Milli qəhrəmanlarımız



Yüklə 140 Kb.
səhifə3/4
tarix09.01.2022
ölçüsü140 Kb.
#51112
1   2   3   4
Milli qəhrəmanlarımız(3)

PROFESSOR OĞLU

Professor oğlu erməniləri yaman qorxuya salmışdı. Başkənddəki döyüş hissəsinin rahatlığı göyə çəkilmişdi. Leytenant Məzahir Rüstəmovun Şınığa gəlməsi onlarm arzularmı gözündə qoymuşdu. Məzahir Artsvaşenlə (Başkənd) Ermənistanı birləşdirən kabel xəttinin haradan keçəcəyini yaxşı bilirdi. Qərara almışdı ki, həmin xətti kəssin. Amma hələ tez idi. …Saat on birə işləyirdi. Məzahir postları yoxlayıb geri qayıtdı. “Uşaqlar möhkəm dayanıblar. Ermənilərin fikrini də bilsək pis olmazdı”, – deyə düşündü. Dağlarm sinəsini parçalayıb keçən kabel xəttinə tərəf süründü. Ermənilər telefon kabelini xeyli dərinlikdə basdırmışdılar. Lakin Məzahir onların danışığma qulaq asmaq üçün əvvəlcədən özünə yer eləmişdi (hərdənbir rusca danışırdılar). …Bir xeyli irəliləmişdi ki, hənirti duyub dayandı. Dovşan idi. Məzahir yerindən tərpənmədi. Dovşan tez-tez ətrafma boylanır, təhlükə olmadığmı hass edib qabağındakı nəyi isə yeyirdi. Uzaqda maşın işığı göründü. Dovşan bir göz qırpımmda yoxa çıxdı. – Yerevandan gəlir, – deyə Məzahir düşündü.Gecə binoklunu çıxarıb ətrafı seyr etdi. Çoxdan qazdığı çalaya uzandı. Ermənilər rus dilində danışırdılar. – “- İki gündən sonra hücuma keçəcəyik. Mayor Arutyunovun piyada bölməsi Keçəldağ istiqamətindən, tanklar isə Krasnoselo tərəfdən hərəkət edəcək”. Bundan sonra ermənilər öz dillərində danışmağa başladılar. Məzahir təəssüfləndi. Birdən Məzahir öz admı və “rota” sözünü eşitdi. Ürəyi döyünməyə başladı. Deməli, onun rotası və özü haqqmda düşmən əlində dəqiq məlumat vardı. Gecə yarıdan keçmişdi. Ulduzlar baş-başa verib mürgü vururdular. Məzahir çadırın bir tərəfinə çəkilib ermənilərin əməliyyatmı puça çıxartmaq üçün plan hazırlayırdı. Saat dördə qalırdı. Yorulmuşdu, yatağa uzansa da yuxusu gəlmirdi. Tez-tez üzünü görmədiyi körpə qızı Təhminəni xatırlayırdı. Anası Rəfiqə xanım, atası İzzət müəllim yadma düşmüşdü. Heç belə darıxmamışdı. Çölə çıxdı. Ər dağından sərin külək əsirdi. O axşam yuxu üzünə həsrət qaldı Məzahir. Rotanm əsgərlərini səhər yeməyindən sonra sıraya düzüb dedi: – Kəndlərimizin üstünü ölüm təhlükəsi alıb, yaxm günlərdə hücum olacaq. Dagların Üstündə etibarlı səngərlər qazılmalıdır. Gədəbəyin, Şınığm bir qarış torpağını ermənilərə vermək olmaz. – Hücum nə vaxt olacaq? – deyə əsgərlər səbirsizliklə soruşdular. – Heç nə deyə bilmərəm. Amma ermənilər hər an hücuma keçə bilərlər. Hər bir əsgər, komandir öz mövqeyində olsun! Məzahir alay komandiri ilə danışdı: – Möhkəm dayanmışıq. Polkovnik ratsiyada dilləndi: – Allah amanmda, mənimlə əlaqəni kəsməyin! Ermənilərin hücum etməyinə iki saatdan da az qalırdı. Məzahir bölmə komandirlərinə xəbərdarlıq etdi: Düşmənin hansı istiqamətdən hücum edəcəyi məlumdur. Hər şey sizdən asılıdır. Möhkəm dayanın. Dağları duman bürümüşdü. Narın-narm yağış yağırdı. Məzahir dəqiqələri, saniyələri sayırdı…


Yüklə 140 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin