Milyonlarla dollar qonorar qurban olsun bizim bir dəqiqəlik müstəqilliyimizə



Yüklə 28.35 Kb.
tarix13.06.2017
ölçüsü28.35 Kb.
Kaspi qəzeti

Bəziləri köhnə məşhurluqlarının üstündə mürgüləyir



Akif Əli: “Milyonlarla dollar qonorar qurban olsun bizim bir dəqiqəlik müstəqilliyimizə”

Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri, Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının baş redaktoru olub. "Vətən səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib. Hazırda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. "Gözəlliyin qədrini bilək", "Azərbaycanın müasir kinoaktyorları", "Unudulmaz yollar", "Məhəbbət təranələri", "Qaragöz oyunu", "M.Ə.Sabirin satira sənətkarlığı", "Öncə – vətəndir", "Böyük ömrün anları", "İdrak", “Azman” adlı kitabları çap olunub. A.Əli həm də xarici yazıçıların əsərlərini dilimizə tərcümə edib: A.Hertsen "Olmuşlar, düşüncələr", V.Mayakovski "Taxtabiti", M.Zoşşenko "Nəhs günü", J.B.Molyer "Meşşanın zadəganlığı", A.Soljenitsin "Matryonanın ocağı", A. Çexov "Hekayələr", Qrimm qardaşları "Bremen musiqiçiləri". Yaxın günlərdə Akif müəllimlə görüşüb ədəbiyyat haqqında söhbətləşdik.

  • Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” adlı dissertasiyanız kitab kimi çap edilib. Həmin kitabı oxudum. Sualım belədir ki, Sabirin gülüşünü anlamağın əsas meyarı nədir, onun personajına çevrilməmək, ya gülüşün mahiyyətini anlamaq?

  • Gülüşün mahiyyətini anlamaq. Həmin kitabda gülüş sənətinin tarixi haqqında da yazmışam. Antiq dövürdən günümüzə qədər satira həmişə insanların iç üzünün açılmasında böyük rol oynayıb. Migel de Servantesin “Don Kixot” əsərində ironiya, satira çox güclüdür. Bu əsər haqqında Dostoyevski deyir ki, “Qiyamət günü Allahın insanı bağışlaması üçün təkcə elə Servantesin “Don Kixot”unu ona göstərmək kifayətdir”. “Don Kixot” əsəri xəyalları göylərdə dolanan insanları çəkib yerə saldı, onlara reallığı anlatdı. O cümlədən də Sabirin gülüşü. Sabir xalqa yaxın olduğundan satira sənətinin mahiyyətindən xəbərsiz insanlar da onu anlayırlar. Ancaq satira sənətinin mahiyyətini biləndə Sabiri anlamaq, onun satrik gülüşünün mahiyyətini dərk etmək daha asan və doğru olur.



  • Sabirin tənqidlərini başa düşürük, ancaq dəyişə bilmirik. Sizcə, anlamaq yaşamağa nəyə görə kömək ola bilmir?

  • İdrakdır müsibətə mizyan, əvət, əvət.

İdraksızların ola bilməz müsibəti

İdrakın məratibinə bağlıdır fəqət

Hər bir kəsin tutduğu ənduhü möhnəti.

Sabir şeirində sənin saulaına cavab verib elə, mənsə bir az da məsələyə geniş yanaşım: O adam ki, anlaya bilir, onun həyatı çətinləşir, əzab-əziyyəti çoxalır. Həyatı dərk edəndə insan bəşərin mahiyyətini, dünyaya niyə gəldiyini, niyə getdiyin,i bu həyatda nələr elədiyini başa düşür və adi qayğılar onu sıxır. Bu mənada, anlamaq böyük dərddir. Sabiri bir var oxuyub sevmək, bir də var onun ideyaları, amalları ilə yaşamaq. Sabir amalları ilə hər kəs yaşaya bilmir.

Mənə elə gəlir ki, ədəbiyyatda satirik gülüş ölüb. Bəzən yeni dövürdə də biz Sabirin gülüşü ilə gülrük. Sizcə, müasir dövrün satrik gülüşü necə olmalıdır?

– Satira sənəti çox çətin sənətdir. Müasir gülüşü yaratmaq üçün yeni dövrü duya və ifadə edə bilən sabirlər yetişməlidirlər. Gülüş elə bir sənətdir ki, gərək gülməyə həm də mənəvi haqın da çata. Şəxsiyyət ola biləsən.

– “Qaragöz oyunu” kitabında kəskin siyasi-publisistik məqalələriniz çap edilib. Həmin yazılar dövrü mətbuatda çap edilən dövürdə hansısa təqiblərlə üzləşirdinizmi?

– Bu o dövür idi ki, Azərbaycan müstəillik dönəmində idi. Ermənilər Azərbaycan torpalarına göz dikmişdilər, Kreml də onları müdafiə edirdi. Mənə görə o vaxt ziyalı olaraq susmaq, söz deməmək ləyaqətsizlik olardı. Həmin dövrdə bəzi dırnaarası ziyalılar müxtəlif bəhanələrlə ölkəni tərk edirdilər. Onlar çətinlikdən qorxurdular, belə bir zamanda Azərbaycanı həiqiətən sevənlərsə mübarizə aparırdılar. O dövürdə mən “Vətən səsi” qəzetində işləyirdim, şüarımız da beləydi “öncə vətəndir”. Hər şeydən öncə vətəndir. Bizim o dövrdə başımıza nə gələcəyi bəlli deyildi, gözümüzü qan bürümüşdü. Heç təqib-filan da eynimizə gəlmirdi. İnsan özünü vətənə qurban verə bilmirsə onun bu torpağın suyunu içib torpağında gəzməyə haqqı yoxdur. Həmin illərdə xaricə qaçanlar, orda eşq romanları yazanlar müstəqillik əldə edəndən sonra yenə qayıdıb gəldilər və burda özlərinə yer etməyə, mövqe qazanmağa başladılar. Ancaq Azərbaycan xalqı kimin kim olduğunu bilir. Kimsə dəvəquşu sindromu ilə yaşayır və elə bilirsə ki, heç kəs heç nə bilmir, yanılır. Sadəcə Azərbaycan xalqı o qədər mədəni xalqdır ki, o bildiklərini həmin adamların üzünə vurmur.

– “Üçüncü yazı” adlı kitabınızda AYB və AYO qarşıdurması haqqında dövrü mətbautda yer alan yazıları misal gətirərək məsələlərə öz şərhinizi vermisiniz. Sizcə, bu qarşıdurmaya bu qədər vaxt, enerji sərf etməyə dəyərdimi?

– Həmin dövrdə köhnə düşüncə ilə yeni toqquşmağa başladı. Siyasi sferada bu proses 1990-cı illərdə olmuşdu. Ancaq ədəbi aləmdə 2000-ci illərdə başladı qarışıqlıq. Dünyaya müstəqil dövlətin gözü ilə baxan gənclər, ədəbiyyata hələ də Sovet ənənələri ilə yanaşanları istəmirdilər. Artıq oturuşmuş, beyinləri daşlaşmış yazarlar isə gənclərin nə istədiklərini anlamaq fikrində deyildilər, onlara yuxarıdan aşağı baxırdılar. Həm də öz mövqelərini əldən verməmək üçün canfəşanlıq edirdilər. Mən bilirdim ki, bu istedadlar selinin qarşısını ala bilməyəcəklər. Gənclərin qarşısını almaq Azərbaycanın gələcəyini istəməmək olardı, ona görə də mən necə ki, vaxtı ilə sözümü siyasi müstəvidə demişdim, eləcə də ədəbi müstəvidə dedim.

Yeni romanınız “Azman” Babəkin həyatı və mübarizəsi haqqındadır. Babəkin yenidən xalq təqdim etmək ehtiyacı nədən doğdu?

– Babək haqqında ərəblər, müxtəlif başqa mənbələrdə də mənfi fikrlər deyilib. Ancaq mən hesab edirəm ki, indiki dövrdə Babək Azərbaycan xalqı üçün mübarizlik rəmzi kimi çox önəmlidir. O Azərbaycan xalqı uğrunda 22 il mübarizə aparıb. Qarabağ müharibəsi davam edən bir dövrdə Babəki bizim əlimizdən almaq, xalqın döyüş ruhunu səngitmək lazımdır. Babəkin ruhu xalqın ruhuna bağlıdır. Babək dinlə mübarizə aparmayıb, yadelli işğalçılara qarşı vuruşub. Mən onu bir daha Azərbaycan xalqına qaytarmağa çalışmışam. Azərbaycan xalqı qədim xalqdır, adət-ənənəsi, etnoqrafiyası, dini dünya görüşü, siyasi bütövlüyü var və tarixən də olub. Necə ola bilər ki, birdən-birə səhradan gələn vəhşi ərəblər bizə necə yaşamağı öyrədələr, mədəniyyət gətirələr. Babəkin etirazı onaydı ki, əgər ərəblər, din, mədəniyyət gətirirdisə, niyə bunu işğalçılıq planı kimi həyata keçirirdilər? Ərəblər deyilənə görə Qubadakı alma bağlarını görəndə bayılıblar ki, cənnətdə deyilən alma bağları burdaymış. Çünki “Qurani-Kərimdə” cənnət ağaclar altından çaylar axan məkan kimi göstərilir. Onlar bu cür gözəlliklərə heyran qalıblar. Təbii ki, ilan, kərtənkələ yaşayan səhralardan gələn ərəblər belə gözəlliklər qarşısında heyrətlərini gizlədə bilməzdilər. Onlar azərbaycana nə mədəniyyət gətirə bilərdilər ki? Haqdır ki, bütün bunlara Azərbaycan xalqı dözmədi, mübarizə apardı. Təəssüf ki, sonradan erməni satqınlığının qurbanı oldu Babək. Babəkin məğluniyyəti Azərbaycanən sonrakı məğlubiyyətlərinin əsasını qoydu.

Tarixi roman yazarkən janrın prinsiplərindən başqa müəllif kimi qarşınıza hansı məqsədi qoymuşdunuz?

– Məqsədim tarixi həqiqəti qorumaq, qaranlıq məqamları işıqlandırmaq və Babəki xalqımıza qələmimin gücü qədərincə daha möhtəşəm təqdim eləmək idi. Roman janrını seçməyimin səbəbi də təsadüf deyil, çünki roman daha geniş imkanlar verir ki, sözünü istədiyin qədər xalqa, oxucular çatdırasan. Azərbaycan türkləri də zaman-zaman digər türk xalqları kimi tarixi yaradan qüvvə olublar, yazan yox. Tariximizin müəyyən mərhələsini yağılar yazıblar deyə, qəsdən təhrif ediblər. Ona görə də zaman-zaman həqiqəti özümüz deməli oluruq. Bu gün yaxşı haldır ki, tarixi romanlar çox yazılır və bu tarixi yaradanlar öz xalqımızdır.

20 ildir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərisiniz. Bəzən belə deyirlər ki, dövlət struktrunda çalışma yaradıcı azadlığı buxovlayır. Olubmu ki, yazmaq istədiyiniz hansısa mövzunu qələmə almaqda vəzifənizdən ehtiyatlanasınız?

– Xeyr, belə bir hal olmayıb. Mən nə vaxt nəyi yazmaq istəmişəmsə, onu da yazmışam, nəyi demək istəmişəmsə də demişəm. Söz sənətidir ədəbiyyat. Sözü də deməyin təhəri var. Sözü deməyin qaydaları, yolları var. Bəzən adi sözü köntöy deyənlər olur. Ancaq Akif Əli nəyi demək istəyibsə deyib. Fikr ver, yaz gələndə otlar asfaltı deşib çıxırlar. Söz də belədir, əgər qəlbinə Tanrı tərəfindən göndərildisə o gizli qala bilməz, hansı formadasa üzə çıxacaq.

Sovet dövründəki ədəbi ab-hava haqqında həm yaşlı ədəbi nəslin nümayəndələrinin söhbətlərdən eşitmişəm, həm də dövrün dövrü mətbuatını izləmişəm. Sizcə, o dövrdəki ab-hava niyə yoxdu?

– Sovet dövründə məşhurlaşanların çoxunu yalandan şişirdiblər. Onların hamısının məşhurluğuna inanmaq olmaz. Əsl ədəbiyyat bu gün yaranır. Ona görə ki, müstəqil ölkəmizin ədəbiyyatı yaranır. Sovet diqtəsi yoxdur artıq. Kim o dövrün xiffətini çəkərək yaşayırsa, deməli, Azərbaycanın yenidən imperiya boyunduruğunda olmasını istəyir.



Sovet dövründə qonorar sistemi var idi, yazıçılar əsər yazıb dolana bilirdilər. İndi həmin sistem yoxdur, ancaq daha çox əsərlər yaranır. Sizcə bunun səbəbi nədir?

  • Sovet imperiyasının ədəbiyyatdan gözləntiləri var idi, ancaq indi dövlətin ədəbiyyatdan umacağı yoxdur. Çünki biz müstəqil dövlətdə yaşayırıq, bədii əsərlər sifarişlə yazılmır, demokratiyanın prinsiplərinə əsasən yazıçılara nələrsə təlqin edilmir. Düzdür, problemlər çoxdur, ancaq milyonlarla dollar qonorar qurban olsun bizim bir dəqiqəlik müstəqilliyimizə. Ona görə də o dövrün heç nəyə görə xiffətini çəkmirəm, ancaq yazıçıların yaxşı yaşmasını arzulayıram.



  • Ədəbi proses haqqında nə deyərdiniz?

  • Təəssüf ki, bəziləri köhnə məşhurluqlarının üstündə mürgüləyir, bəziləri Azərbaycan xalqına düşmən mövqedən yazırlar. Çox qarışıq mənzərədir. Ancaq bütün bunlarla bərabər gənclər arasında çox ciddi əsərlər yazanlar var.

Fərid Hüseyn




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə