Milli Virtual Kitabxananın Təqdimatında Tanınmış alman yazı



Yüklə 6.25 Kb.
PDF просмотр
səhifə1/17
tarix30.06.2017
ölçüsü6.25 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

 
www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
Ятриййатчы. 
Бир qатилин тарихчяси.. 
 
Roman və hekayə 
2012
 
www.kitabxana.net   
 
Milli Virtual Kitabxananın 
Təqdimatında 
 
Tanınmış alman yazıçısının azərbaycanca nəsr 
əsərlərindən ibarət ibarət e-toplusu… 
 
YYSQ - Milli Virtual Kitabxananın 
e-nəşri N 05 (2012) 
 
Redaktoru və e-nəşrə hazırlayanı: 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
YYSQ - Milli Virtual Kitabxana 
Bakı - 2012 
Patrik Züskind
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
 
 
Patrik Züskind 
 
 
Ятриййатчы 
 
 Бир qатилин тарихчяси 
 
 
 
 
Roman 
 
“DƏRİNLİK HƏSRƏTİ” 
 
 
Hekayə 
(Bir hekayənin iki fərqli tərcüməsi) 
 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
www.kitabxana.net   
 
Milli Virtual Kitabxananın Təqdimatında 
 
 
Elektron kitab 
 
 
 
Tanınmış alman yazıçısının azərbaycanca nəsr 
əsərlərindən ibarət ibarət e-toplusu… 
 
 
YYSQ - Milli Virtual Kitabxananın 
e-nəşri N 05 (2012) 
 
 
Redaktoru və e-nəşrə hazırlayanı: 
 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı - 2012 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
Patrik Züskind 
 
Vikipediya, açıq ensiklopediyadan info 
 
Almanca Patrick Süskind. 
 
Patrik Züskind (alm. Patrick Süskind) - Müasir alman yazıçısı, dramaturqu və ssenaristi. 
Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. 
Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda xidməti başa 
vurduqdan sonra bir il "Aix-En-Provonce" leksiyalarında iştirak edib, öz biliklərini fransız dili və 
mədəniyyətinin öyrənilməsinə sərf edib. 
Züskind sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə məhşur 
"Kir Royal", "Monako Frans" və "Rossini və ya kim kim ilə yatdı" adlı televiziya filimlərinə 
ssenari yazıb. 
Teatr səhnəsində Züskind ilk nailiyyətini "Kontrabas"ı yazmaqla qazanıb. Sonra ona dünya 
şöhrəti gətirən "Ətriyyatçı" (1985) romanı, "Göyərçin" (1987) və "Cənab Zommerin tarixi" 
(1991) novellalarını yazıb. 
Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda 
yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə 
alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır. 
2006-cı ildə "Ətriyyatçı" romanı ekranlaşdırılıb. 
 
Roman və povestləri 
Ətriyyatçı. Bir qatilin hekayəsi (Das Parfum), 1985 
Göyərçin (Die Taube), 1987 
Cənab Zommerin hekayəsi (Die Geschichte von Herrn Sommer), 1991 
 
Pyesləri 
Kontrabas (Der Kontrabass), 1981 
Kir Royal (Kir Royal), 1986 
Monako Frans (Monaco Franze), 1982 
Rozini və ya kim kim ilə yatdı (Rossini – oder die mörderische Frage, wer mit wem schlief), 
1997 
 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
Patrik Züskind 
 
“DƏRİNLİK HƏSRƏTİ” 
 
(Hekayə) 
 
 
Yaxşı rəssam olan ştutqartlı gənc bir qadının ilk sərgisində heç bir pis niyyəti olmayan, onu 
ürəkləndirmək istəyən bir tənqidçi dedi:  
 
- Gördüyünüz iş istedadla, zövqlə görülüb, amma hələ sizdə dərinlik çatışmır.  
 
Cavan qadın tənqidçinin nəyi nəzərdə tutduğunu bilmədi, tezliklə onun iradını unutdu.  
 
Amma bir gün sonra qəzetdə elə həmin tənqidçinin resenziyası çap olundu, məqalədə deyilirdi:  
 
“Gənc rəssam çox istedadlıdı, əsərləri də ilk baxışdan kifayət qədər cəlbedicidi; təəssüf ki o 
əsərlərdə dərinlik çatışmır”.  
 
Belə olanda gənc qadın düşüncələrə daldı. O öz rəsmlərinə baxmağa, köhnə qovluqlarda 
eşələnməyə başladı. 
 
Qadın bütün rəsmlərinə, indiki məqamda çəkdiklərinə təzədən baxdı.  
 
Sonra tuş bankalarının ağzını bağladı, peroları sildi, hava almağa çıxdı.  
 
Həmin axşam o, qonaq dəvət olunmuşdu.  
 
Adamlar deyəsən, tənqidçinin dediklərini əzbərləmişdilər, yeri gəldi-gəlmədi, rəssamın böyük 
istedadından, onun tablolarının əlbəəl gözə dəyən cazibəsindən danışırdılar. 
 
Amma gənc qadın ikinci plandakı pıçıltıya, arxası ona sarı duranlara diqqətlə qulaq assaydı, 
ayırd eləyərdi: 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
- Onda dərinlik yoxdu. Bax məsələ bundadı. İstedadı olmağına var, amma dərinliyisə təəssüf ki 
yoxdu.  
 
*** 
 
Bütün sonrakı həftəni gənc qadın heç bir şey çəkmədi.  
 
O dinməzcə çarpayısında oturub özü barədə düşüncələrə dalmışdı, başında dərin sualtı burulğan 
kimi bütün başqa fikirlərini bürüyüb-udan tək bircə fikir əl çəkmədən fırlanırdı:  
 
“Məndə niyə dərinlik yoxdu?” 
 
İkinci həftə qadın təzədən çəkməyə cəhd elədi, amma yöndəmsiz cizgilərdən başqa bir şey 
alınmadı. 
 
Bəzən hətta xırdaca cizgini də çəkə bilmirdi.  
 
Axırda əli elə möhkəm titrəyirdi ki, daha peronu tuş bankasına batıra bilmədi. 
 
Onda ağlamağa başlayıb qışqırdı: 
 
- Bəli, hamısı düzdü, məndə dərinlik yoxdu! 
 
Üçüncü həftə incəsənətə dair cildləri nəzərdən keçirməyə, başqa rəssamların əsərlərini 
öyrənməyə, cidd-cəhdlə qalereyalara, muzeylərə getməyə başladı. 
 
O, təsviri sənətin nəzəriyyəsinə dair kitabları da oxuyurdu. 
 
Kitab mağazasına gedib satıcıdan rəflərində olan ən dərin kitabı soruşdu. 
 
Qadın tanımadığı Vitgenşteynin əsərini aldı, amma ondan heç cür istifadə eləyə bilmədi.  
 
Şəhər muzeyindəki “Avropa rəsminin 500 illiyi” sərgisində o, bədii tərbiyə müəlliminin zallarda 
gəzdirdiyi bir məktəb sinfinə qoşuldu. 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
Gözlənilmədən Leonardo da Vinçinin rəsmlərindən birinin qabağında irəli çıxıb soruşdu: 
 
- Bağışlayın, mənə deyə bilərsinizmi, bu rəsmdə dərinlik var, ya yox?  
 
Müəllim istehzayla üzünə gülüb dedi: 
 
- Hörmətli xanım, əgər mənimlə zarafat eləmək istəyirsinizsə, səhər tezdən qalxmalısınız – 
Sinifdəkilər də ürəkdən qəhqəhə çəkib güldülər.  
 
Gənc qadınsa evə gedib acı-acı ağladı. 
 
*** 
 
Həmin vaxtdan gənc qadın get-gedə daha da qəribə olurdu. O öz atelyesindən demək olar ki, 
çıxmırdı, amma bununla belə işləyə bilmirdi.  
 
Gümrah qalmaq üçün həblərdən istifadə eləyirdi, amma gümrahlığın ona nədən ötrü lazım 
olduğunu bilmirdi.  
 
Yorulanda öz stolundaca yatırdı, çünki dərin yuxu qarşısında dəhşətdən çarpayıya uzanmağa 
qorxurdu.  
 
O həm də içməyə başladı, bütün gecəni də işığı yanılı qoyurdu. 
 
Qadın daha çəkmirdi.  
 
Berlindən bir əntiqfüruş zəng vurub onun üçün bir neçə eskiz çəkməyi xahiş eləyəndə dəstəyə 
qışqırdı:  
 
- Məni rahat buraxın! Məndə dərinlik yoxdu!  
 
Arabir plastilindən nəsə düzəldirdi, amma bunlar qeyri-müəyyən, mənasız şeylərdi. 
 
O yalnız barmaqlarının ucunu plastilinlə batırır, ya da ondan xırdaca kürəciklər düzəldirdi. Zahiri 
görkəmi get-gedə pintiləşirdi. 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
Daha paltarına fikir vermir, mənzilini yığışdırmırdı. 
 
Qadının dostları narahat oldular. Onlar deyirdilər: 
 
“Ona kömək eləmək lazımdı, indi böhran zolağına düşüb.  
 
Bu böhran ya insani, ya da yaradıcılıq böhranıdı, ya da maliyyə böhranıdı.  
 
Birinci halda bizlik heç nə yoxdu, ikinci halda böhrandan özü çıxmalıdı, üçüncü halda biz onun 
üçün vəsait yığılmasını təşkil eləyə bilərik, amma bu, şübhəsiz, onun xoşuna gəlməyəcək”. 
 
Beləliklə də dostları onunla kifayətləndilər ki, onu dəvət eləməyə - nahara, yaxud ziyafətlərə 
çağırmağa başladılar. 
 
Qadın hər dəfə işlərinin başından aşdığını bəhanə gətirib imtina eləyirdi. 
 
Amma qətiyyən işləmirdi, yalnız otağında oturur, gözlərini yerə dikir, plastilini əzişdirirdi.  
 
*** 
 
Bir dəfə qadın öz-özlüyündə elə ümidsizliyə qapılmışdı ki, axır ki bir dəvəti qəbul elədi.  
 
Ondan xoşu gələn bir cavan oğlan gecə başa çatandan sonra məlum məqsədlə yanında qalmaq 
üçün onu evə aparmaq istəyirdi. 
 
Qadın dedi, şübhəsiz bunu eləyə bilər, çünki oğlan xoşuna gəlir; düzdü, oğlan onda dərinliyin 
çatışmadığına hazır olmalıdı. 
 
Cavan oğlan bunu eşidib öz niyyətindən əl çəkmək qərarına gəldi.  
 
Bir vaxtlar çox yaxşı rəsm çəkən qadın indi günlərlə yox, saatlarla süqut eləyiridi. 
 
O daha heç yerə çıxmırdı, daha heç kəsi qəbul eləmirdi, hərəkətsizlikdən kökəlmişdi, 
alkoqoldan, həblərdən qeyri-adi sürətlə qocalırdı.  

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
Mənzili çürüməyə başlamışdı, özündən kif iyi gəlirdi.  
 
Bir vaxtlar ona otuz mun marka miras qalmışdı. 
 
Həmin pula üç il yaşadı. O müddətdə bir dəfə Neapola səyahət elədi, necə səyahət elədiyi 
kimsəyə məlum deyil. Onunla danışan cavabında yalnız dolaşıq donqultu eşitmişdi.  
 
Pul tükənəndə qadın bütün rəsmlərini doğrayıb-deşdi, televiziya qülləsinə qalxıb 139 metr 
hündürlükdən aşağı atıldı.  
 
Amma həmin gün güclü külək əsdiyindən, qüllənin dibindəki asfalt meydançasına düşmədi, 
külək onu bütün çəltik tarlasından keçirib meşənin lap kənarına apardı, burada küknar 
ağaclarının başına atdı. 
 
Buna baxmayaraq qadın elə dərhal yerindəcə öldü.  
 
*** 
 
Bulvar mətbuatı həmin hadisəni minnətdarlıqla qapdı.  
 
Bu cür ölüm, uçuşun maraqlı trayektoriyası, söhbətin bir vaxtlar böyük ümidlər verən, üstəlik 
yaraşıqlı görkəmi olan rəssam qadın barədə getməsi – bütün bunlar yüksək məlumat 
dəyərliliyinə malikiydi.  
 
Onun mənzili elə faciəli vəziyyətdəydi ki, fotoqraflar orda bədii fotolar çəkə bildilər: minlərlə 
boş şüşə, hər yerdə dağıntı izləri, cırıq-cırıq edilmiş tablolar, divarlarda plastilin yumruları, hətta 
künclərdə çürüntülər.  
 
Qəzetlər daha bir qoşa səhifə verdilər, üçüncü səhifədə yeni məlumat dərc elədilər.  
 
Ədəbiyyat əlavəsində əvvəl xatırladığımız tənqidçinin qeydləri yerləşdirilmişdi, həmin qeydlərdə 
o, cavan qadının bu cür dəhşətli üsulla intihar etməsiylə əlaqədar kədərləndiyini yazırdı.  
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
“Bir daha, - o qeyd eləyirdi, - belə hadisə bizim, sağ qalanların başına gəlir – biz gənc, istedadlı 
insanın öz dairəsində özünü təsdiq eləyə bilməməsinin qeyri-iradi şahidi oluruq.  
 
Söhbət ilk növbədə insan sahəsində himayədarlıqdan, bədii sahədə ağıllı yaradıcı yardımdan 
gedəndə təkcə dövlətin köməyi, şəxsi təşəbbüs yetərli deyil.  
 
Düzdü, burda demək lazımdı ki, bu halda belə faciəli sonluğun rüşeymləri şeydən əvvəl hər 
halda fərdi fərdiyyətdədi.  
 
Çünki onun ilk, hələ sadəlövh görünən əsərlərindən artıq özünəməxsus, məxsusi bir effektin əldə 
edilməsinə, tonların qarışdırılması texnikasına yönəldilmiş, həmin daxilə istiqamətlənmiş
spiralşəkilli canına işləmiş o qorxuducu ikiləşmə, eyni zamanda son həddəcən duyğularla dolu, 
amma yaradıcı adamın öz şəxsi qaranlıq “mən”inə qarşı açıq-aydın əbəs etiraz gözümüzə 
görünmürmü?  
 
Həmin məhvedici, az qala demək istəyirəm, dərinliyə amansız meyli görmürükmü?” 
 
Tərcümə: Nəriman Əbdürrəhmanlı  
“Novella və hekayələr” tərcümə toplusundan 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
 
 
 
 
 
Tanınmış yazıçı Patrik Züskindin bu maraqlı və maraqlı olduğu qədər də önəmli hekayəsini 
tərcümə etməkdə məqsədim pis niyyətli, axmaq adamların tənqidlərindən sarsılan; müxtəlif 
uğursuzların, bədxahların səviyyəsiz internet şərhlərindən usanan və yaradıcılıq əzmi tükənən, 
özünə inamını itirən gənc qələm sahiblərinə, istedadlara dəstək olmaqdır.  
 
Əli Əkbər  
 
 
Patrik Züskind  
 
 Dərinliyə meyl 
 
Ştutqartlı gözəl və gənc rəssam qadının sərgisinə gələn bir tənqidçi xoşməramlı niyyətlə, sırf 
qıza dəstək vermək üçün dedi: 
 
- Çox istedadlısınız. İşləriniz də olduqca gözəldi. Lakin sizdə dərinlik çatışmır. 
 
Tənqidçinin nə demək istədiyini başa düşməyən gənc qadın, bir azdan onun sözlərini tamam 
unutdu. Lakin bir gün sonra, qəzetdə həmin tənqidçinin məqaləsi dərc olundu. Tənqidçi yazırdı: 
“Gənc xanım rəssam parlaq istedada malikdir, ilk baxışdan əsərləri insanı valeh edir, amma 
təəssüflər olsun ki, onda dərinlik çatışmır”. 
 
Bu yerdə, gənc qadını fikir apardı. Bir-bir öz rəsmlərinə baxmağa, köhnə qovluqlarda 
eşələnməyə başladı. Hazırda üstündə işlədiyi rəsmlər də daxil olmaqla, bütün tablolarına göz 
gəzdirdi. Sonra boya qablarının qapaqlarını möhkəmcə bağladı, fırçaların ucunu sildi və təmiz 
hava qəbul etmək üçün küçəyə çıxdı. 
 
Axşam onu qonaqlığa çağırmışdılar. Sanki bütün qonaqlar tənqidi məqaləni əzbərləmişdilər - 
rəssam qızın parlaq istedadından, əsərlərinin insanı ilk baxışdan cəlb etməsindən danışırdılar. 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
Lakin rəssam qız arxa plandakı pıçıltıları, kürəyini ona çevirən qonaqların söhbətlərini də 
eşidirdi: 
 
- Məsələ orasındadı ki, dərinliyi yoxdur. İstedadı var, amma təəssüf ki, dərinlik yoxdur. 
 
Növbəti bir həftə boyunca gənc qadın heç nə çəkmədi. Mənzilində səssiz oturmuşdu, dərin 
düşüncələrə dalmışdı. “Niyə dərinliyim yoxdur?” - bütün fikirləri, düşüncələri beynində dolaşan 
bu əzablı sualın burulğanına qapılmışdı. 
 
İkinci həftə başlayanda, qadın bir daha nəsə çəkməyə cəhd etdi, amma yöndəmsiz qaralamadan 
başqa heç nə “yarada” bilmədi. Hətta kiçik bir ştrixi belə çəkə bilmirdi. Axırda elə möhkəm 
titrəməyə başladı ki, fırçanı boya qabının içinə salmaqda çətinlik çəkirdi. 
 
- Düz deyirlər də! Dərinliyim yoxdur! – hayqıraraq ağladı. 
 
Üçüncü həftə o, incəsənət haqqında cild-cild kitablarla maraqlanmağa, başqa rəssamların işlərini 
öyrənməyə, sərgi salonlarını və muzeyləri gəzməyə başladı. Təsviri incəsənət nəzəriyyəsi 
haqqında kitablar oxudu. Kitab mağazasına gedərək, satıcıdan dükandakı ən dərin kitabın hansı 
olduğunu soruşdu və Vitgenşteyn adlı bir adamın kitabını aldı. Lakin bu kitabda da, özünə 
faydalı heç nə tapa bilmədi.  
 
Şəhər muzeyində keçirilən “Avropa rəssamlığının 500 ili” sərgisinə gələn qadın, rəsmxət 
müəllimi ilə zalları gəzən məktəblilərin dəstəsinə qoşuldu. Şagirdlər Leonardo da Vinçinin bir 
əsəri qarşısında ayaq saxlayanda o, qəfildən qabağa atılıb müəllimdən soruşdu: 
 
- Bağışlayın, sizcə bu əsərdə dərinlik var ya yox? 
 
Müəllim ona güldü və dedi: 
 
- Xanım, məni dolamısız? Deyəsən gecə pis yatmısız.  
 
Bütün şagirdlər ürəkdən qəhqəhə çəkdilər. Gənc qadın isə evinə qayıdıb, için-için ağladı. 
 
Günlər keçdikcə, qadın qəribə hallara düşürdü. Emalatxanaya getmirdi, amma evində də işləyə 
bilmirdi. Daha çox oyaq qalmaq üçün həblər içirdi, amma bilmirdi oyaq qalmaq onun nəyinə 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
lazımdı? Yorulanda da oturduğu stulda yuxuya gedirdi, çünki çarpayıya uzanıb dərin yuxuya 
dalmaqdan qorxurdu. İçkiyə də qurşanmışdı. Gecələr işığı söndürmürdü. Artıq heç nə çəkmirdi. 
Əntiq dükan işlədən Berlinli tanışı ona zəng edib bir neçə eskiz xahiş edəndə isə: 
 
- Əl çəkin məndən! Mənim dərinliyim yoxdur! – qışqırmışdı. 
 
Hərdən plastilindən nəsə yapsa da qeyri-müəyyən, mənasız fiqurlar alınırdı. Barmaqlarının 
ucunu plastilinə batırır, balaca toplar düzəldirdi. Pəjmürdə hala düşmdüşdü - üst-başına fikir 
vermir, mənzilini də yığışdırmırdı.  
 
Dostları çox əndişəli idilər: “Böhran keçirir, ona kömək etməliyik. Bu, ya emosional böhrandır, 
ya yaradıcılıq böhranıdır, ya da ki, maliyyə problemləri var. Birinci halda, ona heç cür kömək 
edə bilmərik. İkinci halda da gərək vəziyyətdən özü çıxsın. Üçüncü variant isə belədir ki, öz 
aramızda atışıb onun üçün pul yığa bilərik. Amma bu da onun xoşuna gəlməyəcək”. 
 
Beləliklə, dostlarının diqqət və qayğısı onu nahara, ya da şam yeməyinə dəvət etməklə 
məhdudlaşırdı. Qadın isə bir qayda olaraq işlərinin çoxluğunu bəhanə gətirib, bu dəvətləri rədd 
edirdi. Halbuki işləmirdi, mənzilində tək-tənha oturmuşdu və gözlərini qeyri-müəyyən nöqtədən 
ayırmadan, plastilinlə oynayırdı. 
 
Bir gün elə bir ümidsizliyə qapıldı ki, fikrini dağıtmaq üçün təkliflərdən birini qəbul etməli oldu. 
Ziyafətdə ona gözü düşən bir oğlan, axşam rəssam qadının evinə getməyi və məlum məqsədlə 
gecəni onunla keçirməyi təklif etdi. Qadın, “Əlbəttə, bizə gedə bilərik. Elə sən də mənim xoşuma 
gəlirsən. Amma nəzərə al ki, mənim dərinliyim yoxdu” deyəndə, oğlan niyyətindən daşınmışdı.  
 
Bir zamanlar gözəl əsərlər yaradan gənc qadın artıq günbəgün yox, saatbasaat tənəzzülə 
uğrayırdı. Heç yerə getmirdi, evinə də heç kəsi qəbul etmirdi. Hərəkətsizlikdən kökəlmişdi, içki 
və siqaretə qurşanmışdı, sürətlə yaşlanırdı. Mənzili çürüməyə başlamışdı, özü isə kif iyi verirdi. 
 
Ona miras qalan otuz min mark pulla üç il dolandı. Hətta bir dəfə, gözlənilmədən Neapola 
səyahət etdi. Bu haqda onunla söhbət edən tanışlarını isə, qeyri-müəyyən mızıldanma ilə yola 
vermişdi. 
 
Pulları qurtaranda qadın bütün rəsmlərini kəsib doğradı və teleqülləyə dırmaşaraq, 139 metr 
hündürlükdən özünü aşağı atdı. O gün güclü külək əsirdi deyə, qadın qüllənin ətəyindəki asfalt 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
meydançaya çırpılmadı. Külək onu yulaf zəmisi üzərindən uçurdub, düz meşənin kənarına 
gətirdi və küknar ağaclarının təpəsinə tulladı. Buna baxmayaraq, qadın yerindəcə keçindi. 
 
Bulvar mətbuatı, bu xəbərə dərhal maraq göstərdi. İntihar faktı, uçuşun maraqlı trayektoriyası, 
mərhumun bir zamanlar hamının böyük ümidlər bəslədiyi rəssam, eyni zamanda gözəl qadın 
olması –hadisənin informasiya dəyərini artırırdı. Onun mənzili elə bərbad gündəydi ki, 
fotoqraflar xeyli sayda maraqlı fotolar çəkmişdilər: minlərlə boş butulka, hər tərəf viranlıq, 
cırılmış rəsmlər, divarlarda plastilin kündələri, hətta otağın künc-bucağında nəcislər! Üçüncü 
səhifəsində bu haqda məlumat gedən qəzetdə, ayrıca yarım səhifəlik yazı da çıxmışdı. 
 
Ədəbiyyat əlavəsində isə, həmin tənqidçinin yazısı dərc olunmuşdu. Gənc qadının faciəli 
ölümündən sarsıldığını qeyd edən tənqidçi yazırdı: “Gənc, istedadlı bir insanın öz çevrəsində 
təsdiq tapa bilməməsinin şahidi olmuşuq. Artıq neçənci dəfədir ki, biz dirilər məşum gerçəklik 
olan bu kimi hallarla rastlaşırıq. İnsanları himayədən, incəsənət sektoruna məqsədyönlü, ölçülüb-
biçilmiş yaradıcılıq dəstəyindən söhbət gedirsə, burada təkcə dövlət dəstəyi, hansısa özəl 
təşəbbüslər kifayət eləmir. Düzdür, onu da qeyd etməliyik ki, bu faciənin kökündə ola bilsin 
tamam başqa səbəblər dayanır. Bəyəm mərhum rəssamın, ona lazım olan effekti əldə etmək üçün 
məqsədli şəkildə, şıltaqlıqla tonları qarışdırdığını, əsərə spiralvarı nüfuz edən, eyni zamanda 
emosiyalarla bəs deyincə zəngin, lakin açıq-aşkar və mənasız şəkildə öz qaranlıq “Mən”inin 
əleyhinə çıxan, ilk baxışda sadəlövh kimi görünsə də, ziddiyyətli ikiləşməsi ilə adamı vahiməyə 
salan əsərlərini görməmişikmi? Onun dərinliyə olan bu cür öldürücü meyli, amansız arzusu nəyə 
lazım idi?” 
 
https://www.facebook.com/photo.php?fbid=280090685368352&set=a.280090622035025.74956.
158776707499751&type=3&theater
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
Patrik Züskind. Ətriyatçı. Roman və hekayə 
 
 
 
 
Ятриййатчы 
 
 Бир qатилин тарихчяси 
 
 
Roman 
 
 
Orijinaldan tяръцмя edən: Yусифли Cаваншир 
 
 
Bиринъи щисся 
 

 
Он сяккизинъи ясрдя Франсада дащи вя мянфур инсанларла бол олан бу дюврцн ян дащи вя 
ян  мянфур  фигурлары  ъярэясиня  дахил  олан  бир  инсан  йашайырды.  Сющбят  еля  онун  щаггында 
олаъаг. Онун ады Жан-Батист Гренуй иди, бу ад де Сад, Сян-Жцст, Фуше,  Бонапарт вя  с. бу 
кими диэяр дащи йыртыъылардан фяргли олараг инди бцсбцтцн унудулубса да, бу, тякъя она эюря 
баш вермяйиб ки, Гренуй бу зцлмят сакинляриндян тяшяххцс вя тякяббцрдя, яхлагсызлыгда, бир 
сюзля аллащсызлыгда эеридя галырды, она эюря ки, онун дащилийи вя шющрят дцшэцнлцйц тарихдя из 
гоймайан сащялярдян бири олан ятриййат сялтяняти иля мящдудлашырды.  
Щямин  дюврцн  шящярляри  сизин,  мцасир  инсанларын  тясяввцр  едя  билмядикляри  дяряъядя 
цфунят гохуйурду. Кцчяляр пейин гохуйурду, щяйятлярдя сидик ийи баш чатдадырды, пиллякянляр 
чцрцмцш аьаъ вя сичан няъиси гохуйурду, мятбяхлярин кцнъцндян гойун гыьынын пис гохусу 
эялирди; щавасы дяйишдирилмяйян, щава дяймяйян гонаг отагларында йыпранмыш тоз ийи галырды, 
йатаг отагларында чиркли мяляфялярин, ням пяргу дюшяклярин вя эеъянин бир чаьында чюля атылан 
гаршокларын ийи баш чатдадырды. Собалар кцкцрд ийи верирди, даббагханаларда гяляви ийи алями 
башына  эютцрмцшдц,  гарамал  кясилян  саллагханалардан  ган  ийиндян  адамлары  гусмаг 
тутурду.  Инсанлар  тяр  вя  илляр  бойу  йуйулмамыш  палтар  гохуйурду;  онларын  аьызларындан 
чцрцмцш дишляринин пис ийи сяни гачмаьа мяъбур едирди, гоъаланда бядянляри кющня пендир вя 
чцрцмцш  сцд  гохуйурду,  дяриляри  шишиб  ирин  баьламыш  сулугларла  долуйду.  Кяндлилярдян  дя, 

www.kitabxana.net
 – Milli Vitual Kitabxananın təqdimatında 
 
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə