Mingəçevir Dövlət Universiteti Tərtib etdi: Hüseynova Vəfa



Yüklə 30,18 Kb.
tarix07.01.2024
ölçüsü30,18 Kb.
#205701
Kadrlarla aparılan iş sistemi və onların təkminləşdirilməsi fəaliyyət sistemi



Mingəçevir Dövlət Universiteti

Tərtib etdi: Hüseynova Vəfa


Fakültə: İqtisadiyyat və idarəetmə
İxtisas: Dövlət və bələdiyyə idarəteməsi
Qrup: DB 23
Kurs: I
Fənn: İnsan resurslarının idarə olunması
Mövzu: Kadrlarla aparılan iş sistemi və onların təkminləşdirilməsi fəaliyyət sistemi
Müəllim: Hüseynova Ruhiyyə

Kadr siyasəti kadrlarla yeni iş sisteminin formalaşması və onların tərbiyə edilməsi, seçilməsi ümumdövlət işinin mühüm vəzifəsi hesab edilməli və dövlətin sosial - iqtisadi siyasətində başlıca yer tutmalıdır.


Kadrlarla iş idarəetmə sisteminin və idarəetmə nəzəriyyəsinin mühüm cəhətlərindən biridir. Kadrlarla iş sistemi dedikdə, burada geniş əhatəli məsələlər -kadrların seçilməsi, yerləşdirilməsi, irəli çəkilməsi, onlarm ixtisasının artırılması, işçi kateqoriyaları və vəzifə nomenklaturasının müəyyənləşdirilməsi və təhlili, onların işinin təşkili, planlaşdırılması, əməyinin qiymətləndirilməsi sistemləri və s. nəzərdə tutulur. Həmin məsələlərdən bə'ziləri idarəetmə əməyinin təşkili məsələləri ilə də əlaqədardır.
Kadrlarla aparılan iş məcmu iş sistemlərindən ibarətdir. Burada idarəetmə strukturu, idarəetmə məqsədi, metodu və prinsipləri, həcmi, idarəetmə funksiyaları və s. nəzərə alınmalıdır. Çünki bunun əsasında idarəetmə orqanı üçün lazım olan işçilər, onların strukturu - peşə və vəzifə tərkibi müəyyən edilir. Bundan sonra isə hər bir idarəetmə strukturunda çalışan vəzifəli şəxsə qarşı (tutduğu vəzifə baxımından) əsas tələblər, onun nəyi bilməsi və bacarması, kadrların seçilməsi, yerləşdirilməsi və irəli çəkilməsi məsələsi irəli sürülür. Burada konkret şərtlər və vəzifələr çərçivəsində onların seçilməsi və irəli çəkilməsi həyata keçirilir. Kadrların seçilməsi müəyyən modellər, əlamətlər və prinsiplər əsasında icra olunur. Bu məsələ ən çətin və prinsipial əhəmiyyətə malik olan bir fəaliyyət sahəsidir. Çünki kadrların seçilməsi nəticə etibarilə idarəedən sistemin formalaşmasını - onun indisini və gələcəyini müəyyənləşdirir.
Kadrlarla aparılan iş onların hazırlanması və ixtisasının artırılması məsələləri ilə də əlaqədardır. Onlardan istifadə olunması məsələsi də ən vacib problemlərdən biridir.
Kadr problemi, onlarla aparılan iş sistemi müəyyən dərəcədə universal xarakter daşıyır. Çünki, bu, kadrların yerləşdirilməsi və onların formalaşması problemini vahid bir qayda əsasında həll etməyə imkan verir. Bununla yanaşı hər bir sahənin kadrlarla təmin olunması, onlarla iş metodları, onlara qarşı konkret spesifik tələblər də nəzərə alınır. Kadrlarla iş zamanı onlar sistem və kompleks halında öyrənilir və qiymətləndirilir. Sistemlilik və komplekslilik tələbləri, prinsipləri xüsusən rəhbər işçilərin seçilməsi və irəli çəkilməsi zamanı nəzərə alınmalıdır.
Kadrlarla aparılan işdə hüquqi normativlər mühüm rol oynayır. Hüquqi normativlər kadrlar seçkisində özbaşınalığın, neqativ halların aradan qaldırılmasında mühüm rol oynamalıdır. Hüquqi normativlər həmçinin kadrlarla iş sisteminin formalaşması və bu işlərin reqlamentdəşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Bu zaman əmək haqqındakı qanunlar məcəlləsi, respublikaların əmək barəsində qanunçuluğun əsasları, daxili əmək qaydalarının tipik qaydaları başlıca rol oynayır. Burada əmək münasibətlərinin tənzim edilməsi, işçilərin işə qəbul olunması və işdən xaric edilməsi, bu sahədə müdiriyyətin və işçilərin hüquq və vəzifələri və s. məsələlər konkret şəkildə göstərilir. Bundan başqa, işçilərin işə təyin edilməsi, vəzifə nomenklaturaları, vəzifənin tutulması qaydası seçkili, müsabiqə və s. da hüquqi - normativ aktlar vasitəsilə müəyyənləşdirilir. Vəzifəli şəxslərə aşağıdakı tələblər irəli sürülür.



Əvvələn, onlara xalq, kollektiv zəmanət verməlidir.

İkinci, onlar bizim dövlət aparatımıza bələd olduqlarına dair imtahan verməlidirlər.

Üçüncüsü, onlar bizim dövlət aparatımız məsələsinə dair nəzəriyyənin əsaslarını bildiklərinə, idarə etmək, iş aparmaq və i.a. elminin əsaslarını bildiklərinə dair imtahan verməlidirlər.
Kadrlarla iş sistemi həmçinin onların hazırlanması sistemini, yaradıcılığının artmasının təşkilini, kadrlar ehtiyatının yaradılmasını, təhsil metodlarmı, kadrların attestasiyası məsələlərini də özünə daxil edir. Kadr siyasətinin əsasını kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsinin ümdə prinsipləri təşkil edir.
Kadrları seçmək üçün birinci növbədə, onları öyrənmək lazımdır. Burada anket məlumatları kifayət deyildir. Kadrların seçilməsi aşağıdakı məsələləri əhatə edir: a) bu və ya digər vəzifə üçün mümkün olan namizədlər haqqında informasiya; b) onların haqqında zəruri məlumatların təhlili; v) namizədlərin keyfıyyət göstəricilərinin məcmu halda müqayisə edilməsi; q) nəzərdə tutulan vəzifə ilə bu keyfıyyətin müqayisə edilməsi; ğ) həmin vəzifəyə daha uyğun gələn adamın seçilməsi; d) konkret adamın vəzifəyə təyin edilməsi.
Kadrlar seçilərkən və yerləşdirilərkən bir sıra xususi qaydalara, prinsiplərə əməl olunmalıdır. Bu qaydalardan birincisi, rəhbər işə, vəzifəyə namizədin həmin işə, yaxud vəzifəyə uyğunluğu qaydasıdır. Bu ilk baxışda çox sadə görünür. Lakin bu tələblərə həmişə əməl olunmur, bir çox hallarda pozulur, işçinin təcrübəsi, biliyi, ixtisası, texniki - texnoloji profıli və s. nəzərə alınmır. İkincisi, yaşlı rəhbər işçi ilə gənc kadrların düzgün əlaqələndirilməsi və kadrların seçilməsində onun nəzərə alınmasıdır. Üçüncüsü, rəhbər işçinin (namizədin) idarəetmə obyektinin rəhbərlik səviyyəsinə (direktor, müavin və s.) uyğunluğudur. Dördüncüsü, rəhbər işçidə olan keyfıyyətlərlə onun tabeçiliyində olan, onun köməkçiləri olan adamların yaxşı keyfiyyətlərinin əlaqələndirilməsidir. Bunun idarəetmə kollektivlərinin formalaşmasında, yeni keyfiyyətlərin meydana çıxmasında mühüm əhəmiyyəti vardır. Beşincisi, təsərrüfat kadrları həm də ictimai istehsalın mənafeyini nəzərə almaqla seçilməsi tələbidir. Altıncısı, hər bir təsərrüfat rəhbəri üçün onun qabiliyyətindən tam istifadə oluna bilməsi şərti ilə iş sahəsinin (vəzifənin) seçilməsidir.
Kadrlarm yerləşdirilməsi dedikdə işçilərin hazırlığını, iş təcrübəsini, işgüzarlığını və şəxsi keyfiyyətini nəzərə almaqla struktur bölmələr və vəzifələr üzrə yerləşdirilməsi başa düşülür. Kadlar yerləşdirilərkən normativ sənədlərdə işçilərə qarşı olan müvafiq tələblərlə yanaşı həmin təşkilatın mənafei, işçinin peşə və ixtisasından istifadə imkanı, onun şəxsi və işgüzar keyfiyyətinin, qabiliyyətinin icra ediləcək fəaliyyətinin xarakterinə nə dərəcədə uyğun gəlməsi kimi ümdə cəhətlər nəzərə alınır. Bu və digər cəhətlər xüsusilə kadrların seçilməsi prosesində, mərhələsində nəzərə alınmalıdır, həmin mərhələdə aşağıdakılar nəzərə alınmalıdır:
1. İşçinin müvafıq vəzifəni icra etmək üçün yararlı olmasını müəyyənləşdirmək.
2. Mümkün olan namizədlər haqqında məlumatlar toplamaq.
3. Namizədin şəxsi keyfıyyətini, keyfıyyət amillərini qiymətləndirmək.
4. Məcmuu keyfıyyətlə namizədin yerinə yetirəcək vəzifə funksiyalarının müqayisəsi.
5. Müxtəlif namizədlərin məlumatların müqayisəsi və nəzərdə tutulan vəzifə üçün ən layiqlisinin seçilməsi.
6. Namizədin vəzifəyə təyin edilməsi.
Yuxarıda göstərilənlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, şəxsiyyətin keyfıyyətini öyrəndikdə aşağıdakı konkret cəhətlər nəzərə alınır:
a) qabiliyyəti: təşkilatçılıq, texniki, evrestik - yaradıcılıq;
b) yararlılığı: - psixofızioloji komponentləri, təfəkkürü, diqqəti və yaddaşı və s.
v) xarakteri: təşəbbüskarlığı, təşkilatçılığı, məqsədyönlülüyü, ideyalılığı və s;
q) sosial təbiətli xassəsi: mənəvi keyfiyyəti, əməyə, adamlara və özünə münasibəti.
d) peşə - ixtisas hazırlığı: xüsusi biliyi, praktiki iş təcrübəsi.

Ədəbiyyat



  1. QULİYEV R.H İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (DƏRSLİK) Azərbaycan Respublikası Təhsil Nazirinin 13.01.2022-ci il tarixli F-12 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir BAKI-2022

  2. https://unec.edu.az/application/uploads/2015/07/Muhazire-Insan-resurslarinin-idaraedilmesi.pdf



Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin