Əsas fondların sabit qiymətlərlə hesablanması zamznı ümumi (toplam) indeksdən nə zaman istifadə olunur?
Əsas fondların sabit qiymətlərlə hesablanması zamznı nə zaman balans metodundan istifadə olunur?
Əsas fondların sabit qiymətlərlə hesablanması iki metodun köməyilə həyata keçirilə bilər. Bunlardan biri indeks, digəri isə balans metodudur.
Hesabat dövründəki əsas fondların müqayisəli qiymətlərlə ifadə olunan əsas fondlara çevrilməsi üçün əsas dövrə nisbətən hesabat dövründə qiymət və tariflərin dəyişməsinin ümumi (toplam) indeksindən istifadə olunur. Balans metodunda isə bərpa dəyəri ilə bazis tarixinə əsas fondların mövcudluğu haqqında məlumatlar hesabat dövründə xaric olmuş əsas fondların dəyəri qədər azaldılır və həmin dövrdə daxil olmuş əsas fondların dəyəri qədər artırılır.