Milli Virtual Kitabxana



Yüklə 0.68 Mb.

səhifə1/7
tarix08.12.2016
ölçüsü0.68 Mb.
  1   2   3   4   5   6   7

 

www.kitabxana.net

 

 

Milli Virtual Kitabxana 

 

 

 

Nəriman Nərimanov 

 

 

BAHADIR VƏ SONA 

 

 (Nəsr əsərləri) 

 

 

Elektron kitab 

 

 

 

 YYSQ - Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri N 22 

 

 

 

Redaktoru və e-nəşrə hazırlayanı hazırlayanı:  

 

 

 

Aydın Xan (Əbilov), yazar-kulturoloq 

 

  

 

  

YYSQ - Milli Virtual Kitabxana 

 

  

 

Bakı 2010 

 

 

 

1



 

Nəsr əsərləri 

 

 

 



“BAHADIR VƏ SONA” (roman) 

 

“İDİL KƏNARINDA” (romandan bir hissə) 



 

 “BİR KƏNDİN SƏRGÜZƏŞTİ” (Hekayə) 

 

“PİR” (Povest) 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2



 

BAHADIR VƏ SONA 

 

roman 

 

 

 

BİRİNCİ  HİSSƏ 

 

  



 

Yayın isti günlərindən idi. Günün axırıncı şəfəqi uca ağacların başını qızıl rəngində etmişdi və 

nazik yel yavaş-yavaş əsib yarpaqları tərpədirdi. Belə bir gözəl vaxtda ağacın altında, otun 

üstündə bir universitet tələbəsi, "student" əyləşmişdi və hərdənbir öz ətrafına nəzər yetirib fikrə 

gedirdi. Bu novcavan gül üzlü, xoş sifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. Amma 

bununla belə də üzü ürəyindəki pünhan qəmini bəyan edirdi. Neçin bu qəm dəryasına batmışdı? 

Və neçin kabab tək qovrulurdu? -- səbəbini bir özü, bir də əlindəki dəftərçə bilirdi. 

 

  



 

Axşam yavaş-yavaş araya gəldi. Gün məğribə yavuqlaşdı, Qalın meşə, yaşıl ot adam boyunda, 

gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir, kərdişin 

comərdliyini anlayırsan. Belə bir gözəl vaxtda həmin meşədə tək, yaşıl otun üstə sərilmiş gözəl 

bir qız görərsinizsə, mənzərə daha artıcaq surətdə gözəl görünər.... 

 

  



 

Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. Komalıqda gəzərkən nəzəri bir 

ağacın altına düşdü və orada on yeddi yaşında aya bənzər bir qız görüb halı dəyişirildi. Qız 

arxası üstə uzanıb kitab oxuyurdu. İsti olmağa görə qız ağ, mərmər döşünü açmışdı və hərdənbir 

ətrafına baxıb guya ləzzət aparırdı. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı 

manşırladı. Qız Bahadırın orada olmağından xəbərsiz idi. Bir az müddət keçəndən sonra qız 

şümşad əlini yaxasına uzadıb saata baxdı və yerindən tez durub getdi. Çünki qızın yolu 

Bahadırın yanından idi. Ona görə Bahadır istədi ki, gizlənsin ta qız onu görməyə, qız isə 

Bahadırı görüb yanından keçərkən xumar gözlərini Bahadıra süzdürdü. Qızın belə baxmağı 

Bahadırı özgə xəyallara saldı.... 

 

  

 



İki novcavanın meşədə bir-biri ilə rast gəlməkləri ikisini də iztiraba saldı: qanları cuşə gəlib az 

qaldı ki, özlərini itirsinlər....  Bahadır qızın dalınca xeylaq baxdı: vaxt ki, qız gözdən itdi, 

Bahadır yavaş-yavaş qızın dalınca gedirdi. Bu minvalla gəldi bazara, fəqət qızı görmədi. Bahadır 

mahud almaq fikri ilə bir mağazaya varid oldu. Bunun üzərinə mağazanın sahibi gəlib Bahadıra: 

 

  

 



"Buyurunuz, nə xahiş edirsiniz?" 

 

  



 

 

3



Bahadır: 

 

  



 

"Zəhmət çəkib mənə qara rəngdə mahud göstəriniz." 

 

  

 



"Buyurunuz, " -- deyə göstərir -- bu çox yaxşı mahuddur.  

 

  



 

"Həqiqət, yaxşıdır! Neçədir qiyməti?" 

 

  

 



"Axır qiyməti: arşını dörd manatdır." 

 

  



 

"Çox gözəl! İki arşın yarım kəsiniz." 

 

  

 



Mağaza sahibi iki arşın yarım ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi və bir az fikirdən 

sonra Bahadırdan sual etdi: 

 

  

 



"Cənabınız studentdirmi?" 

 

  



 

"Bəli, " -- Bahadır cavab verdi.  

 

  

 



"Sizin yoldaşlardan burada çoxdurmu?" 

 

  



 

" Xeyr, ancaq üç nəfərik." 

 

  

 



"Bəs sizlərdən heç müsəlman varmı?" 

 

  



 

"Bəli, ancaq bir müsəlman var." 

 

  

 



4

 

"Siz buyurduğunuz şəxs farsca bilirmi?" 

 

  

 



"Bəli, bilir." 

 

  



 

"Bəs nə vaxt siz zəhmət çəkib məni onunla aşna edərsiniz?" 

 

  

 



Bahadır bir az fikirdən sonra cavab verdi: 

 

  



 

"Məlum ola ki, o student mənəm, sizin qulluğunuzda durmuşam." 

 

  

 



"Çox gözəl oldu ki, mən sizinlə aşna oluram "-- Yusif, deyib Bahadıra əl verdi. Və bir-birinə öz 

adlarını bəyan edəndən sonra Bahadır bir az fikrə gedib sual etdi:  

 

  

 



"Təvəqqe edirəm buyurasınız görüm, siz neçin farsca bilən axtarırsınız?" 

 

  



 

"Səbəb odur ki, -- cavab verdi Yusif -- mənim bir qızım var, "Qız institutunu" qurtarıb, türkcə 

dəxi yaxşı bilir və hətta  yazır da. Amma indi farsca oxumaq istəyir, ona gərə mən də adam 

axtarırdım. Sizə rast gəlib nəhayətdə xoşhal oldum. Ümidvaram ki, bu barədə mənə köməklik 

edərsiniz." 

 

  



 

Bahadır bir az fikirdən sonra: 

 

  

 



"Çox əcəb! Bu barədə mən sizə köməklik edərəm...." 

 

  



 

"Çox  məmnunəm, " -- Yusif Bahadırın əlindən tutdu və dedi: -- Bəs nə vaxt bizə 

buyuracaqsınız? "Nə vaxt istərsiniz." 

 

  



 

 

5



"Belə olan surətdə təvəqqe edirəm sabah günorta bizə buyurasınız, amma ... çünki evimizi 

bilmirsiniz, ona görə zəhmət qəbul  edib mənim yanıma buyurarsınız, buradan bir yerdə 

gedərik." 

 

  



 

"Çox əcəb, " -- Bahadır deyib çıxdı.  

 

Bahadır üz qoydu öz evinə gəlməyə. Ruzigar qaranlıqlaşmışdı. Bahadır şam yandırıb öz adətinə 



görə başladı qəzetə oxumağa. Həmin nömrədə müsəlmanların mədəniyyət barəsində dalda 

qalmağından yazmışdılar. Oxuyub qurtarandan sonra dərin-dərin fikrə gedib qəm dəryasına batdı 

və qələm götürüb öz ruznaməsində yazdı. Bir xeylaq yazandan sonra qələmi əlindən buraxıb 

soyundu yatmağa. Bahadır yerinin içində cürbəcürə fikirlərə düşdü. Nədən fikir edirdi? 

Peterburqdanmı və orada təhsil etdiyi elmdənmi? Xeyr, Bahadırın başındakı fikirlər bunlar 

deyildi. Üç fikir onu məşğul etmişdi: əvvəlinci öz millətinin halı ki, qəzetədə yazılmışdı. İkinci, 

o qız ki, ona meşədə rast gəlmişdi və üçüncü o qız ki, onu oxudacaqdı.... Bu tövr fikirlərə 

gedərkən birdən səslə dedi: "Ah, nə olardı ki, mən oxutduğum qız meşədəki olaydı!" Sonra: 

"Belə iş olmaz" -- deyib ümidini yozdu. Bu fikirlərdən sonra Bahadırı erməni qızının farsca 

oxumağı məşğul etdi və öz-özünə dedi: "Bu millətə təəccüb etməlidir! Erməni qızı neçin farsca 

oxusun? Neçin türkcə bilsin?...." Bu fikirdə olarkən Bahadır yuxuya getdi. 

 

  



 

Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlıydı. Çünki mülklərini 

qeyriləri dolandırırdı. Bir zamandan sonra borca düşüb var-yoxunu satıb borcunu verdi. Lakin iki 

min manatlıq yer anasının adına qalmışdı.Bahadır hərçənd atasının tək oğlu idisə də, bununla 

belə qeyriləri kimi atasının dövlətinə çox da ümid bağlamayıb oxumağa səy edirdi. 

Gimnaziyanın beşinci klasına keçəndə Bahadırın atası vəfat etdi və bir il ondan sonra anası öldü. 

Atasının və anasının bivaxt ölməkləri, atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti 

Bahadırı min-min fikirlərə salıb bilmirdi ki, nə etsin. Bahadırın gözəl əxlaq və ətvarına görə 

yoldaşları onu çox sevirdilər. Bahadıra belə bədbəxtlik üz verəndən sonra yoldaşları sözlərini bir 

edib başladılar Bahadıra layiqincə kömək etməyə, bu minvalla Bahadır gimnaziyanı qurtardı. 

Gimnaziyanı qurtarandan sonra yenə oxumaqdan əl çəkməyib istədi ki, anasının adına qalan yeri 

ucuz qiymətə satıb universitetə getsin, taki, elmini başa çıxarda. Qeyrətli yoldaşları: "Yer 

gələcəkdə sənə lazım olar" deyib, onu belə fikirdən daşındırdılar və özləri dəxi öz aralarında 

Bahadıra kömək edirdilər. Universitetdə Bahadırın işləri yaxşı keçdi. Çünki özü üçün bir neçə 

dərs tapıb ayda 40 və 50 manata qədər pul qazanırdı. O pulla yoldaşlarından birinə də kömək 

edirdi. Üç il bu minvalla universitetdə oxuyub dördüncü il yay fəsli rüxsət olunan vaxt bir neçə 

yoldaşları ilə Məngilisə gəldi. 

 

       *       *       *       *       * 



 

  

 



Sabah açıldı. Bahadır hələ üzünü yumamış ev yiyəsi qoca övrət Bahadırı çay içməyə çağırdı. 

Bahadır üzünü yuyub çay içməyə getdi. İki stəkan çay içib öz otağına gəldi və qəzetə götürüb 

oxumağa məşğul oldu. Sonra Yusifgilə getmək üçün hazırlaşıb yola rəvan oldu. Yusif  Bahadırı 

görüb nəhayətdə şad oldu. 

 

  

 



 

6


Yusif tiflisli məşhur dövlətli erməninin oğlu idi. Atası mədəniyyətli olduğuna görə oğlunu da 

gimnaziyada oxudurdu. Yusif 18 yaşında ikən atası öldü. Çünki Yusif atasının tək oğlu idi, ona 

görə atasından sonra buna mümkün olmadı ki, elmlərini başa çıxartsın. Bu səbəbə Yusif 

gimnaziyadan çıxdı. Bir az müddətdən sonra Yusif bir gözəl erməni qızına aşiq olub onu aldı. 

Bunun övrəti Avropa elmlərindən dadmış bir ağıllı övrət idi. İki ildən sonra bunlardan bir qız 

dünyaya gəldi adı Səlimə (Salome), 17 yaşında ikən ərə getdi. Səlimənin əri Məngilisdə olurdu. 

Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. Yusif uşaqlarının içində hamıdan çox kiçik 

qızı Sonanı istəyirdi. Zira ki, Sona əxlaq və ətvarda hamıdan gözəl bir qız idi. Sona oxumağı 8 

yaşından başladı. Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqogika elmində qabilə bir 

övrət idi. Məzkurə qız bir neçə vaxtdan sonra "Jenski institut" adlanan məktəbdə oxuyurdu. Az 

müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və 

rus dilində azadə danışardı. Bu dillərdən başqa dəxi türkcə yaxşı yazıb-oxuyurdu. Öz dilini 

demək artıqdır! Çox çəkmədi ki, bu qız institutu nişanla qurtardı və ağıl-kamalı ilə məşhur olub 

hər yerdən istəyirdilər ki, onu alsınlar. Amma qız heç kəsə getmək istəməyirdi, çünki istəyirdi ki, 

ömrünü qələm işlətməklə millətinin yolunda çürütsün....  Yusif bir neçə səbəblərə görə Məngilisə 

gəlib orada mağaziyə açdı və yer alıb bir yaxşı ev saldırdı. Payız fəsli Yusifin külfəti Tiflisdən 

Məngilisə köçdü. Amma nə fayda ki, Məngilisin pis vaxtı idi. Çünki yayda gələnlər hamısı 

köçmüşdülər, bundan əlavə, ağaclar yavaş-yavaş solub havanın nəfəsi sovuqlaşmışdı. Sona üçün 

günlər nəhayətdə qəmgin keçirdi, bir dost-mehribanı yox idi. İti çovğunlardan sonra yaz fəsli 

gəldi. Məngilis yaşıl məxmərlə bəzəndi və Sonanın ürəyi qəfəsdən çıxan bülbülün ürəyinə 

bənzərdi. Yay aralığa gəlib xalq yavaş-yavaş Tiflisdən Məngilisə köçdü. Bir az zamanda Sona 

özü üçün həmsöhbət tapdı. Gününü gah bağlarda və gah meşələrdə  keçirirdi. Məngilisin yay 

fəsli Sonanın nəhayətdə xoşuna gəldi.... 

 

  



 

Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. Bunlar bir-biri ilə şirin söhbətə 

məşğul idilər, Bahadır hərdənbir ürəyindən bunu keçirirdi: "Allah! Görəydim o qızı ki, mən 

oxudacağam, necə qızdır?" 

 

  

 



Nəzakətli Sona bir saat güzgünün qabağında gah aya bənzər camalı ilə, gah donu ilə məşğul idi. 

Sona elə ki, geyinib hazır oldu, qapının arasından baxdı. Bahadırı görüb öz-özünə dedi: "Bu 

mənə tanış surətdir!". 

 

  



 

Bir az keçəndən sonra Sona anası ilə bərabər içəri daxil oldular. Yusif tez yerindən qalxıb 

bunları adətə görə Bahadırla dost etdi. Bahadır bir özgə halətdə bulundu. Sona dəxi onun halını 

hiss etdi. Bahadır Sonanın meşədə mərmər döşü açılmış, yaşıl otun üstündə sərilmiş halını nəzərə 

gətirdi, gözlərindən od parıldadı.... 

 

  



 

Sonanın anası Maşo gülə-gülə Bahadıra dedi: 

 

  

 



"Sizinlə dost olmağımıza nəhayətdə şadam." 

 

  



 

7


 

"Bəli, bu saat ki, sizinlə oturmuşam, ömrümdə gözəl saatlardan biri hesab edirəm. " -- Bahadır 

deyib Sonaya nəzər yetirdi. Sonanın dəxi bu sözlərdən xoşu gəlib Bahadır tərəfə baş əydi. Söhbət 

bir az ara verəndən sonra Yusif üzünü Bahadıra  

 

tutub dedi: 



 

  

 



"Allah-taala bizim dostluğumuzu həmişəlik etsin və təvəqqe edirəm ki, bu gündən bizə daşınıb 

bu üç ay yayı bizimlə olasınız." 

 

  

 



Bahadır Yusifdən elə ki, bu sözləri eşitdi, nəhayətdə şad oldu və Yusifə kamal-ədəblə baş əyib 

dedi: "Çox təşəkkür edirəm!" 

 

  

 



Saat ikidə stol nahara hazır oldu. Yusif durub Bahadırı nahar olunan otağa dəvət etdi. Hamısı 

nahar otağına getdilər. Yusif stolun başında, Bahadır sağ tərəfdən və Maşo, Sona sol tərəfdən 

əyləşdilər. Xörək dörd rəng idi. Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu. Nahar 

vaxtında millətlər barəsində bir neçə söhbət oldu. Erməni millətinin barəsində söhbət edəndə 

Sona ağzını açıb bülbül kimi ötürdü....  Nahar xeylaq uzandı. Nahardan sonra Bahadıra bir otaq 

verdilər ki, orada bir az rahat olsun. Elə ki, saat altı oldu, Bahadıra qulluqçu su gətirib üzünü 

yudurtdu. Ondan sonra hamı balkona yığılıb çay aralığa gətirdilər. Yusif çay vaxtı vədə qoydu 

ki, Bahadır sabahdan daşınsın. Saat 8 olardı ki, çaylarını  qurtardılar. Bahadır bunlarla görüşüb 

öz evinə getdi. 

 

  



 

       *       *       *       *       * 

 

  

 



O biri günü saat 9-da Sonanın gədəsi Bahadırın qapısında hazır oldu. Bahadır ev yiyəsi ilə 

hesablaşıb şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. Bahadır uzaqdan Sonanı balkonda 

bunu gözləyən görüb ürəyi iti döyünürdü və Sonanın dəxi rəngi təğyir tapdı; elə ki, Bahadır 

Sonaya yavuqlaşdı, Sona gülümsünüb ağ əlləri ilə Bahadırın əlindən tutub çəkdi. Bahadır 

hamısını hiss edirdi. İkisinə də məlum oldu ki, bunlarda məhəbbət əlamətləri vardır. 

 

  



 

Sona və Bahadır zala varid oldular. Bu vaxtda Maşo içəri daxil oldu və onun dalınca çay 

gətirdilər. Çaylarını içəndən sonra Maşo Bahadır ilə salamatlaşıb özgə yerə getdi. Evdə ancaq 

Sona ilə Bahadır qaldı. Ev qulluqçuları işə və uşaqlar oynamağa məşğul idilər. Söhbətləri bir az 

ara vermişdi ki, Sona kamal-ədəblə Bahadıra dedi: "Bu otağa buyurunuz". Bahadır Sonanın 

dalınca gedib bir gözəl bəzənmiş otağa daxil oldular. Pəncərələrin qabağında cürəbəcürə güllər 

və üstündə bülbüllər cəh-cəh edib öz nəğmələrini oxuyurdular. Otağın bir tərəfində kravat, 

balışları qu tükündən, bir tərəfində də miz, bir neçə stul və əlüzyuyan. Sona otağı göstərib dedi: 

 

  

 



8

 

"Buranın sizə təəllüqü vardır." Bahadır baş əyib dedi: 

 

  

 



"Təşəkkür edirəm. Bu vaxt gədə gəlib xəbər verdi ki, şeyləri gətiriblər."Sona həmin saat şeyləri 

otağa daşıtdırdı. 

 

  

 



Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yer-bəyer edirdi. Xülasə, axşam aralığa gəldi. 

Bahadır adətə görə ruznaməsini götürüb bir neçə şey yazdı....  Elə ki, sabah oldu, Sona fars dilini 

oxumağa başladı. Bahadır bir neçə həftə danışıqda çox işlənən sözləri ona öyrətdi və sonra 

kitabdan az-az dərs verirdi. Sonanın səyi çox olmağa görə bir az müddətdə farsca Bahadırın 

suallarına dəxi cavab verirdi....  Bir gün Bahadır millət sözünü bəyan edərkən fikrə gedib ah 

çəkdi və yavaşdan farsca bunu dedi: "Biçarə millətim!" Bunu deyib rəngi təğyir tapdı. Sona 

bunun sözünü yaxşı eşitməyib sual etdi: 

 

  



 

"Nə üçün siz ah çəkdiniz və nə dediniz?" 

 

  

 



Bahadır bir az fikirdən sonra dedi: 

 

  



 

"Sizə dair bir söz demədim, ona görə təvəqqe edirəm ki, ürəyinizə bir şey gətirməyəsiniz." 

 

  

 



"Xeyr, sizin sözlərinizdən mən özgə bir şey hiss etdim, təvəqqe edirəm məndən heç bir şeyi 

gizlətməyəsiniz." 

 

  

 



"Həqiqət, sizə dair bir söz demədim." 

 

  



 

"Bahadır bəy! Hərgah indi buyurduğunuz mətləbi mənə aşkar etməsəniz, onda dəxi könlüm 

sizdən dönər. Məlumdur ki, övrətin ürəyi kişininki kimi olmaz. Hərgah deməsəniz, öz canıma 

and verirəm." 

 

  

 



"Sona xanım! Nə üçün öz canınıza and verirsiniz? Özünüz yaxşı bilirsiniz ki, hərgah lazımlı söz 

olsa, sizdən gizlətmərəm. O mətləb ki, mən dedim sizə əsla lüzumu yoxdur. Sizin üçün 

xeyirsizdir. Mən ancaq millət sözünü bəyan edirdim, hərgah mənim ah çəkməyim sizi şəkkə 

salır, təvəqqe edirəm ki, bu barədə özgə fikirlərə düşməyəsiniz, çünki ah çəkmək mənim həmişə 

adətimdir." 

 

9



 

  

 



" Bahadır bəy! Təvəqqe edirəm mətləbdən kənar olmayasınız. Nə dediniz və nə üçün ah 

çəkdiniz, hamısını mənə bəyan ediniz, çünki bu pünhanlıq məndə bir böyük dərd olar." 

 

  

 



"Sona xanım! Sizdə dərd olunca qoyun məndə olsun!....  O ah ki, mən çəkdim, millətpərəstlik 

ahıdır ki, həmişə mən çəkirəm. Sizə məlum olsun ki, mən millət sözünü bəyan edirdim. O vaxt 

öz millətim yadıma düşdü...." 

 

  



 

Sona bu sözləri eşidib bir az fikrə getdi və dörd ətrafına baxıb gördü ki, heç kəs yoxdur

yavaşdan Bahadırın əlindən tutub  dedi: 

 

  



 

"Nəhayətdə şadam! Çox gözəl ki, iki bir fikirli cavanlar bir yerə düşüblər!...." 

 

  

 



Bahadır fikirdə ikən Sona yenə əlindən tutub dedi: "Təvəqqe edirəm bundan sonra bu babda 

məndən bir şey gizlətməyəsiniz, çünkn mən də siz fikirdəyəm "...  neçin bəs ah çəkdiniz?  

 

  

 



"Ondan ötəri ki, bizim millət qeyri millətlərdən dalda qalıbdır...." 

 

  



 

"Bəs buyurun görək, aya, sizin millət yəni necə dalda qalıbdır?" --Kitabı əlindən yerə qoyub 

Sona Bahadırdan sual etdi. 

 

  



 

" Əzizim Sona xanım! Dəxi necə dalda qalmasın bir millət ki, dünya elmlərindən qaçaq 

düşübdür? Və elmsiz millət qabağa gedərmi? Getdi zor dünyası!...." 

 

  



 

"Haqq buyurursunuz, amma bu barədə gərəkdir sizin ruhanilər çalışalar, çünki xalq onlara 

inanır." 

 

  



 

"Bəli, doğru buyurursunuz, xalq ancaq mollalara inanır, yəni molla nə desə xalq ona əməl 

edir."İslamın və millətin evini yıxan bu deyilmi? Müsəlman filosoflarından biri deyir: 

"Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin qoyduğu dini tanımaz". 

 

  

 



10

 

Bahadır bu sözləri deyib papirosunu yandırdı. Sona bu sözlərdən sonra bir az fikrə gedib dedi: 

 

  

 



"Həqiqət, çox çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə 

tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba?! Məsələn, mən bir neçə filosof inşalarında 

oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir." 

 

  



 

Bahadır bu sözlərdən sonra Sonaya diqqətlə baxıb gülümsündü: 

 

  

 



"Sona xanım! Zahirdə həqiqət belədir, görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım 

gəlir: hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə həmişə düşmən olublar, 

yəni tərəqqi yolunu mümkün olan qədər millətin üzünə bağlı qoyublar. Lakin bu məsələdə 

xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə 

düşmən olublarsa da, fəqət padşahlar və dövlət ruhanilərlə müdam müharibədə bulunublar. 

Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyiblər." 

 

  

 



Padşahlar--dövlət isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin 

tərəqqisinə çalışıblar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin 

zəncirindən yavaş-yavaş xilas edibdir. Müsəlman aləminə diqqət edərsnniz isə bu müharibəni 

görməzsiniz. Padşah həm xəlifə olub da, həm dövlətin yol göstərəni. Padşah--xəlifə, ya 

zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu camaatın üzünə qəsdən, ya səhvən bağlayıbdır. İndi 

bu vaxtadəkOsmanlı padşahının xəlifə adlanmağı böyük bir dəlildir....  Daha açıq söyləyəlim: 


: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə