Mingəçevir Dövlət Universiteti Təhsil Fakültəsinin AƏ. 8. Saylı ıv kurs Tələbəsi Salamzadə Gülnarənin R. Mirabov adına nömrəli tam orta məkbtəbin 7



Yüklə 167,6 Kb.
tarix12.05.2022
ölçüsü167,6 Kb.
#57629
növüDərs
Gülnarə Salamzadə edebiyyat





Mingəçevir Dövlət Universiteti

Təhsil Fakültəsinin AƏ.18.2 Saylı ıv kurs Tələbəsi Salamzadə Gülnarənin R.Mirabov adına 7 nömrəli tam orta məkbtəbin 7b sinifində 12.05.2022 tarixində Bayram Həsənov “İki bala” məzmun üzrə iş mövzusunda keçəcəyi açıq dərsin

İcmalı

Tarix- 12.05.2022.
Fənn- Ədəbiyyat
Mövzu- Bayram Həsənov “İki bala” məzmun üzrə iş
Sinif- VIIb

Tələbə- Salamzadə Gülnarə
Standart-1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum – hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) müəyyənləşdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.
2.1.2.Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr göstərməklə şərh edir.
Təlim məqsədi

  1. Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.

  2. Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

  3. Yeni sözlərdən müsahibə və müzakirələrdə istifadə edir.

  4. Fikrini hekayədən nümunələr göstərməklə şərh edir.


İş forması-Qruplarla iş Kollektivlə iş
İş üsulu – Söz assosasiyası, Müzakirə, 2 hissəli gündəlik
Resurslar- İş vərəqləri , Dərslik
İnteqrasiya-Biologiya, Həyat bilgisi
Motivasiya- Heyvanların, quşların həyatından, öz balalarına münasibətindən bəhs edən hansı əsərləri xatırlayırsınız?
Tədqiqat sualı-Öz balalarına münasibətdə heyvanlarda insanlara xas olan hansı xüsusiyyətlər var?
Tədqiqatın aparılması-Şagirdləri 4 qrupa bölürəm və hər qrupun iş vərəqlərini təqdim edirəm.
I Qrup
Sual1.Əsərin ifadəli oxusuna hazırlaşın.

Sual2. Hekayədə tanış olmayan sözləri lüğətlərin köməyi ilə aydınlaşdırır.
Sual3. Muradın meşəyə ürəkdən bağlanmasının səbəbi nədir?
II Qrup
Sual1. I, II hissədə bədiitəsvir və ifadə vasitələrini tapın.
Sual2.Oxuduğunuz hissənin planını tərtib edin.
Sual3. Murad obrazı sizdə hansı təəssürat yaratdı?
III Qrup
Sual1. II hissədə anlaşılmayan sözləri lüğətlərin köməyi ilə aydınlaşdırın.
Sual2. Əsərin hekayə olduğunu göstərən 3 məqam
Sual3. Ayının inadkarlığı sizdə hansı düşüncə yaratdı?
IV Qrup
Sual1. III hissədə bədii təsvir və ifadə vasitələrini tapın.
Sual2. Oxuduğunuz hissənin planını tərtib edin.
Sual3. III hissədə anlaşılmayan sözlərin mənalarını lüğətlərin köməyi ilə tapın.
Məlumat mübadiləsi- Qruplar öz işlərini təqdim edirlər. Digər qruplarda dinləyərək əlavələrini edirlər.
Məlumat müzakirəsi:

Müzakirə sualları-

  1. Əsərin hekayə janrında olduğunu göstərən 3 xüsusiyyət

  2. Hekayədə sizin rəğbətinizi qazanan hansı obrazlar oldu və nə üçün?

  3. Əsərdə nifrətinizi qazanan hansı obrazlar oldu və nə üçün?


Ümumiləşdirmə və nəticə - Tədqiqat sualı ilə ümumiləşdirmə nəticənin üst – üstə düşüb – düşmədiyi yoxlanılır.

Yaradıcı tətbiqetmə- Vəhşi adlandırılan heyvanların öz balalarına, bəzən də insanlara rəhmdil münasibətinin səbəbini necə izah etmək olar?
Qiymətləndirmə-

Aydınlaşdırma

Müəyyənləşdirmə

Yeni sözlərdən istifaetmə



Şərhetmə

Aq Ü2NBCVGDSFHNMÇŞEv tapşırığı – Təbiət hadisələrinin zərərləri və faydaları barədə esse yazın.
Yüklə 167,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin