YYSQ
–
WWW
.
YYSQ
.
ORG
www.kitabxana.net
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
2014
“Xarici müəlliflərin Azərbaycan və Qarabağa
aid e-kitabları”
43 (04 - 2014)
Faiq Abdullayev
Zəngəzur aslanı –
Aslan bəy Sultanov
Sənədli-publisitik kitab
YYSQ - Milli Virtual-Elektron Kitabxananın
e-nəşri N 43 (04- 2014)
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın e-nəşri
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
2
www.kitabxana.net
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun
hazırladığı, Azərbaycan Respublikası Prezidenti Yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
tərəfindən qismən maliyyələşdirilən
"Xarici müəlliflərin
Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki
kitablarının virtual e-nəşrə hazırlanması, elektron
sərgisi və yayımı"
kulturoloji layihəsi çərçivəsində
təqdim edilir.
http://www.kitabxana.net - Milli Virtual-Elektron
Kitabxananın dəstəyilə “Xarici müəlliflərin
Azərbaycan və Qarabağa aid e-kitabları” Kulturoloji-
bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 43 (04 - 2014)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən
qurum:
YYSQ -
http://www.yysq.org
ARPYQHTDDŞ -
http://www.cssn.gov.az
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
3
3
Faiq Abdullayev
Zəngəzur aslanı –
Aslan bəy Sultanov
Sənədli-publisitik kitab
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov), yazar-kulturoloq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
4
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
5
5
Faiq Abdullayev
Zəngəzur aslanı –
Aslan bəy Sultanov
Sənədli-publisitik kitab
Bаkı, YYSQ - 2014
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
6
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
7
7
Faiq Abdullayev
(тядгигатчы-щцгугшцнас)
ZЯNGЯZUR ASLANI-
Aslan Bяy Sultanov
Бакы-2012
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
8
Елми редактор: Шащсувар Щяшимов
Республика Баш Милли Архив Идарясинин елм вя
техника сянядляри архивинин директору, ямякдар
мядяниййят ишчиси
Няшриййат редактору: Ибращим Илйаслы
Фаиг Абдуллайев. Zяngяzur aslanы – Aslan bяy
Sultanov.
(S ən ədli-tarixi-publisistik monoqrafiya)
Бакы, «Билик» няшриййаты. 2012. 352 сящифя
«Зянэязур асланы„Аслан бяй Султанов» сянядли-тарихи-
публисистик
монографийасы
тядгигатчы-щцгугшцнас
Фаиг
Абдуллайевин узун сцрян истинтаг тядгигатларынын вя эярэин
ахтарышларынын бящряси олараг охужулара тягдим олунур.
Мцяллиф бу ясярдя архив сянядляриня истинадян ХХ ясрин
яввялляриндя Азярбайжанын Зянэязур мащалында баш верян
щадисялярин ясл мащиййятини ачыб охужулара чатдырыр, бу
щадисялярин фонунда тарихи шяхсиййят, милли сяркярдя Аслан
бяй Султановун шяряфли юмцр йолуна айна тутур.
Инанырыг ки, китаб тарихчиляр вя ейни заманда эениш охужу
кцтляси тяряфиндян бюйцк марагла гаршыланажаг.
M
D
09
235
185
525000
© “Билик” няшриййаты, 2012
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
9
9
Аслан бяй Султанов
Гарабаьын вя Зянэязурун
фювгяладя комиссары олмушдур.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
10
Öz keçmişini, tarixini bilməyən millətlər başqa millətlə-
rin yeminə çevrilir.
Mustafa Kamal Atatürk
Azərbaycan xalqının çox qədim və şərəfli bir tarixi var.
Hər bir azərbaycanlı bu tarixi bilməli, tarixdə baş ve-
rən hadisələri öyrənməli və o tarixə hörmətlə yanaşma-
lıdır.
...Biz elə etməliyik ki, tarixdə baş verən səhvlər bir da-
ha təkrarlanmasın.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
11
11
Ön söz əvəzi
XX əsrin əvvəlləri Azərbaycan tarixinin ən qarışıq və ən
şərəfli dövrlərindən birinə təsadüf edir. Ona görə qarışıq
dövrünə təsadüf edir ki, bu dövrdə Azərbaycanın başına
gətirilən bəlalar, daxili və xarici çəkişmələr, üsyanlar,
inqilablar, vətəndaş müharibələri, Rusiyadan gələn bolşevik
dalğası, erməni daşnaklarının məkrli və iyrənc hərəkətləri
həmin dövrün əsas mənzərəsini təşkil edir...
Ona görə şərəfli tarixdir ki, məhz XX əsrin əvvəllərində
Azərbaycan xalqı şərqdə ilk dəfə özünün dünyəvi, demok-
ratik cumhuriyyətini yaratmış, iyirmi üç aylıq bir zaman kəsi-
yində xalqımız müstəqillik və demokratiya şərbətini dadaraq
azadlıq, hürriyyət barədə olan təsəvvürlərini əyani şəkildə
yaşaya bilmişdi.
Çox təəssüf ki, həmin dövr daha çox qarışıqlığı ilə yadda
qalıb.
Məqsədimiz həmin dövrlərdə bütövlükdə ölkənin siyasi
mənzərəsini vermək olmadığı üçün məqsəddən yayınmaq
istəmirik. Hədəfimiz konkret olaraq Zəngəzur və onun
ətrafında baş verən siyasi, hərbi və iqtisadi mənzərəyə
aydınlıq gətirmək, illər uzunu arxivlərdə saxlanılan, nə üçünsə
üzə çıxarılması “unudulan” hadisələr haqqında söz açmaqdır.
****
Azərbaycanın yenidən müstəqilliyini əldə etməsi bir çox
qaranlıq mətləblərə işıq saldı. Arxivlərin açılması ilə uzun
illər xalqdan gizli saxlanılan faktlar və tarixi hadisələr üzə
çıxdı. Sovet hökumətinin nə vaxtsa dağılacağını yuxusunda
belə təsəvvür edə bilməyən yalançı xalq qəhrəmanlarının,
həqiqətdə isə xalqına və millətinə öz şəxsi məqsədləri naminə
xəyanət edənlərin maskası yırtıldı. Ölməz azadlıq aşiqi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
12
Məmmədəmin Rəsulzadənin bir vaxtlar dediyi sözlər:- “Bir
kərə ucalan bayraq bir daha enməz”, - fikirləri həqiqətə
çevrildi, tarix təkrar olundu, tarixin təkrar olunması ilə də XX
əsrin əvvəllərində baş verən hadisələrin gercək mənzərəsi
görünməyə başladı, o dövrdə baş verən xəyanətlərin üstünə
çəkilmiş qaranlıq pərdələrin götürülməsinə münbit şərait
yarandı.
Həmin dövrün hadisələrini diqqətlə, soyuqqanlıqla analiz
etdikdə məntiqi bir sual yaranır; Nədən məhz Zəngəzur? Nəyə
görə düşmən ilk olaraq Zəngəzurun Azərbaycandan
ayrılmasını seçdi və bu fakta önəm verdi? Bu suala cavab
tapmaq o qədər çətin olmasa da, sarsıdıcıdır. Təbii ki, hədə-
fində yüz illik bir plan olan düşmənin məkrli niyyəti
Zəngəzuru Azərbaycanın tərkibindən çıxarmağa nail olmaqla
bərabər, eyni zamanda bütövlükdə türk dünyasını coğrafi
cəhətdən bir-birindən ayrı salmaq niyyətini güdürdü. Bununla
da düşmən gələcək planlarına yol açmış olurdu. Bu addımın
atılması, Zəngəzurun ermənilərə verilməsi ilə Türkiyə, Azər-
baycan və Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan
coğrafi cəhətdən bir-birindən ayrı düşdü...
Əldə etdiyimiz arxiv materiallarından, görüşdüyümüz və
söhbətlər apardığımız insanların xatirələrindən məlum olur ki,
uzun illər Azərbaycan tarixinin ayrılmaz bir parçası hesab
edilən, xəyanət və nüfuz savaşında erməni daşnaklarına gü-
zəşt olunan, uğrunda hələ də qanlar tökülən doğma Zəngəzur
qəzasının tarixində xüsusi əhəmiyyət kəsb edən şəxsiyyətlər
az olmayıb. Tarix məhz o şəxsiyyətlərin hesabına yazılıb,
tarixi məhz o şəxsiyyətlər yazıblar.
Həmin insanların mübariz həyat yollarını, düşmənlə barış-
mazlıq, dosta sədaqət andı içən, ölümün gözünə dik baxa
bilən, vətən, torpaq sevgisini həyatından üstün tutan qəhrə-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
13
13
manların həyat tarixlərini öyrənmək, onlar barədə gələcək
nəsilləri məlumatlandırmaq şərəf və insanlıq borcudur.
Həmin dövr haqqında müxtəlif müəlliflərin, tarixçilərin, o
dövrdə yaşayan insanların elmi əsərləri, bədii yazıları,
xatirələri olsa belə, çox şeylər bəzən təhrif olunmuş, son
dərəcə vacib olan tarixi faktların üstündən sükutla keçilmiş,
bəzən isə hətta həmin tarixə qarşı ədalətsizlik, xəyanət
edilmişdir.
Bu kitab janr etibarilə sənədli-tarixi-publisistik nəşr ol-
maqla yanaşı, həm də hüquqi terminologiya ilə işlənmiş bir
tədqiqat işidir. Kitabın müxtəılif fəsillərində haqqında
ümumilikdə danışdığımız bir çox mətləblərə ayrı-ayrılıqda
toxunacaq, fikirlərimiz barədə ədalətli qərar verməyi sizin
ixtiyarınıza buraxmağa çalışacağıq. Amma elə bəri başdan
nəzərinizə çatdırmaq istəyirik ki, bu yazı Azərbaycanın
ayrılmaz bir parçası olan Zəngəzur mahalının igid oğlu,
əfsanəvi sərkərdə, unudulmaz tarixi şəxsiyyət, savadlı və
uzaqgörən lider, əhali arasında böyük nüfuz sahibi olan Aslan
bəy Sultanova həsr edilir. Aslan bəy Sultanovun yaşadığı
ömür, keçdiyi şərəfli həyat yolu isə hər bir azərbaycanlıya
örnək və nümunədir.
Haşiyə: Aslan bəy zadəgan nəslindəndir. Professor Ədalət
Tahirzadənin araşdırmalarının birində deyilir: Görkəmli
tədqiqatçı Ənvər Çingizoğlu özəlliklə Qarabağın əksər soyla-
rının tarixini arxiv bəlgələrinə əsasən incəliklə öyrənərək
ortaya qırxdan artıq sanballı kitab qoymuşdur. O, Sultanov-
ların da kökünü öyrənərək dəqiqləşdirmişdir. Ənvər bəyin
“Püsyan eli” (tarixi genealoji tədqiqat) adlı dəyərli yazısında
Sultanovlar nəsli haqqında geniş bilgi verilir. Ənvər bəy yazır
ki, Sultanovlar soyunun ulu babası XVII yüzilin sonlarında
yaşamış, şahdan sultan rütbəsi almış Hacı Məhəmməd bəy
Püsyandır. Hacı Məhəmməd sultanın törəmələri bəylərbəylik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
14
və xanlıq dönəmində Püsyan, rus üsuli-idarəsi dövründə
Sultanov soyadı daşıyıblar. Aslan bəy Sultanov Hacı
Məhəmməd sultanın oğlu, İbrahim sultanın oğlu, Pənah
sultanın oğlu, Xanəmir sultanın oğlu, İbrahim sultanın oğlu,
Həsən sultanın oğlu, Nəsir sultanın oğlu, Məhəmmədəli bəy
sultanın oğlu, Abdulla sultanın oğlu Kərbəlayı Hüseyn bəy
Sultanovun oğludur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
15
15
Birinci fəsil
Zəngəzur Aslanı - Aslan Bəy Sultanov
Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov 1888-cu ildə
Zəngəzur qəzasının Qubadlı rayonunun Hacılı kəndində
anadan olmuş, ilk təhsilini doğma kəndində–əmisi oğlu Həsən
bəyin müdir olduğu ikisinifli dördillik təhsil müddəti olan rus
məktəbində almışdır. Daha sonrakı təhsilini isə Azərbaycanın
bir sıra ziyalılarının yetişməsində xüsusi rolu olan Qori
seminariyasında davam etdirmiş, daha sonra isə ali hərbi
məktəbi bitirmişdir.
1920-ci ilin aprelində Azərbaycan Demokratik Respub-
likası Hökuməti bolşevik xəyanəti nəticəsində hakimiyyəti
heç bir müqavimət göstərmədən bolşeviklərin ixtiyarına
buraxdıqdan sonra Zəngəzur qəzası demək olar ki, tamamilə
hərbi qüvvələrin nəzarəti altına keçmişdi. Azərbaycan
Demokratik Respublikası hakimiyyəti dövründə Zəngəzur
qəzasında qəza mahal pristavı vəzifəsində işləyən və eyni
zamanda yerli hərbi qüvvələrə rəhbərlik edən Aslan bəy
Sultanov müsavat hakimiyyəti devrildikdən sonra başqa
xəyanətlər və məğlubiyyətlər baş verməsin deyə, qəzadakı
bütün hərbi qüvvələri birləşdirməyi qərara alır. Bu addımı
atmaqla Aslan bəy Sultanov tarixi məsuliyyəti öz üzərinə
götürür.
Aslan bəy Sultanov tarixi məsuliyyəti öz üzərinə
götürməklə həmin dövrlərdə daşnak generalı Andronikə, onun
yaratdığı daşnak hökumətinə, həmin hökumətin başçısı
general Nijdeyə, müdafiə naziri general Droya və qeyrilərinə
qarşı yaratdığı böyük bir hərbi qüvvə ilə vuruşur, mübarizə
aparır.
Burada bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan
Demokratik Respublikası hakimiyyəti dövründə qəzada böyük
hörmət və nüfuz sahibi olan Aslan bəy Sultanovun tövsiyyəsi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
16
ilə, onun əmisi oğlu Cəlil bəy Sultanov Zəngəzur qəzasından
Azərbaycan
Demokratik
Respublikası
parlamen-
tinə üzv seçilmiş, siyasi fəaliyyətini şərəflə və vicdanla yerinə
yetirmişdir. Onun parlamentdə qaldırdığı taleyüklü məsələ
Cəlil bəyin kim olduğunu bir daha təsdiq edir.
Азярбайжан Республикасынын баш Милли Дювлят
Архиви, фонд 894, сийащы 1, иш 119
Копия с телеграммы из Карягино в Баку
Председателю Парламента за №240/107
От 21 января 1920 года.
Зангезурском уезде чертвертый день идеть наступ-
ление армянских банды совместно регулярными войс-
ками при артиллерийском и пулемѐтном огне точке фронт
на протяжением 50 весрть от Кубатлов до Ходжагана
точка жертвы колосальныя население бежит панике и
напрасно просить о помощи точка Убедитель нейше
прошу срочных мерь высылки большого количества
войске патронов точка от имени несчастнаго неселения
уезда умоляю перейти от бумажных протестов активным
действиям и спасти лучший уголок Азербайджана от
окончательной гибели точка за Зангезуромь очередь
Карабаху точка потерю всего этого ответствуете передь
тюркскимь народом и Азербайджаном вы.
Член парламента Джалиль Султанов.
С подлинным верно.
Делопроизводитель.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
17
17
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
18
Diqqəti çəkən arxiv sənədlərindən biri də Cəlil Sultano-
vun 1920-ci ilin 21 yanvarından mərkəzə, parlamentin sədrinə
ünvanladığı həyəcan təbili çalan məlumatıdır. Məlumatda
bildirilir: Zəngəzur qəzası dördüncü gündür hücuma məruz
qalır. Erməni banditləri və erməni qoşunları tərəfindən.
Toplardan və pulemyotlardan müntəzəm olaraq atəşə tutulur
Zəngəzur qəzası. Cəbhə uzanır 50 verst Qubadlıdan Xocahan
kəndinə qədər. Külli miqdarda qurbanlar var. əhali şaiyələrə
uyur, nahaq yerə kömək üçün xahiş edir. Çox xahiş edirəm
təcili tədbirlər görəsiniz. Zəngəzur qəzasının bədbəxt əhalisi
adından yalvarıram. Kağız üzərindəki etirazlardan nəhayət ki,
keçin aktiv fəaliyyətə və s. Xilas edin Azərbaycanın ən gözəl
guşəsini tamamilə məhv olma təhlükəsindən. Zəngəzura,
sonra növbə Qarabağa gəlir. Bütün bu itkilərə görə siz
məsuliyyət daşıyırsınız bütün türk xalqları və Azərbaycan
xalqları qarşısında.
Parlamentin üzvü Cəlil Sultanov.
Bu arxiv sənədini təhlil etdikdə aşıq-aydın Cəlil
Sultanovun parlamenti ittiham etdiyini görürük. Belə ki, o, öz
deputat mandatını deyil, birbaşa onu seçən insanların
mənafeyini ön plana şəkir. Mərkəzdən təcili kömək
göndərilməsini xahiş edir. Cəlil bəy axırda ürək yanğısı ilə
bildirir ki, bədbəxt Zəngəzur əhalisinin adından sizdən xahiş
edirəm Azərbaycanın ən gözəl guşələrindən biri olan
Zəngəzuru tamamilə məhv olma təhlükəsindən xilas edəsiniz.
Həyəcanla bildirir ki, kağız üzərində yazılan qəti etirazlardan
artıq əməli fəaliyyətə keçmək lazımdır. Əvvəl Zəngəzur,
sonra isə Qarabağın itirilməsinə görə bütün türk və
Azərbaycan xalqının qarşısında siz tarixi məsuliyyət
daşıyırsınız.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Faiq Abdullayev. Zəngəzur aslanı – Aslan bəy Sultanov
19
19
Yerli sərkərdə Aslan bəyin tövsiyyəsi ilə seçilən Cəlil bəy
(Aslan bəyin əmisi oğlu) millətinin mənafeyini hər şeydən
üstün tutaraq parlamentin sədrini ittiham edir.
Onu öz deputat mandatını itirmək maraqlandırmır. Burada
sərkərdənin və ona sadiq əqidə qardaşlarının milli mənafeyə
nə qədar sadiq olduqları açıq-aydın görünür.
Cəlil Sultanov sonda bildirir ki, əvvəl Zəngəzur, sonra
növbə Qarabağa gəlir. Bütün bu itkilərə görə türk və
Azərbaycan xalqı qarşısında parlament məsuliyyət daşıyır. Bu
ittihamedici çağırışı ilə Cəlil bəy parlamentarları ayıltmağa,
onların məsuliyyət hissini artırmağa çalışır. Bu günün
prizmasından baxdıqda Aslan bəyin, Cəlil bəyin, Xudabaxış
bəyin və onların əqidə qardaşlarının nə qədər haqlı olduqlarını
zaman təsdiq edir. Doğrudan da əvvəl Zəngəzur verildi. Sonra
Zəngəzurdan başlanan qaçaqçılıq hərəkatı hökumətə qarşı
silahlı müqavimət. Bu yolda tökülən
saysiz-hesabsız şəhid qanları Qarabağın o vaxt verilməsi
planının qarşısını aldı. Arxiv sənədlərindən məlum olduğu
kimi Nəriman Nərimanov Zəngəzurla birlikdə Qarabağın da
ermənilərə verilməsinə razılıq vermişdir. Çox təəssüflər olsun
ki, Cəlil bəyin əvvəl Zəngəzur, sonra isə Qarabağın gedəcəyi
proqnozu təsdiqini tapdı. 1925-ci ilin əksinqilabçılar sayılan
bir arxiv sənədi var. Orada Aslan bəyin, Cəlil bəyin,
Xudabaxış bəyin və qeyrilərinin adları var.
Cəlil bəy Sultanov parlamentdəki çıxışlarında birmənalı
olaraq, kəskin şəkildə hökumətdən tələb edirdi: -“Nijdenin
rəhbərlik etdiyi daşnak hökuməti ilə sərhəddə yerləşən və hər
gün daşnak təcavüzü ilə üz-üzə dayanan Zəngəzur qəzasının
əhalisinə tezliklə dövlət tərəfindən kömək göstərilməzsə, biz
parlamentarilər tarix və zaman qarşısında cavab verməli
olacağıq”. Cəlil bəy Sultanov əlavə olaraq onu da qeyd etmiş-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Dostları ilə paylaş: |