzifəsinin  Dağlıq  Qarabağ  bölgəsində  və  onun  ətrafında  silahlı

münaqişənin  tezliklə  həll  edilməsi  olduğunu  bildirdi:  "Münaqişənin  həlli  erməni  hərbi  qüvvələrinin  işğal  edilmiş

Azərbaycan  ərazilərindən  müəyyən  edilmiş  müddət  ərzində  çıxarılmasını,  bütün  kommunikasiyaların  bərpasını,

bütün  qaçqın  və  məcburi  köçkünlərin  doğma  yerlərinə  qayıtmasını,  beynəlxalq  təhlükəsizlik  zəmanətlərini,  o

cümlədən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti statusunu nəzərdə tutur".

ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  tərəfindən  təqdim  edilmiş  münaqişənin  mərhələli  həlli  variantının

Azərbaycan  tərəfindən  qəbul  edildiyini,  Ermənistan  tərəfinin  isə  həmsədrlərin  təklifinə  aydın  cavab  vermədiyini

qeyd  edən  Azərbaycan  Prezidenti  münaqişənin  sülh  yolu  ilə  həll  edilməsində  beynəlxalq  ictimaiyyəti  əməli

addımlar atmağa səslədi: "Biz beynəlxalq ictimaiyyətin Azərbaycanın ədalətli mövqeyi ilə davamlı şəkildə həmrəy

olmasına  və  mövcud  çətinliklərin  qərəzsiz,  açıq  və  əhatəli  şəkildə  həllinə  yönəlmiş  Birləşmiş  Millətlər  Təşkilatı

çərçivəsində irəli sürdüyümüz təşəbbüslərə mühüm dəstəyə arxalanırıq".


İlham Əliyev siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və sosial rifahın təmin edilməsində

ölkəmizin  əldə  etdiyi  nailiyyətləri  qeyd  edərək  Azərbaycanın  nəqliyyat  və  enerji  dəhlizləri  boyunca  əsas  ticarət

marşrutlarının qovşağına çevrilməkdə olduğunu bildirdi: "Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz ehtiyatları

vardır və ölkəmiz yeni yataqların kəşf olunmasında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbohidrogenlərin

beynəlxalq bazarlara daşınması üçün müasir infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan beynəlxalq enerji

təhlükəsizliyini  şaxələndirə  və  gücləndirə  biləcək  neft  və  təbii  qazın  ixracı  üçün  istifadə  edilir...  Təbii  qazın

təsdiqlənmiş  2  trilyon  kubmetr,  potensial  qaydada  5  trilyon  kubmetr  və  hətta  ondan  da  artıq  həcmdə  ehtiyatlara

malik olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının təmin edilməsi işinə töhfəsini verməyə hazırdır".

Çıxışının sonunda bütün dövrlərdə müxtəlif dinlərin, etnik qrupların birgə yaşama məkanı olan Azərbaycanın

dinlərarası  və  mədəniyyətlərarası  dialoqun  təşviqinə  qarşılıqlı  hörmət  və  anlaşma  əsasında  töhfələr  verdiyini

bildirən Prezident İlham Əliyev ölkəsinin qlobal və regional problemlərin həllində birgə səyin göstərilməsinə hazır

olduğunu bildirdi: "Azərbaycan inkişaf edən və ən az inkişaf etmiş dövlətlərin, eləcə də təbii fəlakətlərdən əziyyət

çəkən  ölkələrin  üzləşdiyi  çətinliklərin  aradan  qaldırılması  və  zəruri  ehtiyacların  təmin  edilməsinə  xüsusi  diqqət

yetirərək, hamı üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəstəyini nümayiş etdirir, dayanmadan

səylər  göstərir.  Azərbaycan  Birləşmiş  Millətlər  Təşkilatı çərçivəsində  razılaşdırılmış  inkişaf  məqsədlərinin  yerinə

yetirilməsinə töhfəsini davam etdirəcəkdir".

Sentyabrın 23-də ABŞ Prezidenti Barak Obamanın və xanımı Mişel Obamanın adından BMT Baş Məclisinin

65-ci sessiyasında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul təşkil olundu. Azərbaycan Prezidenti

İlham Əliyev qəbulda iştirak etdi.

Nyu-Yorkda  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Amerika  Birləşmiş  Ştatlarının

Prezidenti  Barak  Obamanın görüşü oldu.  Görüşdə  Azərbaycan  ilə  ABŞ  arasında  strateji  əməkdaşlıq  prinsiplərinə

əsaslanan  ikitərəfli  münasibətlərin  müxtəlif  sahələrdə  uğurla  inkişaf  etməsindən  məmnunluq  ifadə  olundu.  ABŞ

Prezidenti  Barak  Obama  Prezident  İlham  Əliyevin  liderlik  rolunu  qeyd  edərək,  Azərbaycanın  regionda  ən  çox

uğurlar  qazanan  və  ən  nüfuzlu  ölkələrdən  biri  olduğunu  vurğuladı.  Ölkələrimiz  arasında  siyasi  əlaqələrin  yüksək

səviyyədə  olduğu  bildirilərək,  iqtisadi,  enerji,  təhlükəsizlik  sahələrində  əlaqələrimizin  regional  əməkdaşlığın

möhkəmlənməsi  baxımından  əhəmiyyəti  qeyd  edildi.  Azərbaycan  ilə  ABŞ-ın  beynəlxalq  anti-terror

əməliyyatlarında  birgə  fəaliyyətinə  toxunulan  görüşdə  Azərbaycanın  bu  əməliyyatlarda  iştirakı  yüksək

qiymətləndirildi.  Energetika  sahəsində  ölkələrimiz  arasında  uzun  illər  səmərəli  əməkdaşlığın  həyata  keçirildiyi

bildirilərək, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi xüsusi qeyd olundu.

Dövlət  başçıları  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsindən  danışaraq,  problemin  tezliklə

nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirdilər.

Prezident

 İlham

 Əliyev


 münaqişənin

 həlli


 ilə

 əlaqədar

 danışıqlar

 prosesinə

 toxunaraq,

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  ölkəmizin  ərazi  bütövlüyü  prinsipi  əsasında  həll

olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı.

Dövlət başçılarının görüşündə Azərbaycanda demokratik inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər də müzakirə edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri sentyabrın 24-də başa çatdı.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə