Milli Şura bir evdə toplandı İclas



Yüklə 3.61 Kb.
tarix19.07.2017
ölçüsü3.61 Kb.
Milli Şura bir evdə toplandı - İclas

Bu dəqiqələrdə Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı keçirilir. Milli Şuradan AzNews.az-a verilən məlumata görə, tədbir koordinasiya mərkəzinin üzvlərinin birinin evində baş tutub. Qeyd edək ki, tədbirdə qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunacaq. Məlumata görə, mərkəzin toplantısı əslində, Milli Şuranın bir illik yubileyinə həsr olunub. Xatırladaq ki, Demokratik Qüvvələrin təsis etdiyi Milli Şurasının bu gün bir yaşıdır. Qurumun məqsədi 2013-cü prezident seçkisində vahid güc mərkəzi kimi iştirak etmək idi. Milli Şuranın sədri yazıçı Rüstəm İbrahimbəyov iyulun 2-də prezidentliyə vahid namizədliyi irəli sürülüb. İkili vətəndaşlığı olan Rüstəm İbrahimbəyov seçkiyə buraxılmadığı üçün Milli Şuranın 23 avqust sessiyasında vahid namizəd dəyişdirilərək tarixçi alim Cəmil Həsənlinin üzərinə qoyuldu. Onu da bildirək ki, Cəmil Həsənli qurumun sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədridir. Qurumun Koordinasiya Mərkəzinə isə Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Eldəniz Quliyev, Mehriban Vəzir, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, Leyla Yunus, Mehman Əliyev və başqaları daxildir.

Azər


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə