Milli qəhrəmanlarımız


Rüstəmov Məzahir İzzət oğlu



Yüklə 140 Kb.
səhifə2/4
tarix09.01.2022
ölçüsü140 Kb.
#51112
1   2   3   4
Milli qəhrəmanlarımız(3)

Rüstəmov Məzahir İzzət oğlu

1 960-cı il martm 2-də Bakıda doğulub. 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtarıb. Azərbaycan EA-nm Fəlsəfə İnstitutunda dissertant olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda işləyib. “İnsan psixologiyasmın bütövlüyü” adlı dissertasiya üzərində çalışırdı.
1992-ci il avqust aymda həlak olub. Qəbri “Şəhidlər xiyabanı”ndadır. Respublika prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Təhminə admda bir qızı var. Oxuduğu orta məktəbdə büstü qoyulub.
Gədəbəyin Şınıx bölgəsində ağır vəziyyət yaranmışdı. Erməni qoşunları sərhəd kəndlərini atəşə tutur, daim təhlükə altmda saxlayırdılar. Başkənd (Artsvaşen) “barıt” çəlləyinə çevrilmişdi. Ermənilər burada təlim görmüş xüsusi bir alay saxlayırdılar. Bu alay müasir texnika ilə tam təchiz olunmuşdu. Alaym əsas vəzifəsi Şmıx kəndlərini zəbt etmək, Gədəbəy-Şəmkir istiqamətində hərəkət edib Çənlibel adlanan strateji mövqeni ələ keçirmək idi. Rota komandirinin müavini Məzahir Rüstəmov xəritəni göyçəmənliyin üzərinə salıb fikrə getdi. Əsgərlər bu cəsur, igid komandirin dərin biliyinə, döyüşdən baş çıxarmaq bacarığma heyran qalmışdılar. Baş leytenant İsgəndər Məzahirin nə deyəcəyini gözləyirdi. Məzahir isə susurdu. Sükutu İsgəndər pozdu: – Krasnoselo ətrafma ermənilər yeni qüvvə gətirirlər. Deyəsən bizi ağır döyüşlərgözləyir. – Doğrudur, İsgəndər, əsas məsələ ermənilərin hansı istiqamətdə hücum edəcəklərini öyrənməkdir.İsgəndər Bir qədər fikirləşib:
-Keçəldağ-Nazdıxan, Mutudərə istiqamətlərində hücuma keçə bilərlər,- dedi. Məzahir növbətçi əsgəri səslədi: – Komandirləri yanıma çağır! – Oldu, – deyə gənc əsgər rəsmi qaydada təzim etdi. Məzahir xəritəni açıb düşmənin hücum edəcəyi sahələri bir də onlara xatırlatdı:– Postları özüm yoxlayacağam. Mənim əmrim olmadan heç kəs atəş açmamahdır. Bir azdan öyrəndiklərini alay komandiri polkovnik Cahangir Rüstəmova bildirdi. Alay komandiri rahat nəfəs aldı. O, Məzahirə inanırdı. Bilirdi ki, ən çətin anlarda leytenant özünü itirmir, çıxış yolu tapmağı bacarır.


Yüklə 140 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin